Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə135/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   131   132   133   134   135   136   137   138   ...   211

Təyyarə  

 

264 


 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Sərnişin təyyarəsi  

 

Quyquğun  arxasında  olan  (hər  iki  tərəfdə) 

avarları  aşağı  və  ya  yuxarı  döndərməklə  təy-

yarəni  yuxarıya  və  ya  aşağıya  hərəkət 

etdirmək  mümkündür.  Yelkən  təyyarənin 

arxa  hissəsində  yerləşir  və  o  təyyarənin 

şaquli  ox  ətrafında  döndərilməsi  zamanı 

köməkçi rolunu oynayır.  Ondan, qalxma və 

enmə  zamanı  təyyarədə  yan  tərəfdən  təsir 

edən  hava  cərəyanının  təsirini  stabilləş-

dirmək  üçün  də  istifadə  olunur.  Trim  avar-

larının məqsədi müxtəlif uçuş situasiyasında 

yelkəndə  və  kürəklərdə  yaranan  qüvvələri 

neytrallaşdırmaqdan 

ibarətdir 

(məsələn: 

sürətdən  asılı  olaraq  hündürlük  kürəyinin 

müxtəlif  vəziyyətlərini).  Təyyarə  müəyyən 

bucaq  altında  manevr  etdikdən  sonra 

idarəedici dəstəyinin sıfır halına gətrilməsinə 

baxmayaraq  momentlər  yaranır  ki,  bu  da 

təyyarənin  stabil  uçmasına  mane  ola  bilər. 

Trim avarlarını əvvəlcədən aerodinamik saz-

lamaqla bu momentləri kompensasiya etmək 

mümkündür. Onun effekti sürətdən asılı olaraq 

dəyişir.   



 

(alm. das Flugzeug, ingl. Aircraft)

 

 

Təyyarə  qanadı  təyyarənin  havaya  qalxma-

sına  xidmət  edən  təyyarə  hissəsidir.  Onun  en 

kəsiyinin 

cərəyan 


istiqamətində 

forması 


təyyarənin  hər  hansı  bir  tapşırığa  uyğun 

gəlməsini müəyyən edən əsas amildr. Qanadın 

profili qalınlıq və qalınlığın paylanması, qaba-

rıqlıq  və  qabarıqlığın  paylanması,  əyriliyin 

axını,  uc radiusu  (burun radiusu  da  deyilir)  və 

arxa  tilin  bucağı  ilə  səciyyələndirilir.  Proflin 

xassələri  (qalxma  gücü,  müqavimət  və 

moment) hava kanalında qanadın maillik buca-

ğından asılı olaraq müxtəlif Reynold və Max  

ədədlərində  ölçüsüz  köməkçi  parameter  kimi 

təyin  edilir  və  polyar  diaqramda  (müqavimət 

və momentin qalxma gücündən asılı olaraq) və 

ya  da  qalxma  bucağından,  Max  ədədindən, 

Reynold ədədindən və s. asılı təsvir olunur. 

Tətbiq    sahəsindən    və    profil    xassələrinin 

vacibliyindən  asılı  olaraq  qanadın  profili  seçi-

lir. İnduksiya olunmuş müqavimət üçün imkan 

daxilində qalın, səs sürətinə yaxınlaşdıqca isə o 

nazik  olmalıdır.  Əgər  aşağı  qiymətdə  uzununa 

momentə  ehtiyac  yaranarsa  onda  qabarıqlıq 

imkan daxilində qabaqda, yüksək Max ədədini 

əldə  etmək  üçün  isə  o,  nisbətən  arxa  hissədə 

yerləşdirilir.  

Şəkil 1. Qalxma qüvvəsinin Max-ədədindən asılılığı 

 

Sıxılmış  hava  və  bununla  gücün  paylanması 



qanadın  konturu  və  maillik  bucağı  ilə  təyin 

olunur.  Bucaqdan  asılı  olaraq  yaranan  güc 

konturdan asılı  olan qüvvə  ilə  cəmlənir.  Mail-

lik  bucağının  təsirini  nəzərə  almaqla  qalxma 

qüvvəsinin  paylanmasını  potensial  burulğanın 

köməyi  ilə    hesablamaq  olur.  Arxa  burulğan 

qabaqdakının  yerində  yüksək  hava  cərəyanı, 

qabaqkı  isə  arxadakının  yerində  hava  axınını 

zəiflədir.  Nəticədə  çıxış  tilində  sonsuzluğa 

cəhd  edən  təpəyə  malik  qalxma  qüvvəsi 

paylanır və arxa tildə sıfıra yaxınlaşır.  

Səs  sürətinə  yaxınlaşdıqca  qanadın  səthinə 

düşən təzyiq və eyni zamanda qalxma qüvvəsi 

təqribi olaraq  




Təyyarə qanadı 

 

265 


 

 

2



1

1

M

 

 



 

faktoru  ilə  artır  (burada  M-Max  ədədidir). 

Qalxma  qüvvəsi  qalxma  bucağından  asılı 

olaraq  böyüyür.  Bu  kritik  sürətə,  yəni  səs 

sürətinə qədər baş verir (şəkil 1).  

Son  illər  kritik  profilləri  araşdırmağa  maraq 

daha  da  artıb.  Qanadın  buraxılabilən    qalınlı-

ğında  və Max qiymətində sərnişin təyyarələrin 

iqtisadi səmərəliliyini artırmaq mümkündür.  

Səs  sürətindən  yuxarıda  istifadə  olunan  təy-

yarələrdə uc hissəsində böyük radiusa və səthi 

kiçik  əyrilik  radiusuna  malik  qanadlar  tətbiq 

olunurlar.  Bu  isə  öz  növbəsində  adi  qanadlara 

nisbətən aşağı səthin daha çox əyilməsini tələb 

edir  ki,  nəticədə  qalxma  qüvvəsi  aşağı  düşür. 

Qanadın  arxa  hissəsində  alt  səthə  verilən 

böyük radius əlavə qalxma qüvvəsi yaratmaqla 

yuxarıda  qeyd  olunan  çatışmamazlığı  aradan 

qaldırır. Şəkil 2-də səs sürətindən yuxarıda tət-

biq  olunan  təyyarə  qanadlarının  profilləri 

göstərilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Şəkil 2. Səciyyəvi təyyarə qanadları    

d-profilin qalınlığı, t-profilin uzunluğudur 

 

(alm. der Flügelprofil, ingl. Airfoil



 

Təzyiq  altında  tökmə  əlvan  metal  və  xə-

litələrin  dəfələrlə  istifadə  olunan  metal    qəlib-

lərdə    böyük  təzyiq  altında  sürətlə  tökülmə-

sidir.  Bu  üsulla  hidravlikada  istifadə  olunan 

hissələr,  →mühərrik  hissələri  və  s.  hazırlanır. 

Proses tökmə maşınlarında isti və ya soyuq ka-

meralara malik qəliblərdə aparılır (şəkil 1).   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Təzyiq altında tökmə 

a-isti kamerada tökmə, b -d-soyuq kamerada tökmə, 

b-tökmə kamerasını doldurulması, c-porşenlə sıxma, 

d-töküyün  xaric  edilməsi,  1-qəlib,  2-tökmə  porşeni, 

3-ərinti  tigeli,  4-tökmə  çəni,  5-itələmə,  6-hərəkətli 

qəlib  hissəsi,  7-tərpənməz  qəlib  hissəsi,  8-tökmə 

kamerası,  9-tökmə  porşeni,  10-tökük,  11-ərinti  qa-

lığı 


 

Qəliblər  tökmə  zamanı  yaranan  istiliyə  və 

təzyiqə tab gətirmək üçün poladdan hazırlanır. 

Qəlibin  daxili  boşluğunun  forması  bərkimədə




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə