Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə153/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   149   150   151   152   153   154   155   156   ...   211

Üniversal torna dəzgahı 

 

301 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Torna dəzgahlarının xüsusiyyətləri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Universal torna dəzgahı   

 

seriyalı istehsalda da tətbiq etmək mümkündür 



(şəkil 1).  

Universal  torna  dəzgahlarında  daxili,  xarici 

və  fasonlu  səthlərin  emalı,  həmçinin  burğu-

lama  və  yivkəsmə  əməliyyatları  aparılır  (şəkil 

2).  Hərəkət trayektoriyası prizmatik və en kə-

siyi düzbucaqlı olan yönəldicilərdə oturdulmuş 

support  və  dal  aşığın  hərəkətlərinin  kombi-

nasiyasından  alınır.  Bu  dəzgah  növündə  fır- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

lanma  oxu  əsasən  uzununa  yerləşmiş  olur. 

Dəzgahın əsas göstəricisi mərkəzlər arasındakı 

məsafə  və  mərkəz  ilə  yönəldici  arasındakı 

məsafədir. 

 

(alm. die Universelle-Drehmaschine, ingl. Universal

 

 

Lathe



 

Utilizasiya  istehsalda  işlənmiş,  zədələnmiş, 

mənəvi  cəhətdən  köhnəlmiş  və  ya  daha  lazım 

olmayan  məhsulların  təkrar  emalı  ilə  ikinci 

dərəcəli  material  hazırlanması  prosesini  əhatə 

edir.  

Maşınqayırmada  istehsal  prosesi  ərəfəsində 



yaranan  tullantıların  utilizasiya  olunması  ilə 

mühəndislər  son  illərdə  məşğul  olmağa  baş-

layıblar. Aparılmış elmi-tədqiqatlar nəticəsində 

artıq  mövcud  üsulların  sintezi  nəticəsində 

təkcə  texniki  cəhətdən  əlverişli  yox,  həm  də 

praktikada  tətbiq  olunabiləcək  həllər  işlən-

mişdir.  Utilizasiya  olunmuş  materialların  döv-

riyyəyə daxil olunması üç pillədə baş verir: 

 

İstehsal tullantısının utilizasiyası, 



 

Məmulun istismarı zamanı utilizasiya, 

 

Köhnə material utilizasiyası. 




Utilizasiya  

 

302 


 

Qeyd  olunan  utilizasiya  material  axını  bir-

birini tamlayırlar.  

İstehsal  tullantısının  utilizasiyası  zamanı 

xammal  hazırlayan  sənaye  və  tökmədə  əmələ 

gələn  tullantılar  təkrar  emal  olunur.  Bu  tul-

lantılar  müəssisənin  material  axınının  tərki-

bində qalır və istənilən anda təkrar emal oluna 

bilir, bu ən təmiz utulizasiya halıdır. 

Digər  istehsal  tullantıları  sənayenin  digər 

sahələrindən daxil olur. Buraya məsələn, mate-

rialların  doğranmasından  yaranan  tullantılar, 

yonqarlar  daxildirlər.  İstehsal  tullantılarına 

həmçinin emal texnologiyaları üçün lazım olan 

köməkçi və işçi materiallar da daxildir. Onların 

da təkrar emalı vacibdir.  

Məmulun istismarı zamanı utilizasiyası ikinci 

material  dövriyyəsini  təşkil  edir.  İşlədilmiş 

məhsul yenidən istifadə olunur. Maşınqayırma-

da →qarşılıqlı əvəzolunan məmul istehsalı tət-

biq  olunur.  Məsələn,  avtomobil  mühərriki  beş 

emal  mərhələsində  hazırlanır  -  demontaj  (1), 

təmizləmə  (2),  nəzarət  (3)  və  seçmə,  hissəni 

hazırlama  və  yenisi  ilə  əvəzetmə  (4),  yenidən 

yığma  (5).  Bu  üsuldan  sənayenin  bir  çox 

sahələrində istifadə olunur (şəkil 1). 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xüsusilə  dəzgahqayırmada  və  elektrotex-



nikada  yeniləşdirmə  və  modernləşdrimə  (yeni 

idarəetmə  siseminin  quraşdırılması,  dəqiqliyin 

artırılması)  işlərinin  aparılması  sayəsində  ya-

ranan  tullantılar  da  utlizasiya  konseptinə 

daxildir. 

Məmulun  ömrünün  sonunda  başqa  material 

dövriyyəsi mövcuddur. Burada kütləvi material 

tullantılarının  rasional  utilizasiyası  üçün  müa-

sir  avadanlıqlar  işlənib  tətbiq  olunmuşdur.  Ən 

geniş  yayılmış  doğrama  maşınlarıdır.  Çəkicli 

dəyirmanda  2000

÷

3000  kVt  güc  ilə  bütöv  bir 



avtomobil,  həmçinin  məişət  texnikası  bir  neçə 

saniyəyə  əl  boyda  kiçik  hissələrə  parçalanır. 

Bundan sonra maqnit başlıqlar vasitəsilə və ya 

əllə  metal  qeyri  metallardan  seçilir.  Seçilmiş 

metalların  yenidən  əridilməsi  utilizasiya  pro-

sesinin əsas mərhələsi sayılır.  

Yeni məmulun layhələndirilməsində əlverişli 

texniki  və  iqtisadi  göstəricilərlə  bərabər,  layi-

hələndirilən  maşınların  ekoloji  cəhətdən  də 

ətraf  mühitə az  zərər  vurması  və  utilizasiyaya 

uyğun  gəlməsi  konstruktorların  qarşısında  du-

ran əsas vəzifələrdəndir. Bu konstruktorun mə-

suliyyətini daha da artırır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. İstehsalda tullantının azaldılmasına dair (təbəqələrin emalının misalında) 

 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə