Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə124/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   120   121   122   123   124   125   126   127   ...   211

Texniki sistem 

 

243 


 

 

Şəkil 1. Texniki sistem “Sürətlər qutusunun misalın-



da 

 

(alm. technisches System, ingl. Technical system



 

Texniki  sistemlərin  abstraksiyalaşdırılması 

zamanı  verilmiş  kontekst  daxilində  texniki 

sistemin  əsas  xüsusiyyətlərini  nəzərə  almaqla, 

onun  vacib  olmayan  xüsusiyyətləri  nəzərdən 

atılır.   Layihələndirmə  ərəfəsində  bu  yaxınlaş-

ma  problemin  analizində  tətbiq  olunur.  Sadə-

ləşdirmə  nəticəsində  qoyulmuş  tapşırığın  sadə 

yollarla həlli axtarılır. Texniki sistemlərin abs-

traksiyalaşdırılmasının ən  sadə  yolu  onu  “qara 

qutu” şəklində təsvir etməkdir. 

 

(alm. die Abstraktion technischer Systeme, ingl. 



Abstraction of technical systems

 

Texniki  təminat  →CAD/CAM  sistemlərinin 

tətbiqi üçün lazım olan hesablama texnikası və 

digər  periferiya  qurğularıdır.  Buraya  komp-

yüterlər  və  çap  qurğusu,  plotter  və  rəqəmsal 

scanerlərdən  ibarət  periferiya  qurğuları  da-

xildir. Müasir CAD/CAM iş yerlərində layihə-

ləndirilən  məmul  və  proseslərdən  asılı  olaraq 

müxtəlif  parametrli  kompyüterlərdən  istifadə 

olunur.  Onlar  əsasən  dialoq  şəkildə  işləmək 

qabiliyyətinə,  verilənlərin  yüksək  dəqiqliklə 

qrafiki təsviretmə qabiliyyətinə malik 

olmalı  və  iş  yerində  işçinin  rahat  iş-

ləməsinə  imkan  yaratmalıdır.  Komp-

yüterlər ayrılıqda və ya şəbəkə (LAN, 

WLAN)  daxilində  müxtəlif  konfi-

qurasiyalı  bir neçə  kompyüterlə    əla-

qəli şəkildə işləyirlər.  Istifadə olunan 

interfeyslər  standrtlaşdırılmış  veri-



lənlər  formatından  istifadə  etməklə 

hər  bir  iş  yerində    müxtəlif  proqram 

təminatı  və  →prosessor  parametr-

lərinə  malik  komyüterlərin  problem-

siz  tətbiqini  mümkün  edir.  Çox  vaxt 

CAD/CAM  iş  yerlərində  olan  komp-

yüterlər  yalnız  konstruksiyaetmə  və 

NC-proqramlarının  hazırlanmasında 

tətbiq  olunur,  verilənlərin  arxiv-

ləşdirilməsi isə “böyük yaddaşlı kom-

pyüterlər”in  (ingl.  Mainframe)

 

öh-


dəsinə  verilir.  Müəssisənin  ölçü-

sündən asılı olaraq orada bir və ya bir 

neçə  böyük  yaddaşlı  kompyüter  ola 

bilir.    Layihələndirmə  zamanı  konstruktorun 

dialoq rejimdə işləməsini təmin etmək üçün bu 

komyüterlər kifayət qədər operativ  yaddaşa da 

malik  olmalıdırlar.  Digər  tərəfdən  belə  komp-

yüterlər  böyük  həcmdə  verilənlərin  sürətli 

qrafiki  təsvirini  yaratmaq  üçün  qrafik  proses-

sorları ilə təchiz edilirlər. Bu prosessorun digər 

komponentlərdən  fərqi  ondan  ibarətdir  ki, 

onlar  yalnız  qrafiki  əməliyyatları  (miqyas-

dəyişmə,  fəzada  fırlatma,  sürüşdürmə,  dartma, 

kölgəli  təsvirlərin  yaradılması)  icra  edirlər. 

Bununla  mərkəzi  prosesin  işi  yüngülləşir  və 

nəticədə  hesablama  sürətini  nəzərə  çarpacaq 

dərəcədə artırmaq olur.  

Qrafiki  monitor, 

informasiya 

daxiledici 

qurğular- klaviatura və tablet (adi və ya 3D-si-

çan,  işıqlı  qələm,  diyircəkli  qələm)  birlikdə 

interaktiv  işlərin  yerinə  yetrilməsinə  xidmət 

edir. Hal-hazırda diaqonalı 22 inc. ölçüdə olan 

yastı  monitorların  CAD/CAM  iş  yerlərində 

tətbiqi  geniş  yayılmışdır.  Belə  sistemlərdə 

quraşdırlımış  qrafik  prosessoru  layihələndirmə 

zamanı  verilənləri  bir  neçə  səviyyədə  (ingl. 



Layer)  yaddaşa  verməyə  və  istənilən  anda 

qrafiki  təsvirini  aktivləşdrməyə  şərait  yaradır. 

CAD/CAM  proqram  təminatı  konstruktor  və 

texnologun  işini  asanlaşdırmaq  üçün  moni-

torda  menyü  texnikasından  istifadə  edir. 



Texniki təminat  

 

244 


 

 Funksiya düymələrinin (siçan, qələm) köməyi 

ilə monitorda göstərilən həndəsi elementi emal 

etmək üçün menyüdən istənilən əmrlər çağrılır 

və icra edilir.  

CAD/CAM  sistemlərinin  tətbiqinin  ilk  vaxt-

larında  diqitallaşdırıcı  tablet  konstruksiya-

etmədə  geniş  istifadə  olunurdu.  Bu,  üzərində 

müxtəlif  həndəsi  elementlər  olan  lövhə  və 

elementləri  komyüterin  monitorunda  aktiv-

ləşdirmək  üçün  qələmdən  ibarətdir.  Tablet  bir 

növ  menyü  rolunu  oynayırdı.  Digər  funksiya 

qələmin  x-y  oxları  boyunca  hərəkətini  qeyd 

edərək  onu  bir  başa  kompyüterə  rəqəmsal 

şəkildə ötürməkdən ibarətdir (şəkil 1). Tabletin 

üzərində yerləşmiş senzorlar buna xidmət edir. 

Diqitallaşdırıcı  tabletlər  A5  və  A4  ölçülərində 

olur.  Diqitallaşdırıcılardan  həm  də  əl  ilə 

çəkilmiş  cizginin  kompyüterə  köçürülməsində 

istifadə  olunur.  Bunun  üçün  cizgi  tabletin 

üzərinə  qoyulur  və  onun  hər  elementinin  kon-

turu üzrə xüsusi qələm əl ilə hərəkət etdirilir.   

 

  

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Diqitallaşdırıcı tabletlə cizgiçəkmə 

 

Son  illər  →kağızsız  texnologiyaya  can  atılsa 

da,  kağız  üzərində  cizgilərin  və  texnoloji  mə-

lumatların  çapı  hələ  də  istehsalatda  tətbiq 

olunmaqdadır.  Kompyüterlərdə  hazırlanmış 

məlumatların  (cizgi,  spesifikasiya  cədvəlləri, 

alət siyahısı, proqram məlumatları və s.) isteh-

salçılara  çatdırılması  məqsədilə  onların  kağız 

üzərində  çapı   adi halda  olduğu  kimi  çap  qur-

ğuları  (kiçik  formatlarda)    və  →plotterlərin 

(böyük  formatlarda)  köməyi  ilə  həyata  keçi-

rilir.   

 

(alm. das Hardware für CAD/CAM, ingl. Hardware 



for CAD/CAM

Texnoloji avadanlıq texnoloji təchizat vasitəsi 

olub,  texnoloji  prosesin  bir  hissəsinin  yerinə 

yetirilməsi  üçün  üzərində  material  və  ya 

pəstah, ona təsir vasitələri və həmçinin tərtibat 

yerləşdirilir.  Buraya  misal  üçün  →maşınlar, 

→dəzgalar və sınaq stendlərini göstərmək olar. 

(alm. technologische Anlage, ingl.

 

İndustrial plant



Texnoloji baza maşın istehsalı prosesində pəs-

tahın  texnoloji  sistemdə  vəziyyətini  müəyyən 

etmək  üçün,  məmulun  elementlərinin  yığma 

prosesində  və  ya  təmiri  zamanı,  həmçinin 

ölçmə-nəzarət 

əməliyyatlarında  mövqeləş-

dirilməsi üçün istifadə edilən bazalardır.  Tex-

noloji bazalar yerləşdirmə və ölçmə bazalarına 

bölünürlər. 

Yerləşdirmə  bazaları  pəstahın  dəzgahda  yer-

ləşdirilməsi  və  onun  kəsici  alətə  nisbətən 

mövqeləşdirilməsi  üçün  istifadə  edilən  səth-

lərdir  (xətlər  və  nöqtələr).  Məsələn,  silindrik 

hissənin  torna  dəzgahında  yumrucuqlu  pat-

ronda  yerləşdirilməsində  patronun  yan  və 

silindrik  səthləri  (şəkil  1),  və  ya  mərkəzlərin 

konik  səthləri  yerləşdirmə  bazaları  kimi  gös-

tərilə bilər. 

 

 



 

 

 



 

 

 

Şəkil 1. Yerləşdirmə bazaları 

 

İlkin emal zamanı baza kimi emal edilməmiş 

səthlər  götürülür.  Sonrakı  emalda  isə  artıq 

emal olunmuş səthlər üzrə yerləşdirmə aparılır. 

Yerləşdirmə  bazaları  əsas  və  köməkçi  olurlar. 

Əsas yerləşdirmə bazaları hissəni dəzgahda və 

onu  maşınlarda  digər  qovuşma  hissələrinə 

nəzərən  mövqeləşdirmək  üçün  istifadə  edilir. 

Köməkçi  yerləşdirmə  bazası  yalnız  emalda 

istifadə  edilir,  onlar  maşının  yığılmasında  heç 

bir  əhəmiyyət  kəsb  etmirlər  (məsələn:  mərkəz 

yuvaları).  İlkin  emal  zamanı  baza  kimi  emal 

edilməmiş  səthlər  götürülür.  Sonrakı  emalda 

isə artıq emal olunmuş səthlər üzrə yerləşdirmə 

aparılır.  Yerləşdirmə  bazaları əsas  və  köməkçi 

olurlar.



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə