Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə142/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   138   139   140   141   142   143   144   145   ...   211

Torna əməliyyatının simulyasiyası 

 

278 


 

Onun qiyməti sınaqlar yolu ilə əldə olunmuş 

yeyilmə  sürəti  v

c

,  normal  gərginlik  və  xüsusi 



material  sabiti  əsasında  təyin  olunur.  Şəkil  1-

də  torna  əməliyyatında  alətin  yeyilməsinin 

simulyasiyanın  prinsipial  ardıcıllığı  göstəril-

mişdir.  Birinci  və  ikinci  mərhələdə  stasionar 

hala  təsir  edən  termo-mexaniki  yük  kollektivi 

hesablandıqdan  sonra,  üçüncü  mərhələdə 

yuxarıda  qeyd  olunmuş  üsulla  dW/dt  təyin 

olunur.  Sonuncu,  dördüncü  mərhələdə  yeyil-

miş  alətin  konturunda  sonlu  elementlər  üsulu 

ilə  yaradılmış  düyünlər  yeyilmənin  həcminə 

uyğun  sürüşdürülür.      Bu  dörd  pilləli  tsikl  ve-

rilmiş  yeyilmə  həddi  əldə  olunana  qədər 

davam etdirilir. 

 

(alm. die Simulation des Drehprozesses,  ingl. 



Simulation of the turning process )

    


 

Torna  dəzgahı  simmetrik  frılanma  səthlərinə 

malik  maşın  hissələrinin  mexaniki  emalında 

tətbiq olunur. Hissə baş hərəkəti, alət isə veriş 

hərəkətini  icra  edir.  Veriş   kəsmə istiqamətinə 

perpendikulyar müstəvidə baş verir. Şəkil 1-də 

veriş  istiqamətindən  asılı  olaraq  uzununa, 

eninə və kontur torna əməliyyatları təsvir olun-

muşdur. 


Şəkil 1. Torna əməliyyatlarının verişdən asılı olaraq 

bölünməsi 

 

Torna  dəzgahlarının  uzununa  verişli,  mər-



kəzləyici, universal, emal-mərkəzləri, revolver, 

köçürmə,  karusel,  vertikal,  eninə  verişlə, 

xüsusi  kimi  növlərə  bölünməsi  baş  oxun 

vəziyyəti,  avtomatlaşdırma  dərəcəsi,  idarə-

etməni  növü  və  kinematikası,  həmçinin  əsas 

şpindellərin  sayından  asılı  olaraq  aparılır. 

Bütün  torna  dəzgahları  ümumi  əlamətə 

malikdirlər.  Onlar  supportların  hərəkətini 

təmin  edən  yönəldiciləri  öz  üzərinə  götürən 

gövdə, əsas şpindelin oturduğu yastıqlar və baş 

ötürmə  mexanizminə  malikdirlər.  Gövdələr 

üfüqi,  şaquli  və  maili  işçi  səthlərinə  malik 

olurlar.  Maili  gövdələr  avtomatlaşdırılmış 

istehsalda  yonqarın  asan    nəqlinə  imkan  verir 

və işçi sahəyə girişi asanlaşdırır.  

     


 

 

 



 

 

 

 

 

 

 

 

Şəkil 2. CNC idarəetmə sisteminə malik torna 

dəzgahı 

 

Müasir  torna  dəzgahları  pəstahın  oxuna 



nisbətən  istənilən  bucağı  alan  bir  neçə  fırla-

dılabilən  alətlərlə  (burğu,  frez)  təchiz  olunur-

lar.  Dəzgahların  malik  olduqları  revolver  baş-

lıqları  və  alət  maqazinləri  bir-birinin  ardınca 

çoxlu  sayda  alətlərin  ardıcıl  olaraq 

kəsmədə iştirakını mümkün edirlər.  

Keçmişdə  əl  ilə  idarə  olunan 

dəzgahları  indi  NC  və  ya  CNC  ilə 

idarə  olunan  dəzgahlar əvəz  etmişdir. 

Şəkil 2-də CNC ilə idarə edilən maili  

torna  dəzgahı  göstərilmişdir.  X  və  Z 

oxlarının  rəqəmli  idarəsi,  şpindelin 

baş  hərəkəti  ilə  birlikdə  fırlanan 

alətlərə  malik  dəzgahlarda  mürəkkəb 

həndəsi  formaya  malik  pəstahların 

emalına şərait yaradır. 

 Avtomatlaşdırılmış 

istehsalda 

→frontal 

torna  dəzgahları  işlənmişdir.  Bu  dəzgahlarda 

robotların tətbiqi mümkündür. 

 

(alm. Drehmaschine, ingl. Lathe



Torna-frezləmə  əməliyyatı  dairəvi  en  kəsiyə 

malik hissələrin torna dəzgahında frez aləti ilə 

mexaniki  emalı  üsuludur.  Burada 

torna  və 



frezləmə  əməliyyatlarının  prinsipləri  kombinə


Tornap-frezləmə əməliyyatı 

 

279 


 

 

olunur (şəkil 1).  



Torna  dəzgahında  bərkidilmiş  hissə  yan  tə-

rəfdən,  pəstahın  oxuna  perpendikulyar  yer-

ləşmiş →frez başlığı  ilə frezlənir. Üstün cəhəti 

yonqarın  təminatlı  qırılması  və  hissənin  kiçik  

dövrlər  sayında  yüksək  məhsuldarlığa  malik 

olmasıdır.  Bundan  əlavə  en  kəsiyi  dairəvi 

olmayan  hissələrin  də  məhsuldar  hazırlanması 

mümkündür.   

Kəsmə  sürəti  əsasən  frez  başlığı  tərəfindən 

yaradılır.  Prinsipial  olaraq  alətin  və  hissəinin 

frılanma oxlarının vəziyyətinə görə  iki kəsmə 

sxemi movcuddur: ortoqonal və oxları paralel

Birinci  halda    alətin  fırlanma  oxu  pəstahın 

fırlanma  oxuna  perpendikulyar  yerləşir  ki,  bu 

halda  frez  başlığının  tilləri  yalnız  periferiya 

üzrə kəsə bilir. Oxları paralel torna-frezləmədə 

isə emal payı yalnız alətin dişlərinin yan tərəfi 

ilə  çıxarılır.  Alətin  və  pəstahın  ölçüsündən, 

emal  ediləcək  səthin  və  ya  profilin  forma-

sından asılı olaraq alət və pəstah arasında olan 

bucaq  istənilən  formada  kombinasiya  edilə 

bilər.  


 

 

 

 

 

 

 

 

a)

 



b) 

 

Şəkil  1.  Oxları  paralel  torna-frezləmə  (a)    və  orto-



qonal torna-frezləmənin ümumi görünüşü (b) 

 

Bu  üsulla  alınan  səthlərin  keyfiyyəti,  əsasən 

isə  optik  görünüşündə  alətin  izlərinin  qabarıq 

nəzərə çarpmasının qarşısını fırlanma tezliyi və 

uzununa  verişin  qiymətini  optimallaşdırmaqla 

almaq olur.  

 

(alm. das Drehfräsen, ingl.



 

Turn-milling

 

Tökmə  arzuolunan  məmula  uyğun  →qəlibin 

ağırlıq  və  ya  mərkəzdənqaçma  qüvvəsi,  və  ya 

təzyiq  altında  ərimiş  metalla  doldurulması  və 

orada  bərkiməsidır.  Verilmiş  tapşırıqdan  asılı 

olaraq  tökmə    kasa,  tiqel,  dönəbilən  və  ya 

aşağıdan  tıxaca  malik  çalovlarla  yerinə  yeti- 

rilir.  Yarımfabrikat  və  hissələrin  tökülməsi 

fərqlənir.  Yarımfabrikat  deformasiya  və  ya 

kəsmə  ilə  sonrakı  emalı  nəzərdə  tutulan  tö-

küklərdir. Burada karputların qum qəliblərində 

tökülməsi  və  ya  fasiləsiz  tökmə  üsulu  tətbiq 

tapır.  Karputlar  (bloklar)  en  kəsiyi  kvadrat, 

düzbucaqlı  və  ya  poliqonal  olan  →kokillərdə 

əldə edilir. Böyük blokları çox hallarda üstdən 

tökürlər.  Polad  istehsalında  bu  növ  blokların 

çəkisi  6t-a  qədər  çatır.  Kiçik  bloklar  aşağıdan 

yuxarıya  tökülür  (→Polad  tökmə  üsulu).  Bu 

üsulla  eyni zamanda  bir neçə  tökük əldə  edilə 

bilir  (şəkil  1).  Aşağıdan  tökmə  bərkimə  pro-

sesininə görə yuxarıdan tökməyə nisbətən daha 

yaxşı səth parametrlərinə malik töküklər verir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Yuxarıdan və altdan tökmə 

1-blok  kokili,  2-tökmə  lövhəsi,  3-tökmə  çuxuru,  4-

ərintinin daxil edilməsi, 5-ərinti, 6-tökmə borusu, 7-

kanal ulduzu 

 

Hal hazırda yarımfabrikat metal →töküklərin 



hazırlanması  üçün  ən  geniş  yayılmış  fasiləsiz 

tökmə  üsuludur.  Çubuq  şəklində  tökülən 

materialı  nəzəri  cəhətdən  sonsuz  uzunluqda 

almaq  olur.  Böyük  uzunluqda  çubuğu  almaq 

üçün  prosesi  yuxarıdan  aşağıya  yox,  maili 

şəkildə  yerinə  yetirirlər.  Çünki  birinci  halda 

tökmə  istehsalı  yerləşən  binanın  hündürlüyü 

yüksək olur və əməliyyatı əlverişsiz edər. Ona 

görə  də,  müasir  fasiləsiz  tökmə  qurğularının 

yalnız bir hissəsi şaquli olur, yerdə qalan hissə 

isə qövs üzrə yerləşir (şəkil 2). Tökmə zamanı 

maye  metal  kokilə  daxil  olduqda  soyuma 

nəticəsində  onun  xaricində  bərkimiş  metaldan 

qabıq  yaranır.  Metal  daimi  hərəkətdə  oldu-

ğundan  soyuma  müddəti  kiçik  olur  və  metal 

ilkin  zonanı  üzü  bərkimiş  şəkildə  tərk  edir. 

Sonrakı  bərkimə  diyircəklər  arasında  hərəkət



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə