Veriş
322
məsi zamanı bir bucaq addımına uyğun
pəstahın aldığı yerdəyişmədir;
Dövri veriş S
o
(dövr/dəq), alətin bir döv-
ründə alətlə pəstah arasında baş verən nisbi
yerdəyişmədir;
Vaxta düşən veriş S
m
(mm/dəq), vahid za-
manda alət ilə pəstah arasındakı nisbi yer-
dəyişmədir.
Şəkil 1. Veriş hərəkətinin bölünməsi
(alm. der Vorschub, ing. Feed)
Veriş ötürməsi enerji çevrilmələrinin köməyi
ilə dəzgahlarda pəstahın alətlə lazımi formaya
salınması üçün hərəkətləri icra edir. Burada
alətin və ya pəstahın hərəkət etdirilməsi ikinci
dərəcəli məsələ kimi baxılır. Enerji növünün
(hidravlik, elektrik) mexaniki enerjiyə çevril-
məsi veriş ötürüməsinə xüsusi tələblər qoyur:
Adətən dörd kvadrantlı işləmə imkanı,
Böyük moment yaratmaqla böyük
idarəetmə
diapazonuna
malik
olma,
Yüksək sərtlik,
Dövrlər sayının pilləsiz tənzim-
lənməsi.
Müasir →CNC dəzgahlarında idarə-
etmənin xüsussiyətinə uyğun elektrik
veriş ötürmələrindən geniş istifadə
olunur. Bu dəzgahların adi dəzgah-
lardan fərqli cəhətini səciyyələndirən
NC-koordinat oxları rəqəmli idarə
olunabilən veriş ötürməsinin tətbiqini
tələb edir. NC veriş sistemi üçün aşağıdakı
tələblər əhəmiyyətlidir:
Mövqeləşmə dəqiqliyini təmin etməyə
imkan verən yüksək dinamiklik,
Sürətli hərəkətə tez çatmağa imkan verən
yüksək təcil,
Dönmə nöqtələrində sürəti tez kiçiltmək
üçün yüksək yavaşıma,
Lazım olan nöqtəyə çatdıqda qısa zaman-
da dayanma (<1mkm),
→Xizəklərin sürətinin pilləsiz tənzim
oluna bilməsi.
NC koordinat sisteminin bütövlükdə yük-
sək statik və dinamik sərtliyə malik olması.
Veriş ötürməsi üçün tətbiq olunan üç mexa-
nizm mövcuddur:
Mexaniki,
Hidravlik,
Elektrik.
Mexaniki veriş ötürməsi klassik dəzgah qu-
ruluşunun tərkib hissəsi kimi ilk vaxtlardan
inkişaf etdirilib tətbiq olunmuşdur. Dəzgahın
hərəkət ediləcək hissəsi ilə →vint-qayka, →
dişli çarx-tamasa və ya →dişli çarx cütlük-
lərinin vasitəsilə əlaqələndirilmiş ötürmə
ümumilikdə →elektrik mühərrikləri ilə işlədilir
(şəkil 1). Elektrik mühərriki kimi burada sabit
cərəyanla işləyən, sinxor, asinxron, →addım,
və →servomühərriklər tətbiq olunurlar. Elek-
trik mühərriklər ya bir başa, ya da aralıq
elementlərinin (dişli çarx və qayış ötürməsi)
köməyi ilə aparıcı valla əlaqələndirilir. Mü-
hərriklərin seçilməsi onların tətbiq şəraitinə
uyğun gəlməsindən asılı olaraq aparılır. Bura-
da əsas kriteriya kimi kifayət qədər güc, enerji
məsrəfi, etibarlıq, uzunömürlük və ekoloji təsir
götürülür.
Şəkil 1. Mexaniki veriş ötürməsi
Hidravlik ötürmə zamanı güc ötürməsi təzyiq
altında olan mayedən (əsasən maye yağ) isti-
fadə edilməklə aparılır. Dəzgahlarda istifadə
olunan hidravlik ötürmə hidrostatik hala malik
olduğundan kinetik enerji burada heç bir rol
Veriş ötürməsi
323
oynamır. Maye yalnız təzyiq qüvvəsini ötü-
rür. Üstün cəhəti ötürmədə veriş hərəkətinin
pilləsiz idarə oluna bilməsidir. Ötürmədə isti-
fadə olunan →hidromühərriklər sabit və ya
tənzimlənən maye həcminə malikdirlər. Hid-
ravlik ötürmə →tənzimləyici ventillərin kömə-
yi ilə idarə olunur.
Dəzgahların veriş ötürməsinin əsas tərkib
hissəsi, enerji çevrilməsinə xidmət edən, içə-
risində porşen olan maye ilə dolu silindr təşkil
edir (şəkil 2).
Şəkil 2. Müstəvi pardaqlama dəzgahında hidravlik
ötürmə
Şəkil 2-də verilmiş sxemə əsasən dəzgahın
stolu hidravlik silindrə →hidravlik mühərrik
tərəfindən verilən maye yağla irəli-geri hərəkət
etdirilir. Hərəkət istiqaməti sonluq ayrıcı rolu-
nu oynayan dirsəkli-ventil mexanizminin kö-
məyi ilə dəyişdirilir. Bu ötürmə mayenin və
eləcə də bütün sistemin genişlənməsi nət-
icəsində aşağı sərtliyə malikdir. Hidravlik ötür-
mə aşağı məxsusi tezliyə malik olduğuna görə
→HSC dəzgahları üçün yararsızdır.
Müasir dəzgahlarda →xətti mühərriklə işlə-
yən tam elektrik veriş ötürmələri getdikcə daha
çox tətbiq tapmaqdadır. Xətti mühərriklərin
yüksək dinamikliyi onların HSC-emalında,
həmçinin →paralel kinematikalı dəzgahlarda
tətbiqini zəruri etmişdir.
(alm. der Vorschubantrieb, ingl. Feed drive)
Verilənlər bazasının modeli konsepsional
olaraq verilənlər bazasında olan verilənlərin
formal təsviri və onlar arasındakı münasibətin
ifadəsi üçün tətbiq olunur. Verilənlər modeli
verilənlərin yaddaşda saxlanması və emalı
üsullarını, yəni onların təşkilini göstərir. Hər
bir verilənlər modeli üçün bir infrastruktur
mövcuddur. Baza daxilində hər bir obyektin
atributu və onun digərləri ilə əlaqəsi təsvir edi-
lir. Nəticədə tətbiq sahəsindən asılı olmayaraq
obyekt-əlaqə-modeli əldə olunur. Verilənlər
bazası iyerarxiya, şəbəkə, relasiya, obyekt
relasiyalı və obyekt yönümlü modellərə malik
olaraq fərqlənirlər.
İyerarxik model valideynlərindən ovlad-
larına yönəlmiş göstəricilərə malik obyektlər-
dən təşkil olunur (şəkil 1). Onlar birlikdə infor-
masiyanı daşıyırlar. İyerarxik bazalar müxtəlif
səviyyələrdən ibarət olan ağac kimi təsvir
oluna bilər. Yuxarı səviyyədə bir obyekt, on-
dan aşğıda iki və s. olaraq strukturlaşır. Ob-
yektlər arasında uşaq-valideyn prinispinə bən-
zər əlaqə mövcuddur. Hər bir obyekt özündən
aşağıda olan bir neçə obyektlə əlaqəyə girə
bilər. Çatışmyan cəhəti ondan ibarətdir ki,
onlar yalnız bir ağacla işləyə bilirlər, bir neçə
ağac arasında əlaqə yaratmaq mümkün deyil.
Şəbəkə modelində iyerarxiyadan fərqli olaraq
hər bir obyekt özündən yuxarıdakı səviyyədə
yerləşən bir neçə obyektlə əlaqədə ola bilir,
yəni əlaqə iki tərəflidir. Bu model daxilində
məyyən verilənlər çoxluğunu əldə etmək üçün
müxtəlif axtarış yolları təklif olunur. Onu
ümumiləşmiş iyerarxik verilən baza modeli
kimi də başa düşmək olar. Bu model müəyyən
qruplar şəklində yığılmış verilənlər arasında
əlaqə yaratmağa imkan verir.
Şəkil 1. Verilənlər bazasının iyerarxik modeli
Relasiya verilənlər bazası verilənlərin elek-
tronik emalına xidmət edir. Relasiya verilənlər
bazası modelinin əsas prinsipi onun riyazi ifa-
də olunmasıdır. O, cədvəlin riyazi təsvirinə