Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə40/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   36   37   38   39   40   41   42   43   ...   211

Polad lenti aluminiumləşdirmə 

 

77 


 

Polad  lenti  aluminumləşdirmə  üsulu  kom-

pozit  materialların  qat  çəkməklə  hazırlanması 

üsuludur. Polad lentin üzərinə maye çəndə alu-

minium qatı çəkməklə ona xüsusi xassə verilir. 

Aluminium  qatı  polad    əsaslı  hissələrin  kor-

roziyaya davamlığını artırır. Belə polad lentlər 

təzyiq altında problemsiz emal olunaraq ondan 

istənilən formalı hissələrin hazırlanması müm-

künüdür.   

Aluminiumun  yüksək  yapışma  qabiliyyətinin 

göstərməsinə  baxmayaraq  yüksək  təzyiqlərdə 

emal  zamanı  onun  qatının  əlverişli  seçilməsi 

zəruridiir.  →Korroziyaya  davamlıq  və  emal-

olunabilmə  qabiliyyəti  arasında  kompromis 

kimi  sıxlıq  qiyməti  120  g/m

2

  götürülür.  Bu, 



qalınlığı  20  mkm  olan  aluminium  örtüyünə 

uyğun gəlir.   

Odadavamlı alumiumləşdirilmiş polad  tənəkə 

qaynaqetmə üçün böyük əhəmiyyət  kəsb edir. 

Polad materialın tətbiqindən asılı olaraq (boru, 

qapaq)  əritməklə  qaynaqlamadan  istifadə 

olunur.  Uzununa tikişli boruların hazırlanması 

üçün  əsasən  yüksək  tezlikli  qaynaqetmə  tətbiq 

olunur.  Aluminium  qatı  çəkilmiş  polad  lentin 

daha  başqa    bir    tətbiq  sahəsi  avtomobillərdə 

yanacaq  çənləridir.  Benzin  və  dizelə  qarşı 

yaxşı 


davamlılığı 

uzun 


illərdi 

benzin 


kanistirlərinin  tətbiqində  özünü  göstərmişdir. 

Bu  material  yaxşı  korroziyaya  davamlılıqla 

bərabər,  həm  də  təzyiq  altında  yaxşı  emal 

oluna bilinir. 

(alm.  das  Stahlband-Aluminierungsverfahren,  ingl.

 

Steel band aluminizing)    



Polad  lenti  aşındırma  üsulu metalın  səthində 

olan  oksidləşmiş  qatın  təmizlənməsinə  xidmət 

edir. Bu oksid təbəqəsi isti yaymada və ya lenti 

közərtdikdə  əmələ  gələ  bilir.  Səthin  su  ilə 

qarşılıqlı  təmasından  da  belə  təbəqənin  yaran-

ması mümkündür. 

Aşındırma üçün kükürd və duz turşularından 

istfadə  olunur.  Onlar  oksidləşmiş  təbəqənin 

məsamələrinə  və  çatlarına  daxil  ola  bildikdə 

onu  yaxşı  kənarlaşdırır.  Bu  zaman  qopardıcı 

təsir  hidrogenin  təsiri  ilə  daha  gücləndirilir. 

Kükürd 


turşusu 

78÷96%-li 

konsentratın 

duruldulmuş  məhlulundan  hazırlanır.  Fasiləsiz 

işləyən  aşındırma  xəttində  onun  miqdraı  15-

26%  arasında  yerləşir.  Kükürd  turşusundan 

fərqli olaraq duz turşusu oksidləşmiş təbəqənin 

yalnız  kimyəvi  yolla  qoparılmasına  şərait 

yaradır. Buna görə də, aşındırma temperaturun 

və konsentrasiyanın artması ilə daha sürətlənir. 

Bəzi  hallarda  aşağı  legirlənmiş  poladların 

səthlərinin aşındırılmasında kükürd və duz tur-

şularının  qarışığı  götürülür.  Bu  halda  hər  iki 

aşındırıcı  maddələrin  üstün  cəhətləri  birləş-

dirilir: duz turşusunun aşağı aşındırma vaxtı və 

temperaturu,  həmçinin  hamar  səth,  eləcə  də, 

kükürd  turşusunun  aşağı  maya  dəyəri,  asan 

nəqli və saxlama şəraitindən istifadə olunur.    

 Aşındırma zamanı proses elə idarə olunur ki, 

istifadə  olunan  turşular  əsas  material  daxil 

olub, onu üst qatını dəyişikliklərə məruz etmə-

sin.  Bunun  üçün  əlavə  maddələrdən  –inhi-

bitorlardan  istifadə  olunur.  Məsələn,  doy-

mamış alkoqol, nitridlər və tioamidlər inhibitor 

kimi istifadə oluna bilirlər. 

 

(alm. das Stahlband-Beigverfahren, ingl. Steel band 



–bending process)    

 

Polad  lenti  xromlaşdırma  üsulu  polad  lentin 

xrom  çəninə  batırmaqla  önun  üzərinə  örtük 

çəkməyə  xidmət  edir.  Proses  zamanı  xrom 

qalınlığı  çox  kiçik  olan  qat  şəklində  poladın 

üzərinə  çökür  və  hamar,  parıltılı  səth  yaradır. 

Səthin hamarlığı əsas təbəqənin hamarlığından 

asılı  olur.  Xromlamanın  əsas  məqsədi  polad 

lentin  səthinin  bərkliyini  və  onun  korroziyaya 

davamlığını  artırmaqdan  ibarətdir.  Xromlama 

adətən elektrik üsulu ilə aparılır. Elektrik yolla 

qatçəkmədə hazır hissə termiki  emaldan  sonra 

isti  xrom  məhluluna  daxil  edilir.  Məhluldan 

aşağı  gərginlikli  cərəyan  buraxılır  və  anod-

katod  rolunu  oynayan  məhlul-metal  arasında 

xromun  diffuziyası  baş  verir.  Polad  səthində 

qalınlığı 0,5 mm olan qat əmələ gəlir.    

 

(alm. das Stahlband-Verchromungsverfahren, ingl. 



Steel strip plating process

 

Polad  lentli  mufta  açılıb-qoşulabilən  sürtün-

mə muftasıdır (şəkil 1). O, aparıcı valla xüsusi 

boyunduruğun  köməyi  ilə  əlaqələndirilmiş 

lentli  yaydan  ibarətdir.  Lentli  yay  vala  toxun-

mur.  İlişməni qoşmaq üçün lentli yay hərəkətli 

şayba  və  bucaq  mexanizminin    köməyi  ilə 

çəkilir.  Bu  zaman  lentli  yay  boyunduruğa 

sıxılır  və  bununla  sürtünmə    ilişməsi  yaradır.



Polad lentli mufta 

 

78 


 

 Polad  lentli  mufta robust  və  etibarlı  muftadır. 

Onlar yalnız kiçik dövrlər sayında və bir istiqa-

mətdə tətbiq oluna bilirlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Polad lentli mufta 

 

(alm.  die  Stahlfeder-Kupplung,  ingl.



 

Steel  spring 

clutch

 

Polad məftil soyuq halda legirli və legirsiz po-

laddan  çəkilmiş  en  kəsiyi  dairəvi  olan,  uzunu 

eninə  nisbətən  dəfələrlə  böyük  olan    məh-

suldur.  

 

(alm. der Stahldraht, ingl. Steel wire)    



 

Polad  ovuntusu  polad  ərintisinin  püskürdül-

məsi  və  ya  iri  ölçülü  polad  hissələrin  üyüdül-

məsi  yolu  ilə  əldə  olunur.  Ondan  metal  ovun-

tusundan  olan  maşın  hissələrinin  istehsalında 

istifadə olunur.  

 

(alm.der  Stahlpulver,  ingl. Steel powder)    



 

Polad tənəkə yastı məhsullar qrupuna aid olub 

yayılmış poladlardan hazırlanır. Tənəkənin yan 

tilləri  hamar  olan  düzbucaqlı  yastı  formada 

hazırlanır.  Lazım gəldikdə onu yayılmış və ya 

başqa  formalarda  hazırlamaq  mümkündür. 

Polad  tənəkələr  isti  halda  eni  ≥600  mm  olan 

polad  lentlərdən  kəsilə  bilər,  və  ya  da  yastı 

diyircəklə  yayıla  bilər.  Sonuncu  emal  üsulun-

dan asılı olaraq isti və soyuq halda polad tənə-

kələr fərqlənirlər.  

Qalınlığına  görə  tənəkələr  böyüyürlər: 

0,5 



mm  qalınlıqlı  lap  incə  lövhə, 

3,0  mm  olan  



qalınlıqlı  incə  lövhə,  ≥  3,0  mm  və  ˂  4,76 

qalınlıqlı  orta  lövhə,  ≥  4,76  mm  qalınlıqlı 

kobud lövhə. 

→Termiki emalına görə polad lövhə örtüklü   

və  ya  örtüksüz  məhsul  kimi  hazırlana  bilir. 

Örtük  üçün  Zn,  Pb,  Cu  elementlərindən  isti-

fadə  olunur.  Xüsusu  hallar  üçün  tənəkələrə 

süni materiallardan da örtük çəkirlər.  

 

(alm. das  Stahlblech, ingl. Sheet steel



 

Polad  tökmə  üsulu  polada  →tökmə  yolu  ilə 

ilkin formanın verilməsinə xidmət edir. Tökmə 

çox hallarda kokillə və ya fasiləsiz tökmə ava-

danlıqlarında aparılır. Sonuncunun inkişafı nə-

ticəsində  kokil  tökmə  üsulundan  az  istifadə 

olunur.  Tökmə  prosesində  ərinti  halında  olan 

metal  formaya  tökülür  və  bərkidikdən  sonra 

poladın  mexaniki  xassələri  formalaşır.  Tökmə 

zamanı qum qəlibə tökmə, maşınla tökmə, incə 

tökmə,  dəqiq  tökmə  və  mərkəzdənqaçma  tök-

mə üsulları tətbiq olunurlar.  

Sadə həndəsi formaya malik aşağıdan yuxarı 

kiçilən, kvadrat, oval, dairəvi və ya çoxbucaqlı 

en  kəsikli  metal  qəlibdə  tökmə  kokil  və  ya 

duran tökmə  adlanır (şəkil 1). Bərkimiş polad 

blok  və  ya  külçə  şəklində  əldə  olunur.  Külçə 

dedikdə en kəsiyi düzbucaqlı, eni qalınlığından 

iki dəfə böyük olan  tökük nəzərdə tutulur.     

Yuxarıdan  tökmə  ilə  hissələrin    hazırlan-

masında polad məmul böyük çəkilərdə (300t-a 

qədər)  hazırlanır.  Proses  zamanı  maye  metal 

kokilə  yuxarıdan  tökülür.  İsti  metalın  kokilin 

divarlarına  dəyərək  sürətlə  soyuması  nəti-

cəsində  töküyün  səthi  kobud  və  səlis  olmur. 

Altdan  tökmə  bir  lövhə  üzərində  bərkidilmiş, 

bir-biri 

ilə 

tökmə 


sistemi 

vasitəsilə 

əlaqələndirilmiş  kokillərin  aşağıdan  metal 

ərinti  ilə  doldurulmasıdır.  Bu  zaman  maye 

metal,  əvvəlcə  metal  lövhə  üzərində  yerləşən, 

kokillərlə 

odadavamlı 

materialla 

əlaqə-

ləndirilmiş  mərkəzi  tökmə  qıfının  içərisinə 



dolur.  Metal,  kokilin  içərisinə  yavaş  və  sakit 

halda  daxil  olur,  bu  da  görüşmə  səthlərində 

bərkimə  zamanı  yaranan  materialın  səthinin 

hamar  alınmasına  kömək  edir.  Əksər  hallarda 

4÷10 kokil bir dəfəyə tökülür.  

Bərkimə zamanı   baş  verən  oturma  sayəsində 

çox hallarda töküyün yuxarı hissəsində struktur 

xətaları  (lunker)  yaranır.  Belə  töküklər  təzyiq 

altında  emal  üçün  yararsız  sayılır.  Bu  xətanı 

aradan qaldırmaq üçün blokun yuxarı hissəsini 

uzun  müddət  isti  saxlamaq  üçün  müxtəlif 

tədbirlər  işlənmişdir.  Bu  töküyün  aşağıdan




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə