Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə122/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   118   119   120   121   122   123   124   125   ...   211

Tarazlaşdırma 

 

239 


 

 

avtomatlaşdırılmışdır  ki,  istənilən  hissənin  elə 



istehsal  şəraitində  tarazlaşdırılması  xüsusi 

maşınların  köməyi  ilə  qısa  müddətdə  müm-

kündür.  Bu  maşınlarda  aparılan  ölçmənin  də-

qiqliyini  artırmaq  üçün  proses  bir  neçə  dəfə 

təkrar  olunur.  Onu da  qeyd  etmək  lazımdır  ki, 

tarazlaşdırmanı  müəyyən  müsahidə  daxilində 

aparmaq  mümkündür.  Buraxılabilən  disbalans 

isə  tarazlaşdırma  dərəcəsi  ilə  səciyyələndirilir.  

Ona  görə  də,  hissəyə  qoyulan  tələbdən  asılı 

olaraq uyğun tarazlaşdırma üsulu və maşını se-

çilir. Tarazlaşdırma üçün müsahidənin qiymət-

ləri İSO 1940-da verilir. 

 

(alm. das Auswuchten, ingl. Balancing ) 



 

Tarazlıq yükü fırlanan maşın hissələrini taraz-

laşdıran  zaman  onlarda  kütlənin  qeyri-bərabər 

paylanması  nəticəsində  mərkəzdənqaçma  qüv-

vəsinin  təsirindən  yaranan  →disbalansı  kom-

pensasiya etmək üçün  əlavə olunan və ya gö-

türülən yükdür. Yüklərin dəyişilməsi hər hansı 

bir müstəvidə aparılır.  

(alm. die Auswuchtgewicht, ingl. Balance weight



Texniki  cizgi məmulun  kontur təsvirini  və  di-

gər  verilənlərini  özündə  əks  etdirən,  texniki 

məqsəd  üçün  lazım  olan  formada  və  tam 

şəkildə hazırlanmış xətlərdən   ibarət sənəddir.  

Bu  sənədin  hazırlanması  müəyyən  standart  və 

normativlərlə  nəzərdə  tutulmuş  qaydalar  möv-

cuddur.  Texniki  cizgi  texniki  məhsulun  kon-

struksiyaetmə,  hazırlama,  nəzarət,  yığma, 

istismar  və    təmiri  üçün  vacib  məlumatları 

özündə  daşıyır.   Təsvir  üsullarına  görə  texniki 

cizgilər bölünürlər: 

 

Eskizlər,  heç  də  həmişə  qaydalara  riayət 



olunmadan hazırlanan ümumi təsvir xaraketri 

daşıyır, 

 

Miqyasa uyğun cizgilər, 



 

Ölçü  cizgiləri,  bunlar  xüsusi  hallar  üçün 

vacib ölçülər və  məlumatları göstərilir, 

 

Planlar, 



 

Diaqramlar,  sxemlər  çox  vaxt  məmulun 

funskiyalarını göstərmək üçün tərtib edilir. 

Tərtibedilmə  növünə  görə  cizgilər  fərqlə-

nirlər: 

 

Orijinal, 



 

Ilkin  variant,  burada  müəyyən  dəyişik-

lərin aparılması və ya yeni  məlumatların 

daxil edilməsi nəzərdə tutulur. 

Tərkibinə görə olurlar: 

 

Ümumi cizgi, qurğu, tikinti, maşın, cihaz, 



yığılmış qrup şəklidə olan məmulların təsviri, 

 

Grup  cizgisi  qrupa  daxil  olan  hissələrin 



fəzada vəziyyəti və formasını göstərir, 

 

Bir hissənin cizgisi, 



 

Pəstah cizgisi, 

 

Quruluş planı,  



 

Sxem. 


Cizginin  tərkibi  öncə  texnoloji  və  təşkilatı 

yönümlü  olaraq  bölünürlər.  Texnoloji  tərkibə 

məmulun  şəkil  təsviri,  ölçüləri  və  digər  məlu-

matlar  (material,  keyfiyyət  göstəriciləri,  ter-

miki  emal  və  s.)  daxildir.  Təşkilati  məlumat-

larda  məmulun adı,  sayı,  sinifləşdirilməsi,  ciz-

ginin  formatı, tarix    və  s.  verilənlər əhatə  olu-

nur.  Bu  bölgü  cizgilərin  kompyüterlə  hazır-

lanmasında önəmli rol oynayır.  

 

(alm. techische Zeichnung, ingl. Techical drawing ) 



 

Texniki  diaqnostika  maşın,  mexanizm,  ava-

danlıq,  konstruksiya  və  digər  texniki  obyekt-

lərin  texniki  halını  qiymətləndirmə  üsulları  və 

vasitələrini  əhatə  edən  elm  sahəsidir.  Texniki 

diaqnostikanın  əsas  məşğuliyyəti  texniki  ob-

yektlərin  sazlığını,  işləmə  qabiliyyətini  və 

funksionallığının  effektiv    yoxlanması,  yəni 

texniki  obyektlərin  istehsalı  və  istismarı  za-

manı  diaqnostika  prosesinin  təşkilindən  iba-

rətdir.  Diaqnostika  maşınların  etibarlığını  tə-

min  etmək  və  saxlamaq  üçün  vacib  tədbir-

lərdəndir.  

Diaqnostika  ya  bir  başa  insan  tərəfindən 

(vizual və ya səs-küyə əsasən), ya da cihazların 

köməyi  ilə  həyata  keçirilir.  Diaqnostika  ob-

yekti  və  vasitələrinin  vəhdəti  diaqnostika  sis-

temini əmələ gətirir. Obyekt və vasitələr xüsusi 

alqoritmlə əlaqələndirilirlər. Nəticədə obyektin 

texniki  halı  haqqında  qərar  əldə  olunur 

(məsələn:  dəzgah  nasazdır,  alət  yeyilib  və  s.). 

Sınaq  və  funkksional  diaqnostika  məlumdur. 

Birincisi 

məmulun 

hazırlığı, 

təmiri 

və 


saxlanması dövründə, həmçinin işə tətbiqindən 

öncə  və  sonra  aparılır.  Bu  halda  yoxlanılan 

texniki  obyektə  sınaq  siqnallar  ilə  təsir  edilir, 

nəticəsi  qeyd  olunur  və  qiymət-  ləndirilir. 

İkinci  üsul  obyekti  təyinatına  görə  tətbiqi 

zamanı  onun  fuksionallığını  yoxlamaq  və  de-




Texniki diaqnostika  

 

240 


 

fektlərin  axtarışı  üçün  məqsədyönlü  aparılan 

tədbirlərdəndir.    Diaqnostika  sisteminin  işlən-

məsi  və  tətbiqi  aşağıdakı  mərhələləri  özündə 

birləşdirir: 

 

Obyektin öyrənilməsi,  



 

Onun  mümkün  defektlərinin  və  əla-

mətlərinin öyrənilməsi, 

 

Obyektin  saz  (işə  yararlı)  və  nasaz  işlə-



məsinin  formallaşdırılmış  təsvirinin  (riyazi 

modelini) tərtibi, 

 

Diaqnostika alqoritminin işlənməsi, 



 

Sistemin sınağı. 

 Diaqnostika olunan obyektin saz (işə yararlı) 

və  nasaz  işləməsinin  riyazi  modeli  obyektə 

verilən  təsirə  onun  reaksiyasını  təsvir  edir. 

Diaqnostika  alqoritmi  müəyyən  eksperiment-

lərin  şərti  və  qeyri-şərti  ardıcıllıqların  icrasını 

nəzərdə  tutur.    Eksperiment  nəzarət  olunan,  

obyektin  təsirə  reaksiyasını  müəyyən  edən 

göstəricilərə işçi təsirlə  səciyyələnir. Sınaq və 

axtarış  alqoritmləri  fərqlənirlər.  Sınaq  al-

qoritmi  obyektin  işləmə  qabiliyyətini  pozan 

defektlərin  mövcudluğunu  aşkarlamağa  yönə-

lir. Axtarış alqoritminə uyğun aparılan eksperi-

mentlər  sayəsində  texniki  obyektdə  olan  de-

fektlər  və  ya  defektlər  qrupunu  tapmaq  müm-

kündür. 

 Diaqnostika  vasitələri  diaqnostika  alqoritm-

lərinin  daşıyıcılarıdır.  Onlar  obyektin  təsirə 

reaksiyasını  yaddaşında  saxlayır,  sınaq  siq-

nalları  işləyir  və  obyektə  göndərir,  obyektin 

reaksiyasını  qəbul  edib  qiymətləndirir  və 

bunun  əsasında  diaqnoz  qoyur.  Onlar  aparat, 

proqram  və  proqram-aparata  bölünürlər.  Apa-

rat  vasitələri  obyektə  nəzərən  xarici  və  daxilə 

quraşdırılmış  olurlar.  Birincisi  sınaq  məqsə-

dilə,  ikincisi isə  funksionallığı  yoxlamaq  üçün 

tətbiq tapır.  Xarici  aparat  vasitələri  avtomatik, 

atomatlaşdırılmış,  universal  və  ya  xüsusi  ola 

bilir.   

 

(alm.  technische  Diagnostik,  ingl.  Technical  diag-



nosis)  

 

Texniki-iqtisadi  göstərici  material-istehsal 

baza və resursların kompleks istifadə olunması 

baxımından  müəssisənin  fəaliyyətini  xarakte-

rizə  edən  ölçmələr  toplumudur.    Bu  göstəri-

cilərin  hesabatı    istehsalın  və  əməyin,  texniki 

təchizatın,  buraxılan  məhsulun  keyfiyyətinin, 

əmək resursların əsasında müəssisənin  fəaliy-

yətinin  planlanması  və  analizi  mərhləsində 

aparılır.  Texniki  iqtisadi  göstəricilər  bütün 

müəssisə  üçün  olduğu  kimi,  ayrı-ayrı  sahələr 

üçün də işlənə bilir.  

Ümumi    göstəriciyə  əməyin  tərkibinə  insan  

və  elektrik  enerjisinin  payı,  mexanikləşdirmə 

və  ixtisaslaşdırma    dərəcəsi  və  s.  aiddirlər. 

İstehsalın  mexanikləşdirilməsinin  dərəcəsini 

analiz  etmək  mexanikləşdirilmiş  əməklə  məş-

ğul  olan  işçilərin  xüsusi  çəkisi;  çəkilən  xərc-

lərdə mexanikləşdirilmiş əməyin  payı,  istehsal 

proseslərində  mexanikləşdirmə  və  avtomat-

laşdırmanın  səviyyəsi  əsas  götürülür.  Sənaye 

istehsalının  ixtisaslaşdırma  səviyyəsi  belə  xa-

rakterizə  olunur:  məmulun  hazırlanmasında 

ixtisaslaşmış  istehsalın  xüsusi  payı  ilə;  əsas 

məmulun  hazırlanmasında  sahənin  və  ya 

müəssisənin  yüklənmə  dərəcəsi  ilə;  müəsisə 

sahəsində buraxılan məmulun qruplarının sayı, 

növü  və  tipi  ilə;  buraxılan  məmulun  mərkəz-

ləşdirilmiş  istehsalda  payı  ilə.    İxtisaslaşdırıl-

mış  istehsalın  inkişafının  tam  dəyərləndiril-

məsi  üçün  əlavə  olaraq  istehsalın  təşkilati  və 

texniki 

səviyyəsinin 

göstəricilərindən 

də 


istifadə  olunur.  Bunlar    hazırlanan  məmulun 

seriyalılığı,  avtomatik  avadanlıqların  sayı, 

standart  və  unifikasiya  olunmuş  hissələrin, 

düyümlərin payından və s. ibarətdir.  

 Müəssisənin  texniki  iqtisadi  səviyyəsi  veril-

miş anda onun malik olduğu texniki və iqtisadi 

vəziyyətini  səciyyələndirir.  İstehsalın  texniki-

iqtisadi  səviyyəsi  tətbiq  olunan  istehsal 

aparatının yaş strukturu, onun texniki halı, me-

xanikləşdirmə və avtomatlaşdırmanın dərəcəsi, 

tətbiq  olunan  texnoloji  proseslərin  proq-

resivliyi,  buraxılan  məhsulun  keyfiyyəti  və 

istehsalın effektivliyi, işçilərin ixtisaslaşma də-

rəcəsi, istehsalın və əməyin təşkilindən asılıdır. 

Əldə  olunmuş  texniki  iqtisadi  səviyyə  müəs-

sisənin  bazarın  qoyduğu  tələbatlara  uyğun 

məmul  buraxabilmə  qabiliyyətini  əks  etdirir. 

Müxtəlif  sahələrdə  texniki  iqtisadi  səviyyənin 

diferensial  göstəricilərindən  istifadə  olunur.  

Mələn,  metallurgiyada  bu  əmsal  domna 

sobalarından  faydalı  istifadə,  1t  hazır  məhsul 

üçün külçə israfı, proqresiv tökmə üsullarından 

istifadə  olunması,  maşınqayırmada  metal 

emalında  pəstahın  və  hissələrin  yüksək  sürətli 

və  məhsuldarlıqlı  üsullarla  emalı    ilə  xarak-



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə