Polad lenti aluminiumləşdirmə
77
Polad lenti aluminumləşdirmə üsulu kom-
pozit materialların qat çəkməklə hazırlanması
üsuludur. Polad lentin üzərinə maye çəndə alu-
minium qatı çəkməklə ona xüsusi xassə verilir.
Aluminium qatı polad əsaslı hissələrin kor-
roziyaya davamlığını artırır. Belə polad lentlər
təzyiq altında problemsiz emal olunaraq ondan
istənilən formalı hissələrin hazırlanması müm-
künüdür.
Aluminiumun yüksək yapışma qabiliyyətinin
göstərməsinə baxmayaraq yüksək təzyiqlərdə
emal zamanı onun qatının əlverişli seçilməsi
zəruridiir. →Korroziyaya davamlıq və emal-
olunabilmə qabiliyyəti arasında kompromis
kimi sıxlıq qiyməti 120 g/m
2
götürülür. Bu,
qalınlığı 20 mkm olan aluminium örtüyünə
uyğun gəlir.
Odadavamlı alumiumləşdirilmiş polad tənəkə
qaynaqetmə üçün böyük əhəmiyyət kəsb edir.
Polad materialın tətbiqindən asılı olaraq (boru,
qapaq) əritməklə qaynaqlamadan istifadə
olunur. Uzununa tikişli boruların hazırlanması
üçün əsasən yüksək tezlikli qaynaqetmə tətbiq
olunur. Aluminium qatı çəkilmiş polad lentin
daha başqa bir tətbiq sahəsi avtomobillərdə
yanacaq çənləridir. Benzin və dizelə qarşı
yaxşı
davamlılığı
uzun
illərdi
benzin
kanistirlərinin tətbiqində özünü göstərmişdir.
Bu material yaxşı korroziyaya davamlılıqla
bərabər, həm də təzyiq altında yaxşı emal
oluna bilinir.
(alm. das Stahlband-Aluminierungsverfahren, ingl.
Steel band aluminizing)
Polad lenti aşındırma üsulu metalın səthində
olan oksidləşmiş qatın təmizlənməsinə xidmət
edir. Bu oksid təbəqəsi isti yaymada və ya lenti
közərtdikdə əmələ gələ bilir. Səthin su ilə
qarşılıqlı təmasından da belə təbəqənin yaran-
ması mümkündür.
Aşındırma üçün kükürd və duz turşularından
istfadə olunur. Onlar oksidləşmiş təbəqənin
məsamələrinə və çatlarına daxil ola bildikdə
onu yaxşı kənarlaşdırır. Bu zaman qopardıcı
təsir hidrogenin təsiri ilə daha gücləndirilir.
Kükürd
turşusu
78÷96%-li
konsentratın
duruldulmuş məhlulundan hazırlanır. Fasiləsiz
işləyən aşındırma xəttində onun miqdraı 15-
26% arasında yerləşir. Kükürd turşusundan
fərqli olaraq duz turşusu oksidləşmiş təbəqənin
yalnız kimyəvi yolla qoparılmasına şərait
yaradır. Buna görə də, aşındırma temperaturun
və konsentrasiyanın artması ilə daha sürətlənir.
Bəzi hallarda aşağı legirlənmiş poladların
səthlərinin aşındırılmasında kükürd və duz tur-
şularının qarışığı götürülür. Bu halda hər iki
aşındırıcı maddələrin üstün cəhətləri birləş-
dirilir: duz turşusunun aşağı aşındırma vaxtı və
temperaturu, həmçinin hamar səth, eləcə də,
kükürd turşusunun aşağı maya dəyəri, asan
nəqli və saxlama şəraitindən istifadə olunur.
Aşındırma zamanı proses elə idarə olunur ki,
istifadə olunan turşular əsas material daxil
olub, onu üst qatını dəyişikliklərə məruz etmə-
sin. Bunun üçün əlavə maddələrdən –inhi-
bitorlardan istifadə olunur. Məsələn, doy-
mamış alkoqol, nitridlər və tioamidlər inhibitor
kimi istifadə oluna bilirlər.
(alm. das Stahlband-Beigverfahren, ingl. Steel band
–bending process)
Polad lenti xromlaşdırma üsulu polad lentin
xrom çəninə batırmaqla önun üzərinə örtük
çəkməyə xidmət edir. Proses zamanı xrom
qalınlığı çox kiçik olan qat şəklində poladın
üzərinə çökür və hamar, parıltılı səth yaradır.
Səthin hamarlığı əsas təbəqənin hamarlığından
asılı olur. Xromlamanın əsas məqsədi polad
lentin səthinin bərkliyini və onun korroziyaya
davamlığını artırmaqdan ibarətdir. Xromlama
adətən elektrik üsulu ilə aparılır. Elektrik yolla
qatçəkmədə hazır hissə termiki emaldan sonra
isti xrom məhluluna daxil edilir. Məhluldan
aşağı gərginlikli cərəyan buraxılır və anod-
katod rolunu oynayan məhlul-metal arasında
xromun diffuziyası baş verir. Polad səthində
qalınlığı 0,5 mm olan qat əmələ gəlir.
(alm. das Stahlband-Verchromungsverfahren, ingl.
Steel strip plating process)
Polad lentli mufta açılıb-qoşulabilən sürtün-
mə muftasıdır (şəkil 1). O, aparıcı valla xüsusi
boyunduruğun köməyi ilə əlaqələndirilmiş
lentli yaydan ibarətdir. Lentli yay vala toxun-
mur. İlişməni qoşmaq üçün lentli yay hərəkətli
şayba və bucaq mexanizminin köməyi ilə
çəkilir. Bu zaman lentli yay boyunduruğa
sıxılır və bununla sürtünmə ilişməsi yaradır.
Polad lentli mufta
78
Polad lentli mufta robust və etibarlı muftadır.
Onlar yalnız kiçik dövrlər sayında və bir istiqa-
mətdə tətbiq oluna bilirlər.
Şəkil 1. Polad lentli mufta
(alm. die Stahlfeder-Kupplung, ingl.
Steel spring
clutch)
Polad məftil soyuq halda legirli və legirsiz po-
laddan çəkilmiş en kəsiyi dairəvi olan, uzunu
eninə nisbətən dəfələrlə böyük olan məh-
suldur.
(alm. der Stahldraht, ingl. Steel wire)
Polad ovuntusu polad ərintisinin püskürdül-
məsi və ya iri ölçülü polad hissələrin üyüdül-
məsi yolu ilə əldə olunur. Ondan metal ovun-
tusundan olan maşın hissələrinin istehsalında
istifadə olunur.
(alm.der Stahlpulver, ingl. Steel powder)
Polad tənəkə yastı məhsullar qrupuna aid olub
yayılmış poladlardan hazırlanır. Tənəkənin yan
tilləri hamar olan düzbucaqlı yastı formada
hazırlanır. Lazım gəldikdə onu yayılmış və ya
başqa formalarda hazırlamaq mümkündür.
Polad tənəkələr isti halda eni ≥600 mm olan
polad lentlərdən kəsilə bilər, və ya da yastı
diyircəklə yayıla bilər. Sonuncu emal üsulun-
dan asılı olaraq isti və soyuq halda polad tənə-
kələr fərqlənirlər.
Qalınlığına görə tənəkələr böyüyürlər:
≤
0,5
mm qalınlıqlı lap incə lövhə,
≤
3,0 mm olan
qalınlıqlı incə lövhə, ≥ 3,0 mm və ˂ 4,76
qalınlıqlı orta lövhə, ≥ 4,76 mm qalınlıqlı
kobud lövhə.
→Termiki emalına görə polad lövhə örtüklü
və ya örtüksüz məhsul kimi hazırlana bilir.
Örtük üçün Zn, Pb, Cu elementlərindən isti-
fadə olunur. Xüsusu hallar üçün tənəkələrə
süni materiallardan da örtük çəkirlər.
(alm. das Stahlblech, ingl. Sheet steel)
Polad tökmə üsulu polada →tökmə yolu ilə
ilkin formanın verilməsinə xidmət edir. Tökmə
çox hallarda kokillə və ya fasiləsiz tökmə ava-
danlıqlarında aparılır. Sonuncunun inkişafı nə-
ticəsində kokil tökmə üsulundan az istifadə
olunur. Tökmə prosesində ərinti halında olan
metal formaya tökülür və bərkidikdən sonra
poladın mexaniki xassələri formalaşır. Tökmə
zamanı qum qəlibə tökmə, maşınla tökmə, incə
tökmə, dəqiq tökmə və mərkəzdənqaçma tök-
mə üsulları tətbiq olunurlar.
Sadə həndəsi formaya malik aşağıdan yuxarı
kiçilən, kvadrat, oval, dairəvi və ya çoxbucaqlı
en kəsikli metal qəlibdə tökmə kokil və ya
duran tökmə adlanır (şəkil 1). Bərkimiş polad
blok və ya külçə şəklində əldə olunur. Külçə
dedikdə en kəsiyi düzbucaqlı, eni qalınlığından
iki dəfə böyük olan tökük nəzərdə tutulur.
Yuxarıdan tökmə ilə hissələrin hazırlan-
masında polad məmul böyük çəkilərdə (300t-a
qədər) hazırlanır. Proses zamanı maye metal
kokilə yuxarıdan tökülür. İsti metalın kokilin
divarlarına dəyərək sürətlə soyuması nəti-
cəsində töküyün səthi kobud və səlis olmur.
Altdan tökmə bir lövhə üzərində bərkidilmiş,
bir-biri
ilə
tökmə
sistemi
vasitəsilə
əlaqələndirilmiş kokillərin aşağıdan metal
ərinti ilə doldurulmasıdır. Bu zaman maye
metal, əvvəlcə metal lövhə üzərində yerləşən,
kokillərlə
odadavamlı
materialla
əlaqə-
ləndirilmiş mərkəzi tökmə qıfının içərisinə
dolur. Metal, kokilin içərisinə yavaş və sakit
halda daxil olur, bu da görüşmə səthlərində
bərkimə zamanı yaranan materialın səthinin
hamar alınmasına kömək edir. Əksər hallarda
4÷10 kokil bir dəfəyə tökülür.
Bərkimə zamanı baş verən oturma sayəsində
çox hallarda töküyün yuxarı hissəsində struktur
xətaları (lunker) yaranır. Belə töküklər təzyiq
altında emal üçün yararsız sayılır. Bu xətanı
aradan qaldırmaq üçün blokun yuxarı hissəsini
uzun müddət isti saxlamaq üçün müxtəlif
tədbirlər işlənmişdir. Bu töküyün aşağıdan