Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə155/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   151   152   153   154   155   156   157   158   ...   211

Uzununa frez dəzgahı 

 

305 


 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  1.  Uzununa  frez  dəzgahının  konstruktiv  va-

riantları 

 

 

Bir  pəstah  və  iki alət  koordinat  oxuna  ma-



lik dəzgah.   Bu tipli dəzgahlarda stolun uzu-

nuna  istiqamətdə  yönəldiciləri  gövdədə  bər-

kidilir. Eninə hərəkətdə iki hal  fərqləndirilir. 

Birinci  halda  dayaq  frezləmə  dü-

yümü  ilə  birlikdə  eninə istiqamətdə 

hərəkətli  yerləşdirilir  (şəkil  1b

1

). 


İkinci  halda  dayaq  tərpənməz  olur, 

ancaq  frezləmə  düyümünü  özündə 

götürən  support  yuxarı-aşağı  hərə-

kət edə bilir (şəkil 1b

2

).   



 

Alət üç koordinat oxuna malikdir. 

Belə 

konstruksiyada 



dəzgahın 

gövdəsi  tərpənməz  olur.  Uzununa 

hərəkət  dayaq  tərəfindən  yerinə 

yetirilir.  Eninə  veriş  yuxarıda  qeyd 

edildiyi  kimi  iki  hərəkət  imkanına 

malikdir (şəkil 1c

1

 və c


2

). 

Uzununa  frez  dəzgahları  bir  və  ya 

iki  dayaqlı  ola  bilir.  İki  dayaqlı  dəz-

gah  həm  də  →portal  frez  dəzgahı 

adlanır. 

 

(alm. die Bettfräsmaschine, ingl.



 

Bed 

Milling Machine ) 

 

Uzununa  yayma  metalların  təzyiq  altında 

emal olunmasında tətbiq olunan mexaniki emal 

üsuludur.  Emal  olunan  hissənin  deformasiyası 

bir-birinin əksinə  fırlanan  və  paralel  yerləşmiş 

vallar arasında baş verir (şəkil 1). Valların oxu 

pəstahın  oxuna  perpendikulyar  vəziyyətdə 

yerləşir. Aparan val və pəstah arasında yaranan 

sürtünmə  qüvvəsi  metalı  vallararası  boşluğa 

dartaraq onu deformasiya etdirir. Bu üsul digər 

yayma  üsullarından  fərqli  olaraq  geniş  tətbiq 

olunur.  

Emal olunan hissənin səthinə qoyulan keyfiy-

yət  tələblərindən  asılı  olaraq  pəstah   soyuq  və 

ya qızdırılmış halda yayılır. Soyuq halda yayı-

lan  hissələr  sonra  kəsmə  ilə  emala  uğradılır. 

Uzununa  yayma  zamanı  en  kəsiyi  müxtəlif 

olan  hissələrin  hazırlanması  mümkündür.  Pəs-

tahın deformasiya olunması həm en kəsiyində, 

həm  də  uzununa  istiqamətdə  özünü  göstərir. 

Məsələn,  bütöv  materiallar  vallar  arasında  de-

formasiyaya uğradılaraq   həm ona profil veri-

lir,  həm  də  uzadılır.  Bu  üsulla  döymə  pəs-

tahları aralıq forma alır. Boruların istehsalı, və 

ya  planetar  kinematikaya  malik  yayma  üsulu 

ilə  fasonlu  səthlərin  hazırlanması  uzununa 

yaymanın çox variantlılığını göstərir (şəkil 1).   

 

 

Şəkil 1. Uzununa yaymanın növləri 



a  və  b-  uzununa  profilli  yayma,  c-fasonlu  uzununa 

yayma, d-boru yayma 

 

(alm. das Längswalzen, ingl. Longitudinal rolling) 




Üçnöqtəli asılma 

 

306 


 

Üçnöqtəli  asılma  traktor  və  əkmə  mexa-

nizmləri  arasında  tətbiq  olunan  standart-

laşdırılmış, ayrıla bilən birləşmədir. Əksər hal-

larda  traktorun  arxa  hissəsində  (şəkil  1) 

hidravlik  güc  mexanizminin  köməyi  ilə 

qurğular  üçnöqtəli  asılma  üzrə  qaldırıla, 

endirilə  və  havada  sərbəst  saxlanıla  bilir. 

Qurğuların  daşınmasında  həm  mövqeləşdirmə 

(→kübrəsəpən  maşınlarda  hündürlüyün  tən-

zimlənməsi),  həm  də  dartıcı  gücün  təmini 

(şumlamada dərinliyin tənzimlənməsi) standart 

parametrlərə  daxildir.  Bu  hər  iki  idarə  sistemi 

bir-biri ilə əlaqələndirilə bilir. Bununla qeyri –

hamar  torpaqlarda  dərinliyin  meyillənməsini 

azaltmaq mümkündür.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  1.  Traktorun  arxa  hissəsində  tətbiq  olunan 

üçnöqtəli asılma mexanizmi 

 

Bu  sistemin  yaradılması  H.Ferqusona  məx-

susdur.  1925-ci  ildə  o,  ixtirasını  İngiltərədə 

patentləşdirdikdən  sonra  üçnöqtəli  asılma  sis-

temi  ilə  hazırladığı  qurğuları  bütün  dünyaya 

ixrac edərək məhşurlaşır.  

Son  zamanlar  üçnöqtəli  asılma  mexaniz-

minin  idarə  olunmasında    elektronika  →sen-

zorları  və  servohidravlik  qurğuların  tətbiqi  ilə 

onun idarəsi xeyli təkmilləşdirilmişdir. 



 

(alm. der Dreipunktanbau, ingl.  Three-point hitch



 

Üçölçülü  (3D)  həndəsi  verilənlər  maşın  his-

sələrinin  CAD  sistemlərində  həndəsi  mode-

linin  üçölçülü  təsvirinə  xidmət  edir.  Üçölçülü 

verilənlər bazasının quruluşu və həcmi 

CAD 


sistemlərinin  gücünə  və  praktiki  tətbiqinə 

əhəmiyyətli  dərəcədə  təsir  edir.  Kompyüter 

daxili  aşağıdakı  model  növlərindən  istifadə 

olunur (şəkil 1): 

 

→Məftil modeli, 



 

→Səth modeli, 

 

→Həcm modeli. 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. 3D modellərinin reprezentasiya üsulları 

  

Səthlərin  kompyüterdə  modelləşdirilməsi 



düzünə  və əksinə  olaraq  iki  yolla həyata  keçi-

rilir.  Birinci  halda  konstruktor  müəyyən  funk-

siyanın  icrasına  imkan  verən  maşını/düyümü 

yuxarıda  qeyd  olunan  formada  (til,  səth  və  ya 

həcmi  model)  layihələndirir.  İkinci  halda 

üçölçülü  səthin  əldə  olunması  üçün  artıq 

mövcud  olan  hissənin  əsasında    →səthin  ək-

sinə  modelləşdirilməsi  ilə  kompyüterdə  onun 

səthlərinin modeli qurulur.  

Kompyüterdə  yaradılmış  səthlərin  modelləri 

müxtəlif  formatlardan  (→İGES,  →STEP, 

→VDA,  →STL)  istifadə  olunaraq  hissənin 

həyat tsiklininin iştirakçıları arasında mübadilə 

edilir.  



 

 

(alm.  die  3D-Geometriedaten,  ingl.  3D  geometry 



data

 

Üfürməklə  formavermə  dəzgahı  makromo-

lekulalı  termoplastik  materialdan  bərk  içiboş 

formaların  hazırlanmasına  xidmət  edir.  O, 

plastifikləşdirmə  düyümü  və  ilkin  formanı ha-

zırlamaq  üçün  başlıq  və  püskürtmə  qur-

ğusundan  ibarətdir  (şəkil  1).  Plastifikləşdirmə 

düyümü  süni  materialı  qəbul  edir,  axma  qa-

biliyyətli  ərintiyə  çevirir  və  şlanq  şəkilli  ilkin 

formaya salır.  

Üfürülən  hissənin  hazırlanması  formanın 

içində  baş  verir.  Forma  dəzgahda  xüsusi 

tərtibatda  bərkidilir.  Tərtibat  formanın  açılıb-



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə