Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə123/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   119   120   121   122   123   124   125   126   ...   211

Texniki-iqtisadi göstərici 

 

241 


 

 

terizə olunur. 



İstehsalın texniki-iqtisadi səviyyəsi istehsalın 

planlanması,  elm  və  texnikanın  inkişafında, 

həmçinin  istehsal  aparatının  yenilənməsində 

istifadə olunur.  

 

(alm. der Techno-ökonomische Indikator, ingl.  



The techno-economic indicator

 

Texniki  xidmət  texniki  sistemlərin,  düyüm-

lərin,  cihazların  və  istehsal  vasitələrinin  tə-

yinatı  üzrə  istismarı,  gözləmə,  anbarda  sax-

lama  və  nəqliyyatı  zamanı  funksionallığını 

təmin  etmək  üçün  icra  edilən  işlər  komp-

leksidir.  O,  texniki  sistemlərin  sıradan  çıxma-

sının  qarşısını  almaqla  bərabər,  avadanlıqların 

uzunömürlülüyünün  artırılması,  istismar  təh-

lükəsizliyinin  yaxşılaşdırılması,  proseslərin 

optimallaşdırılması və gələcək istismar xərclə-

rinin  əvvəlcədən  planlanmasına  imkan  yarat-

maq kimi məqsədlər daşıyır. 

Sıradan  çıxması  insan  həyatı  üçün  təhlükə 

yaradan  texniki  sistemlərdə  texniki  xidmətin 

aparılması  çox  vacib  sayılır.  Bu  baxımdan 

təyyarələrə  texniki  xidmət  ciddi  qaydalar 

əsasında aparılır. 

Hal-hazırda  istehsal  avadanlıqlarına  texniki 

xidmət  onların  mürəkkəbləşən  quruluşu  ilə 

daha da çətinləşmişdir. 

Getdikcə  ayrıca  düyümlərin  və  ya  hissələrin 

yoxlanması  müasir  maşınlarda  daha  da  çətin-

liklər yaradır, çünki müasir maşınlar köhnələrə 

nisbətən  daha  çox  texniki  elementlərdən təşkil 

olunur  və  bununla  daha  çox  zəif  bəndə  malik-

dir.  Konstruktorların  layihələndirilən  maşın-

ların  daha  kiçik  ölçüdə  hazırlanmasına  cəhd 

etmələri  kiçik  ölçüdə  daha  çox  hissələrin  yer-

ləşdirilməsini  tələb  edir.  Ona  görə  də,  bir  çox 

hissələr  yeyilməyə  və  sıradan  çıxmaya  daha 

həssas olurlar. 

 Müasir  mürəkkəb  texniki  sistemlərə  xidmət 

üçün  vahid  qaydalar  işlənir  və  texniki  sənəd-

lərdə  göstərilir.  Texniki  xidmət  zamanı 

profilaktik  xidmət  və  bərpa  işləri  fərqlənir.  

Texniki  xidmətin  strukturu  sistemin  xarakteri 

və  istismar  şəraitini  nəzərə  alır,  profilaktik  iş-

lərin  aparılma  tezliyini  nəzərə  almaqla  siyahı-

sını  və  lazım  olan  işçi  qüvvəsi  və  texniki 

təchizatı  göstərir.  Texniki  təminatın  düzgün 

planlanması  çəkilən  xərclərin  azalmasına  və 

bununla  avadanlığın  resurslarının  artmasına 

imkan verir. 

 

(alm. die Instandhaltung,  ingl. Maintenance)    



 

Texniki  resurs  maşınların  istismar  olunma 

həddini  göstərir.  Bu  həddən  sonra  onların 

istismarı  ya  mümkün  deyil,  ya  da  insan 

təhlükəsizliyinə  xəta  yaratdığından  arzu-

olunmazdır.  Texniki  resurs  təsadüfi  qiymətə 

malikdir, çünki maşın avadanlıqlarının istismar 

həddi  bir  çox  kənar  amillərin  təsiri  altında 

formalaşır  (məsələn:  ətraf  mühitin  təsiri, 

qurğunun  öz  strukturu  və  s).  Orta,  qamma-

faizli  və  təyin  olunmuş  texniki  resurslar  fərq-

lənirlər.  Orta  texniki  resurs  dedikdə  onun  ri-

yazi  gözləməsi  nəzərdə  tutulur.  Qamma-fazali 

texniki  resurs  avadanlığın  istismar  müddətinə 

öz  həddinə  verilmiş  ehtimalla  çatmadığı  vaxt-

dır.  Təyin  olunmuş  texniki  xidmətdə  isə 

avadanlığın  istismardan  çıxarıldığı,  →utili-

zasiya və ya onun halının araşdırmaq üçün xü-

susi  tədiqiqata  göndərilməsini  müəyyən  edən 

vaxt intervalıdır.  

 

(alm. technische Ressourcen, ingl.



 

Technical resou-

rces 

 

Texniki  sistemlərin  istismar  hazırlığı  sis-

temin  qoyulmuş  tələbatı  verilmiş  vaxt  inter-

valında  yerinə  yetirmə  ehtimalı  və  ya  öl-

çüsüdür.  O,  sistemi  həm  keyfiyyətcə,  həm  də 

kəmiyyətcə  xarakterzə  edir.  İstismar  hazırlığı 

sistemin  işə  hazır  olduğu  vaxt  əsasında  təyin 

etməyə imkan verir: 

  

İstismar  hazırlığı=  (Ümumi  zaman  -  ümumi 

sıradan çıxma zamanı)/Ümumi zaman 

   


Burada  planlı  və  plansız  baş  verən  maşın 

dayanmaları  fərqlənir.  Hesablamada  dayanma, 

nəzərdən  keçirilən  vaxt  intervalında  baxıl-

dığından,  planlanmış  dayanma  zamanı  bu, 

intervaldan  kənarda  yerləşir  (məsələn:  texniki 

təminat).  Yalnız  planlanmamış  maşın  dayan-

ması  sıradançıxma  zamanı  hesab  edilir.  Əgər 

maşın  7x24  istismar  hazırlığına  malik  olarsa, 

bu  o  deməkdir  ki,  heç  bir  dayanma  halı 

planlaşdırılmamışdır. Bu halda  istehsalın istə-

nilən  dayanması  sıradançıxma  kimi  qəbul  edi-



Texniki sistemlərin istismar hazırlığı  

 

242 


 

lir. Belə sistemlərdə texniki xidmət işləri iş za-

manı paralel aparılır. 

Texniki  sistemin  istismar  müddəti  vaxtı-

vaxtında  aparılan  təmir  xidməti  işləri  və 

xəta/zərər  ilə  məhdudlaşa  bilər.  Texniki  istis-

mar hazırlığı adətən faizlə göstərilir. 

 

(alm.  die  Verfügbarkeit  technischer  Systeme,  ingl.



 

The availability of technical systems ) 

 

Texniki  səth  hazırlamadan  sonra  alınan  və 

ideal səthdən forma xətaları, qeyri müstəviliyi, 

kələkötürlüyü  və  emal  zamanı  baş  vermiş  hal 

dəyişiklikləri ilə fərqlənən real səthdir.  

 

 



Şəkil  1.  Texniki  səthdə  yaranan  forma  xətalarının 

bölünməsi 

 

Texniki  səthin  əsas  xassəsini  təsvir  edən 

forma  xətaları  İSO  1101-ə  görə  5  dərəcəyə 

bölünürlər (şəkil 1):  

 

I  dərəcəyə  dəzgah,  alət  və  ya  pəstahın 



bərkidilmə xətaları nəticəsində yaranan müs-

təvilikdən  və  silindrlikdən  meyillənmədən 

yaranan forma xətaları daxildir. 

 

II  dərəcəyə  dalğavarilik  daxildir.  Onlara 



misal  üçün  dəzgahda  emal  zamanı  yaranan 

titrəmələr  və  ya  mərkəzləmədə  verilən  xəta-

lar zamanı meydana gəlirlər.     

 

 III dərəcəyə şırnaqlar daxildirlər. 



 

IV dərəcəyə riflər və qabıqlar daxildirlər. 

Onlar səthin kələkötürlüyünə aid edilirlər. Bu 

meyillənməni  yalnız  səthi  böyütdükdə  gör-

mək  olur.  Çox  zaman  I  və  IV  dərəcəyə  aid 

olan xətalar bir-birini üstələyirlər. 

 

V  dərəcəyə  aid  olan  xətalar  səthdə  baş  ve-



rən  struktur  dəyişikliyini  təsvir  edir.  Bu  xə-

talar səthdə kimyəvi təsir zamanı yaranır. III 

–V  dərəcəyə  aid  olunan  xətalar  kələkötürlük 

də adlanırlar.  

 

VI dərəcəyə aid olan xətalar materialın da-



xilində  yaranan  gərginlik  halları  və  kristal 

sürüşmələri nəticəsində  yarandığından  onları 

adi halla təsvir etmək mümkün deyil. 

 

(alm. technische Fläche, ingl. Technical surface ) 



 

Texniki sistem  qurğu, aparat, ma-

şın,  cihaz, maşın hissələri,  düyüm-

lər  kimi  texniki  obyektləri  əhatə 

edən  ümumi  anlayışdır.  Texniki 

sistemlər onları əhatə edən mühitlə 

məhdudlaşdırılan,  elementlər  ara-

sındakı əlaqəni təsvir edən və ətraf 

mühitlə  giriş  və  çıxış  parametrləri 

ilə  əlaqədə  olan    modellərlə  təsvir 

oluna bilir (şəkil 1).  

Sistemin  texniki  baxımdan  ana-

lizi  kompleks  obyektlərin  parça-

lanması  və  müəyyən  asılılıqlar  da-

xilində  vacib  olan  element  ətra-

fında  məhdudlaşmağa  imkan  verir. 

Bu,  məsələn, mürəkkəb maşınların 

analizinə və ya həcmli konstruksiya 

tapşırığının bölgüsünə imkan verir. 

Texniki sistem özlüyündə qapalıdır və müəy-

yən  funksiyanı  icra  etmək  qabiliyyətinə  ma-

likdir.  Giriş  və  şıxış  parametrləri  bir-biri  ilə 

əlaqəlidir.  Texniki  sistem  aşağıdakı  kimi 

bölünə bilir: 

Sistem -Qurğu -Qrup - Element 

Burada  sistem  dedikdə  verilmiş  tapşırığın 

yerinə  yetirilməsi  üçün  lazım  olan  avadanlıq 

nəzərdə  tutulur.  Qurğu  müəyyən  sayda 

qarşılıqlı əlaqədə  olan  material  obyektlərindən 

ibarət  olan  və  bu  sistem  daxilində  ümumi  

tapşırığın  bir  hissəsini  yerinə  yetirir.  Qrup  isə 

qurğu 


daxilində 

sərbəst 


işləyəbilməyən 

vahiddir. Element qrupun ən kiçik hissəciyidir. 

Texniki    sistemlərin  funskional  struktur  və  ya 

“qara  qutu”  şəklində  təsvir  edilməsi  geniş 

yayılmışdır. 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə