Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə146/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   142   143   144   145   146   147   148   149   ...   211

Tribologiya 

 

286 


 

Başlanğıc  fazada  daha  intensiv  yeyilmə  baş 

verir,  zaman  keçdikcə  onun  intensivliyi  aşağı 

düşür və sabit yeyilmə artımı ilə müşaiyət olu-

nan  qərarlaşmış  proses  yaranır.  Prosesin  son-

rakı  gedişində  yeyilmə  proqressiv  artaraq  his-

sənin  sıradan  çıxmasına  gətirib  çıxarır.  Əgər 

səthin  dağılması  yeyilmə  mexanizmi  üçün 

təsirli  olarsa,    onda  yeyilmə  ilk  olaraq  səthdə 

mikrostruktur  dəyişmə,  çatların  yaranması  və 

böyüməsindən  sonra  əhəmiyyətli  dərəcədə 

nəzərə çarpır (şəkil 2b). 

Yeyilmə  prosesi  onun  yaranma  mexanizm-

lərindən asılı olduğundan, bu haqda danışdıqda 

yeyilmənin  qiyməti  ilə  bərabər  onun  mik-

roskop  altında  əldə  olunmuş  formasının  da 

verilməsi  əhəmiyyətlidir.  Bu  şəkillər  əsasında 

yeyilmə haqqında tam məlumat toplayıb başqa 

hallar üçün faydalı etmək olur. 

 

(alm. die Tribologie, ingl. Tribology)   



 

Tribokimyəvi  reaksiya yeyilmə zamanı təsirə 

məruz  qalmış  material  səthində  onun  aralıq 

material  və  ya  ətraf  mühitlə  kimyəvi  reak-

siyaya  girməsi  ilə  müşaiyət  olunan  prosesdir. 

Burada  gözlənilməyən  termodinamiki  reak-

siyalar  baş  verə  bilər.  Məsələn,  elektrolit  mis 

yonqarlarının  keramik  titrəmə  dəyirmanında 

triboloji  təsirə  uğraması  zamanı    onun  oksid-

ləşməsi  halı  məlumdur.    Reaksiya  aşağıdakı 

düstur  üzrə  baş  verir:  4Cu+CO

2

=2  Cu


2

O+C. 


Tarazlıq  sabiti  k  otaq  temperaturunda  2x10

-18


 

həddindədir.  Əgər  temperatur  1000  K  artarsa, 

onda  k=10

-11


,  yəni  yenə də  kiçik  olur.  Əslində 

heç  bir mis  oksidi  yaranmamalıdır.  Buna  bax-

mayaraq  səthdə  müəyyən  oksidləşmə  ölçmək 

mümkün olmuşdur.  

Tribokimyəvi 

reaksiyalar 

termodinamiki 

reaksiyalara  nisbətən  daha  tez  baş  verir  (şəkil 

1). Çox hallarda tribooksidləşmənin yaranması 

səciyyəvidir.  Bəzi  hallarda  triboreduksiya 

yarana bilər.  

Tribokimyəvi reaksiya çox hallarda arzu olu-

nandır,  çünki,  o  adgeziyanı  məhdudlaşdırır. 

Yeyilmə  üçün  reaksiya  məhsulunun  bərkli-

yinin  onun  altında  olan  materialın  bərkliyinə 

olan  nisbəti  böyük  əhəmiyyətə  malikdir.  Bu 

nisbət  vahiddən  kiçik  olarsa,  onda  reaksiya 

məhsulu yeyilmənin azalması üçün əlverişli şə-

rait  yaradır.  Reaksiya  məhsulu  əsas  material-

dan bərk oluqda isə o yeyilmə hissəcikləri kimi 

→abraziv  yeyilməni  sürətləndirə  bilər.  Tribo-

loji reaksiyanın tipik yaranma forması şəkil 2-

də göstə

rilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  1.  Poladlarda  diyirlənmə  zamanı  baş  verəın 

oksidləşmə  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Borlu poladda yaranan oksidləşmə qatı  

 

(alm.  tribochemische  Reaktion,  ingl.  Tribochemical 



reaction

 

Tribokimyəvi  yeyilmə  sürtünən  səthlər  ara-

sında  hissənin  biri  və  ya  hər  ikisinin aralıq 

materialı  (məsələn:yağ  və  ya  ətraf  mühitdəki 




Tribokimyəvi yeyilmə 

 

287 


 

 

materialla)  ilə  qarşılıqlı  təsirində  baş  verən 



kimyəvi  reaksiya  nəticəsində  yaranan  və  sür-

tünmə nəticəsində kontakt sahəsindən uzaqlaş-

dırlılan  material  hissəcikləri  hesabına  yaranan 

yeyilmədir.  Buna  misal  kimi,  sürtünən  səth-

lərin su və su buxarı ilə kimyəvi reaksiyası nə-

ticəsində yaranan oksidləşmiş qatını göstərmək 

olar.  Sürtünmədə  temperaturun  artması,  qoru-

yucu  qatın  iş  prosesində  sürtülüb  çıxarılması, 

reaktiv  səthlərin  böyüməsi,  reaksiyaya  meyilli 

hissənin  kontakt  sahəsində  aktiv  iştirak  etməsi 

və materialın səthində qəfəs xətalarının sayının 

artması tribokimyəvi  reaksiyanı  sürətləndirən 

amillərdəndir.  

Bu yeyilmənin  intensivliyi  reaksiya  nəti-

cəsində  yaranan  məhsulun  sürtünən  səthlərə 

nisbətən  malik  olduğu  bərkliyindən  asılıdır. 

Bərklik  fərqi  kiçik  olduqda  və  ya  reaksiya 

məhsulu daha yumşaq qat yaradarsa, onda sür-

tünən  səthlər  arasında  qeyri-metal  qat  forma-

laşır  və  bununla adgeziya  yeyilməsinin  qarşısı 

alınır. Bu halda tribokimyəvi reaksiya  yeyilmə 

prosesi üçün  əlverişli  şərait  yaradır.  Nisbətən 

bərk  qat  yarandığı  halda  isə  o,  sürtünmə  nəti-

cəsinə kiçik hissəciklərə  parçalanır  və  kontakt 

sahəsinə  substrat  şəklində  daxil  olaraq  ora-

da abraziv yeyilməyə səbəb olur. 

 

 

 



 

 

 



 

         a) 

 

 

 



 

 

 



 

 

                                    b) 



 

Şəkil 1. Tribokimyəvi yeyimə  

a-sxematik təsviri, b-hissənin səthində izləri  

 

Tribokimyəvi  yeyilmənin  qarşısını  almaq 



üçün  oksidləşməyə  davamlı  materiallardan  və 

sürtünən  səthlərin oksidləşməsini  passivləşdir-

mək  üçün  örtük  qatlarından  (məsələn:  Al

2

O



3

istifadə  edilir.  Aktiv  səthlərə  qeyri-metal-



lardan örtük  çəkilməsi tribokimyəvi  reaksiyanı 

zəiflədir.

 

 

(alm. tribochemischer Verschleiß, ingl. 



Tribochemical wear

 

Trikotaj  iynəsi →trikotaj maşınlarında ilmək-

vurma  mexanizminin  əsas  hissəsi  kimi  par-

çaların  istehsalı  və  emalında  tətbiq  olunur.  

İynələr polad məftillərdən hazırlanır, uzunluğu 

25÷100  mm,  qalınlığı  0,3÷1  mm  civarında 

olur.  İynənin  qalınlığı  ilməyin  ölçüsünə  bir 

başa  təsir  edir.  İynə  nə  qədər  nazik  olarsa 

ilmək də bir o qədər kiçik olur və  bununla tri-

kotaj 


materialında 

vahid 


sahəyə 

düşən 


ilməklərin  sayı  artır.    Ən  geniş  yayılmış  dilli, 

qarmaqlı  və  pazlı  iynə  növləridir  (şəkil  1). 

Dilli  iynənin  qıfılı  açılıb  bağlana  bilir.  Bu 

proses  ilmək  bağlamasında  sapın  iynə  boyu 

sürüşməsi  zamanı  baş  verir.  Trikotaj  iynələri 

iynə  başlığında  pəncələrlə  oturdulur.  İynələrin 

sayı 

trikotaj 



maşının 

konstruksiyasından 

asılıdır. Bir başlıqlı iynədən əlavə  iki başlıqlı, 

iki  dilli  və  s.  iynələr  də  mövcuddur.  Qarmaqlı 

trikotaj  iynəsi  uzadılmış  qarmaq  formasın-

dadır.  İlmək  bağlama  zamanı  xüsusi  pres  qar-

mağa  basaraq  onu    yuvadan  çıxmağa  qoymur. 

Pəncəli  iynələr  yuvada  hərəkətsiz  oturdulur. 

Pazlı iynələr qarmaqlı içlikdən və qapayıcıdan 

ibarətdir. Qapayıcı içlik boyu paza daxil olaraq 

qıfılı bağlayır. İynə başlıq tərpənməz bağlanır, 

o  əsasən  ilmək  bağlama  maşınlarında  tətbiq 

olunur. 

 

 



 

 

 



 

 

 

Şəkil 1. Trikotaj iynəsi 

a-dilli, b-qarmaqlı, c-pazlı, 1-pəncə, 2-içlik, 3-dil. 4-

qarmaq, 5-kasa, 6-qapayıcı 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə