Tribometr
284
Verilmiş tapşırıqdan asılı olaraq çivi-şayba,
çivi-üzük və ya titrəmə-sürtünmə yeyilməsi
tribometrik sınaq qurğularından istifadə olunur
(şəkil 1a və b). Burada tərpənməz çivi fırlanan
üzük və ya çivi üzərinə müəyyən qüvvə ilə
sıxılır. Sıxma qüvvəsi, fırlanma sürəti və
sınağın aparıldığı şəraitdən (quru, yağlama və
ya aralıq qatı ilə) asılı olaraq verilmiş material
cütü üçün müxtəlif yeyilmə hallarını simul-
yasiya etmək mümkündür. Titrəmə nəticəsində
yaranan titrəmə yeyilməsi tribomerinin köməyi
ilə araşdırılır (şəkil 1c). Burada müstəvi səthə
müəyyən qüvvə ilə sıxılmış kürə irəli-geri
hərəkət etdirlir. Sınaq zamanı kürə və səth
arasında kontakt sahəsi dəyişilir. Əvvəlcə
nöqtə üzrə toxunan kürə, sonra yeyilmə sa-
yəsində böyüyərək səthə çevirilən kontakt səthi
üzrə diyirlənir. Kürə əvəzinə silindrik gö-
türməklə xətt üzrə kontakt sahəsində yeyilmə
şəraitini də araşdırmaq mümkündür.
Diyirlənmə və yuvarlanma iki şayba ilə
modelləşdirilə bilir (şəkil 1d). Şaybalar eyni və
ya müxtəlif ölçülü olur. Şaybalar arasındakı
sürətlər fərqi diyirlənmə zamanı sürtünmə
yaradır. Üsulun giriş parametrlərindən asılı
olaraq müxtəlif triboloji şəraitin modelləşdiril-
məsi mümkündür.
Şəkil 1. Tribometrlərdə ölçmə üsulları
Sınaq zamanı hissələrə
tətbiq
olunan
qüvvələr ölçülür, sınağın sonunda isə sürtünən
sətlər mikroskop altında tədqiq olunurlar.
Səthin topoqrafiyası əsasında yeyilmə me-
xanizmi haqqında fikir yürüdülür. Profilometr
və ya interferometrik cihazların tətbiqi ilə
yeyilmiş səthlərin kompyuterdə üçölçülü təs-
viri yaradıldıqdan sonra yeyilmənin qiymətini
(dərinliyi, şıırnaqların ölçüləri və s.) asanlıqla
təyin etmək olur. Şəkil 2-də çivi-şayba üsulu
ilə aparılmış bir sınağın nəticəsi göstərilmişdir.
İrəliyə hərəkət üçün lazım olan qüvvənin, çi-
viyə tətbiq olunmuş normal qüvvəyə nisbətini
bilməklə sınaq şəraiti üçün sürtünmə əmsalı tə-
yin olunur. Çivinin səthində sürtünmə zamanı
adgeziya yeyilməsinin yaranması görünür.
Şəkil 1. Çivi-şayba üsulu ilə aparılmış sınağın nə-
ticəsi
Çivi- alət poladı (REXM4); Şayba-16MnCr5;
Sınaq şəraiti: quru; Sürtünən səthlər: örtüksüz.
Laboratoriya şəraitində aparılan sınaqların
üstünlüyü ondan ibarətdir ki, yükləmənin pa-
rametrləri (qüvvə, nisbi sürət, yağlama, tem-
peratur və s.) praktikada aqreqat və qurğularda
mümkün olmayan qiymətlərdə dəyişdirilə bilir.
Triboloji göstəricilər sistemin göstəricisi oldu-
ğundan sürtünmə və bu kimi ayrı-ayrı qiy-
mətlərin verilməsi məqsədəuyğun deyil. Ona
görə də, əldə olunan qiymətlər həmişə sınaq
şəratinin parametrləri ilə birlikdə göstərilir.
Tribometr
285
Tribometrin tətbiqi ilə əldə olunmuş mə-
lumatlar müxtəlif material cütlərinin yeyil-
məsinin qiymətləndiriməsində və bununla opti-
mal material kombinasiyasına imkan yaradır.
Örtük çəkilmiş materialların triboloji xassə-
lərinin öyrənilməsində tribometrlər geniş tətbiq
olunurlar.
(alm. der Tribometer, ingl. Tribometer)
Tribologiya nisbi hərəkətdə
bir-biri ilə təmas-
da olan səthlər haqqında elmdir. O, →yağ-
lama da daxil olmaqla →sürtünmə və →ye-
yilmənin qarşılıqlı vəhdətini araşdırır. Tri-
bologiya həm bərk cisimlər, həm də bərk cism
və maye(qaz) arasında uyğun sərhəd səth-
lərinin qarşılıqlı təsirini əhatə edir. Əsas
məqsədi triboloji mühitdə işləyən hissələr üçün
əlverişli material, yağlayıcı maddənin və son
zamanlar elmi tədqiqat işlərinin əsasını təşkil
edən, effektiv örtüklərin seçilməsindən iba-
rətdir.
Hissələrin səthləri arasında təmas müna-
sibətləri şəkil 1-də göstərilmiş triboloji sistem
kimi ümumiləşdirilə bilir. Buradan göründüyü
kimi triboloji sistemdə əsas cism və onun əksi
olan cismin seçilməsi, səthin xassələrinə
(kələkötürlük, bərklik, korroziyaya qarşı qat)
təlabatın qoyulması, nisbi hərəkətin (sürüşmə,
diyirlənmə, yuvarlanma) verilməsi, təmas
səthində yaranan gərginliklər (qüvvə, təzyiq)
və gözlənilən səthi zədələmə mexanizmləri
(yeyilmə) araşdırılır. Aralıq materialının seçil-
məsi ümumi triboloji sistem üçün çox əhə-
miyyətlidir. Məsələn, yağlama materialının
seçilməsi (sürtünmə əmsalı, istilikkeçirmə,
materialın verilməsi) ilə təmasda olan hissə-
lərin qarşılıqlı yüklənmə halına bir başa təsir
etmək olur. Ətraf mühitin təsiri kimi burada
temperatur və havanın rütubətliyi də nəzərə
alınır.
Yuxarıda qeyd olunan, qarşılıqlı təmasda
olan əsas hissələrə istənilən triboloji sistemdə
rast gəlindiyi halda, aralıq materialı və ətraf
mühitin təsiri həmişə mövcud olmaya da bilər.
Sürtünməni və yeyilməni azaltmaq üçün bir
çox praktiki hallarda aralıq materialı kimi
yağlayıcı maddələrdən istifadə olunur. Aralıq
maddə həmçinin bərk hissəciklərdən (məsələn:
qətran) ibarət ola bilər. Yeyilməyə qarşı
tədbirlərin görülməsi üçün açıq və qapalı
triboloji sistemlərdən istifadə olunur. Açıq
sistemlərdə, məsələn, alətin işçi səthi daimi
olaraq emal olunan hissənin yeni səthləri ilə
təmasa girir. Onun funksiyası ilk öncə əsas
hissə kimi işləyən alətin yeyilməsindən asılı
olur, yəni emal olunan hissənin yeyilməsi
maraqlı deyil. Qapalı sistemlərdə, məsələn
→paylayıcı val-itələyici cütlüyündə işçi səthlər
daimi qarşılıqlı təmasda olur. Hər iki hissənin
yeyilməsi triboloji sistemin xassələrinin də-
yişməsinə bir başa təsir edir.
Şəkil 1. Triboloji sistem
Triboloji sistemin göstəriciləri sürtünmə və
yeyilmə proseslərinin kəmiyyət və keyfiyyətcə
qiymətləndirilməsinə xidmət edir. Sürtünmə
prosesi yükləmə kollektivi və sistemin struk-
turundan asılı olan sürtünmə qüvvəsi və əmsalı
ilə xarakterizə olunur. Yeyilməyə də eyni amil-
lər təsir edir. Əgər yeyilmənin qiymətini yük-
ləmə zamanından asılı olaraq təsvir etsək, onda
iki müxtəlif əyri alınır (şəkil 2a).
Şəkil 2. Yükləmə müddətindən asılı olaraq yeyil-
mənin qiyməti