Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə152/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   148   149   150   151   152   153   154   155   ...   211

Ultrasəs ölçmə üsulu 

 

299 


 

 

buledici  başlıq  olur  ki,    verilən  səsləri  tuta 



bilsin. Hissə daxilində defektlərin olduğu halda 

verilən  səslər  o  biri  tərəfə  tam  çatmır  və  səs 

gölgəsi yaradır.  Verici və qəbuledici senzorla-

rın  yerini  dəyişməklə  hissənin  daxilində  olan 

defektin yerini və ölçüsünü kifayət gədər dəqiq 

tapmaq olur. Senzorlar →pyezoelektrik effekt-

lə işləyirlər. Onların üst hissəsi bərk materialla, 

çox  vaxt  keramika  ilə  örtülərək  yeyilmə  və 

çirklənmədən qorunur. 

 

(alm.  die  Ultraschallprüfung,  ingl.  Ultrasonic 



testing

 

Universal  frez  dəzgahı  əsasən  fərdi,  kiçik  və 

orta  seriyalı  istehsalda  ştampların  və    model-

lərin  səmərəli hazırlanması  üçün tətbiq  olunan 

→metalkəsən dəzgahdır. Dəzgahın konstruktiv 

əlamətləri  bu  qeyd  olunan  hissələr  spektrini 

əhatə  edən  səthlər  toplusunun  emalından  irəli 

gələn  texnoloji  tələblərə  əsasən  layihə-

ləndirilmişdir.  Dönə  bilən  frez  başlığı  və  stol, 

həmçinin  alətin  və  pəstahın  mövqeyini  dəz-

gahın  işçi  sahəsində  istənilən  vəziyyətə  gəti-

rəbilmə imkanları və bunun sayəsində verilmiş 

pəstahın  səthlərinin  bir  yerləşmədə  bir  neçə 

tərəfdən  frezlənməsi  imkanları  universal  frez 

dəzgahlarının əlamətlərindəndir (şəkil 1).   

 

 

Şəkil 1. Müasir tipli universal frez dəzgahı 

 

Şəkil  1-də  NC  idarəetmə  sisteminə  malik 

universal  frez  dəzgahı  göstərilmişdir.  Burada 

dəzgahın stolu oxu ətrafında həm dönə, həm də 

şpindelin  oxuna  nisbətən  müəyyən  bucaq 

altında  qərarlaşa  bilir.  X,  Y  və  Z  oxları 

istiqamətində yerdəyişmələr şpindelin bərkidil-

diyi  tirlər  tərəfindən  icra  olunur.  Bu  dəzgahda 

bərkidilmiş  pəstah  bir  yerləşmədə  5  tərəfdən 

emalolunma imkanina malikdir.  Dəzgahın alət 

maqazini  ilə  təchz  olunması  aparılan  emalın 

səmərəliliyini artırır.  



 

(alm.  die  Universalfräsmaschine,  ingl.    Universal 



milling machine ) 

 

Universal  mexanizm  (və  ya  Kardan  mexa-

nizmi)  oynaqlı mufta  olub,  bəndlərin hərəkətli 

birləşməsi  yolu  ilə  iki  valın  müəyyən  bucaq 

altında hərəkətinə imkan  verir.  İlk dəfə  olaraq 

italyan  alimi  Kardano  tərəfindən  cismin  istə-

nilən dönmə sahəsi daxilində vəziyyətini stabil 

saxlamaq üçün asılqan kimi təklif olunmudşur. 

Sadə  oynaqalı  mexanizm  Huk  oynağından 

ibarətdir  (şəkil  1).    I,  II,  III  və  IV      fırlanma 

oxları  bir-birləri  ilə  radisu  OB  =  OB'  =  OC  = 

OC'  olan  kürənin  mərkəzi  O  tərpənməz  nöq-

təsində 


α

  bucağı  altında  kəsişirlər.  Ona  görə 

də, 

α

 bucağının   0°< 



α

 < 90° arasında yerləşən 

istənilən qiymətində В,  B' və С, С'  oynaqları  

I  və  II  oxlarına  perpendikulyar  müstəvilərdə 

cüt-cüt  həmin  radiusa  malik  çevrələr  cızırlar. 

Bu  halda  fırlanmanı dəyişən 

α

  bucağı   altında 



ötürmək  mümkündür.  Universal  oynağının  bu 

xassəsi  onun  bir  çox  maşınlarda,  o  cümlədən 

uçma  aparatlarında,  cihazlarda,  →dəzgahlarda 

(oynaqlı  mufta),  avtomobillərdə  (kardan  valı), 

kənd  təsərrüfatı    maşınlarında    və  s.  sahlərdə 

tətbiqinə geniş imkan açmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.  Universal  oynaqlı  mexanizmin  kinematik 



sxemi 

1-aparan val, 2- aparılan val, 3-aralıq valı  

 

Oynaqların  tətbiqi  əlaqəli  fırlanın  valların 



qarşılıqlı  vəziyyətini  dəyişmək  lazım  gəldikdə 

qaçılmazıdr.    Universal  oynağın  çatışmayan 

cəhəti  ondan  ibarətdir  ki,  aparan  valın  sabit



Universal mexanizm  

 

300 


 

fırlanma hərəkətində aparılan val qeyri-bərabər 

hərəkət  edir.  Bu  fərq  dönmə  bucağı 

α

-nın 



qiymətindən asılı olaraq artır.  

α

 = 90° -də sadə 



universal  oynaqlı  birləşmənin  köməyi  ilə  

hərəkət  ötürməsi  mümkün  olmur.  Aparılan 

valın  bərabər  fırlanmasını  təmin  etmək  üçün 

ikili oynaq birləşməsindən istifadə etmək məs-

ləhət  görülür  (şəkil  2).  Burada 

α

1



  və 

α

2



  bəra-

bərdir və çəngəllər eyni müstəvidə yerləşirlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil  2.  İkiqat  universal  oynaqlı  mexanizmin  kine-

matik sxemi 

1-aparan val, 2-aralıq valı, 3- aparılan val, 

 

 

 



Şəkil 3. Universal oynaqlı mexanizm 

1,5-eyni  müstəvidə  yerləşən  və  bucaq  altında 

kəsişən  vallar,  2-  yönəldici  barmaq,  3-separator,  4  - 

bissektor müstəvisi üzərində yerləşən kürələr  

 

Əgər yer baxımından ikiqat oynaqlı mexaniz-



min yerləşdirilməsi mümkün deyilsə, onda val 

lar  arasında  bissektrisa  müstəvisi  üzrə  bölün-

müş bucaqlara əsaslanan mexanizm tətbiq edi-

lir (şəkil 3). 

 

(alm.  universeller  Gelenkmechanismus,  ingl.  Uni-



versal joint mechanism ) 

 

Universal mühərrik kollektorlu sabit cərəyan-

la  işləyən  →elektrik  mühərrikidir.  Onun  sə-

ciyyəvi  cəhətəti  ondan  ibarətdir  ki,  o  həm  də 

dəyişən  cərəyanla  işləyə  bilir.  Əsasən  kiçik 

qabaritinə  görə  məişət  texnikasında  geniş 

istifadə olunur.  

Universal 

kollektorlu 

mühərrik 

ardıcıl 


qoşulmuş həyacanlandırıcı dolaqlardan (stator) 

ibarət  olub,  məişətdə  dəyişən  cərəyanla  işlə-

mək  üçün  optimallaşdırılmışdır.  Bu  növ  mü-

hərriklər  qütblərin  vəziyyətindən asılı  olmaya-

raq həmişə bir istiqamətdə fırlanır. Çünki, sta-

tor  dolağının  və  rotorun  ardıcıl  birləşdirilməsi 

sayəsində  maqnit  sahəsinin  qütblərinin  dəyiş-

dirilməsi   eyni  zamanda  baş  verir  və  cəm mo-

ment dəyişməz qalaraq bir istiqamətə yönəlir.  

Dəyişən  cərəyanla  işləmək  üçün  stator  aşağı 

histerezisə  malik  yumşaq-maqnit  mate-



rialından  hazırlanır.  Vidələrdə  cərəyan  itkisini 

azaltmaq üçün stator lövhələrdən  yığılır. Belə 

mühərrikin  dəyişən  cərəyanla  işləməsinin 

xüsusiyyəti  ondan  ibarətdir  ki,  kiçik  dövrlər 

sayında  dolaqların  induktiv  müqaviməti  cərə-

yanın  israfını  məhdudlaşdırır  və  uyğun  olaraq 

mühərrrikin  maksimal  fırlanma  momenti  no-

minal qiymətdən 3÷5 dəfə kiçilir. 

Universal  mühərrrikin  revers  edilməsi  onun 

statorunun  və  ya  rotorunun  dolaqlarındakı 

qütblərin dəyişilməsi ilə həyata keçirilir. 

Həmçinin  üçfazalı  universal  mühərriklər 

mövcuddur.  Onların  xüsusi  cəhətləri,  bu 

mühərriklərin  maqnit  sahəsi  istiqamətində  və 

onun  əksi  istiqamətində  hərəkəti  zamanı 

müxtəlif xassələrə malik olmasından ibarətdir.  

(alm. der Universalmotor,  ingl. Universal Motor)    

Universal  torna  dəzgahı  fərdi  və  kiçik  seri-

yalı istehsalda tətbiq olunur. Bu dəzgahda əsas 

hərəkəti pəstah, veriş hərəkətini isə alət yerinə 

yetirir.  Universal  torna  dəzgahlarını  xüsusu 

tərtibatlarla  (köçürmə  süpportu,  avtomatlaş-

dırılmış  patronlar  və  s.)  təchiz  etməklə 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə