Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə144/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   140   141   142   143   144   145   146   147   ...   211

Tökmə prosesinin simulyasiyası 

 

282 


 

 

Rahat işləmə üçün şəraitin yaradılması və 



hesablama vaxtının qəbulediləbilən olması. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3. Töküyün xassələrinin  simulyasiyası 

 

Simulyasiyanın  nəticələri  əsasında  töküyün 



xassələrini əvvəlcədən qiymətləndirmək müm-

kündür.  Bunun  sayəsində  hissənin  xassələrini 

yoxlamaq üçün nəzərdə tutulan sınaqların həc-

mini  minimallaşdırmaq üçün şərait yaranır. Si-

mulyasiyanın köməyi ilə hissənin məsul sahəsi 

keyfiyyət üçün tətbiq oluna bilir (şəkil 2). 

Digər  tətbiq  sahəsi  töküyün  bərkiməsi  za-

manı yaranan qazların xaricə çıxarılması  üçün 

deşiklərin  yerinin  və  ölçüsünün  təyinidir.  Va-

kuumda tökmə zamanı töküklərdə ensiz çökək-

liklərdə  hava  təzyiqinin  optimal  paylanması 

simulyasiya sayəsində yerinə yetirilə bilər.  

 

(alm. die Gießsimulation,  ingl. Casting simulation)



    

 

Tökük  metal  ərintisindən  bir  və  ya  bir  neçə 

hissəli, açıq və ya qapalı qəlibdə məqsədli ola-

raq  istiliyin  çıxarılması  yolu  ilə  və  ya  onsuz 

əldə  olunan  metal  məmuldur.  Ümumi  şəkildə 

tökük  öz  formasını  metal  ərintisinin  müəyyən 

bir  foma  daxilində  bərkiməsi  sayəsində    alan 

pəstahdır (şəkil 1). 

Töküklərin hazırlanması üçün həmişə  qəlibə 

ehtiyac  vardır.  →Tökmədən  sonra    tökük  tə-

mizlənir və materialın tələbatından asılı olaraq 

istismardan öncə →termiki emala uğradılır. 

Konstruktor  maşın  hissəsini  möhkəmliyə, 

yükləməyə davamlılıq nöqteyi-nəzərindən layi-

hələndirir və öz təsəvvürlərini cizgilərdə təsvir 

edir.  Tökmə  yolu  ilə  hazırlanan  hissələrdə 

onlar  tökmə  proesesinin  tələblərinin  yerinə 

yetirilməsi  üçün  əlverişli  həndəsəyə  malik  ol-

malıdırlar,  yəni  tökmə  sistemi  vasitəsilə  op-

timal  mexaniki  xassələrin  bütün  hissə  boyu 

təmin  olunması  imkanı  yaradılmalıdır.  Ona 

görə  də,  əlverişli  yolla  töküyün  hazırlanması 

üçün  hələ  layihələndirmə  mərhələsində  kon-

truktor  və  tökmə  mühəndislərinin  birgə  işlə-

məsi zəruridir.   

 

İcra olunan 



əməliyyat 

İcra edən sahə 

 

Texniki cizgi 



↓ 

Model, içlik qutusu 

və kokil 

↓ 

Model materialının 



seçilməsi və 

hazırlanması 

↓ 

Qəlibləmə 



↓ 

 

←Tökmə 



↓ 

Tökük, gobud 

↓ 

Tökük, təmiz 



↓ 

Mexaniki emal 

 

Konstruksiya bürosu 



↓ 

Model hazırlama 

 

↓ 

Qarışdırıcı texnika 



 

↓ 

 



Qəlibləmə, içliklərin 

hazırlanması 

↓ 

Əritmə, Tökmə 



 

↓ 

 



Təmizləmə 

 

 



 

Şəkil  1.  Töküyün  hazırlanmasında  yerinə  yetirilən 

əməliyyatlar ardıcıllığı 

 

Bütün  töküklərin  hazırlanması  üçün  yerinə 



yetirilən 

əməliyyatlar  ardıcıllığı  eynidir. 

Müasir  tökük  hazırlama  texnologiyasında  me-

xaniki  xassələrə  olan  tələbatların  artması  ilə 

bərabər  onların  dəqiqliyinin  və  səthinin 

keyfiyyətinin  artması  da  qaçılmaz  olmuşdur. 

Bu da tətbiq olunan formaların hazırlanmasının 

inkişafına  təkan  vermişdir,  çünki,  töküyün 

səthi formanın səthi qədər təmiz ola bilir.     

 

(alm. das Gußstück, ingl. Cast iron) 



 

Traktor  özü  hərəkətedən  (tırtıllı,  təkərli)  ma-

şın  olub  kənd  təsərrüfatı,  yol-tikinti,  torpağın 

qazılması  və  s.  kimi  işlərin  icrasında  qo-



Traktor 

 

283 


 

 

şulqanlı,  asılqanlı  və  ya  stasionar  maşın  vasi-



tələri  ilə  kombinə  edilmiş  şəkildə  geniş  tətbiq 

olunur.  Traktorlar  kənd  təsərrüfatı  və  sənaye 

traktorlarına  bölünürlər.  Ümumi təyinatlı  kənd 

təsərrüfatı  traktorları  uyğun  əmək  vasitələrlə 

birlikdə  şumlama,  kultivasiya,  səpmə,  yığma 

və  s.  işləri  yerinə  yetirir.  Ən  güclü  traktorlar 

xam  torpaqların  emalında  tətbiq  olunurlar. 

Şumlama  traktorları  cərgələr  arasındakı  işləri 

(kultivasiya,  yumşaltma,  tozlandırma,  yığma) 

mexanikləşdirməyə  şərait  yaradır.  Bu  trak-

torların  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki, 

onları  asılqanlı  vasitələrlə  təchiz  etmək  və 

cərgəli əkinlərdə uyğunlaşdırmaq olur.   

Sənaye  traktorlarının  baza  modeli  digər-

lərindən güclü ötürmə sistemi ilə fərqlənir. Sə-

naye  traktorları  yolqazma,  yol-tikinti,  melio-

rasiya  və  s.  işləri  yerinə  yetirmək  üçün  müx-

təlif  asılqanlara  (buldozer,  qartəmizləyən, 

eskavator çömçə) və qoşulqan vasitələrlə malik 

olaraq  fərqlənirlər.  Hərəkət  formasına  görə 

traktorlar tırtıllı (→tırtıllı gediş mexanizmi) və 

təkərli olurlar.  

Traktorun  güc  ötürməsi  əsasən  mühərrik, 

→mufta,  ayrıcı, →sürətlər  qutusu, mərkəzi  və 

son ötürmədən ibarətdir (şəkil 1). Traktorlarda 

ən  çox  sürtünmə  muftalarından,  bəzi  hallarda 

hidravlik  və  elektrik  muftalardan  istifadə  olu-

nur. Sürətlər qutusu daimi dişli çarx ilişməsi və 

ya planetar reduktorla təchiz olunurlar. Təkərli 

traktorlarda  →diferensial  mexanizmindən  isti-

fadə  olunur.  Sonluq  reduktorları  aparıcı  tə-

kərlərin  yaxınlığında  quraşdırılaraq  →trans-

missiyanın   ümumi gücünün artırılmasına xid-

mət  edir.  Traktorlarda  çox  kiçik  sürətlər  gediş 

yavaşıdıcılarının  köməyi  ilə  əldə  olunurlar. 

Təkərli  traktorların  gediş  sistemi  asılqanlar, 

oxlar  və  aşağı  təzyiqli  pnevmatik  təkərlərdən 

təşkil olunur. Traktorun gediş qabiliyyəti tırtıllı 

sistemlərin  köməyi  ilə  yüksəldilir.  Tırtıllı  sis-

temlər  asılqan,  tırtıl  zəncirləri,  aparıcı  dişli 

metal çarxlar, dayaq diyircəklərindən ibarətdir. 

Traktorların idarəsi sükan və →əyləclərlə tən-

zimlənir.  Təkərli  traktorlarda  hərəkətin  isti-

qaməti  qabaq  təkərlərin  köməyi  ilə  yerinə 

yetirilsə  də,  tırtıllı  traktorlarda  bu  bir  tərəfdə 

olan  tırtıllı  zəncirin  aparıcı  çarxının  sürətini 

azaltmaqla əldə olunur.  

Traktorda quraşdırılmış kabin sürücünün istə- 

 

nilən hava şəraitində işləməsinə xidmət edir.  



 

Şəkil 1. Təkərli traktorun sxematik təsviri 

1-mühərrik,  2-sükan,  3-kabin,  4-yanacaq  çəni,  5-

asılqan  menaizminin  idarə  dəstəkləri,  6-güc  pay-

layan val, 7-qoşulqan qarmağı, 8-mərkəzi ötürmə, 9-

aparıcı  təkər,  10-sürətlər  qutusu,  11-mufta,  12-

idarəetmə təkəri  

 

Müxtəlif  məqsədləri  icra  etmək    üçün  tətbiq 



zamanı  traktorun  arxasına  yerinə  yetiriləcək 

tapşırığa  uyğun  olaraq  müxtəliv  mexanizmlər 

qoşulurlar.  Bu  mexanizmlər  traktorun  arxa-

sında  “


üçnöqtəli  asılma”  prinsipi  ilə  bərki-

dilirlər. 

 

(alm. der Traktor, ingl. Traktor



 

Trayektoriya  xətası NC idarə olunan dəzgah-

larda  proqramlaşdırılmış  alət  trayektoriyasının 

icra  olunan  trayektoriyadan  meyillənməsidir. 

O,  emal  olunan  pəstahın  dəqiqliyinə  bir  başa 

təsir edən amildir və ona görə də, bir tərəfdən, 

istehsalın  hazırlığı  mərhələsində  bu  xətaya 

təsir  edən  NC-proqramlaşdırma  sisteminin 

hesablama  dəqiqliyinin,  digər  tərəfdən  dəzga-

hın hissələrinin və veriş sisteminin dəqiqliyinin 

musahidə daxilində saxlanması vacibdir.   

 

(alm. die Bahnabweichung, ingl.  Devitation



 

Tribometr  materialların  sürtünmə  və  yeyilmə 

hallarını  xarakterizə  etməyə,  bununla  triboloji 

yönümlü material və yağların yaradılması üçün 

baza  rolunu  oynayır.  O,  həmçinin  keyfiyyətin 

təmin olunmasında geniş tətbiq olunur.  



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə