Texnoloji proseslərin modelləşdirilməsi
248
(alm. die Modellierung technologischer Prozesse,
ingl. The modelling of technological processes)
Texnoloji proseslərin optimallaşdırılması ef-
fektiv texnologiyanın işlənməsinin tərkib his-
səsidir. Prosesin optimallaşdırılması üç əsas
elementin olmasını tələb edir: obyektin riyazi
modelli, məqsəd funksiyası (optimalıq krite-
riyası) və həll üsulları. Riyazi model obyektin
parametrləri ilə →optimallıq kriteriyası və
məhdudiyyətlər sistemi arasında funksional
asılılığı göstərir.
Texnoloji proseslərin işlənməsində üç növ
optimallaşdırma üsulu tətbiq olunur:
Struktur,
Parametrik,
İstehsal.
Mexaniki emalın texnoloji proseslərinin
struktur optimallaşdırılması hissənin emal mar-
şrutu və texnoloji əməliyyat səviyyəsində
həyata keçirilir. Marşrut səviyyəsində optimal-
laşdırma texnoloji prosesin strukturunun seçil-
məsi ilə əlaqədardır.
Bu mərhələdə pəstahın, hissənin səthlərinin
emalı marşrutu və müəyyən olunmuş istehsal
məhdudiyyətlərini nəzərə almaqla texnoloji
əməliyyatın tərkibinin seçilməsi aparılır. Bu
məsələlərin həllində istehsal sisteminin effek-
tivliyini təmin edən strukturu və təşkili təyin
edilir. Texnoloji prosesin effektivliyini qiy-
mətləndirmək üçün optimallıq kriteriyası kimi
hissənin mexaniki emalında əməliyyatlara sərf
olunan cəm texnoloji maya dəyərinin minimu-
mu götürülür.
→
Parametrik optimallaşdırma texnoloji
keçidlər üzrə optimal rejimlərin tapılması ilə
əlaqədardır. Bu məsələdə optimallaşdırma
parametrləri adətən kəsmə rejimlərindən ibarət
olur. Optimallıq kriteriyası lokal gösrəricilərlə
(alətin yeyilməsi, əsas vaxtın minimumu)
məhdudlaşır.
Texnoloji proseslərin istehsal optimallaşdırıl-
ması verilmiş hissələr çeşidi üçün struktur
optimallaşdırılmasının həlli ilə bağlıdır. Başqa
sözlə bu məsələni belə ifadə etmək olar: veril-
miş hissələr çeşidi üçün maksimal effektivlik
əldə etməyə imkan verən avadanlığın tər-
kibinin təyini və istehsalın təşkili həyata
keçirilir. Kiçik seriyalı istehsalda texnoloji
proseslərin qrup şəklində təşkilindən istifadə
edilir. Burada hissələrin aralıq yığıcı mən-
təqəsindən götürüb emalına imkan verən ilkin
sazlanmış avadanlığa malik işçi yerlər təşkil
olunur.
(alm. die Optimierung technologischer Prozesse,
ingl.
Optimization of technological processes)
Texnoloji proseslərin tipləşdirilməsi hazır-
lanan hissələrin konstruktiv və texnoloji gös-
təricilərinə əsaslanan texnoloji proseslərin
sinifləşdirilməsidir. Əsas məqsədi istehsalın
texnoloji hazırlığının sürətləndirilməsidir. Ha-
zırlanacaq hissənin və düyümün tipləşdirilməsi
olmadıqda onun texnoloji hissəsinin işlənməsi
yeni məsələ təşkil edir. Fərdi və təkrar olun-
mayan kiçik seriyalı istehsalda tipləşdirilməyə
ehtiyac qalmır. Buna görə də, burada texnoloji
prosesin layihələndirilməsi böyük əmək tutu-
mu tələb edir. Texnoloji proseslərin tipləşdiril-
məsi bu baxımdan seriyalı istehsalda artıq əldə
edilmiş təcrübə əsasında müəyyən hissələr
toplusu üçün ümumi qaydaların işlənməsindən
ibarətdir.
Hissələrin konstruksiyalarına nəzər saldıqda
görmək olur ki, onları üç qrupda birləşdirmək
olar:
Bir çox maşınlar üçün eyni olan hissələr:
flanslar, işgillər, qaykalar, boltlar və bu
növdən olan digər hissələr.
Öz aralarında konstruktiv göstəricilərinə
və ölçülərinə görə fərqlənən, ancaq ümumi
texnoloji oxşarlığı olan hissələr: vallar, dişli
çarxlar və s. Belə hissələr ümumi təyinatlı
hissələr adlanırlar.
Yalnız bir növ avadanlığa aid olan
hissələr: dəzgahların gövdəsi, dəyirmanların
barabanı, avadanlıqların yığılmasında istifadə
olunan konuslar və s.
Tipik texnoloji proseslərin layihələndirilməsi
zamanı mümkün həllər arasından ən effektiv
olanı seçilir.
(alm. typische Fertigungsprozesse, ingl. Ty-
pical manufacturing processes)
Texnoloji nəsillilik maşnqayırmada pəstahın
mexaniki və fiziki-kimyəvi xasələrinin və ya
hissənin hazırlanması prosesinin ayrı-ayrı
Texnoloji nəsillilik
249
mərhələlərində yaranan xətaların və xassələrin
hazır məhsula köçürülməsidir. Mexaniki ema-
lın növünün və rejimlərinin dəyişdirilməsi
səthin müxtəlif hal parametrlərinin dəyişil-
məsinə səbəb olur, uyğun olaraq hissələrin
istismar xassələri də dəyişir. Bu baxımdan
ardıcıl əməliyyatlarda formalaşan səthin qatı-
nın halının və onunla müəyyən olunan istis-
mar göstəricilərinin texnoloji nəsilliliyi barədə
danışmaq daha düzgün olardı. Texnoloji nəsil-
lilik praktiki olaraq istənilən emal üsulunun
tətbiqində rast gəlinə bilir və hissələrin səth-
lərində baş verən mikro və makro relyeflərin
dəyişməsi, qalıq gərginliklərin yaranması,
döyənəklənmiş qatın yaranması, faza və struk-
tur tərkibin dəyişməsi, yeni kimyəvi birləş-
mələrin yaranması, kənar maddələrin daxil
edilməsi, ilkin həndəsi formanın dəyişilməsi
ilə müşaiyət olunur. Texnoloji nəsilliyin ilkin
mənbəsi kimi töküyün və ya prokatın tərki-
bində mövcud olan struktur catışmamazlıqları,
şatmplama və ya qaynaqetmə, yonma və ya
pardaqlama ola bilər. Praktiki olaraq istənilən
əməliyyatda xətalar baş verə bilir və onlar
müəyyən mərhələdən sonra özünü büruzə
verirlər.
Şəkil 1-də presison hissələrin emalında ya-
rana biləcək texnoloji nəsilliliyə aid misal
göstərilmişdir. Dəyişən sərtliyə malik (oymaq,
lövhə və s.) konstruksiya elementlərinin mexa-
niki emalında texnoloji nəsillilik yaranır.
Emal olunmuş hissənin səthi kəsmə qüv-
vəsinin təsirindən müxtəlif zonalarda defor-
masiyanı göstərir. Bu 1 və 2 əyrilərinin (şəkil
1a) müqayisəsindən görünür. Anoloji olaraq
qeyri-simmetrik en kəsiyə malik oymağın
mexaniki emaldan əldə olunmuş səthinin
dairəvilik ölçmə cihazında ölçülmüş profil
əyrisi, hissənin qeyri sərtlikdən deformasiya
olunmasından yaranır (şəkil 1b). Formanın
belə təhrif olunması finiş əməliyyatına qədər
saxlanılır. Bir çox əməliyyatlar üçün baza
yerləşməsindən yaranan xətalar xarakterik
olur, onlar emal olunmuş səthə köçürülürlər.
Şəkil 1c-də xüsusi sıxıcı oymaqlarda tutulub
emal olunmuş gilizin səthinin meyillənməsi
verilmişdir. Qrafikdən qilizin oymaq zonasında
deformasiya olunması və onun sıxma qüv-
vəsindən asılılığı aydın görünür. Bəzi hallarda
səthlərdə yaranan dalğavarililiyin mənbəyini
bilmək böyük maraq kəsb edir. Məsələn,
pardaq dairəsinin səthində olan qeyri-bəra-
bərlikdən yaranan titrəmələrin səthə köçü-
rülməsi də texnoloji nəsilliliyə misaldır (şəkil
1d).
Şəkil 1. Dəqiq hissələrin emalında texnoloji
nəsillilik
Texnoloji
nəsillilk
hissələrin
istismar
göstəricilərini yaxşılaşdıra və ya pisləşdirə
bilər. Hər bir ayrı halda nəsilliliyin fiziki ma-
hiyyəti onun idarə olunması üçün öyrənil-
məlidir. Belə ki, istiyədavamlı xəlitənin təmiz
emalında səthdə yaranan döyənəklənmiş qatın
qalınlığı artır. Ona görə də, səthin həddən artıq
möhkəmlənməsinin qarşısını almaq üçün
pəstah təmiz emaldan öncə
→
termiki emala
uğradılmalıdır ki, texnoloji nəsilliliyin təsiri
aşağı düşsün. Ümumiyyətlə texnoloji nəsillilik
əksər hallarda keyfiyyətə mənfi təsir gös-
tərdiyindən
və
hissənin
hazırlanmasında
paralel proses olduğundan, emal zamanı xə-
taların əməliyyatlardan əməliyyata köçü-
rülməsinin qarşısını almağa çalışırlar. Başqa
sözlə əməliyyatları bir-birindən asılı olmaya-
raq aparmağa cəhd göstərilir
.
(alm. technologische Vererbung, ingl. Technologi-
cal heredity)
Teleservis uzaq məsafədə yerləşən avadan-
lıqlarda xətaların aşkarı, diaqnozu, təmiri,
verilənlərin analizi və ya optimallaşdırılması
üçün informasiya mübadiləsindən ibarət xid-
mətdir (şəkil 1). Avadanlıq və istifadəçi arasın-
da əlaqə telefon və ya internet kimi kom-
munikasiya vasitələrindən istifadə etməklə
aparılır.
Son vaxtlar kommunikasiya texnologiyasının
inkişafı teleservis xidmətinin istehsalatda tət-
biqini stimullaşdırmışdır. Maşın istehsalçıları