Verilənlər bazasının modeli
324
əsaslanır. Cədvəl daxilində riyazi əməliyyat
relasiya cəbri ilə təyin olunur. Verilənlərin
aktivləşdirilməsi və emalı SQL (Structured
Query Language) dilinin köməyi ilə reallaş-
dırılır. Relasiya cəbri bu dilin əsasını təşkil
edir. Verilənlər bazasının mürəkkəb riyazi və
abstrakt anlayışlara malik olmasına baxma-
yaraq bu növ verilənlər bazası sadə və çevik
idarə olunur. Bu üsulla verilənlərin obyektlər
arasında əlaqələri və ya xassələri simbolizə
olunmasından asılı olmayaraq cədvəl şəklində
təsvir olunur.
Şəkil 2. Verilənlər bazasının şəbəkə modeli
Obyekt relasiyalı verilənlər bazası relasiya
verilənlər bazası və obyekt verilənlər bazası
arasında bənd rolunu oynayır. Bu relasiya
verilənlər bazasının obyektyönümlü genişlən-
dirilmiş konseptidir. Relasiya bazalarında ol-
duğu kimi burada da verilənlər cədvəl şəklində
yerləşdirilir. Əlavə olaraq bu cədvəlin hər bir
hücrəsinə bir obyekt xassəsi yönəldilir, beləki
bu hücrədə olan verilənlər sərbst olaraq istə-
nilən an, malik olduğu əlaqələrdən asılı olma-
yaraq təyin oluna bilirlər. Obyekt relasiya veri-
lənlər baza modeli multimediyada və geode-
ziyada geniş istifadə olunur.
Obyektyönümlü verilənlər bazası modelində
tətbiqi proqramlar da daxil olmaqla verilənlər,
obyekt modelləri şəklində tərtib edilir. Onun
relasiya verilənlər baza modelindən fərqi
ondan ibarətdir ki, burada verilənlər obyekt ki-
mi idarə olunurlar. Bir obyekt, əşya və real
həyatın bir anlayışını modelləşdirir və bu ob-
yektə bir atribut yönəldir (məsələn: rəng və
çəki avtomobilin obyektinin atributudurlar).
Atributlar
obyekti
dəqiq
təsvir
edirlər,
verilənlər və üsullar obyektlə birlikdə yaddaşa
verilir və idarə olunur.
(alm. das Datenbankmodell, ingl. Database model)
Veybul paylanması statistikada istifadə olu-
nan nəzəri paylanma funksiyasıdır. Təsadüfi
dəyişən x parametrinin sıxlığı (x > 0 halı üçün)
funksiyiası ilə təsvir olunduqda o, α və β (α, β
> 0) parametrli Veybul paylanmasına tabedir.
Veybul funksiyası praktikada maşın hissə-
lərinin əsasən material yorulması ilə bağlı olan
uzunömürlülüyünü analiz etmək üçün tətbiq
olunur. Düyümdə olan hissənin ömrü α və β
parametrli Veybul paylanması ilə səciyyələ-
nirsə, onda onun sıradan cıxma tezliyi x va-
hidli iş müddətindən sonra α
⋅
β
⋅
x
β–1
ilə hesab-
lanır. Hissənin [x; x + δx] intervalında sıradan
çıxma ehtimalı təxminən α
⋅
β
⋅
x
β–1
· δx-ə bəra-
bər olur.
Veybul paylanması kövrək materiallarda ma-
terial yorulması və ya elektron hissələrin sıra-
dan çıxması, həmçinin külək sürətlərinin statis-
tik araşdırılmasında tətbiq tapır. Bu paylanma
isveç riyaziyyatçısı Valodi Veybulun adını
daşıyır.
Veybul statistikasının tətbiqinə misal kimi
zəncirin sıradan çıxmasını göstərmək olar. Bir
bəndin korlanması bütün zəncirin möhkəm-
liyinə təsir edir. Kövrək materiallarda da da-
ğılma zamanı oxşar hal müşaiyət olunur. Kritik
ölçüsünü keçmiş bir çat bütün hisənin
dağılmasına gətirib çıxarır.
Veybul analizi avtomobil hissələrinin etibar-
lığının qiymətləndirilməsində böyük rol oyna-
yır. Bu məqsədlə qurulmuş Veybul torlarından
(diaqramları) verilmiş hissələr və ya düyümlər
üçün səciyyəvi uzunömürlülüyü və ya sıra-
dançıxma ehtimalını oxumaq olur. Sıradan-
çıxmaların cəminin əsas götürülməsi Veybul
analizində üstünlüyə malikdir. Sıxlıq funk-
siyası kollektivə daxil olan hissənin əldə etdiyi
uzunömürlülüyün tezliyini təsvir edir (şəkil 1).
Sıradançıxma
araşdırıldıqda,
onda
sırad-
ançıxma sıxlığından söhbət açılır. Paylanma
funksiyası (F) sıxlıq funksiyasının inteqralıdır.
Şəkil 1-də paylanma funksiyası uzunömür-
β
α
β
β
α
x
x
e
x
x
f
⋅
−
−
⋅
⋅
=
1
)
(
Veybul paylanması
325
2
1891
,
0
d
P
HV
⋅
≈
2
2
1
d
d
d
+
=
lülüyün tezlikləri cəmi şəklində göstərilmişdir.
Şəkil 1. Veybul analizinə aid diaqramlar
(alm. die Weibull-Verteilung, ingl. Weibull
distribution)
Vikkers üsulu metal və xəlitələrdə bərkliyi
ölçmə üsuludur. Ölçmənin məğzi material sət-
hinə təpə bucağı 136° olan dördkünclü pi-
ramida formalı ucluğun müəyyən qüvvə altın-
da batırılmasından ibarətdir (şəkil 1). Üsul
1925-ci ildə Smit və Sandland tərəfindən işlən-
miş və Vikkers təyyarəqayırma firmasının
adına adlandırılmışdır.
Ölçmə mikroskopu ilə alınan yuvanın (izin)
uzunluğu və diaqonalı təyin oldunduqdan
sonra yuvanın səthi hesablanır. Tətbiq olunan
qüvvənin bu sahəyə nisbətinin 0,1891 əmsalına
hasili Vikkers bərkliyini (HV) verir:
burada:
d
1
və d
2
alınmış izin diaqonallarıdır.
Şəkil 1. Vikkers üsulu ilə bərkliyin təyin olunmasın-
da sətdə yaranan iz
Vikkers üsulu ilə bərkliyin ölçülməsi üç hal
üçün aparıla bilir:
Normal Vikkers bərkliyinin ölçülməsi:
F ≥ 49,03 N,
Kiçik qüvvə ilə Vikkers bərkliyinin ölçül-
məsi:
1,961 N ≤ F < 49,03 N,
Mikrobərkliyin
Vikkers
üsulu
ilə
ölçülməsi:
0,098 N ≤ F < 1,961 N.
Bu üsulla bərkliyin təyini xüsusi ölçmə ciha-
zında aparılır (şəkil 2). Böyük hissələrdə
bərkliyin ölçülməsi üçün mobil cihazlardan
istifadə olunur. Vikkers üsulu adətən material-
ları dağıtmadan ölçmə üsullarına aid edilir.
Ölçmədən sonra səthdə qalan cüzi yaralama
çox vaxt qəbul edilir. Əksər hallarda ölçmə
üçün xüsusi nümunələr hazırlanır.
Vikkers üsulu ilə ölçmənin aparılması İSO
6507-1:2005-4:2005 standartları ilə tənzimlə-
nir.