Təkərüzlüyü hazırlayan maşın
258
kauçuk profilləri və yan tərəflərdən ibarət
yarımfabrikatlardan təkərüzlüyünün hazırlan-
ması üçün tətbiq edilən maşındır. Bu proses
silindrik baraban üzərində baş verir. Baraban
mərkəzi val üzərində sürüşəbilən yerləşir. Ha-
zır üzlüyün pəstahı silindrik formada olur. Bu
formada isti təkər üzlüyü presləyiciyə verilir.
Radial təkərlər üçün təkərüzlüyü hazırlayan
maşın süni material presləməsi ilə çox ox-
şardır. Parça karkası, üzlük bortu və yan tə-
rəfləri silindrik barabanın üzərində formaya
salınır (şəkil 1). Xüsusi qasnaqlar üçün üzlü-
yün hazırlanması şəkil 1-də (II pillə) göstəril-
mişdir. Üzlük üfürüldüyü zaman təkər qasnaq-
ları aksial birləşdirilir. Bu mövqedə üzlüyün
kəməri və işçi üzü mərkəzləşdirilmiş şəkildə
qasnağın üzərinə çəkilir. Müasir təkərüzlüyü
hazırlayan maşınlar bütün işləri bir iş yerində
icra edir. Bu halda, üfürülərək təkər üzlüyü-
nün formasını alabilən bir rezin qabıq polad
barabanı əvəz edir.
Təkər presi təkərüzlüyünə son formanın
verilməsi və
→
vulkanizasiya üçün xidmət edir
(
→
rezin hazırlayan maşın).
Şəkil 1. Təkərüzlüyü hazırlayan maşının sxematik
təsviri
(alm. die Reifenbaumaschine, ingl.
Tire building
machine )
Təminetmə zənciri müştərilər üçün istehsal və
xidmətlər şəklində mövcud olan, dəyər zənci-
rindəki müxtəliv proses və fəaliyyətlər ara-
sında, onlardan qabaq və sonrakı əlaqələrdən
ibarət şəbəkənin təşkili formasıdır. Təminetmə
zəncirinin konsepti müəssisəni, onu təmin
edəni və onun özünü təminedən firmaları,
həmçinin sifarişçiləri və onların müştərilərini
əhatə edir. Nəzərə almaq lazımdır ki, müştəri
özü də bu zəncirin tərkib hissəsidir. Müəyyən
mənada təminetmə zənciri təminedicilər,
müəssisə və sifarişçi üçlüyü kimi başa düşülür.
Təminetmə
zəncirində
çox
vaxt mal,
infromasiya və maliyyə axını fərqləndirilir:
Mal və xidmtələr zəncirdə istehsalçıdan
istifadəçiyə axır. Pul axını isə əks istiqamətdə
baş verir. Bu zəncirə aid olan informasiya əv-
vəlcə istismarçıdan istehsalçıya axır. Məmulu
müşaiyət edən informasiyalar ya onunla
birlikdə, ya da ondan qabaq irəliləyir.
Təminetmə zəncirinə daxil olan firmaların
seçilməsi, alış və eləcə də bütün loqistika iş-
lərinin avtomatlaşdırılmış təşkili və koor-
dinasiyası ilə təminetmə zəncirinin menecmen-
ti (TZM) sahəsi məşğul olur. Başlıca olaraq o,
müəssisə daxili məhsul hərəkəti və ondan
xaricdə icra olunan təminetmə işlərinin me-
necment işlərini əhatə edir. O, müəssisənin
məhsula olan tələbatının ödənilməsini daha
yaxşı təşkil etmək, alış və loqistika üçün xər-
cləri azaltmağa şərait yaradır. TZM xam malın
alınması, istehsalı və yayılmasınin bütün tsik-
lini əhatə edir və bu sahədə informasiya axınını
bir sistemdə cəmləşdirir.
(alm.
die Lieferkette, ingl.
Supply Chain )
Təmir maşınların işləmə qabiliyyətini bərpa
etmək üçün yerinə yetirilən tədbirlər komp-
leksidir. Maşınlarda təmir o vaxt aparılır ki,
onları yenisi ilə əvəz etmək mümkün və ya
məqsədəuyğun deyil. Nadir hallarda maşınlar
onların resurslarının tam istismarından əvvəl
mənəvi köhnəlir və ya maşının istehsalı üçün
xərclər onların təmir xərclərindən kəskin aşağı
olur, bu halda təmir istehsalından istifadə
edilir.
Təmir işlərini aşağıdakı mərhələrə bölürlər:
Texniki xidmət,
İnspeksiya.
Təmiretmə,
Bərpa.
Təmir
259
Bundan əlavə aşağıdakı məqsədlər üçün də
qabaqlayıcı təmir işləri aparıla bilər:
Maşının və avadanlıqların istismarının
uzunömürlülüyünü uzatmaq və optimal
istifadəsini mümkün etmək,
İstismar təhlükəsizliyini artırmaq,
Tez-tez sıradançıxmanın qarşısını almaq,
Xərclərin əvvəlcədən planlanması.
Maşınların sıradan çıxması insan həyatına
təhlükə yaratdığı halda təmiretmə daha əhə-
miyyətlidir. Bu zaman təmir işlərinə nəzarət
etmək yüksək prioritetə malik olur. Məsələn,
→
təyyarələrin təmiri çox dəqiq tənzimlənir.
Təmir işləri şəkil 1-də göstərildiyi kimi
təsnifatlaşdırılır. Təmiretmə işlərinin kom-
binasiya olunması və praktikada tətbiqi üçün
təmiretmə strategiyası işlənir. Burada aşa-
ğıdakı qaydaya riayət edilməlidir: Təmir işi
verilmiş maşın hissəsində (və ya düyümündə)
tələb olunan planlama, idarə və nəzarət iş-
lərindən ibarətdir. Təmir işlərini aparmaq üçün
öncə maşının işləməsini protokollaşdırılır.
Təmir işləri maşın istesalçıları tərəfindən əlavə
servis kimi, bəzi hallarda isə istismarçıların
özlərində mövcud olan təmirçi qrupunun
işçiləri tərəfindən həyata keçirilir. Adətən tə-
mir işləri istehsalın dayanmasını minimallaş-
dırmaq üçün 1 gün ərzində baş verməlidir .
Şəkil 1. Təmiretmənin aparılması üçün tədbirlər
Son illər hazırlanıb praktikada tətbiq olunan
maşın və istehsal avadanlıqları həm struktur,
həm də dəqiqlik baxımından çox inkişaf
etmişdir. Maşınlarda çoxlu sayda hissələrin
tətbiqi onda zəif bəndlərin sayını artırır və
beləliklə sıradançıxma halları çoxalır. Maşın
konstruksiyalarında çox sayda hissələrin yer-
ləşdirilməsi onda yerlərin optimallaşdırılmasını
tələb edir və beləliklə yeyilməyə həssas texniki
sistemlərin yaradılmasına gətirib çıxarır. Yük-
sək bazar təzyiqi altında işləyən istehsalatda
qabaqlayıcı təmir işlərinin aparılması səciyyə-
vidir. Bunun üçün müəssisələr maşın dayan-
malarının sayını minimallaşdırmaq üçün öz
xüsusi təmiretmə texnologiyalarını işləyirlər.
(alm. die İndstandsetzung, ingl.
Maintenance)
Təmirəyararlılıq maşınların etibarlılığının
əsas xassələrindən biri olub, məmulun texniki
xidmətə və təmirə yararlı olmasını səciyyələn-
dirir. Təmirəyararlılıq məmulun istismar və tə-
mir texnolojiliyi ilə müəyyən olunur.
İstismar texnolojiliyi texniki xidmət və həm-
çinin məmulun istismara hazırlanması zamanı,
proses və onun sonunda görülən işlərə uyğun-
laşmasıdır.
Təmir texnolojiliyi məmulun, təmirin tez bir
zamanda və əlverişli aparılmasına uyğunlaş-
masıdır.
Təmirəyararlılıq məmulun konstruksiyası
düzgün seçilməsi və istehsal texnologiyasına
riayət eyməklə layihələndirilmə mərhələsində
təmin olunur. İstismar mərhələsində təmirə-
yararlılıq texniki xidmətin və təmirin rasional
sistemi ilə əldə olunur.
Təmirəyararlılıq bərpa işlərinin müddəti və
müəyyən interval daxilində
işləmə qabiliyyətinin bərpa
ehtimalı, qarşılıqlı əvəzolunma
dərəcəsi ilə xaraketrizə olunur.
(alm. die Wartbarkeit, ingl.
Maintainability)
Təmizləmə maşın istehsalında
hazırlanmış hissələrin səth-
lərinin arzulanmayan material-
lardan təmizlənməsi üçün icra olunan əməliy-
yatdır. Hissələrin mexaniki emalı zamanı
istifadə olunan soyuducu yağlayıcı maddə
(yağ, emulsiya) emal olunmuş səthdə nazik qat
şəklində qalır. Səthlərə örtükçəkmə prose-
sindən qabaq bu maddə səthdən uzaqlaş-
dırılmalıdır. Çünki, səthdə olan toz hissələri
və yağ qatı örtüyün səthə yapışmasına mənfi
təsir göstərir.