Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə157/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   153   154   155   156   157   158   159   160   ...   211

Üstyonuş dəzgahı 

 

309 


 

 

Eninə yonma dəzgahları kiçik və orta seriyalı 



istehsalatda  geniş  tətbiq  tapsa  da,  uzununa 

yonma  dəzgahları  kiçik  və  fərdi  istehsalda 

əsasən iri ölçülü hissələrin hazırlanmasında və 

eyni  zamanda  bir  neçə  hissənin  emal  olun-

masında,  həmçinin  uzun  yarıqlara  mailk  his-

sələrin  yonulmasında    səmərəli  istifadə  oluna 

bilir.  Texnoloji  cəhəti  ilə  şərtlənən  boş  gediş 

yonma  dəzgahlarının  iri  seriyalı  istehsalda 

tətbiqini  məhdudlaşdırır.  Burada  onlar  frez-

ləmə  və  pardaqlama  dəzgahları  ilə  əvəz  olu-

nurlar. Eninə yonma dəzgahının işçi gedişi 1m-

ə qədər, uzununa yonma dəzgahının işçi gedişi 

isə 2÷25 m arasında yeləşir (şəkil 2). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Uzununa yonma dəzgahı 

 

(alm. die Hobelmaschine, ingl. Shaping machine



 

Üzən  oymaqlı  yastıqlarda  gövdə  və  val  ara-

sında əlavə olaraq bir oymaq yerləşdirilir. Oy-

mağın  oxboyu  hərəkəti  məhdudlaşdırılır. 

Oymaq val və xarici yastıq üzüyü arasında hə-

rəkətli  oturur,  yəni  üzə  bilir  (şəkil  1).  O,  həm 

fırlanma, həm də düzxətli hərəkət sərbəstliyinə 

malikdir.  Eninə  kəsikdə  daxili  və  xarici  maye 

qatına  malik  →sürüşmə  yastığını  təsvir  edir. 

Yastığın bu növ quraşdırılmasının üstün cəhəti 

ondan  ibarətdir  ki,  yağ  burulğanın  rotorunun 

stabilliyinə  təsirini  digər  yağ  qatı  tərəfindən 

söndürülür. Bu növ yastıqlardan rotorlarda isti-

fadə olunur. 

Tətbiq sahəsi, qarşısında  stabillik və rəqsön-

dürmə  qabiliyyətinin  yaxşılaşdırılması  və  ye-

yilmənin azaldılması məqsədi duran yüngül ro-

torlardır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Üzən oymaqlı yastıq 

 

Sürətlər nisbəti bu düsturla hesablanır: 



 

  

 



 

 

 



 

burada 


ω

o

-oymağın  bucaq  sürəti, 



ω

v

-valın  bucaq 



sürəti, 

ψ

d



,

ψ

x



  -  oymağın  xarici  və  daxili  boşluqla-

rının ölçüsüdür, 

η

-orta özlülükdür. 



  

Gövdə  üzərindən  yağın  verilməsi  daxili  ara-

boşluğuna  aparan  boru  vasitəsilə  həyata  ke-

çirilir. 

 

(alm.  der  Schwimmbuchsenlager,  ingl.



 

Floating 

bush bearing

 

Üzən patronlar dəqiq deşiklərin emalında alə-

tin  meyillənməsinin  qarşısını  almaq  üçün 

tətbiq  olunur.  Bu  patronlar  alət  ilə  ilkin  emal 

olunmuş  deşiyin  eynioxluluğunu  yüksək  də-

qiqliklə  təmin  etməyə  imkan  verir.  Alət  ilə 

şpindel  arasında  keçid  rolunu  oynayan  üzən  

patronlar  iş  zamanı  yaranan  qüvvələrin  təsiri 

altında  alətin  müəyən  dərəcədə  dönməsinə 

şərait yaradır. Şəkil 1-də üzən patron sxematik 

təsvir olunmuşdur.  

Aləti  bərkitmək  üçün  içərisində  deşik  olan 

gövdə  (1)  tutqacda  (9)  araboşluğu  ilə  otur-

dulur.  Gövdənin  flansında  oymağı  oturtmaq 

(5) üçün iki çivi (4) yerləşdirilir. 



d

x

x

d

d

x

D

D

η

η



ψ

ψ

ω



ω

ω

ν



2

0

1



1







+

=



=


Üzən patronlar  

 

310 


 

Həmçinin  tutqacın  ucunda  əks  istiqmətdə 

yerləşmiş  deşiklər  çivilər  preslənir.  Gövdə  ilə 

tutqac  arasında  üzərində  oymaq  üçün  dörd 

yarıq  olan    üzük  formalı  üzgəc  yerləşir.  Üz-

gəcin  yarıqlarına  kürələr  (8)  qoyulur.  Burucu 

moment 

tutqacdan 



üzgəcin 

köməyi 


ilə  

patronun gövdəsinə ötürülür. Gövdə, tutqac və 

üzgəc  xüsusi  qaykanın    (7)  köməy  ilə  birlə-

şirlər. 


 Bu  növ  patronlardan rabyerləmə  və  yivlərin 

kəsilməsində geniş istifadə eidlir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Rayberləmə əməliyyatı üçün patron

  

 



(alm. die Pendelfutter, ingl Oscillating chuk

 

Üzük  yayma üsulu tikişsiz üzüklərin polad və 

əlvan  metallardan  hazırlanması  üçün  istifadə 

edilir.  Yayma  yolu  ilə  hazırlanmış  üzük  çox 

hallarda son ölçüyə daha yaxındır və  mexaniki 

emal  üçün  minimal  emal  payına  malik  olur.  

Üzük  divarının  qalınlığı  içlik  valı  ilə  əsas  val 

arasında  radial  istiqamətdəki  məsafədən  asılı 

olur (şəkil 1).  

 

Şəkil 1. Üzükyaymanın sxemi 

Üzüyün  hündürlüyünü  oxboyu  istiqamətdə 

eyni zamanda hərəkət edən konus şəkilli vallar 

formalaşdırırlar.  Ona  görə  də,  bu  üsula  bəzi 

hallarda radial-oxboyu-yayma üsulu da deyilir. 

Yayma  zamanı  üzüyün  daxili  diametri  bö-

yüyüyr.  Bu  üsulla  üzüyə  müəyyən  profilin 

verilməsi də  mümkündür. 

 

(alm. das Ringwalzverfahren,  ingl. Ring rolling 



process)    

 

Üzvi  şüşə  (pleksiglaz)  şüşəyə  bənzər  sintetik 

termoplastik materialdır.  O,  az miqdarda  plas- 

tifikatorla qarışdırılmış metakril turşusunun və 

metal efirinin polimerləşməsi nəticəsində yara-

nır.  Bu  plastik  materialın  müstəsna  yapışma  

qabiliyyəti, şəffaflığı, asanlıqla qaynaq və me-

xaniki emal ediləbilməsi onun texnikada geniş 

tətbiqinə  imkan  yaratmışdır.  İstiliyə  davamsız 

olması  və  tez  yanması  bu  materialın  əhəmiy-

yətini  aşağı  salır.  Üzvi  şüşənin  dixloretanda 

həll  olmasından  onun  yapışdırılması  üçün 

istifadə  olunur.  Üzvi  şüşədən  kiçik  ölçülü 

materiallar ştamplama yolu ilə əldə edilir. Ara-

larına  butvar  pərdəsi  qoymaqla  bir  birinə 

yapışdırılan  iki  üzvi  şüşədən  tripleks  alınır. 

Tripleksdən  təhlükəsiz  şüşə  kimi  də  istifadə 

olunur, çünki bu şüşəyə zərbə dəydikdə o yerli 

sınmaya məruz qalaraq çiliklərə dağılmır. Üzvi 

şüşəni  150÷250°C    arasında  qaynaq  etmək 

mümkündür.    Üzvi  şüşələr  qalınlığı  1÷30  mm 

olan  lövhələr  və  ya  diametri  6÷55  mm-dək  

olan  çubuqlar  şəklində  istehsal  edilir.  Şüşənin 

sıxlığı 1,2÷1,6 kq/dm

3

-dur.  



Üzvi  şüşələr  maşınqayırma  ilə  bərabər 

təyyarə,  avtomobil,  kosmik  gəmilərinin 

hazırlanmasında inşaatda və radiotexnikada 

geniş tətbiq olunurlar.  

 

(alm. das Plexiqlas, ingl. Plexiqlas)



 


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə