Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə147/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   143   144   145   146   147   148   149   150   ...   211

Trikotaj iynəsi 

 

288 


 

(alm. der Stricknadel, ingl. Knitting needle



 

Trikotaj  maşınlar  trikotaj  məhsullarının  me-

xaniki  hörmək  yolu  ilə  hazırlanmasına  xidmət 

edən  maşındırlar.  Trikotaj  maşınlarında  sap-

lardan istifadə edilərək ilmək yaradılır (şəkil 1) 

və  onlar  öz  aralarında  müxtəlif  üsullarla 

ilməklənir. 

Trikotaj maşınlar konstruksiya, iynənin növü 

və s. meyyarlara görə fərqlənirlər. Bütün triko-

taj  maşınlar  ilmələrin  boyuna düşən    iynələrin 

sayına  görə  sinifləşdirilirlər.  Sinif  yuxarı 

olduqca  daha  incə  parça  hazırlamaq  müm-

kündür.  Məsələn,  nazik  corabların  hörülmə-

sində  34-cü  sinif  maşınlardan  istifadə  edilir. 

Bu  maşınlarda  iynələr  arasındakı  məsafə  0,75 

mm-dir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. İlmənin forması 

A-ilmənin addımı, B-ilmə hündürlüyü  

 

Trikotaj  maşınlarının  əsas  üzvləri  ilmə  bağ-



layan mexanizm, sap qidalandırıcı və materialı 

nəql  edən  mexanizmdən    ibarətdir.  İlmə  bağ-

layan mexanizm iynə başlığı, lövhə, pres, sap-

yönəldicisi  və  s.  elementlərdən  təşkil  olunur. 

Lövhə, sapı ilmək şəklində əyir və onu iynənin 

içliynə  tərəf  itələyir.  Pres  prizma,  lövhə  və  ya 

disk    şəklində  olub  qarmağa  təsir  edərək, 

ilməyin  onun  altına  düşməsinin  qarşısını  alır. 

Qidalandırma  iş  zamanı  sapların  verilməsi, 

onun  daim  tarım  qalmasını  təmin  edir.  Nəq-

ledici  mexanizm  ilmək  vurulduqdan  sonra 

hazır  trikotajı  sabit  gərilmə  ilə  iş  yerindən  

uzaqlaşdırır.  

Trikotaj  maşınları  tekstil  sənayesində  müx-

təlif növ geyim və digər dekorativ materalların  

müxtəlif  rəngdə  və  tərkibli  saplardan  hazır-

lanmasında geniş tətbiq olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Şəkil 2. Dairəvi trikotaj maşını 

 

(alm.  die Strickmaschine, ingl. Knitting machine



 

Tripod  oynağı  bucaq  elastikliyinə  malik, 

burulmaya sərt olan, homokinetik tarazlaşdırıcı 

birləşmədir  (şəkil  1).  Uzununa  istiqamətdə 

hərəkətli  olan  tripod  qolu  ucunda  radial 

yerləşmiş sapfalardan ibarətdir. 

Onların  hər  birində  quraşdırılmış  hərəkətli 

üzüklər digər valla  təmasa girirlər. Tripod  oy- 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Tripod oynağı 


Tripod oynağı 

 

289 


 

 

nağı  həmçinin  uzununa  istiqamətdə  hərəkətsiz 



olaraq hazırlana bilir. Oynaq döyülmə yolu ilə 

əldə olunur. Kiçik xarici diametrdə böyük mo-

ment  ötürmə  imkanına  malikdir.  Bu  birləşmə-

dən  avtomobillərdə  qabaq  ötürmədə  istifadə 

olunur.  

 

(alm. der Tripode-Gelenk,  ingl. Tripod joint )    



 

TRİZ üsulu - rus dilindən götürülmüş "теория 

решения изобретательских задач" akronumu 

olub,  ixtira  məsələlərinin  həlli  nəzəriyyəsidir. 

Bakıda  yaşayıb  və  fəaliyyət  göstərən  Altşuller 

və  b.  tərəfindən  yaradıldığından  beynəlxalq 

məkanda  da  elə  TRİZ  kimi  yayılmışdır.  TRİZ 

üsulu  ixtiraçılıq  yaradıcılığının  müəyyən  qa-

nunla  inkişaf  edən  texnikanın  dəyişməsi  ilə 

əlaqədar  olması  ideyasına  əsaslanır  və  yeni 

əmək  vasitələrinin  yaradılması,  onları  subyek-

tiv  münasibətdən  asılı  olmayaraq  obyektiv 

qanunauyğunluqlara  tabe  edəndir.  Bu  üsulun 

yaranması  ixtiraçılıq  prosesinin,  onda  olan 

təsadüfi  elementlərin  (qəfil  və  qabaqcadan 

məlum  olmayan  amillər,  koranə  seçmə  və 

variantların atılması, insan amilinin təsiri və s.) 

aradan  götürülməsi  sayəsində    sürətləndiril-

məsi  ilə  şərtlənmişdir.  TRİZ  üsulunun  mahiy-

yəti  həm  də  psixoloji  ətalətin  götürülməsi  və 

yaradıcılıq  düşüncəsinin  gücləndirilməsi  hesa-

bına  ixtiraçılığın  keyfiyyətini  artırmaqdan 

ibarətdir.   

Hal-hazırda  bu  üsuldan  istifadə  etməklə  bir 

çox  böyük  müəssisələr  öz  innovasiya  qabi-

liyyətlərini  artırmağa  nail  olmuşlar.  Çox  vaxt 

müəssisələrdə  innovasiyalar  təsadüfən  və  ya 

uzun  illər  aparılan  "sınaq-xəta"  prosesi  əsa-

sında yaranır.  Bu halda effektiv strategiya ide-

yaların  və  problem  həllərinin  sistematik 

inkişafından  ibarətdir.  TRİZ  üsulu  ilə  inno-

vasiyaların məqsədyönlü inkişafına nail  olmaq 

mümkündür.  TRİZ  üsulunda  bunun  üçün 

kifayət  qədər  vasitələr  təsvir  olunur.  Bu 

üsuldan  yeni məhsulun   yaradılmasında,  key-

fiyyət  problemlərinin  həllində  və  proseslərin 

optimallaşdırılmasında geniş istifadə olunur.  

TRİZ sərt elmi nəzəriyyə deyil. O, ixtiraçılıq,  

elm  və  texnikanın  inkişaf  qanunlarını  ümu-

miləşdirən təcrübələrdən ibarətdir. 

 

(alm. die TRİZ-Methode,  ingl.



 

TRIZ)

    


Trisept  strukturlu  mexanizm  →paralel  kine-

matikalı  maşınlara  aid  olub,  əsasən  →mani-

pulyatorlarda  tətbiq  olunur.    Trisept  mexaniz-

mi uzunluğu dəyişilə bilən üç qoldan ibarətdir. 

Quruluşu  ona  üç  sərbəstlik  dərəcəsini    icra 

etməyə  imkan  verir.  Mexanizm  həm  dəz-

gahlarda, həm  də robotlarda tətbiq  oluna  bilir. 

O, adi strukturlarla kombinasiya edilərək tətbiq 

olunduğu  maşının  sərtliyini  və  dinamikliyini 

artırır.    Mexanizmdə  məcburi  aparılan  bəndin 

olmaması  onu  istənilən  texnoloji  tapşırıq  üçün 

adaptasiya  etməyə  şərait  yaradır.  Çatışmayan 

cəhəti  bu  strukturda  bəndlərin  sayı  onun 

sərbəstlik  dərəcəsindən  artıq  olmasıdır  ki,  bu 

da onun hazırlanmasını çətinləşdirir və çəkisini 

artırır.  Əsasən  avtomobil  istehsalında  mani-

pulyator  və  dəzgahlarda  inteqrasiya  olunaraq 

istifadə edilir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. TRİCEPT strukturlu mexanizm 

(alm. TRİCEPT, ingl.  TRİCEPT ) 



Tsiklik  addımlayan  mexanizm  çətin  şərait-

lərdə maşınların  çevik hərəkətinə  imkan  verən 

hərəkət →mexanizmidir. Bu mexanizmin digər 

addımlama  mexanizmlərindən  fərqi  ondan 

ibarətdir  ki,  burada  sadə idarəetmədən istifadə 

edilir.  Dönən  mexanizmlərlə  işləyən  maşınlar 

çoxbəndli  olduqlarından  daha  çox  enerji



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə