Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə128/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   124   125   126   127   128   129   130   131   ...   211

Tele servis  

 

250 


 

 

Şəkil  1.  Dəzgah  operatoru  ilə  istehsalçı  arasında 



teleservisə aid misal 

 

və  istifadəçiləri  üçün  bu  xidmətin  əsasını  aşa-



ğıdakı əməliyyatlar təşkil edir: 

 

Maşın qəzalarına tez reaksiya vermək, 



 

Texniklərin  uzaq  məsafəyə  səfərinin 

aradan qaldırılması, 

 

Expertlərin  istənilən  əlaqəyə  girməsi  im-



kanı ilə resursların optimal planlanması, 

 

Uzaq  məsafədən  bir  çox  problemlərin 



aradan qaldırılması. 

Bu üstünlüklər hər iki tərəfin qəza hallarında 

çeviklik  göstərməsinə,  xərclərin  azaldılmasına 

və  əlavə  xidmətlərin  göstərilməsinə  imkan  ya-

radır.  Müasir  teleservis xidməti zamanı  komp-

yüterlə  idarə  olunan  avadanlıqların  şəbəkə  ilə 

əlaqələndirilməsi nəticəsində maşınlardan mər-

kəzə verilən siqnaldan sonra servis mərkəzinin 

işçisi internetin köməyi ilə bir başa avadanlığın 

idarə  sisteminə  daxil  olur.  Proqram  təmina-

tında  olan  xətalar  uzaq  məsafədən  də  diaqnoz 

edilib aradan qaldırıla bilir. Texniki xətalar isə 

düzgün  diaqnoz  olunduqdan  sonra    onun 

mütəxəssislər  tərəfindən  aradan  qaldırılma 

vaxtı azalır.  

 

(alm. die Teleservice, ingl. Teleservice)  

 

Temperatur  gərginlikləri  hissələrdə  tempe-

raturun qeyri bərabər paylanması sayəsində və 

istiliyin  təsirindən  hissələrin  genişlənməsinin 

qarşısı  kənar  hissələr  tərəfin-

dən  məhdudlaşdırıldıqda  ya-

ranır.  Məsələn,  istilik  gər-

ginliklərinə iki dayaq  arasında 

tarım çəkilmiş naqildə yaranan 

dartıcı gərginlikləri misal kimi 

göstərmək  olar.  Temperatur 

gərginlikləri  maşınların,  kon-

struksiyaların  və  tiklilərin  da-

ğılmasına  səbəb  ola  bilməz. 

Belə  dağılmaların  qarşısını  al-

maq üçün temperatur kompen-

satorlardan istifadə edilir (rels-

lər  arasında  boşluq,  körpünün 

dayaqları  altında  xizəklər  və 

s.). 

  

 (alm.  die  Temperaturspannung,    ingl.  Thermal 



stress

 

Tenzometr  bərk  cismlərdə  mexaniki  gərgin-

likdən yaranan  deformasiyanın ölçülməsi üçün 

tətbiq olunan cihazdır (şəkil 1).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Aluminium çubuğunun dartılmasında tenzo-

metrin tətbiqi  

 

Maşın  hissələrində,  tiklilərdə,  həmçinin  ma-

terialların mexaniki sınağında deformasiyaların 

paylanmasını  araşdırmaq  üçün  istifadə  olunur. 

Ən  geniş  yayılmış  elektrotenzometrlərdir.  Bu 

cihazlarda  elektriklə  işləyən  tenzorrezisterli 

→senzorlardan  istifadə  edilir.  Bu  senzorlar 

sınaq zamanı hissənin üzərinə elə bərkidilir ki, 

deformasiya  yeri  onun  bağlandığı  yerlər  ara-

sında  qalsın.  Deformasiya  zamanı  senzorun 

dartılması elektrik siqnallarına çevrilərək kom-

pyüterə  ötürülür  və  bir  başa  qüvvə-yol  diaq-

ramının tərtibində istifadə edilir.

 



Temperatur gərginliyi 

 

251 


 

 

(alm. der Dehnungsmessstreifen, ingl. Strain gauge



 

Termiki  emal  metal  və  xəlitələri  müəyyən 

temperatura  qədər  qızdırıb  və  soyutduqda  on-

ların daxilində baş verən struktur dəyişikliyinin 

köməyi  ilə  məqsədyönlü  mexaniki  xassələrin 

əldə  edilməsinə  xidmət  edən  üsuldur.  Me-

xaniki  emal  prosesində istiliyin  təsirindən  me-

talda  yaranan  struktur  dəyişikliyi  buraya  aid 

edilmir,  çünki  bu  halda  termiki  proses  məq-

sədyönlü baş vermir. 

Maşınqayırmada  termiki  emal  metal,  əsasən 

isə  dəmir  tərkibli  hissələrin  mexaniki  xas-

sələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq 

olunur.  Metal  hissələrinin  müxtəlif  para-

metrlərdə  qızdırıb-soyutduqda  onun  daxilində 

istənilən  xassəyə  malik  və  dispersiyalı  fa-

zaların  yaranması  və  sonrakı  mərhələlərdə 

saxlanması  məqsəd  kimi  qoyulur.  Termiki 

emal  üsulunun  tətbiqi  ilə  ucuz,  aşağı  xassəli 

metalın  göstəricilərini  əsaslı  şəkildə  artırmaq 

mümkündür. 

Poladların  xassələri  onun  tər-



kibindəki  legirləyici  elementlərlə  müəyyən 

olunsa da, bu elementlərin təsiri yalnız termiki 

emaldan  sonra  özünü   açıq  şəkildə  büruzə 

verir. 


Termiki  emal  prosesinin  əsas  parametrləri 

maksimal  qızdırma  müddəti  (t

max

),  həmin 



temperaturda  saxlama  müddəti  (

τ

s



),  qızma  və 

soyuma  müddətləri  (

τ

q



τ

soy


),  həmçinin  bu 

mərhələlərdə  mövcud  olan  sürətlərdir  (V

q



V



soy

).  Şəkil  1-də  termiki  emal  temperaturu  və 

sürəti  arasındakı  asılılıq qrafiki  şəkildə  təsvir 

edilmişdir. 

Termiki  emalın  aşağıdakı  əsas  növləri  möv-

cuddur: 


 

Yumşaltma  ilkin  emaldan  sonra  qeyri-

müvazinət  struktura  malik  metalı  qızdır-

maqla müvazinət  struktura  gətirməyə  xidmət 

edən termiki emal prosesidir. 

 

Tablama  metalı  faza  çevrilməsi  tempe-

raturundan yuxarı temperatura qədər qızdıra-

raq,  sürətlə  soyutma  nəticəsində  onun  daxi-

lində qeyri-müvazinətli strukturun əldə olun-

ması  üçün  tətbiq  olunan  termiki  emal 

prosesidir.  

 

Tabəksiltmə tablanmış metalı  faza  çevril-

məsi  temperaturundan  aşağı  temperatura  qə-

dər  qızıdırmaqla  daha  dayanıqlı  hala  gə-

tirmək üçün tətbiq olunur. 

 

Kimyəvi  termiki  emal  maşın  hissələrinin 

səthlərinə kimyəvi elementlərlə təsir etməklə 

onun  xassələrini  üst  qatında  yaxşılaşdırmaq 

məqsədilə aparılan prosesdir. 

 

Termomexaniki termiki emal deformasiya 

və  struktur  çevrilməsini  özündə  birləşdirən 

proseslərin  birgə  təsiri  sayəsində  hissənin 

mexaniki xassələrini yaxşılaşdırılır.  

 Termiki  emal  prosesini  aparmaq  üçün  xüsusi 

soba, su və yay çənlərindən istifadə olunur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.  Termiki  emal  prosesinin  parametrlərinin 



qrafiki təsviri 

 

(alm. die Wärmebehandlung, ingl. Heat treatment)  



 

Termiki  gərginliklər    cismlərin  qızması,  so-

yuması  və  uzun  müddət  soyuq  və  ya  isti 

mühitdə  qalması  ilə əlaqədar  onun  istilik halı-

nın  dəyişməsi  sayəsində  yaranan  gərginlik-

lərdir.  Misal  kimi  poladların 

tablanması  za-



manı  yaranan  gərginlikləri  göstərmək  olar.  Bu 

halda  termiki  gərginlik  tablama  prosesində 

poladın  tərkibində  baş  verən  martensit  çevril-

mələri  nəticəsində  yaranan  həcmi  dəyişmələr 

və  sürətlə  soyuma  nəticəsində  yaranan  tem-

peratur gərginlikləri ilə şərtlənir.  Termiki gər-

ginliyin  təsiri  (məsələn,  tablamada  dağılma) 

hissənin istilik halının dəyişmə anında yox, bir 

müddət  sonra  struktur  təşkilediclərinin  həcmi 

dəyişməsi sayəsində gərginliklərin cəmlənməsi 

nəticəsində baş verir. 

 

(alm. die Thermospannung, ingl. Thermal tension



 

Termiki  müqavimət  cismin  molekulalarının 

istilik  hərəkətinin  yayılmasına  göstərdiyi 

maneəçilikdir.  Tam termiki müqavimət (istilik



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə