Trikotaj iynəsi
288
(alm. der Stricknadel, ingl. Knitting needle)
Trikotaj maşınlar trikotaj məhsullarının me-
xaniki hörmək yolu ilə hazırlanmasına xidmət
edən maşındırlar. Trikotaj maşınlarında sap-
lardan istifadə edilərək ilmək yaradılır (şəkil 1)
və onlar öz aralarında müxtəlif üsullarla
ilməklənir.
Trikotaj maşınlar konstruksiya, iynənin növü
və s. meyyarlara görə fərqlənirlər. Bütün triko-
taj maşınlar ilmələrin boyuna düşən iynələrin
sayına görə sinifləşdirilirlər. Sinif yuxarı
olduqca daha incə parça hazırlamaq müm-
kündür. Məsələn, nazik corabların hörülmə-
sində 34-cü sinif maşınlardan istifadə edilir.
Bu maşınlarda iynələr arasındakı məsafə 0,75
mm-dir.
Şəkil 1. İlmənin forması
A-ilmənin addımı, B-ilmə hündürlüyü
Trikotaj maşınlarının əsas üzvləri ilmə bağ-
layan mexanizm, sap qidalandırıcı və materialı
nəql edən mexanizmdən ibarətdir. İlmə bağ-
layan mexanizm iynə başlığı, lövhə, pres, sap-
yönəldicisi və s. elementlərdən təşkil olunur.
Lövhə, sapı ilmək şəklində əyir və onu iynənin
içliynə tərəf itələyir. Pres prizma, lövhə və ya
disk şəklində olub qarmağa təsir edərək,
ilməyin onun altına düşməsinin qarşısını alır.
Qidalandırma iş zamanı sapların verilməsi,
onun daim tarım qalmasını təmin edir. Nəq-
ledici mexanizm ilmək vurulduqdan sonra
hazır trikotajı sabit gərilmə ilə iş yerindən
uzaqlaşdırır.
Trikotaj maşınları tekstil sənayesində müx-
təlif növ geyim və digər dekorativ materalların
müxtəlif rəngdə və tərkibli saplardan hazır-
lanmasında geniş tətbiq olunur.
Şəkil 2. Dairəvi trikotaj maşını
(alm. die Strickmaschine, ingl. Knitting machine)
Tripod oynağı bucaq elastikliyinə malik,
burulmaya sərt olan, homokinetik tarazlaşdırıcı
birləşmədir (şəkil 1). Uzununa istiqamətdə
hərəkətli olan tripod qolu ucunda radial
yerləşmiş sapfalardan ibarətdir.
Onların hər birində quraşdırılmış hərəkətli
üzüklər digər valla təmasa girirlər. Tripod oy-
Şəkil 1. Tripod oynağı
Tripod oynağı
289
nağı həmçinin uzununa istiqamətdə hərəkətsiz
olaraq hazırlana bilir. Oynaq döyülmə yolu ilə
əldə olunur. Kiçik xarici diametrdə böyük mo-
ment ötürmə imkanına malikdir. Bu birləşmə-
dən avtomobillərdə qabaq ötürmədə istifadə
olunur.
(alm. der Tripode-Gelenk, ingl. Tripod joint )
TRİZ üsulu - rus dilindən götürülmüş "теория
решения изобретательских задач" akronumu
olub, ixtira məsələlərinin həlli nəzəriyyəsidir.
Bakıda yaşayıb və fəaliyyət göstərən Altşuller
və b. tərəfindən yaradıldığından beynəlxalq
məkanda da elə TRİZ kimi yayılmışdır. TRİZ
üsulu ixtiraçılıq yaradıcılığının müəyyən qa-
nunla inkişaf edən texnikanın dəyişməsi ilə
əlaqədar olması ideyasına əsaslanır və yeni
əmək vasitələrinin yaradılması, onları subyek-
tiv münasibətdən asılı olmayaraq obyektiv
qanunauyğunluqlara tabe edəndir. Bu üsulun
yaranması ixtiraçılıq prosesinin, onda olan
təsadüfi elementlərin (qəfil və qabaqcadan
məlum olmayan amillər, koranə seçmə və
variantların atılması, insan amilinin təsiri və s.)
aradan götürülməsi sayəsində sürətləndiril-
məsi ilə şərtlənmişdir. TRİZ üsulunun mahiy-
yəti həm də psixoloji ətalətin götürülməsi və
yaradıcılıq düşüncəsinin gücləndirilməsi hesa-
bına ixtiraçılığın keyfiyyətini artırmaqdan
ibarətdir.
Hal-hazırda bu üsuldan istifadə etməklə bir
çox böyük müəssisələr öz innovasiya qabi-
liyyətlərini artırmağa nail olmuşlar. Çox vaxt
müəssisələrdə innovasiyalar təsadüfən və ya
uzun illər aparılan "sınaq-xəta" prosesi əsa-
sında yaranır. Bu halda effektiv strategiya ide-
yaların və problem həllərinin sistematik
inkişafından ibarətdir. TRİZ üsulu ilə inno-
vasiyaların məqsədyönlü inkişafına nail olmaq
mümkündür. TRİZ üsulunda bunun üçün
kifayət qədər vasitələr təsvir olunur. Bu
üsuldan yeni məhsulun yaradılmasında, key-
fiyyət problemlərinin həllində və proseslərin
optimallaşdırılmasında geniş istifadə olunur.
TRİZ sərt elmi nəzəriyyə deyil. O, ixtiraçılıq,
elm və texnikanın inkişaf qanunlarını ümu-
miləşdirən təcrübələrdən ibarətdir.
(alm. die TRİZ-Methode, ingl.
TRIZ)
Trisept strukturlu mexanizm →paralel kine-
matikalı maşınlara aid olub, əsasən →mani-
pulyatorlarda tətbiq olunur. Trisept mexaniz-
mi uzunluğu dəyişilə bilən üç qoldan ibarətdir.
Quruluşu ona üç sərbəstlik dərəcəsini icra
etməyə imkan verir. Mexanizm həm dəz-
gahlarda, həm də robotlarda tətbiq oluna bilir.
O, adi strukturlarla kombinasiya edilərək tətbiq
olunduğu maşının sərtliyini və dinamikliyini
artırır. Mexanizmdə məcburi aparılan bəndin
olmaması onu istənilən texnoloji tapşırıq üçün
adaptasiya etməyə şərait yaradır. Çatışmayan
cəhəti bu strukturda bəndlərin sayı onun
sərbəstlik dərəcəsindən artıq olmasıdır ki, bu
da onun hazırlanmasını çətinləşdirir və çəkisini
artırır. Əsasən avtomobil istehsalında mani-
pulyator və dəzgahlarda inteqrasiya olunaraq
istifadə edilir.
Şəkil 1. TRİCEPT strukturlu mexanizm
(alm. TRİCEPT, ingl. TRİCEPT )
Tsiklik addımlayan mexanizm çətin şərait-
lərdə maşınların çevik hərəkətinə imkan verən
hərəkət →mexanizmidir. Bu mexanizmin digər
addımlama mexanizmlərindən fərqi ondan
ibarətdir ki, burada sadə idarəetmədən istifadə
edilir. Dönən mexanizmlərlə işləyən maşınlar
çoxbəndli olduqlarından daha çox enerji