Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə145/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   141   142   143   144   145   146   147   148   ...   211

Tribometr 

 

284 


 

Verilmiş  tapşırıqdan  asılı  olaraq  çivi-şayba, 

çivi-üzük  və  ya  titrəmə-sürtünmə  yeyilməsi 

tribometrik sınaq qurğularından istifadə olunur 

(şəkil 1a və b). Burada tərpənməz çivi fırlanan 

üzük  və  ya  çivi  üzərinə  müəyyən  qüvvə  ilə 

sıxılır.  Sıxma  qüvvəsi,  fırlanma  sürəti  və 

sınağın  aparıldığı  şəraitdən  (quru,  yağlama  və 

ya aralıq qatı ilə) asılı olaraq verilmiş material 

cütü  üçün  müxtəlif  yeyilmə  hallarını  simul-

yasiya etmək mümkündür. Titrəmə nəticəsində 

yaranan titrəmə yeyilməsi tribomerinin köməyi 

ilə  araşdırılır  (şəkil  1c).  Burada  müstəvi  səthə 

müəyyən  qüvvə  ilə  sıxılmış  kürə  irəli-geri 

hərəkət  etdirlir.  Sınaq  zamanı  kürə  və  səth 

arasında  kontakt  sahəsi  dəyişilir.  Əvvəlcə 

nöqtə  üzrə  toxunan  kürə,  sonra  yeyilmə  sa-

yəsində böyüyərək səthə çevirilən kontakt səthi 

üzrə  diyirlənir.  Kürə  əvəzinə  silindrik  gö-

türməklə  xətt  üzrə  kontakt  sahəsində  yeyilmə 

şəraitini də araşdırmaq mümkündür.  

Diyirlənmə  və  yuvarlanma  iki  şayba  ilə 

modelləşdirilə bilir (şəkil 1d). Şaybalar eyni və 

ya  müxtəlif  ölçülü  olur.  Şaybalar  arasındakı 

sürətlər  fərqi  diyirlənmə  zamanı    sürtünmə 

yaradır.  Üsulun  giriş  parametrlərindən  asılı 

olaraq müxtəlif triboloji şəraitin modelləşdiril-

məsi mümkündür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Tribometrlərdə ölçmə üsulları 

 

Sınaq  zamanı  hissələrə 

tətbiq 

olunan 


qüvvələr ölçülür, sınağın sonunda isə sürtünən 

sətlər  mikroskop  altında  tədqiq  olunurlar. 

Səthin  topoqrafiyası  əsasında  yeyilmə  me-

xanizmi  haqqında  fikir  yürüdülür.  Profilometr 

və  ya  interferometrik  cihazların  tətbiqi  ilə 

yeyilmiş  səthlərin  kompyuterdə  üçölçülü  təs-

viri  yaradıldıqdan  sonra  yeyilmənin  qiymətini 

(dərinliyi,  şıırnaqların  ölçüləri  və  s.)  asanlıqla 

təyin  etmək  olur.  Şəkil  2-də  çivi-şayba  üsulu 

ilə aparılmış bir sınağın nəticəsi göstərilmişdir. 

İrəliyə hərəkət üçün lazım olan qüvvənin,   çi-

viyə  tətbiq  olunmuş  normal  qüvvəyə  nisbətini 

bilməklə sınaq şəraiti üçün sürtünmə əmsalı tə-

yin  olunur.  Çivinin  səthində  sürtünmə  zamanı 

adgeziya yeyilməsinin yaranması görünür.  

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Şəkil  1.  Çivi-şayba  üsulu  ilə  aparılmış  sınağın  nə-

ticəsi  

Çivi- alət poladı (REXM4); Şayba-16MnCr5; 

Sınaq şəraiti: quru; Sürtünən səthlər: örtüksüz. 

 

Laboratoriya  şəraitində  aparılan  sınaqların 



üstünlüyü  ondan  ibarətdir  ki,  yükləmənin  pa-

rametrləri  (qüvvə,  nisbi  sürət,  yağlama,  tem-

peratur və s.) praktikada aqreqat və  qurğularda 

mümkün olmayan qiymətlərdə dəyişdirilə bilir. 

Triboloji  göstəricilər  sistemin göstəricisi  oldu-

ğundan  sürtünmə  və  bu  kimi  ayrı-ayrı  qiy-

mətlərin  verilməsi  məqsədəuyğun  deyil.  Ona 

görə  də,  əldə  olunan  qiymətlər  həmişə  sınaq 

şəratinin  parametrləri  ilə  birlikdə  göstərilir. 



Tribometr 

 

285 


 

 

Tribometrin  tətbiqi  ilə  əldə  olunmuş  mə-



lumatlar  müxtəlif  material  cütlərinin  yeyil-

məsinin qiymətləndiriməsində və bununla opti-

mal  material  kombinasiyasına  imkan  yaradır. 

Örtük  çəkilmiş  materialların  triboloji  xassə-

lərinin öyrənilməsində tribometrlər geniş tətbiq 

olunurlar.   

 

(alm. der Tribometer, ingl. Tribometer



 

Tribologiya nisbi hərəkətdə  bir-biri ilə təmas-

da  olan    səthlər    haqqında  elmdir.  O,  →yağ-

lama  da  daxil  olmaqla      →sürtünmə  və  →ye-

yilmənin  qarşılıqlı  vəhdətini  araşdırır.  Tri-

bologiya həm bərk cisimlər, həm də bərk cism 

və  maye(qaz)  arasında  uyğun  sərhəd  səth-

lərinin  qarşılıqlı  təsirini  əhatə  edir.  Əsas 

məqsədi triboloji mühitdə işləyən hissələr üçün 

əlverişli  material,  yağlayıcı  maddənin  və  son 

zamanlar  elmi  tədqiqat  işlərinin  əsasını  təşkil 

edən,  effektiv  örtüklərin    seçilməsindən  iba-

rətdir. 


Hissələrin  səthləri  arasında  təmas  müna-

sibətləri  şəkil  1-də  göstərilmiş  triboloji  sistem 

kimi  ümumiləşdirilə  bilir.  Buradan  göründüyü 

kimi triboloji sistemdə əsas cism və onun əksi 

olan  cismin  seçilməsi,  səthin  xassələrinə 

(kələkötürlük,  bərklik,  korroziyaya  qarşı  qat) 

təlabatın  qoyulması,  nisbi  hərəkətin  (sürüşmə, 

diyirlənmə,  yuvarlanma)  verilməsi,  təmas 

səthində  yaranan  gərginliklər  (qüvvə,  təzyiq) 

və  gözlənilən  səthi  zədələmə  mexanizmləri 

(yeyilmə) araşdırılır.  Aralıq materialının  seçil-

məsi  ümumi  triboloji  sistem  üçün  çox  əhə-

miyyətlidir.  Məsələn,  yağlama  materialının  

seçilməsi  (sürtünmə  əmsalı,  istilikkeçirmə, 

materialın  verilməsi)  ilə  təmasda  olan  hissə-

lərin  qarşılıqlı  yüklənmə  halına  bir  başa  təsir 

etmək  olur.  Ətraf  mühitin  təsiri  kimi  burada 

temperatur  və  havanın  rütubətliyi  də  nəzərə 

alınır.  

Yuxarıda  qeyd  olunan,  qarşılıqlı  təmasda 

olan  əsas  hissələrə  istənilən  triboloji  sistemdə 

rast  gəlindiyi  halda,  aralıq  materialı  və  ətraf 

mühitin təsiri  həmişə mövcud olmaya da bilər. 

Sürtünməni  və  yeyilməni  azaltmaq  üçün  bir 

çox  praktiki  hallarda  aralıq  materialı  kimi 

yağlayıcı  maddələrdən  istifadə  olunur.  Aralıq 

maddə həmçinin bərk hissəciklərdən (məsələn: 

qətran)    ibarət  ola  bilər.  Yeyilməyə  qarşı 

tədbirlərin  görülməsi  üçün  açıq  və  qapalı 

triboloji  sistemlərdən  istifadə  olunur.  Açıq 

sistemlərdə,  məsələn,  alətin  işçi  səthi  daimi 

olaraq  emal  olunan  hissənin  yeni  səthləri  ilə 

təmasa  girir.  Onun  funksiyası  ilk  öncə  əsas 

hissə  kimi  işləyən  alətin  yeyilməsindən  asılı 

olur,  yəni  emal  olunan  hissənin  yeyilməsi 

maraqlı  deyil.    Qapalı  sistemlərdə,  məsələn 

→paylayıcı val-itələyici cütlüyündə işçi səthlər 

daimi  qarşılıqlı  təmasda  olur.  Hər  iki  hissənin 

yeyilməsi  triboloji  sistemin  xassələrinin  də-

yişməsinə bir başa təsir edir.  

 

 



 

 

 



 

 

 

Şəkil 1. Triboloji sistem 

 

Triboloji  sistemin  göstəriciləri  sürtünmə  və 



yeyilmə proseslərinin kəmiyyət və keyfiyyətcə 

qiymətləndirilməsinə  xidmət  edir.  Sürtünmə 

prosesi  yükləmə  kollektivi  və  sistemin  struk-

turundan asılı olan sürtünmə qüvvəsi və əmsalı 

ilə xarakterizə olunur. Yeyilməyə də eyni amil-

lər  təsir  edir.  Əgər  yeyilmənin  qiymətini  yük-

ləmə zamanından asılı olaraq təsvir etsək, onda 

iki müxtəlif əyri alınır (şəkil 2a). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Şəkil  2.  Yükləmə  müddətindən  asılı  olaraq  yeyil-

mənin qiyməti 


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə