Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə148/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   144   145   146   147   148   149   150   151   ...   211

Tsiklik addımlayan mexanizm 

 

290 


 

məsrəf  edirlər.  Belə  maşınlarda  ayaqlar 

mərkəzi  kompyüterdən  idarə  olunan  izləyici 

hidravlik  ötürmələrin  köməyi  ilə  hərəkətə 

gətirilirlər.  Hidravlik  ötürmə  ilə  işləyən  ad-

dımlayan  mexanizmlərdən  ibarət  maşınlar 

baha başa gəlir və aşağı etibarlığa  malikdirlər. 

   


 

  

a)



 

 ümumi görnüşü 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

b)



 

 kinematik sxemi, 

 

Şəkil  1.  Tsiklik  mexanizmlə  işləyən  addımlayan 

maşın  

1-çarxqolu,  2-  sürüngəc  3-ayaq,  4-koromısel,  5-

yönəldici, 6-diyircək 

 

Tsiklik  addımlayan  maşınlar  isə  sərt  proq-



ramlarla  idarə  olunduğundan  daha  az  bəndlərə 

malikdir  və  uyğun  olaraq  daha  az  enerji  tələb 

edir.  Tsiklik  mexanizmlərin  çatışmayan  cəhəti 

ondan  ibarətdir  ki,  burada  ayağın  trayek-

toriyasının  düzxətli  olmamasıdır.  Digər  tərəf-

dən addımlama mexanizminin dayaq nöqtələri-

nin  sərt  yerləşməsi  maşınların  yerlərin  profil-

lərinə  uyğunlaşmasını  çətinləşdirir  və  onun 

keçicilik  xassələrini  azaldır.  Şəkil  1-də 

Çebışeb 


tsiklik 

mexanizmi 

ilə 

işləyən 


→addımlayan maşın təsvir edilmişdir. 

 

(alm. zyklische Getriebe, ingl. Cyclic mechanism



 

Tsikloid  dişli  çarxlar  profilləri  tsikloid  üzrə 

hazırlanmış  çarxlardır. Tsikloid əyrisi  verilmiş 

nöqtənin  çevrəvi  və  düzxətli  hərəkətlərinin  

cəmindən  ibarət  trayektoriya  üzrə  yerdəyiş-

məsi  zamanı  yaranır.  Tsikloid  dişli  ilişmədə 

diyirlənmə  çevrələri  (

δ

1

  və 



δ

2

  )  ilişmə  çev-



rələrinin  (d

1

  və d



2

  )  daxilində  yerləşirlər (şəkil 

1).  Onlar  C  qütb  nöqtəsində  görüşürlər  və 

ilişmə xəttini yaradırlar. Diyirlənmə çevrəsinin 

radiusu istənilən ola bilər. Təcrübəyə əsasən bu 

nisbət 


δ≈

0,3


d  götürülür.  →Dişli  ilişmə  qanu-

nuna əsasən dişlərin yan səthlərinin toxunması 

zamanı  ortaq  normal  qütb  nöqtəsindən  keç-

məlidir.  Bu  o  vaxt  mümkün  olur  ki,  dişlərin 

səthləri  eyni  diyirlənmə  çevrəsinə  malikdirlər. 

Diyirlənmə  çevrəsi  2-nin  ilişmə  çevrəsi  (W

1



üzrə  diyirlənməsi  zamanı  dişin  baş  tərəfi  (k

1

 



əyrisi) K

1

 nöqtəsinə qədər epitsikloida şəklində 



əmələ gəlir (şəkil 1). Diyirlənmə çevrəsi 2-nin  

ilişmə  çevrəsi  (W

2

)  üzrə  diyirlənməsi  zamanı 



isə dişin ayaq hissəsi  hipotsikloid şəklində (f

2

 



əyrisi) alınır. Uyğun olaraq k

2

 və f



1

 səthləri də 

yaradılır. 

Tsikloid  ilişməsində ilişmə əyrisi  diyirlənmə 

çevrələrindən (d

1

 və d



2

) təşkil olunur.  Aparan 

dişin  sağa  döndərilməsi  zamanı  ilişmə  A  nöq-

təsindən  başlayır  və  E  nöqtəsində  sona  çatır. 

Bu  nöqtələr  dişin  ayaq  nöqtələri  F

1

  və  F



2

-yə 


uyğun gəlir. İlişmənin ilkin mərhələsində dişin 

F

1



C və K

2

C hissələri, ikinci mərhələdə CK



1

 və 


CF

2

  hissələri  bir-biri  ilə  toxunur.  Burada 



mövcud  olan  müxtəlif  uzunluqlardan  görünür 

ki, diyirlənmə hərəkəti  ilə  bərabər  sürüşmə  də 

baş  verməlidir.  Tsikloid  dişli  ilişmədə  hər  bir 

çökük  hissə  (f

1

  və  f


2

)  bir  qabarıq hissə  ilə   (k

1

 

və  k



2

)  təmasda  olur.  Nəticədə  dişin  optimal 

yağlanma  şəraiti  yaranır  və  beləliklə  yeyilmə 

nisbətən  aşağı  olur.  Bu  üsulla  az  sayda  (z=3) 

dişlərə  malik  ilişməni  həyata  keçirmək 

mümkündür.  İlişmə  bir-birinə  uyğunlaşmış




Tsikloid dişli çarxlar 

 

291 


 

 

profilə  malik  dişlərin  sayəsində  mümkün 



olduğundan  onların  əvəzlənməsi  yalnız  eyni 

diyirlənmə  radiusuna  malik  dişli  çarxlarla 

mövcuddur.  İlişmə  əyrisi  C  qütb  nöqtəsində 

istiqamətini  dəyişməsi  çarxlar  arasındakı 

məsafənin  dəqiq  olmasını təlb  edir.  Əks halda 

iş zamanı dişlərin dağılması baş verir. Tsikloid 

dişli  çarxlar  əsasən  saatların  hazırlanmasında 

tətbiq  olunur.  Bu  dişli  çarxların  hazırlanması 

baha başa gəlir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Tsikloid profilli xarici dişli çarx ilişməsi 

 

(alm. die Zykloidenverzahnung, ingl. Cycloid gear



 

Tunel  deşmə  maşını    tunellərin  tikilməsində, 

yeraltı  yolların  açılmasında  işlədilən maşındır. 

O,  əsasən  suxurli  yeraltı  sahələrin  deşilmə-

sində  effektiv  tətbiq  olunur.  Maşının    əsas 

komponentləri deşmə başlığı, başlıq daşıyıcısı, 

başlığı  fırladan  mühərriklər,  çərçivə,  bərkidici 

və  veriş  qurğularından  ibarətdir  (şəkil  1). 

Komplet  tunel  deşmə  maşını  iki  hissədən 

ibarət olur: qabaq və arxa hissə. Qabaq hissədə 

deşmə  başlığı,  arxada  isə  idarəetmə  və  nəq-

liyyat  qurğuları  yerləşdirilir  (şəkil  2).  Deşmə 

başlığının fırlanması zamanı diyirlənən baltalar 

deşiləcək suxur divarı üzrə təzyiq altında diyir- 

 

 



 

 

 



 

 

Şəkil 1. Tunel deşmə maşını iş zamanı 

1-deşmə  başlığı,  2-bərkidici  qurğu  və  nəqledici 

sistem,  3-deşmə  başlığının  uzadılmış  hissəsi,  4-

daxili  veriş sistemi,  5-  2  hissəli  xarici  veriş sistemi, 

6- veriş silindri, 7-başlıq ötürməsi, 8- arxa qoruyucu 

(dayaq),  9-  qabaq  lent,  10-lövbər  burğulama  qur-

ğusu 


 

 

 



 

 

 



 

 

 



Şəkil 2.Tunel burğulama maşını, qabaq tərəfdən 

 

lənir.  Bu  zaman  bıçaqların  tilinin  təmas  xət-



tində  yaratdığı  təzyiqdən  suxurda  çatlar əmələ 

gəlir  və  nəticədə  o  ovulur.  Deşmə  başlığının 

(diametri  12  m-ə  qədər)  dövrlər  sayı  elektrik 

və  ya  hidravlik  olaraq  pilləsiz  idarə  olunur. 

Veriş  zamanı  hər  bıçaq  tutqacına100÷250  kN 

quvvə tətbiq edilir. Kəsmə prosesi əlavə olaraq 

böyük  təzyiq  altında  vurulan  su  şırnağı  ilə 

müşaiyət  olunur.  Bu,  kəsməni  nisbətən  asan-

laşdırır. Su şırnaqları suxur divarında əlavə ya-

rıqlar  açır  ki,  nəticədə  da  baltaların  diyir-

lənməsi  zamanı  suxurun  ovxalanmasını  asan-

laşır.  Baltaların    dəyişdirilməsi  müasir  maşın-

larda  arxa  tərəfdən  nəzərdə  tutulmuş  deşikdən 

yerinə  yetirilir.  Deşiklərin  diametri  1÷19  m 

civarında  dəyişir.  Tunel  deşmə  maşını  kom-



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə