Üfürməklə formavermə
307
Şəkil 1. Üfürməklə formavermə dəzgahı
1-ekstruziya qurğusu, 2-doldurma qıfı, 3-ekstruziya
ötrüməsi, 4-ekstruziya mühərriki, 5-ekstruziyanı
tənzimləmək üçün qurğu, 6-püskürtmə qurğusu
üçün dayaq, 7-püskürtmə qurğusu, 8-şlanq başlığı,
9-kalibrləmə və üfürmə qurğusu
Şəkil 2. İçiboş hissələrin üfürülməsində hazırlama
ardıcıllığı
bağlanmasına imkan verir. Bu dəzgahlarda
aşağıdakı içiboş hissələr hazırlana bilir:
Qablaşdırma üçün,
Nəqliyyat üçün,
Anbarlama üçün.
Hal-hazırda bu dəzgahlar digər
materiallardan olan texniki içiboş
hissələrin
(avtomobilin
yanacaq
çənləri, mebel, yığılan örtük, oyun-
caqlar) hazırlanmasında da tətbiq
olunur.
İçiboş hissələrin üfürülməsində bir
neçə emal üsulları ardıcıl yerinə
yetirilir. Birinci addımda ilkin for-
ma material termoplastik ərinti ha-
lına salınır. Ekstruziya forma baş-
lığında iki tərəfi də açıq olan şlanq formalı
pəstah formanın daxilinə basılır (şəkil 2).
Sonrakı addımda pəstah forma tərəfindən tutu-
lur və qaz təzyiqi altında o, son formaya
salınır. Proses mərhələləri eyni temperaturda
aparıla bilir.
Bir pilləli ekstruziya üfürmə üsulunda, aşağı
ucu kəsilmə nəticəsində bağlanmış şlanq dartı-
cı ştempelin köməyi ilə mexaniki olaraq üza-
dılır və üfürülür.
Maşınla hazırlamanın modifikasiya olunması
zəruridir, çünki, hissələrin hazırlanmasının ki-
çik zaman intervalında (saniyə) baş verməsi
bunu tələb edir. Bu halda ekstruziya başlığı
daimi plastik materialla dolu olur. Təchizat
başlığı çox böyük həcmdə süni materialı üzük
formasında sıxlaşdıra bilir. Bundan dərhal son-
ra formaverici alət ilkin materialı götürüb üfü-
rür və ona lazımi formanı verir.
Üfürməklə formavermə dəzgahı bir və ya
çoxyerli dəzgahlar şəklində tətbiq olunurlar.
Qrup şəklində işləyən dəzgahlarda püskürtmə
qurğusu revolver şəklində işləyir.
(alm. die Blasformmaschine, ingl. Blow Molding
Machines)
Üstyonma materialların xarici və daxili üzlə-
rinin
→
kəski alətinin düzxətli (irəli-geri) hə-
rəkəti ilə mexaniki emalı üsuldur. Emal sxem-
lərinə görə eninə və uzununa yonma möv-
cuddur. Uzununa üstyonmada alət tərpənməz
bərkidilir, hisssə isə dəzgahın stolunun üzə-
rində bərkidilərək irəli-geri hərəkəti yerinə
yetirir. Alət bir istiqamətdə yonqar çıxarır, əks
istiqamətdə hərəkət zamanı isə o yuxarıya qal-
Üstyonma
308
xaraq kəsmədə iştirak emir, yəni boş gediş baş
verir. Veriş bir cüt gedişdən sonra təkrarlanır.
Ümumiyyətlə yonma digər kəsmə ilə emal
növlərinə nisbətən aşağı məhsuldarlığa ma-
likdir. Ona görə də, ondan yankeçilməz hallar-
da istifadə edilir.
Kəsmə zamanı çıxarılan qatın həndəsi
parametrləri şəkil 1-də göstərilmişdir. Prosesdə
kəsmə müstəvisi sabit qaldığından kəskinin
kinematik bucaqları statik bucaqlara bərabər
olur. Yonmada alətin tili zərbələrə tab gətir-
məli olduğundan onun qabaq bucağı nisbətən
böyük götürülür
γ=10
÷20°. Maillik bucağının
mənfi götürülməsi (
λ
=10°÷15°) alətin təpəsinə
düşən yükü azaldır və onun kəsmə zonasına
girişi zamanı tədricən yüklənməsinə şərait
yaradır. Kəskinin plan bucaqları kəsmə
şəraitindən asılı olaraq
ϕ
= 20÷70°,
ϕ
1
= 0÷15°
arasında seçilir.
Şəkil 1. Yonmada kəsmə elementləri
Yonmada kəsmə V sürəti kimi alətin düzxətli
hərəkət sürəti götürülür. Veriş (S) pəstahın
eninə aldığı yerdəyişmədir. Kəsmə sürəti emal
şəraitindən asılı olaraq 5=18 m/dəq intervalda
dəyişir. Polad və çuqun məmulların kobud
emalında veriş s=0,4÷4,0 mm/cüt gediş,
yarımtəmiz yonmada s=0,25÷1,2 mm/cüt gediş
ola bilər. Kəsmə dərinliyi emal ediləcək səthdə
saxlanılacaq əməliyyat payın qiymətindən və
xarakterindən asılı olaraq mümkün qədər
böyük qiymətdə təyin edilir.
Kəsmə şəraitinin zərbələrlə baş verməsi
səbəbindən yonmada tezkəsən alət poladından
olan kəskilərin tətbiqinə üstünlük verilir.
a)
b)
Şəkil 2. Yonmada tətbiq olunan kəskilər
a-bərk xəlitəli lövhəyə malik; b- tezkəsən alət
poladına malik
(alm. das Hobeln, ingl.Planing)
Üstyonuş
dəzgahı düzxətli doğurana malik
üfüqi, şaquli və maili səthlərin
→
kəski ilə me-
xaniki emalında tətbiq olunur (şəkil 1). Eninə
və uzununa yonma dəzgahları fərqlənirlər.
Dəzgahda yerinə yetirilən kəsmə düzxətli irəli-
geri hərəkətdən ibarətdir. Eninə yonma dəz-
gahında baş hərəkət supporta bərkidilmiş
kəski, uzununa yonma dəzgahında isə dəzga-
hın stolu tərəfindən icra edilir. Kəsmə bir
istiqamətdə baş verən işçi gediş boyunca ye-
rinə yetirilir. Sonra boş gedişdə alət əvvəlki
vəziyyətinə qayıdaraq yenidən verişlə pəstaha
daxil olur və bununla bir tsikl başa çatır. Bütün
yonma dəzgahlarında baş hərəkətin sürəti
proses zamanı sabit qalır. O, giriş və çıxış zo-
nalarında uyğun olaraq artır və azalır. Eninə
veriş eninə yonma dəzgahlarında dəzgahın sto-
luna və onun üzərinə bərkidilmiş pəstaha
verilir.
Şəkil 1. Yonmada əldə edlən səthlər
1-şaquli, 2-üfüqi, 3-maili, 4-qanov, 5-pazlar, 6-
əyrixətli səth