Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə134/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   130   131   132   133   134   135   136   137   ...   211

Tərtibat  

 

262 


 

versal olurlar. Buraya həm də hazır hissələr və 

düyümlərdən  yığılmış  universal  –yığma  tərti-

batları  daxildirlər.  Aqreqatlaşdırılmamış  tərti-

batlar isə əksinə olaraq xüsusi təyinatlı hissə və 

düyümlərdən təşkil olunur. 

İstehsal  vasitəsi olan,  adətən  metalkəsən 

dəzgahlarda pəstahların bərkidilməsi üçün isti-

fadə  edilən mexanizmlər  tərtibatlar  adlansa  da 

istehsalın digər sahələrində də bu anlayışa rast 

gəlinir.  Məsələn  qaynaq,  yığma,  nəzarət,  sın-

aq və s. tərtibatlar da mövcuddurlar (şəkil 2).  

Dəzgahlarda   istifadə  edilən  tərtibatlar  üzə-

rində  →pəstahın  bərkidilməsi  üçün  vasitələr 

bərkidlmiş  gövdədən  ibarət  olub,  pəstahın 

etibarlı  bərkidilməsinə  imkan  verir.  Bu  tərti-

batlar  digərlərindən  fərqli  olaraq   alət  və 

dəzgah  arasında  qapayıcı  bənd  rolunu  oyna-

dığından  kəsmə  zamanı  yaranan  qüvvə  və 

dinamiki proseslər bir başa ona da təsir edirlər. 

Bu  baxımdan  dəzgah  tərtibatlarının dəqiq  və 

sərt hazırlanması əhəmiyyətlidir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.  Pəstahın  dəzgahda  bərkidilməsi  üçün 



tərtibat 

1-sıxıcı  lövhə,  2-pəstah,  3-dayaq  vinti,  4-bucaq,  5-

təyinedici bolt, 6-qayka,  7-sürüşən  oymaq, 8-sıxıcı 

çivi,  9-gövdə  elementi,  10-yaylı  bolt,  11-dayaq 

lövhəsi, 12-yay, F

s

 -sıxıcı qüvvə, F



d

 -dayaq qüvvəsi, 

M

s

- sıxıcı moment 



 

Texnoloji  proseslərdə  tətbiq  olunan  tərtibat-

ların  funksiyaları  aşağıdakı  kimi  fərqləndirilir: 

uzunmüddətli emal tapşırığı üçün birdəfəlik və 

təkrar olunan emal tapşırıqları üçün daimi.  

Birinci  halda  hər  dəfə  pəstah  tərtibatda  bərki-

dilməli, onun mövqeyi təyin edilməlidir. İkinci 

halda tərtibat  dəzgahda  mövqeləşdirilir  və alət 

və pəstah arasındakı nisbi vəziyyəti təmin edir. 

Bu seriyalı istehsal üçün səciyyəvidir. 

   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Qaynaq üçün tərtibat 

1-dönəbilən  sıxıcı  lövhə,  2-qaynaq  edilən  hissələr, 

3-dönən yastıq, 4-gövdə, 5-oturtma çivisi 

    


Bundan  əlavə  tərtibatlar  universal  və  xüsusi 

olaraq iki qrupda birləşdirilirlər. Universal tər-

tibatlar  dəzgahın  texnoloji  imkanını  genişlən-

dirməyə xidmət edir. Buraya dönən stol, →pat-

ron,  başlıqlar,  →məngənə,  pəstahın  sıxıl-

masının  mexanikləşdirilməsi  və  s.  aiddir.  Xü-

susi tərtibatlar bir məqsədli olaraq müəyyən bir 

əməliyyatın  yerinə  yetirilməsi  üçün  layihə-

ləndirilirlər.  Bu  tərtibatların  aid  olduğu  məh-

sulun  istehsalı  başa  çatdıqdan  sonra onların 

istehsaldan  çıxarılması  və utilizasiyası  gərək 

olur.  Belə  tərtibatların  hazırlanması  əmək  tu-

tumlu  və  baha  başa  gələndir.  Xüsusi  tərtibat-

ların hazırlanması fərdi halda baş verir. Tətbiqi 

isə əsasən iri seriyalı və kütləvi istehsaldır. 

Tərtibatların  layihələndirilməsi  zamanı  stan-

dartlaşdırılmış elementlərdən istifadə edilir. Bu 

elementlərə  (dayaq  vinti,  yaylı  vint,  mər-

kəzləyici  bolt,  dəstək,  lövhə  və  s.)  bütün 

tərtibatlarda rast gəlmək  olur. Tərtibatlarda  sı-

xıcı qüvvələrin yaradılması üçün əl və ya avto-

matik  idarə  ediləbilən  pnevmatik, hidravlik  və 

elektromexaniki  işləyən  ötürmələrdən  istifadə 

edilir. 


 

  

(alm. die Vorrichtung, ingl. Device




Təyyarə 

 

263 


 

 

Təyyarə  havadan  ağır  nəqliyyat  vasitəsi  olub, 

havaya  qalxmaq  üçün konstruksiyasının  yarat-

dığı  aerodinamik  effektdən  istifadə  edir.  Hava 

cərəyanı istiqamətində hərəkət zamanı yaranan 

qüvvə  →hava  müqavimətidir.  Təyyarələrdə 

hərəkət üçün lazımi təkan →daxili yanma mü-

hərrikləri  ilə  pərlər  vasitəsilə  və  ya  →turbin-

lərdə  reaktiv  şırnaqların  köməyi  ilə  yaradılır. 

Cərəyan istiqamətinə perpendikulyar olan hava 

komponentləri  qaldırıcı  qüvvədir.  O  da  

→hava  müqavimətindən,  uçuş  sürətindən, 

qanadın  səthinin  böyüklüyündən,  qanadın 

maillik  bucağından  və  hava  sıxlığından  ası-

lıdır.  Təyyarə  yalnız  uçma  üçün  lazım  olan 

sərhəd  sürətindən  yuxarıda  uça  bilmək  qabi-

liyyətinə malikdir.  Buna görə də, təyyarə start 

zamanı  uçuş  zolağından  yalnız  bu  sürəti  əldə 

etdikdən  sonra  qalxa  bilir,  enmə  zamanı  da 

eynilə  minimal  sürət zəruridir.  Əslində  isə hər 

iki  halda,  qalxma  və  enmə  zamanı  sürətlər 

üçün  lazım  olan  gücü  yaratmaq  məqsədilə 

daha çox sürətə ehtiyac yaranır. 

İlk  təyyarənin  hazırlanması  uzun  illər  apa-

rılan müşahidə, ideyalar və zəngin mühəndislik 

düşüncələrin  nəticəsində  mümkün  olmuşdur. 

Texnika  zamanının  qədəm  qoyduğu  XIX 

əsrdən  başlayaraq  ayrı-ayrı  şəxslər  və  qruplar 

dinamik  hava  qüvvəsi  fenomeni  ilə  məşğul 

olmuşlar və ondan uçmaq üçün istifadə etməyə 

çalışmışlar.  Bu  qüvvədən  yelkənli  gəmilərdə 

və  dəyirmanlarda  min  illər  boyu  istifadə 

olunmasına  baxmayaraq,  uçmaq  elə  də  asan 

həll  olunan  məsələ  deyildi.  Ilk  zamanlarda 

ayrı-ayrı  şəxslər  tərəfindən  "üzən"  gəmilərin 

işlənməsi  (məsələn  Otto  Lilientalın  tədqi-

qatları)  təyyarəqayırmaya  təkan  vermişdir. 

Sonralar artıq yanacaq mühərrikləri ilə işləyən 

modellər 

sınaqlardan 

keçirilir. 

Samule 

Lanqleyin buxar maşını ilə işləyən təyyarəsi bu 

qəbildən  idi.  İlk  mühərrikli,  idarə  olunan  təy-

yarəni Vrayt qardaşları yaradıb (1905) nümayiş 

etdirmişlər.  Bu  maşının  işləmə  qabiliyyəti 

sübut  edildikdən  sonra  bu  istiqamətdə  bir  çox 

işlər  görülmüşdür.  Birinci  dünya  müharibə-

sində  təyyarələrə  artan  maraq  sonralar  onların 

mülki  sahədə  tətbiqinə  gətirib  çıxarmışdır. 

1930  -cu  ildən  başlayaraq  təyyarələrin  daha 

sürətlə  uçması  ön  plana  gəlir.  Bunun  üçün 

onun  dizaynında  çoxlu  dəyişikliklər  edilir 

(məftillər  götürülür,  qanadlar  optimallaşdırılır, 

qatlanan  şassilər  tətbiq  olunur,  və  s.).  Xarici 

görünüşlə sürəti artırmaq potensialı tükəndikdn 

sonra  əsas  işlər  mühərriklərin  inkişafına  yö-

nəlir.  1930-cu  illərin  əvvəlində  işlənmiş 

→turbin  mühərriklərinin  prototipləri  yeni  im-

kanlar açırdı. Kiçik həcm və yüksək güc sıxlığı 

uçuş  saatını  dəfələrlə  uzatmağa  şərait  ya-

ratmışdır. Ancaq bu mühərriklərin tətbiqi 50-ci 

illərə  qədər  çəkmişdir.  Ondan  sonra  raektiv 

turbinlərin  təyyarələrdə  tətbiqi  sürətlə  geniş-

lənmiş,  təyyarələrin  konstruksiyalarında  bir 

çox  dəyişiklərə  gətirib  çıxarmışdır.  Artıq  uzaq 

məsafələrə uçmaq problem deyildi.  

→Təyyarə qanadları tətbiq sahəsindən və sü-

rətdən asılı olaraq müxtəlif forma və en kəsiyə 

malikdirlər. Hava cərəyanını eninə istiqamətdə 

idarə  etmək  və  qalxma  güvvəsini  artırmaq 

üçün  qanadların  qabaq  və  arxa  tərəfində  yer-

ləşən 

avarlar 


müxtəlif 

modifikasiyaların 

işlənməsinə imkan yaradır. 

Sürəti  700  km/saat-dan  aşağı  olan  təyya-

rələrin  qanadları  nazik  profilli  düz,  en  kəsiyi 

isə  trapesiya,  düzbucaqlı  və  ya  başqa  elliptik 

formada ola bilir. Sürət artdıqca, bu günkü təy-

yarələrdə  olduğu  kimi  qanadın  aparıcı  və  yö-

nəldici  səthlərinə  əyrilik  verilir.  Daha  yüksək 

sürətlərdə  (səs  sürətindən  yuxarıda)  uçan 

təyyarələrdə  qanadlar  qalın  və  çevik  formada 

hazırlanır. 

 Müasir təyyarələrin gövdələri  əsasən yüngül 

materiallardan düzəldilir. Şassi, mühərrik, bər-

kidici hissələr yüksək legirli poladlardan, nadir 

hallarda 

isə 

titandan 



hazırlanırlar. 

Son 


zamanlar  təyyarələrdə  yeni  gövdə  materialı 

kimi  lifli  fazası  möhkəmləndirilmiş  birləşmə 

materialları  tədqiq  olunur.  Belə  material  kimi 

karbon, kevlar, karbon lifli möhkəmləndirilmiş 

süni materialı  və b. göstərmək olar. 

Şəkil  1-də  idarəedici  avarla  işləyən  sərnişin 

təyyarəsi  sxematik  təsvir  edilmişdir.  Təyya-

rənin  havaya  qalxmasına  aerodinmaik  profilə 

malik  olan  qanadlar  xidmət  edir.  Qanadların 

arxa  hissəsində  yerləşən  sağ  və  sol  eninə 

avarların kombinasiyası sayəsində təyyarəni öz 

oxu  boyunca  fırlatmaq  (məhud)    və  bununla 

onu hərəkət müstəvisində (şaquli ox ətrafında)  

sağa  və  ya  sola  döndərmək  olur.    Təyyarənin 

qalxma bucağını, həmçinin onun  eninə ox bo-

yunca  havada  vəziyyətini  idarəetmək  üçün 

stabillədirici 

quyruqdan 

istifadə 

olunur.



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə