Titrəmə ilə işləyən maşınlar
272
Titrəmə maşınları tikinti işlərində, material-
ların hazırlanmasında, yol örtüklərinin və özü-
lün kipləşdirilməsində, dəmir-beton məmul-
ların hazırlanmasında; maşınqayırmada tökmə
formalarının və içliklərin hazırlanmasında, qə-
liblərin dağıdılmasında, →titrəmə ilə emalda,
→titrəmə ilə kəsmədə, avtomatik axın xət-
lərində dəzgahların pəstahla qidalandırılma-
sında (titrəmə bunkerləri), axın xətlərində pəs-
tahların və hissələrin əməliyyatlararası nəq-
lində (titrəmə →konveyerləri) ; dağ-mədən dağ
kütlələrinin deşilməsi, nəqli, emalı və s. sahə-
lərdə geniş istifadə olunur.
(alm. die Rüttelmaschine, ingl. Vibration machine)
Titrətmə ilə kəsmə üsulu metalların kəsmə ilə
mexaniki emal üsulu olub, emal zamanı
pəstaha nisbətən alətə əlavə titrətmə verilməsi
ilə xarakterizə olunur. Bu üsul yonqarların
qırılması, çətin emal olunan metalların emalı
(paslanmayan və istiyədavamlı poladlar), tit-
rəmə qayçıları və mişarlarında tətbiq tapırlar.
Yonqarların qırılması üçün aşağı tezlikli
(<50Hs) mexaniki, pnevmatik və ya hidravlik
ötürmə ilə işləyən titrəyicilərdən istifadə
olunur. Sabit kəsmə rejimlərində yaranan öz-
özünə titrəmələrdən də yonqarın qırılmasında
istifadə oluna bilir. Çətin emal olunan mate-
rialların kəsmə ilə mexaniki emalı tezliyi
100Hs-dən yuxarı olan →maqnitostriksion,
maqnitomexaniki, pyezoelektrik, elektrodi-
namik, elektrohidravlik və hidravlik titrəyi-
dicilərin tətbiqi ilə yerinə yetirilir. Belə dəz-
gahlarda titrəyici ilə support içərisində maye
olan xüsusi çubuqla əlaqələndirilir. Bu yük-
səktezlikli titrəyidicinin üzünömürlülüyünü
artırır. Belə titrəyidicilər kiçik qabarit ölçülə-
rində böyük güc yaratmaq imkanına malik-
dirlər. Emal sxemindən asılı olaraq yüksək-
tezlikli titrəyidicilər bir komponentli, iki kom-
ponentli və ya üçkomponentli hazırlana bilir-
lər.
Yonqarın qırılması zamanı titrəmə ox boyu
verilir. Oxboyu titrəmənin əsas xüsusiyyətlə-
rindən bir də odur ki, yonqar qatının en kəsiyi
bir tsikl daxilində çox dəyişir, effektiv kəsmə
sürəti isə cüzi dəyişir.
Pəstahın emalolunabilmə qabiliyyətini yax-
şılaşdırmaq üçün titrəmə kəsmə sürətinə to-
xunan istiqamətdə tətbiq olunur. Digər kəsmə
rejimlərinin sabit qiymətlərində çevrəvi sürətin
titrəmə sayəsində artması müşahidə olunur.
Qayçı ilə kəsmədə və ya mişarlamada tit-
rətmə ilə emal tillərin yaxşı alınmasına və
məhsuldarlığın artmasına şərait yaradır.
Titrətmə ilə kəsmə üsulunun rasional tətbiqi
üçün əsas şərt titrəmə (tezlik, amplituda) para-
metrlərinin düzgün seçilməsidir.
(alm. die Vibrationsschneiden, ingl. Vibration
cutting)
Titrəmə ilə sürtmə (bəzi hallarda ultrasəs sür-
məsi də adlanır) ultrasəs diapazonunda titrəmə
alan, maye daxilində paylanmış sərbəst abraziv
dənəciklərin köməyi ilə maşın hissələrin
səthlərinin emalı üsuludur. Bu üsul cökək
həndəsi formaya malik, kövrək materialdan
hazırlanmış səthlərin emalında istifadə edilir.
Şüşə, keramika, bahalı daşlar və sinterlənmiş
metalların sürtülməsi titrəmə ilə aparılaraq
yarıqlar, deşiklər və dərinliklər hazırlana bilir.
Emal dərinliyi 30÷40 mm arasında yerləşir.
Titrəyən alət başlığı ilə pəstah arasındakı
boşluğa sürtkü qarışığı verilir (şəkil 1). Alətin
titrəmə hərəkəti və statik təzyiq altında sürtkü
dənəcikləri materialın içərisinə işləyir. Emal
zonasına verilən sürtkü qarışığının həcmi
məhdudlaşdırılır.
Sürtkü dənəciklərinin işləməsi zamanı müx-
təlif kəsmə mexanizmləri yaranır. Şüşə və ke-
ramikanın emalında dənəciyin materiala daxil
olması sayəsində mikroçatlar əmələ gəlir. Pro-
ses boyu bu çatlar böyüyür və material his-
səciyinin qəlpələr şəklində qopması ilə nəti-
cələnir. Özlü materialların emalında isə əvvəl-
cə elastiki-plastiki deformasiya baş verir, səth
bərkiyir. Materialda yaranan reaksiya qüvvəsi
kəsilməyə lazım olan möhkəmliyi keçdikdə
materialdan hissəcik ayrılır.
Sürtmədə titrəmənin tezliyi ultrasəs (f
>
20
kHs) diapazonuna yaxın olur. Bu tezlik
elektrik-maqnit çevricilərinin köməyi ilə yara-
dılır. Generatorun yaratdığı titrəmə rezonator
tərəfindən gücləndirilir və titrəmə başlığına
ötürülür. Rezonatorun uzunluğu elə seçilir ki,
işçi zonada böyük amplituda yaransın. Bu
təxminən 20÷30 mkm arasında yerləşir.
Titrəmə ilə sürtmə
273
Prosesin məhsuldarlığını artırmaq üçün təsir
parametrlərini optimal kombinə etmək lazım-
dır. Buraya titrəmə parametrləri, pəstahın və
başlığın mexaniki xassələri, həmçinin sürtkü
qarışığının tərkibi daxildir.
Şəkil 1. Titrəmə ilə işləyən sürtmə avadanlığı
Titrəmə başlığına əlavə olaraq fırlanma hərə-
kəti verilərək çıxarılan materialın həcmini və
kəsmə dərinliyini artırmaq mümkündür. Bu
üsul yalnız fırlanma səthlərinin emalında tətbiq
oluna bilir.
(alm. das Schwingläppen, ingl. Vibration lapping)
Titrəmədən izolyasiya mühafizə olunacaq
maşının elastiki isolyasiya elementi ilə titrə-
mələrdən təcrid olunmasıdır. Mühafizə etmə
iki yolla aparılır: passiv və aktiv. Passiv izol-
yasiyada əsas məqsəd verilmiş strukturun ətraf
mühitdəki rəqslərin təsirindən təcrid etməkdir
(şəkil 1). Aktiv izolyasiyada isə rəqsi həyacan-
landırıcının ətraf mühitə təsiri izolyasiya edilir
(şəkil 2).
İzolyasiya aparmadan öncə həyacanlanmış
rəqs və ya qüvvələr, və təcrid olunan obyektin
məlum xassələrində sistemin dinamik modeli
araşdırılmalıdır. Burada qurğuların vertikal
rəqsetmədə aktiv və passiv izolyasiyası bir
hərəkətli rəqqas sınaq modelinin tətbiqi ilə
tədqiq edilir (şəkil 1 və 2). Sistemə amor-
tizasiyaedici və rəqsləri söndürücü kimi izol-
yasiya elementlərini quraşdırmaqla yırğalanan
qüvvələr və ya yırğalanma enerjisinin sistemə
ötürülməsi azaldılır .
Şəkil 1. Qurğunun titrəmələrə qarşı passiv izolya-
siyası
Şəkil 2. Qurğunun aktiv izolyasiyası
Xətti izolyasiya elementləri yaylar və xətti
özlülü söndürcülərdir. Qeyri xətti izolyasiya-
edicilərə avtomobil amortizatorları, sürtünmə
rəqs söndürənlər, proqresiv və ya deqresiv yay-
lar və s. aiddirlər. Xətti sistemlərdə izolya-
siyaedicilərin təsiri sınaq modelinin ötürücü
əmsalı ilə təsvir olunur. Qeyri xətti sistemlərin
xəttiləşdirilməsindən sonra ötürücü funksiya
təsir parametrlərindən asılı olur.
Ötürücü funksiyanın amplituda gedişi dəf-
etmənin buraxıcı qabiliyyətini (V
d
) göstərir.
Rəqsetmənin
izolyasiya
sayəsində
təcrid
olunan hissəsi (1-V
d
) izolyasiya faktoru
adlanır.