Tökmə prosesinin simulyasiyası
282
Rahat işləmə üçün şəraitin yaradılması və
hesablama vaxtının qəbulediləbilən olması.
Şəkil 3. Töküyün xassələrinin simulyasiyası
Simulyasiyanın nəticələri əsasında töküyün
xassələrini əvvəlcədən qiymətləndirmək müm-
kündür. Bunun sayəsində hissənin xassələrini
yoxlamaq üçün nəzərdə tutulan sınaqların həc-
mini minimallaşdırmaq üçün şərait yaranır. Si-
mulyasiyanın köməyi ilə hissənin məsul sahəsi
keyfiyyət üçün tətbiq oluna bilir (şəkil 2).
Digər tətbiq sahəsi töküyün bərkiməsi za-
manı yaranan qazların xaricə çıxarılması üçün
deşiklərin yerinin və ölçüsünün təyinidir. Va-
kuumda tökmə zamanı töküklərdə ensiz çökək-
liklərdə hava təzyiqinin optimal paylanması
simulyasiya sayəsində yerinə yetirilə bilər.
(alm. die Gießsimulation, ingl. Casting simulation)
Tökük metal ərintisindən bir və ya bir neçə
hissəli, açıq və ya qapalı qəlibdə məqsədli ola-
raq istiliyin çıxarılması yolu ilə və ya onsuz
əldə olunan metal məmuldur. Ümumi şəkildə
tökük öz formasını metal ərintisinin müəyyən
bir foma daxilində bərkiməsi sayəsində alan
pəstahdır (şəkil 1).
Töküklərin hazırlanması üçün həmişə qəlibə
ehtiyac vardır. →Tökmədən sonra tökük tə-
mizlənir və materialın tələbatından asılı olaraq
istismardan öncə →termiki emala uğradılır.
Konstruktor maşın hissəsini möhkəmliyə,
yükləməyə davamlılıq nöqteyi-nəzərindən layi-
hələndirir və öz təsəvvürlərini cizgilərdə təsvir
edir. Tökmə yolu ilə hazırlanan hissələrdə
onlar tökmə proesesinin tələblərinin yerinə
yetirilməsi üçün əlverişli həndəsəyə malik ol-
malıdırlar, yəni tökmə sistemi vasitəsilə op-
timal mexaniki xassələrin bütün hissə boyu
təmin olunması imkanı yaradılmalıdır. Ona
görə də, əlverişli yolla töküyün hazırlanması
üçün hələ layihələndirmə mərhələsində kon-
truktor və tökmə mühəndislərinin birgə işlə-
məsi zəruridir.
İcra olunan
əməliyyat
İcra edən sahə
Texniki cizgi
↓
Model, içlik qutusu
və kokil
↓
Model materialının
seçilməsi və
hazırlanması
↓
Qəlibləmə
↓
←Tökmə
↓
Tökük, gobud
↓
Tökük, təmiz
↓
Mexaniki emal
Konstruksiya bürosu
↓
Model hazırlama
↓
Qarışdırıcı texnika
↓
Qəlibləmə, içliklərin
hazırlanması
↓
Əritmə, Tökmə
↓
Təmizləmə
Şəkil 1. Töküyün hazırlanmasında yerinə yetirilən
əməliyyatlar ardıcıllığı
Bütün töküklərin hazırlanması üçün yerinə
yetirilən
əməliyyatlar ardıcıllığı eynidir.
Müasir tökük hazırlama texnologiyasında me-
xaniki xassələrə olan tələbatların artması ilə
bərabər onların dəqiqliyinin və səthinin
keyfiyyətinin artması da qaçılmaz olmuşdur.
Bu da tətbiq olunan formaların hazırlanmasının
inkişafına təkan vermişdir, çünki, töküyün
səthi formanın səthi qədər təmiz ola bilir.
(alm. das Gußstück, ingl. Cast iron)
Traktor özü hərəkətedən (tırtıllı, təkərli) ma-
şın olub kənd təsərrüfatı, yol-tikinti, torpağın
qazılması və s. kimi işlərin icrasında qo-
Traktor
283
şulqanlı, asılqanlı və ya stasionar maşın vasi-
tələri ilə kombinə edilmiş şəkildə geniş tətbiq
olunur. Traktorlar kənd təsərrüfatı və sənaye
traktorlarına bölünürlər. Ümumi təyinatlı kənd
təsərrüfatı traktorları uyğun əmək vasitələrlə
birlikdə şumlama, kultivasiya, səpmə, yığma
və s. işləri yerinə yetirir. Ən güclü traktorlar
xam torpaqların emalında tətbiq olunurlar.
Şumlama traktorları cərgələr arasındakı işləri
(kultivasiya, yumşaltma, tozlandırma, yığma)
mexanikləşdirməyə şərait yaradır. Bu trak-
torların əsas xüsusiyyəti ondan ibarətdir ki,
onları asılqanlı vasitələrlə təchiz etmək və
cərgəli əkinlərdə uyğunlaşdırmaq olur.
Sənaye traktorlarının baza modeli digər-
lərindən güclü ötürmə sistemi ilə fərqlənir. Sə-
naye traktorları yolqazma, yol-tikinti, melio-
rasiya və s. işləri yerinə yetirmək üçün müx-
təlif asılqanlara (buldozer, qartəmizləyən,
eskavator çömçə) və qoşulqan vasitələrlə malik
olaraq fərqlənirlər. Hərəkət formasına görə
traktorlar tırtıllı (→tırtıllı gediş mexanizmi) və
təkərli olurlar.
Traktorun güc ötürməsi əsasən mühərrik,
→mufta, ayrıcı, →sürətlər qutusu, mərkəzi və
son ötürmədən ibarətdir (şəkil 1). Traktorlarda
ən çox sürtünmə muftalarından, bəzi hallarda
hidravlik və elektrik muftalardan istifadə olu-
nur. Sürətlər qutusu daimi dişli çarx ilişməsi və
ya planetar reduktorla təchiz olunurlar. Təkərli
traktorlarda →diferensial mexanizmindən isti-
fadə olunur. Sonluq reduktorları aparıcı tə-
kərlərin yaxınlığında quraşdırılaraq →trans-
missiyanın ümumi gücünün artırılmasına xid-
mət edir. Traktorlarda çox kiçik sürətlər gediş
yavaşıdıcılarının köməyi ilə əldə olunurlar.
Təkərli traktorların gediş sistemi asılqanlar,
oxlar və aşağı təzyiqli pnevmatik təkərlərdən
təşkil olunur. Traktorun gediş qabiliyyəti tırtıllı
sistemlərin köməyi ilə yüksəldilir. Tırtıllı sis-
temlər asılqan, tırtıl zəncirləri, aparıcı dişli
metal çarxlar, dayaq diyircəklərindən ibarətdir.
Traktorların idarəsi sükan və →əyləclərlə tən-
zimlənir. Təkərli traktorlarda hərəkətin isti-
qaməti qabaq təkərlərin köməyi ilə yerinə
yetirilsə də, tırtıllı traktorlarda bu bir tərəfdə
olan tırtıllı zəncirin aparıcı çarxının sürətini
azaltmaqla əldə olunur.
Traktorda quraşdırılmış kabin sürücünün istə-
nilən hava şəraitində işləməsinə xidmət edir.
Şəkil 1. Təkərli traktorun sxematik təsviri
1-mühərrik, 2-sükan, 3-kabin, 4-yanacaq çəni, 5-
asılqan menaizminin idarə dəstəkləri, 6-güc pay-
layan val, 7-qoşulqan qarmağı, 8-mərkəzi ötürmə, 9-
aparıcı təkər, 10-sürətlər qutusu, 11-mufta, 12-
idarəetmə təkəri
Müxtəlif məqsədləri icra etmək üçün tətbiq
zamanı traktorun arxasına yerinə yetiriləcək
tapşırığa uyğun olaraq müxtəliv mexanizmlər
qoşulurlar. Bu mexanizmlər traktorun arxa-
sında “
→
üçnöqtəli asılma” prinsipi ilə bərki-
dilirlər.
(alm. der Traktor, ingl. Traktor)
Trayektoriya xətası NC idarə olunan dəzgah-
larda proqramlaşdırılmış alət trayektoriyasının
icra olunan trayektoriyadan meyillənməsidir.
O, emal olunan pəstahın dəqiqliyinə bir başa
təsir edən amildir və ona görə də, bir tərəfdən,
istehsalın hazırlığı mərhələsində bu xətaya
təsir edən NC-proqramlaşdırma sisteminin
hesablama dəqiqliyinin, digər tərəfdən dəzga-
hın hissələrinin və veriş sisteminin dəqiqliyinin
musahidə daxilində saxlanması vacibdir.
(alm. die Bahnabweichung, ingl. Devitation)
Tribometr materialların sürtünmə və yeyilmə
hallarını xarakterizə etməyə, bununla triboloji
yönümlü material və yağların yaradılması üçün
baza rolunu oynayır. O, həmçinin keyfiyyətin
təmin olunmasında geniş tətbiq olunur.