Uzununa frez dəzgahı
305
Şəkil 1. Uzununa frez dəzgahının konstruktiv va-
riantları
Bir pəstah və iki alət koordinat oxuna ma-
lik dəzgah. Bu tipli dəzgahlarda stolun uzu-
nuna istiqamətdə yönəldiciləri gövdədə bər-
kidilir. Eninə hərəkətdə iki hal fərqləndirilir.
Birinci halda dayaq frezləmə dü-
yümü ilə birlikdə eninə istiqamətdə
hərəkətli yerləşdirilir (şəkil 1b
1
).
İkinci halda dayaq tərpənməz olur,
ancaq frezləmə düyümünü özündə
götürən support yuxarı-aşağı hərə-
kət edə bilir (şəkil 1b
2
).
Alət üç koordinat oxuna malikdir.
Belə
konstruksiyada
dəzgahın
gövdəsi tərpənməz olur. Uzununa
hərəkət dayaq tərəfindən yerinə
yetirilir. Eninə veriş yuxarıda qeyd
edildiyi kimi iki hərəkət imkanına
malikdir (şəkil 1c
1
və c
2
).
Uzununa frez dəzgahları bir və ya
iki dayaqlı ola bilir. İki dayaqlı dəz-
gah həm də →portal frez dəzgahı
adlanır.
(alm. die Bettfräsmaschine, ingl.
Bed
Milling Machine )
Uzununa yayma metalların təzyiq altında
emal olunmasında tətbiq olunan mexaniki emal
üsuludur. Emal olunan hissənin deformasiyası
bir-birinin əksinə fırlanan və paralel yerləşmiş
vallar arasında baş verir (şəkil 1). Valların oxu
pəstahın oxuna perpendikulyar vəziyyətdə
yerləşir. Aparan val və pəstah arasında yaranan
sürtünmə qüvvəsi metalı vallararası boşluğa
dartaraq onu deformasiya etdirir. Bu üsul digər
yayma üsullarından fərqli olaraq geniş tətbiq
olunur.
Emal olunan hissənin səthinə qoyulan keyfiy-
yət tələblərindən asılı olaraq pəstah soyuq və
ya qızdırılmış halda yayılır. Soyuq halda yayı-
lan hissələr sonra kəsmə ilə emala uğradılır.
Uzununa yayma zamanı en kəsiyi müxtəlif
olan hissələrin hazırlanması mümkündür. Pəs-
tahın deformasiya olunması həm en kəsiyində,
həm də uzununa istiqamətdə özünü göstərir.
Məsələn, bütöv materiallar vallar arasında de-
formasiyaya uğradılaraq həm ona profil veri-
lir, həm də uzadılır. Bu üsulla döymə pəs-
tahları aralıq forma alır. Boruların istehsalı, və
ya planetar kinematikaya malik yayma üsulu
ilə fasonlu səthlərin hazırlanması uzununa
yaymanın çox variantlılığını göstərir (şəkil 1).
Şəkil 1. Uzununa yaymanın növləri
a və b- uzununa profilli yayma, c-fasonlu uzununa
yayma, d-boru yayma
(alm. das Längswalzen, ingl. Longitudinal rolling)
Üçnöqtəli asılma
306
Üçnöqtəli asılma traktor və əkmə mexa-
nizmləri arasında tətbiq olunan standart-
laşdırılmış, ayrıla bilən birləşmədir. Əksər hal-
larda traktorun arxa hissəsində (şəkil 1)
hidravlik güc mexanizminin köməyi ilə
qurğular üçnöqtəli asılma üzrə qaldırıla,
endirilə və havada sərbəst saxlanıla bilir.
Qurğuların daşınmasında həm mövqeləşdirmə
(→kübrəsəpən maşınlarda hündürlüyün tən-
zimlənməsi), həm də dartıcı gücün təmini
(şumlamada dərinliyin tənzimlənməsi) standart
parametrlərə daxildir. Bu hər iki idarə sistemi
bir-biri ilə əlaqələndirilə bilir. Bununla qeyri –
hamar torpaqlarda dərinliyin meyillənməsini
azaltmaq mümkündür.
Şəkil 1. Traktorun arxa hissəsində tətbiq olunan
üçnöqtəli asılma mexanizmi
Bu sistemin yaradılması H.Ferqusona məx-
susdur. 1925-ci ildə o, ixtirasını İngiltərədə
patentləşdirdikdən sonra üçnöqtəli asılma sis-
temi ilə hazırladığı qurğuları bütün dünyaya
ixrac edərək məhşurlaşır.
Son zamanlar üçnöqtəli asılma mexaniz-
minin idarə olunmasında elektronika →sen-
zorları və servohidravlik qurğuların tətbiqi ilə
onun idarəsi xeyli təkmilləşdirilmişdir.
(alm. der Dreipunktanbau, ingl. Three-point hitch)
Üçölçülü (3D) həndəsi verilənlər maşın his-
sələrinin CAD sistemlərində həndəsi mode-
linin üçölçülü təsvirinə xidmət edir. Üçölçülü
verilənlər bazasının quruluşu və həcmi
→
CAD
sistemlərinin gücünə və praktiki tətbiqinə
əhəmiyyətli dərəcədə təsir edir. Kompyüter
daxili aşağıdakı model növlərindən istifadə
olunur (şəkil 1):
→Məftil modeli,
→Səth modeli,
→Həcm modeli.
Şəkil 1. 3D modellərinin reprezentasiya üsulları
Səthlərin kompyüterdə modelləşdirilməsi
düzünə və əksinə olaraq iki yolla həyata keçi-
rilir. Birinci halda konstruktor müəyyən funk-
siyanın icrasına imkan verən maşını/düyümü
yuxarıda qeyd olunan formada (til, səth və ya
həcmi model) layihələndirir. İkinci halda
üçölçülü səthin əldə olunması üçün artıq
mövcud olan hissənin əsasında →səthin ək-
sinə modelləşdirilməsi ilə kompyüterdə onun
səthlərinin modeli qurulur.
Kompyüterdə yaradılmış səthlərin modelləri
müxtəlif formatlardan (→İGES, →STEP,
→VDA, →STL) istifadə olunaraq hissənin
həyat tsiklininin iştirakçıları arasında mübadilə
edilir.
(alm. die 3D-Geometriedaten, ingl. 3D geometry
data)
Üfürməklə formavermə dəzgahı makromo-
lekulalı termoplastik materialdan bərk içiboş
formaların hazırlanmasına xidmət edir. O,
plastifikləşdirmə düyümü və ilkin formanı ha-
zırlamaq üçün başlıq və püskürtmə qur-
ğusundan ibarətdir (şəkil 1). Plastifikləşdirmə
düyümü süni materialı qəbul edir, axma qa-
biliyyətli ərintiyə çevirir və şlanq şəkilli ilkin
formaya salır.
Üfürülən hissənin hazırlanması formanın
içində baş verir. Forma dəzgahda xüsusi
tərtibatda bərkidilir. Tərtibat formanın açılıb-