Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə151/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   147   148   149   150   151   152   153   154   ...   211

Ultrasəs dəzgahı 

 

297 


 

 

işləyən  dəzgahın  sxematik  təsviri  verilmişdir. 



Dəzgahın  gövdəsində  koordinat  stolu  bər-

kidilir.  Dəzgahın  stolunun  üzərində,  içərisində 

abraziv məhlulla dolu çən yerləşdirilir. →Maq-

nitostriksion çevrici bərkidilmiş şpindel və alət 

şaquli ox boyunca hərəkətli olur. Emal olunan 

deşiyin  ölçüsü  10÷60  mm  arasında,  dərinliyi 

isə  maksimal  50  mm    həddində  yerləşir.  Dəz-

gahda tətbiq olunan içlik formasındakı ultrasəs 

sistem  33  kHs  tezliyə  malikdir.  Onun  gücü 

1,5÷2  kVt-a  çatır.  Bəzən  bu  dəzgahlara 

elektrokimyəvi  emalı  da  inteqrasiya  etməklə 

dəzgahın texnoloji imkanlarını artırmaq olur.   

 

 

 



 

 

 



 

 

Şəkil 1. Ultrasəs emal dəzgahı 

1-maqnitostriktiv  çevrici,  2-gövdə,  3-boyuncuq,  4-

üzük, 5-generator, 6-rəqqas,  7-alət, 8-gövdə, 9-çən, 

10-hissə, 11-dayaq 

 

Xüsusi  ultrasəs  dəzgahlarda  aparılan  əməliy-



yatların  sayı  məhduddur.  Misal  kimi  istiyə-

davamlı, çətin emal olunan materiallardan olan 

hissələrin    daxili  səthlərində  yivlərin  kəsilmə-

sini  göstərmək  olar.  Yivin  açılması  zamanı 

yivburğusu öz oxu ətrafında dönməklə və irəli-

geri  hərəkət  eməklə  bərabər,  amplitudası  bir 

neçə mkm olan və tezliyi   18÷24 kHs arasında 

yerləşən titrəməyə məcbur edilir. Titrəməni hə-

yacanlandırmaq  üçün  ultrasəs  generatorundan 

istifadə  edilir.  Xüsusu  dəzgahlarda  almazlarda 

toxumalarının diametri 0,3÷1,2 mm olan deşik-

lərin  açılması  yerinə  yetirlir.  Prosesin  emal 

dəqiqliyi  ±  15  mkm  həddində  təmin  oluna 

bilir. 


(alm.  die  Ultraschallbearbeitungsmaschine,    ingl. 

Ultrasonic machine

 

Ultrasəs  emalı  proses  zamanı  alətə  titrəmə 

verməklə icra olunan mexaniki emal üsuludur. 

Alətin titrəməsinin tezliyi emal üsulundan asılı 

olaraq  16kHs-dən  yüksək  olur.  Titrəmə  elek-

troakustik  üsulla  yaradılır.  Amplitudanın  yük-

səldilməsi  üçün  xüsusi  gücləndiricilərdən 

istifadə olunur. Proses bunun üçün nəzərdə tu-

tulmuş 


ultrasəs  dəzgahlarında  icra  olunur. 

Ultrasəs emalı ilə bərk və kövrək materialların 

dəqiq  emalını,  həmçinin  metalların  lehimlən-

məsini  və  qaynağını  (

ultrasəs  qaynaq) apar-



maq mümkündür. 

Maşınqayırmada  bu üsuldan  istifadə  etməklə 

hissələrin  xarici,  daxili  və  yan  səthlərini  yük-

sək dəqiqliklə və təmizliklə deşmək, frezləmək 

və  pardaqlamaqla  emal  etmək  mümkündür. 

Alətə  ötürülmüş  ultrasəs  emalı  intensivləşdirir 

və yonqarın qırılmasını yaxşılaşdırır. Bu üsulla 

təkcə  düz  deşiklər  yox,  həmçinin  əyrixətli 

kanalları  açmaq  mümkündür.  Təzyiq  altında 

emal  zamanı  verilən  ultrasəs  titrəmələri  me-

talın  deformasiyaolunma  xassəsini  yaxşılaş-

dırır və tələb olunan gücü azaldır. Səthin mik-

robərkliyi  artmaqla,  onun  kələkötürlüyü  aşağı 

düşür.  


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Valın səthinin ultrasəs üsulu ilə tamamlama 



emalı 

 

Hissələrin ultrasəs üsulu ilə təmizlənməsində 



səthlər  daha  təmiz  alınırlar.  Bü  üsulun  üstün 

cəhətlərindən  biri  də  odur  ki,  hissədə  mürək-

kəb  və  çətin  əlçatan  səthlərin    istənilən  mate-

rial  qalıqlarından  problemsiz  tənzimlənməsi




Ultrasəs emal  

 

298 


 

böyük  texnoloji  imkanlar  açır.  Məsələn,  mü-

rəkkəb daxili həndəsəyə malik hissələrin tökül-

məsindən sonra  onların içlikdən təmizlənməsi 

yalnız ultrasəs üsulu ilə aparıla bilir.  

Prosesin  reallaşdırılması  zamanı  lazım  gələn  

ultrasəs  titrəməsinin  alətə  ötürülməsi  vacib 

amillərdəndir.  Titrəmə  formaverici  alətin  ucu-

na  bir  başa  ötürülə  bilmədiyindən  son  illər  bu 

məqsədlə  xüsusi  köməkçi  vasitə 

sonotrodlar 



işlənib tətbiq edilmişdir (şəkil 1).  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  1.  Üzərində  çoxlu  alət tili  olan sonotrod baş-

lığı 

 

(alm.  die  Ultraschallbearbeitung,    ingl.  Ultrasonic 



machining

 

Ultrasəs  qurğusu  ilə  yayma  prosesin  gedi-

şində  metalın  deformasiyasını  asanlaşdırmaq 

üçün  ultrasəs  titrəməsindən  istifadə  olun-

masına əsaslanır. Deformasiya qüvvəsinə əlavə 

təsir  edən  ultrasəs  titrəmə  (16  kHs-dən  yuxarı 

tezliyə  malik)    sayəsində  prosesə  lazım  olan 

qüvvəni  azaltmaq  olur.  Metala  titrəyən  qüvvə 

təsir etdikdə onun axıcılıq həddi aşağı düşür.   

Titrəmənin  işçi  sahəyə  ötürülməsi  iki  üsulla 

aparılır:  vallar  və  təbəqə  arasındakı  boşluğa 

verilən  sürtkü  yağını  və  ya  da  bir  başa  valları 

titrətməklə. Titrəmə yağ vasitəsilə ötürüldükdə 

o deformasiya zonasını bütövlüklə əhatə edir.  

Ultrasəs  yayma  üsulunun  aşağıdakı  üstün-

lükləri vardır: 

 

Yayılan metala təzyiq xeyli azalır. Dəyişən 



qüvvə  metalın  tərkibində  yeni  strukturanın 

yaranmasına və plastikliyin artmasına gətirib 

çxarır.  

 

Nazik təbəqələrin yayılması mümkündür, 



 

Çətin  emalolunabilən  metalları  yaymaq 

mümkündür, 

 

Yayılan  materialın  mexaniki  xassələri 



yaxşılaşır. 

 

(alm. das Umformen mittels Ultraschall, ingl. 



Forming by ultrasound

 

Ultrasəs ölçmə üsulu akustik üsul olub, maşın 

hissələrinin  materiallarını  dağıtmadan  ultrasə-

sin  köməyi  ilə  yoxlanma  aparmağa  imkan 

verir.  Bu  üsulla  hissələr  hətta  düyüm  və  ya 

maşına  quraşdırılmış  şəkildə  araşdırıla  bilir. 

Yoxlamanı  aparmaq  üçün  hissənin  üzərunə 

yüksək  qatılıqlı  əlaqələndirici  məhlul  çəkilir 

(jele,  yağ  və  s.).  Yoxlayıcı  başlıq  səthə  qo-

yulduqdan sonra o, hissəyə tezliyi 0,2÷50 MHs 

arasında olan ultrasəslər göndərir və qəbul edir 

(şəkil  1).  Bu,  əl  və  ya  mexaniki  olaraq  yerinə  

yetirilə  bilir.  Hissənin  daxilində  olan  çatış-

mamazlıqlar  (lunker,  boşlulqar,  çatlar)  səs 

impulsunu    refleksiya  etdirir  və  nəzarət  baş-

lığına geri göndərir.  

 

 



  

 

 



 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Hissənin daxilindəki çatışmamazlığın ultra-

səslə tapılması 

a-iki  tərəfli  ölçmə,  b  –bir  tərəfli  ölçmə,  1-  verici 

senzor, 2-səs qəbuledici senzor 

 

Səsin gət edtiyi yolu hesablamaqla monitorda 



siqnalın  təsvirini  əldə  etmək  olur.  Bu  təsvir 

əsasında  hissədəki  çatışmamazlığın  yeri,  öl-

çüsü  və  formasını  tapmaq  mümkündür.  Təsvr 

olunan  üsul  bir  tərəfli  olaraq  ölçmə  adlanır. 

Digər  üsul  iki  senzorla  işləyərək,  səs  dalğa-

larının hissənin içərisindən bir başa keçməsinə 

əsaslanır. Bu halda hissənin o biri tərəfində qə- 

 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə