Topologiyanın optimallaşdırılması
276
nin gövdəsini optimallaşdırmaq üçün imkanlar
açılır.
(alm. die Topologieoptimierung, ingl. Topology
optimization )
Torna avtomatı seriyalı və kütləvi istehsalda
tətbiq olunan, sərbsət işləyən torna dəzgahıdır
(şəkil 1). Verişin idarə olunması və çevricilərin
işə salınması yumrucuqların köməyi ilə mexa-
niki, pnevmatik, elektrik və ya elektrohidravlik
proqramla idarə olunan, həmçinin
→
NC idarə-
etmə sistemlərinin tətbiqi ilə yerinə yetirilə
bilir. Yumrucuqlarla idarə olunan avtomatlar
yüksək istehsal etibarlığına malikdirlər. Onlar
kiçik hissələrin böyük sayda emalında daha
əlverişlidirlər.
Şəkil 1. Frontal torna avtomatının işçi sahəsi
Torna yarımavtomatı bir və ya çoxşpindelli
olub, üfüqi və ya şaquli vəziyyətdə yerləş-
dirilmiş şpindellə təchiz olunurlar. Avtomatlar
əsasən oymaq hissələrin və ya çubuq material-
larının emalında təmərküzləşirlər və pəstahın
bərkidilməsi üsuluna görə fərqlənirlər: patron,
çubuq, bir və ya çox şpindelli. Patronlu dəz-
gahlarda pəstah avtomatik olaraq maqazindən
götürülərək və ya əl ilə patronda yerləşdirildiyi
halda, çubuq torna dəzgahlarında çubuq for-
masında olan pəstah şpindelin içində nəzərdə
tutulmuş deşikdən kəsmə zonasına daxil olur.
Emal başa çatdıqdan sonra çubuq lazım olan
uzunluqda kəsilərək proses başa çatır.
Tətbiq olunan avtomatın seçilməsi emal
olunan pəstahın ölçüsü, sayı və formasından
asılı olaraq aparılır.
Torna avtomatları üçün tipik texnoloji
proses bir neçə support və revolver başlığı ilə
emal, çoxşpindelli dəzgahlarda isə bir neçə
pəstahın emalından ibarətdir. Komplet emal
üçün fırlanan alətlərin tətbiqi gərəkdir.
Sazlanmış alətlərlə işləyən torna avtomatlarda
köməkçi vaxt qısa olur. Alətin sınanmasına
aktiv nəzarət sistemləri tətbiq olunur (→ alətə
nəzarət). Alətlərin yerləşdirilməsi və emal
ardıcıllığının işlənməsi zamanı pəstah və alət
arasında toqquşmanın olmamasını təmin etmək
lazımdır. Pəstahın verilməsi adətən avtomatik
baş verir. Çubuq hissələr və ya hazırlanmış
pəstah titrəmə nəqledici sisteminin və ya əl ilə
yüklənmiş pəstah maqazinlərinin köməyi ilə
aparılır (→Pəstah maqazini, →Pəstahdəyişən).
Emal olunmuş hissələrin seçilməsi və nəqli
də avtomatik olaraq aparılır. Avtomatlarda
yonqar nəqli böyk rol oynadığından, dəzgah-
ların çoxu maili gövdəyə malik olur və yonqar
nəqledənlərlə təchiz olunurlar (→Yonqar
nəqli).
(alm. der Drehautomat, ingl. Automatic
Lathe)
Torna əməliyyatının simulyasiyası kompyü-
ter proqramlarının köməyi ilə kəsmə zamanı
yaranan istilik və mexaniki yükləmənin təsiri
altında baş verən alət yeyilməsini model əsa-
sında vizuallaşdırmağa imkan verir (şəkil 1).
Simulyasiyaya inteqrasiya olunmuş riyazi
modellər bununla bərabər torna əməliyyatında
gərginlik, temperatur və yonqarın formasını da
əvvəlcədən proqnoz etməyə şərait yaradır.
Aparılmış elmi-tədqiqatlar əsasında yeyilmə
sürəti dW/dt normal gərginlik
σ
n
, sürüşmə
sürəti
v
ch
və alətin işçi səthinin temperaturu
əsasında aşağıdakı kimi hesablana bilir:
C
1
və
C
2
- material sabitləri material və
kəsici tilin kombinasiyasından asılıdır.
−
⋅
⋅
⋅
=
∂
∂
ϑ
σ
2
1
exp
C
C
v
t
W
ch
n