Pəstah bunkeri
59
Şəkil 2. Pəstah bunkerlərinin növləri
Bunkerlərin tətbiqinin üstün cəhəti ondan
ibarətdir ki, bununla sahəyə qənaət etmək olur.
Ancaq bunkerlərdə hisssələr itələmə, təzyiq,
sürtünmə və ilişmə nəticəsində zədələnə bilər.
Ona görə də, heç də bütün hissələrin emalında
bunkerlərdən istfadə etmək sərfəli olunur.
Şəkil 1-də daşıyıcı elementə malik bunker
göstərilmişdir. Pəstah bunkerlərinin sinfləş-
dirilməsi şəkil 2-də göstərilmişdir. Sadə bun-
kerlərlə bərabər boşaltma deşikləri və ele-
mentlərinə malik bunkerlər də mövcud-
durlar.
(alm. der Werkstückbunker, ingl. Workpiece
Bunker)
Pəstah maqazini mexaniki emal üsulları
ilə istehsal şəraitində pəstah ehtiyatının ya-
radılması üçün tətbiq olunur. Əgər pəstah
maqazini bir neçə dəzgahla əlaqələndi-
rilərsə, onda o, həm də dəzgahlar arasında
bufer rolunu oynayır. Bununla dəzgahlar
arasında pəstah təminatında yaranan vaxt
meyillənməsini (takt fərqini və istehsalda
pozuntu nəticəsində yaranan vaxt fərqi)
tənzimləmək üçün də istifadə edilir. Ma-
qazinin ölçüsü istifadə edilən pəstahların
növü, ölçüsü və forması, əməliyyatın növü,
dəzgah və stehsal şəraitindən asılı olur. Onun
ölçüsünə həm də pəstahın sayı təsir edir. Sadə
halda maqazin kimi içərisində dəst ilə və ya da
nizamsız pəstahlar yığılmış yeşikləri göstər-
mək olar. Əsasən vint, şayba, kürə kimi kiçik
hisssələr nizamsız şəkildə yığılır. Böyük
(məsələn: tənəkə, çubuq, sürətlər qutusunun
gövdəsi) və yüksək keyfiyyətli hissələr (məsə-
lən: pardaqlanmış vallar, dişli çarxlar) nizamlı
şəkildə yığılırlar (şəkil 1).
Şəkil 1. Maqazində pəstahların yerləşdirmə imkan-
ları
Pəstah nəqledici
60
(alm. der Werkstückmagazin, ingl. Workpiece ma-
gazine)
Pəstah nəqledici maşınların yığılmasında his-
sələrin işçi yerləri arasında nəqlinə imkan
verən xüsusi tərtibatdır (şəkil 1). O, üzərindəki
yönəldici və tutqacların köməyi ilə hissənin
dəqiq mövqeləşdirilməsi və bərkidilməsinə şə-
rait yaradaraq yığma prosesini asanlaşdırır.
Pəstah nəqlediciləri məmulun yığılması prosesi
zəncirinin tərtkib hissəsi olduqlarından müəy-
yən tələbləri ödəməlidirlər:
İşçi yerləri arasında hissənin dəqiq hərəkə-
tinin təmini,
Yığma zamanı yerinə yetirilən əməliyyat
(presləmə) nəticəsində yaranan qüvvənin
qəbul eidlməsi,
Dəqiq mövqeləşdirmə üçün indeksasiya
elementlərinə malik olmalı,
Hissənin sərbəst oturdulması və çıxarılması
üçün kifayət qədər sahənin olması,
Kodlaşdırıcı elementlərə malik olması,
Müxtəlif vəziyyətlərdə yığmaya imkan ve-
rən elementlərin (dönmə və bölgü baş-
lıqlarının) olması,
Eyni tipli hissələrin bərkidilməsi imkanı,
Nəqletmə, anbarlama və nəzarət funksiya-
larının bir tərtibatda cəmlənməsi.
Şəkil 1. Bir neçə hissənin bərkidilməsinə imkan
verən nəqledici
1-platforma, 2-yönəldicilər
Pəstah nəqlediciləri qeyri stabil, səthləri həsas
olan hissələrin stabil tutulması və yığılmasını
mümkün etsələr də, onun müəyyən çatışmayan
cəhətləri vardır. Nəqleicilər ümumi nəqliyyat
sisteminə bağlı olur və əlavə xərclər və yer
tələb edirlər.
Pəstah nəqledicləri üçün dəqiqlik sinifi, qaba-
rit ölçüləri və yükləmə sinifi səciyyəvidir.
Nəqledici bərkidici və yönəldici elementlər ilə
birlikdə yığma əməliyyatının dəqiqliyini və
qurğunun takt vaxtını müəyyən edir. Onun
dəqiqliyi ±0,2 mm həddində olmalıdır.
Avtomatlaşdırılmış istehsalda pəstah nəq-
lediciləri
istehsal
identifikasiya
və
ko-
munikasiya sisteminin köməyi ilə verilənlər
bazasına bağlı olduğundan o, həm də infor-
masiya sistemi rolunu oynayır. Nəqledici sis-
temdə mexaniki yaddaş, pnevamtik kod-
laşdırıcı qurğu və elektronik oxuma ele-
mentləri nəqledicinin üzərindəki hissələri və
yığma verilənlərini oxumağa imkan verir.
Müasir informasiya daşıyıcıları uzaq mə-
safədən işlədiyindən verilənlərin ötürülməsi
toxunma olmadan aparılır.
(alm. der Werkstückträger, ingl. Workpiece holder)
Pəstah sıfır nöqtəsi çox vaxt proqramlaşdır-
mada pəstah üzərində müəyyən edilmiş proq-
ram sıfır (istinad) nöqtəsi ilə üst-üstə düşür.
NC-proqramında verilmiş yol məsafələri bu
nöqtəyə nəzərən hesablanır. Dəzgahın istinad
nöqtəsinə nəzərən əlaqə pəstah sıfır nöqtəsinin
sürüşdürülməsi ilə nəzərə alınır. Bu, proqramın
icrasında dəzgahın idarəetmə sistemi tərə-
findən avtomatik yerinə yetirilir. Bunun üçün
dəzgahın koordinat sistemində pəstahın sıfır
nöqtəsinin vəziyyəti koordinat oxları boyunca
təyin edilib yaddaşa verilir.
İşarəsi belədir:
(alm. der Werkstücknullpunkt, ingl. Workpiece zero
point)
Pəstahalma üsulu verilmiş hissənin mexaniki
emal yolu ilə hazırlanmasında lazım olan pəs-
tahın əldə edilməsi üçün tətbiq edilir. O,
hissənin materialının mexaniki xassələri, ölçü
parametrləri, keyfiyyəti və istehsal şəraitindən
asılı olaraq müxtəlif olur. Maşınqayırmada
əsasən →tökmə, tökmə-qaynaq, →təzyiq al-
tında emal və →sinterləmə geniş tətbiq edilir
(şəkil 1). Pəstah materialları kimi metal