Valların möhkəmlik hesabatı
315
Alınmış bərabərliyi həll etdikdən sonra
nöqtələrdə sistemə təsir edən xarici qüvvələrin
təsirindən yaranan reaksiya qüvvələri hesab-
lanır və sistemə təsir edən moment əyrisi
epyura şəklində qrafiki təsvir edilir (şəkil 1).
Burucu momentin qiymətinin də qrafiki təsviri
vala düşən yükləmə haqqında ümumi təsəvvür
yaratmağa kömək edir. Burada vala təsir edən
qüvvələr iki müstəvidə təsir etdiyindən
moment epyurası da ayrı-ayrılıqda verilir.
Sonra momentlərin həndəsi cəmlənməsi ilə
ümumi əyici momentin qiyməti tapılır.
Momentin bu qiyməti ilə yuxarıdakı düs-
turlardan valın buraxılabilən diamterini tapmaq
olur.
(alm. die Festigkeitsberechnung von Wellen, ingl.
Stress analysis of shaft)
Valların yırğalanması müəyyən tezliklə təsir
edən qüvvələrin təsirindən maşınlarda quraşdı-
rılımış valların tarazlıq halı ətrafında rəqs
etməsini əhatə edir. Vallar çox hallarda kütləsi
qeyri bərabər paylanmış elastiki cismdir. Bu,
bütün maşınqayırma sahələri üçün səciy-
yəvidir:
Turbomaşınlar,
Porşenli maşınlar,
Gəmi hərəkət ötürməsi,
Tekstil maşınları,
Çap maşınları,
Dəzgahlar,
Nəqliyyat maşınları,
Avtomobillər və s.
Maşın vallarının yırğalanmasının formasına
görə uzununa rəqslər, dönmə rəqsləri və
əyilmə rəqsləri, həyacanlandırmanın xarak-
terinə görə öz-özünə həyacanlanan və kə-
nardan həyacanlanan rəqslər fərqlənirlər. Ma-
şınların işləməsi zamanı bu rəqslərin han-
sılarının yaranması bir çox təsir amillərindən
asılıdır: maşının növü və istismar halı,
bünövrə, yastıqlarda yerləşmə üsulu və valın
dövrlər sayı və məxsusi tezliyi, həya-
canlandırma tezliyi, həyacanlandırma mexa-
nizmləri və s. Məsələn, porşenli maşınların
layihələndirilməsində əlverişsiz iş üslubuna və
nisbətən aşağı burulma sərtliyinə malik
olmasına görə dönmə rəqsləri önə çəkilirsə,
turbomaşınlarda disbalans sayəsində yaranan,
yastıqlar arasında məsafə böyüdükcə amplitu-
dası
böyüyən
əyilmə
rəqsləri
nəzərə
alınmalıdır .
Hər bir maşının təhlükəsizliyi onun kritik
dövrlər sayının yaxınlığında aşağı düşür. Bu-
rada söhbət əsasən valın dövrlər sayının kritik
dövrlər sayına yaxınlaşması ilə böyük amp-
litudaya malik rezonans rəqslərinin yaranma-
sından gedir. Bəzi hallarda maşınlarda rəqslər
kənardan, dövrlər sayından asılı olmayan
qüvvələr tərəfindən həyacanlandırılır (məsələn:
bünövrə tərəfindən).
Valların yırğalanması dedikdə onun öz-özünə
rəqs etməsi nəzərdə tutulur. Bu, dönmə rəqs-
lərində həmişə yaransa da, əyilmədə həmişə
olmur. Belə ki, vallarda mövcud olan disbalans
fırlanma tezliyindən asılı olaraq valın əyil-
məsinə gətirib çıxarır. Rəqs edən parametr bu
halda yastıqlara və maşına düşən yükdür.
Hal-hazırda müasir simulyasiya texnikasının
köməyi ilə maşınların vallarıının, həmçinin
bütün maşının kompleks titrəməsi layihə-
ləndirmə mərhələsində təsvir edilə və onların
zərərli təsirini azaltmaq üçün tədbirlər görülə
bilir.
(alm. die Wellenschwingung, ingl. Shaft vibration)
Valların yırğalanmasının ölçülməsi maşın-
ların diaqnostikası nəzarət daxilində yastıqların
nəzarəti ilə yanaşı aparılan ölçmədir. Ölçmə
zamanı valın
Rəqsetmə halı,
Radial yerdəyişməsi,
Kritik yüklənməsi təyin olunur.
Ölçmə zamanı valın yastıqlara və gövdəyə
nəzərən radial vurması ölçülür. Ölçmə para-
metri kimi yırğalanma yolu götürülür. Valın
verilmiş bir müstəvidə tam ölçülməsi üçün bir-
birinə nəzərən 90° dönmüş iki senzordan
istifadə olunur. Beləliklə, valın kinetik trayek-
toriyası əldə edilir. Bu trayektoriyanın analizi
nəticəsində rəqslərin amplitudası və tezliyi
barədə fikir yürütmək mümkündür. Maşın
işləyərkən yaranan təsir amillərini ayırd etmək
üçün ölçmə zamanı valın dövrlər sayını və
istifadə olunan gücün sinxron qeyd olunması
vacibdir.
Valların yırğalanmasının ölçülməsi
316
Şəkil 1. Üfüqi və şaquli kinetik dalğa trayektoriya-
ları
(alm. die Wellenschwingungmessung, ingl. Shaft
vibration measurement )
Vallı əzmə maşını daş və oxşar məhsulların
karxanalarda xırdalanması üçün istifadə olunan
maşındır. Əzmə bir-birinə yaxın yerləşdirilmiş
vallar arasında baş verir (şəkil1).
Şəkil 1. Vallı əzmə maşını
Valların səthi tətbiq sahəsindən asılı olaraq
dişli, rifli və ya hamar hazırlanır. Yükləmənin
həddən artıq olmasının qarşısını almaq üçün
valın biri gövdədə yaylı oturdulur. Xırdalama
əmsalı 4:1 arasında yerləşir. Dövrlər sayı
əzmədə 30 dəq
-1
, yümşaq və orta bərklikli
daşların üyüdülməsində isə 250 dəq
-1
-ə qədər
artırıla bilər.
(alm. das Walzenbrecherchen, ingl. Roll Crusher)
Vankel mühərriki rotor-porşenli →daxili
yanma mühərrikidir. Bu mühərrikin konstruk-
siyası 1957-ci ildə alman mühəndisi Vankel
tərəfindən işlənmişdir. Mühərrikin əsas gös-
təricisi gövdə daxilində yerləşmiş, →porşenin
funksiyasını öz üzərinə götürən, xarici səthi
epitroksoid üzrə hazırlanmış rotor valıdır.
Rotor dişli çarxlarla tərpənməz əlaqədə olur
(şəkil 1).
Şəkil 1. Vankel mühərriki
a-ixracetmə vəziyyətində, b-dişli ilişmə, 1-rotor, 2-
val, 3-su ilə soyutma, 4-gövdə, 5-alışdırıcı, 6, 7-dişli
çarxlar, 8 – çarx
İş zamanı rotor gövdədə oturdulmuş dişli
çarxlar ətrafında dönür. Bu zaman onun tilləri
epitroksoid əyrisi boyunca silindrin daxili sət-
hi üzrə diyirlənir və silindrdə kameraların
həcmini dəyişir (şəkil 2). Bu konstruksiya dörd
taktlı mühərriklərdə iş tsiklinin qazpaylayıcıya
ehtiyac olmadan aparılmasına şərait yaradır.
Kameraların kipliyi mərkəzdənqaçma qüvvəsi,
qaz təzyiqi və yaylar tərəfindən silindrin diva-
rına sıxılan radial və yan kipləşdirici