Plazmaəritmə
71
şalması və ya plazmayandırıcısınn köməyi ilə
aparılır. Qövs qurğularında həm sabit, həm də
dəyişən cərəyanla işləyən qövslər bir və ya üç
qrafit elektrodlarının köməyi ilə əridilən
materialın yaxınlığında yandırılır. Burada
tətbiq edilən elektrik cərəyanının gücü 100
MV olur. Gücü 10 MV olan plazma yan-
dırıcıdan əsasən kiçik həcmdə (əlvan matal,
xüsusi metallar) materialların əridilməsində
istifadə edilir.
Şəkil 1. Plazmaəritmə üçün qurğu
(alm. das Plasmaschmelzen, ingl.
Plasma mel-
ting
)
Plazmagenerator plasma şüasının yara-
dılması üçün qurğudur. Plasma əldə etmək
üçün istifadə olunan enerji təsirlərindən asılı
olaraq aşağıdakı generatorlar mövcuddur.
Plazma generatorunda qazboşalması işçi
qazla əhatə olunmuş katod və anod rolunu
oynayan pəstah (şəkil 1a) və ya da ucluq
(şəkil 1b) arasında sabit cərəyanla yaranan
işıq qövsü ilə əldə olunur. Əksər hallarda
kombinasiya edilmiş quruluşdan istfadə
edilir (şəkil 1c). Bu halda ucluğa əlavə po-
tensial verilir. Cərəyan dövrəsində mü-
qavimətdən asılı olaraq qövs cərəyanı ucluq
və pəstah arasında paylanır. Dəyişən cərəyan
qövsü ilə əlavə enerjinin verilməsi müm-
kündür. Çox vaxt satabil qövs plazmasının
əldə edilməsi üçün payı 5% olan enerji sabit
cərəyan işıq qövsü ilə verilir (şəkil 1d).
Plazma ilə işləyən sobalarda bir ucluqla bir-
ləşmiş üç dəyişən cərəyanla işləyən plazma
yandırıcı çevrəvi cərəyana qoşulur. Bu döv-
riyyənin ulduz nöqtəsi ərimə zonasında yerlə-
şir.
İşıq qövsünün ayaq nöqtələrində elektrodlar
yüksək termiki təsirə məruz qalırlar. Buna
baxmayaraq uzunömürlülüyün təmin edilməsi
üçün işıq qövsünün yeri anod üzrə sü-
rüşdürülür.
Yüksəktezlikli plazma generatorunda çox
vaxt enerji əlaqəsi induktiv olaraq baş verir.
Yüksək tezlikli generatorun gücü 4÷20 kVt
arasınd yerləşir. Su ilə soyudulan indikator
boru generatoruna birləşdirilir. İşçi tezlik
əsasən 1÷30 mHs arasında olur. Yüksək tez-
liklə dəyişən sahədə elektrik keçirici plazmada
burulğan yaradılır. Onun Coul enerjisi qızdır-
ma təsiri əmələ gətirir. Proses stasionar plazma
axınında özünü stabil saxlayır. Plazmanı işə
salmaq üçün işçi qazın əvvəlcədən ionlaş-
dırılması gərəkdir. Bu işıq qövsünün ani olaraq
yandırıb/söndürülməsi ilə əldə edilir. Yüksək
tezlikli plazma heç bir elektroda malik deyil,
ona görə də onun yaratdığı şüa yanmış məhsul-
larla çirklənmir. Bu baxımdan yüksək tezlikli
plazma üsulu yüksək təmizlik tələb olunan
hallarda tətbiq olunur (məsələn: kristalların
hazırlanması).
Şəkil 1. Plazma generatorunda qövs qapanmasının
növləri
(alm. der Plasmagenerator, ingl. Plasma gene-
rator)
Plazmayandırıcı
72
Plazmayandırıcı xüsusu qurğu olub,
elektrod
və pəstah arasında əmələ gələn işıq qövsünü
xüsusu ucluğun köməyi ilə lazım olan yerə
verməyə qadirdir (şəkil 1).
Şəkil 1. Plazmayandırıcının prinsipal təsviri.
Ucluğun köməyi ilə işıq qövsünün nazikləş-
dirilməsi və eyni zamanda onun qazla ionlaş-
dırılması sayəsində elektrodun ucunda pəstaha
yönəlmiş yüksək sıxlığa malik enerji toplanır.
Plazmada yığılmış enerji pəstahın qızdırıl-
masına sərf olunur. Plazma qazı kimi Ar, Не,
N
2
və NH
4
götürülür. Əldə olunan güc 30÷200
kV arasında yerləşir.
Plazmayandırıcının ən çox yük düşən hissəsi
onun ucluğudur. O, bir tərəfdən termiki təsirə
məruz qalır, digər tərəfdən pəstahla arasında
yaranan işıq qövsünün təsirindən aşına bilir.
Buna görə də, ucluq kimi çox vaxt keramika
materialından istifadə olunur. Belə ucluqlar iş
zamanı daxilində yerləşmiş deşiklərin köməyi
ilə soyudulur. Deşiklərdən vurulan su işçi
zonaya daxil olur və eyni zamanda ucluğun
kritik en kəsiyində plazma axını və ucluğun
divarları arasında buxar qatı əmələ gətirir.
Yandırıcının tətbiq sahəsindən asılı olaraq
oksidləşmənin qarşısını almaq və pəstahın
səthinin soyudulması üçün ucluğa əlavə
qoruyucu qaz da daxil edilir.
(alm. der Plasmabrenner, ingl. Plasma torch)
Plotter (yunanca:
γράφω
-
çəkirəm demək-
dir) böyük formatlı (A0-a qədər) cizgilərin,
xəritələrin və digər qrafiki informasiyaların
adi və ya transparent kağızlara yüksək dəqiq-
liklə avtomatik köçürülməsinə xidmət edir. İş-
ləmə prinsipinə görə onlar müxtəlif kons-
truksiyalara malik olurlar.
Klassik plotterlər şrift plotterdir. Bu, tuşla
çəkən qələmə malik maşın olub, koordinat
oxları böyunca rəqəmli idarə olunur. Bəzi
hallarda bu plotterdə bir neçə sayda rəngli
qələmdən istifadə etmək olur. Quruluşuna gərə
yastı-kağızın qırağı boyunca sürüşən və diyir-
lənən –metal yönəldicilər boyunca sürüşən şrift
plotterləri mövcuddur. Plotterlər əyrixətli kon-
turları idarəetmə sisteminin köməyi ilə yarat-
dığından, onun dəqiqliyi aşağıdır.
Son illər yaranmış elektrostatik plotterlər
cizgiləri rasterə (kvadrat torlara) bölür və çap
edir. Raster dəqiqliyi 600dpi-yə qədərdir.
Kompyüterdən verilən informasiya əsasında
xüsusi darağın köməyi ilə elektrostatik
yüklənmiş kağız üzərində aparılan çapetmədə
başlıqdan verilən rəng yalnız yüklənmiş yer-
lərdə yapışıb qalır. Bu plotterlər online reji-
mində işlədiklərindən çox effektivlidirlər.
Adi çap qurğularından məlum olan mürəkkəb
püskürtmə başlığı (şırnaqlı) inkişaf etdirilərək
plotterlərdə tətbiq olunur (şəkil 1).
Şəkil 1. Rəng püskürdücü başlıqlı plotter (Canon
firması).
O, çizgi və şəkillərin rəngli çapına imkan
verir. Çatışmayan cəhəti ondan ibarətdir ki,
çap olunmuş cizgi müəyyən quruma vaxtı tələb
edir.