Poliqon toru
83
sayda tilə və sahəyə malik olarsa struk-
turlaşmış tor adlanır (şəkil 1).
Şəkil 1. Poliqon torları
(alm. das Polygonnetz, ingl. Polygon mesh)
Polimerbeton adi betonlardan fərgli olaraq
tərkibində birləşdirici kimi polimerdən istifadə
olunan materialdır. Betonun hazırlanması za-
manı daş dənəcikləri polimer tərəfindən əhatə
olunaraq onlar arasında körpü yaradılır.
Polimerbetonda sementlərdən yalnız daş dənə-
cikləri arasındakı boşluqları doldumaq üçün
istifadə edilir. Birləşdirici kimi heç bir rol
oynamırlar. Polimer kimi ən çox doymamış
poliyester qətranı olan polimer matrislər tətbiq
olunur. Müxtəlif ölçülü dənəciklərin qarış-
dırlması ilə 90%-ə qədər doldurma dərəcəsi
əldə olunur.
Polimerlərin
sement betonuna nisbətən
əlverişli mexaniki və kimyəvi xassələrə malik
olması onun texnikada geniş tətbiqinə şərait
yaratmışdır. 1980-ci illərdən başlayaraq poli-
mer betondan maşınqayırmada böyük yük-
ləmələr altında işləyən gövdələrin və çatıların
hazırlanmasında tətbiq olunur. Yüksək sürət-
lərdə işləyən maşınlarda polimer betondan
hazırlanmış gövdə hissələri yüksək rəqs-
söndürmə qabilliyyətinə və asan hazırlanma
üsuluna görə getdikcə daha çox rast gəlinir.
(alm. der Mineralguss, ingl. Cast mineral)
Polimerlərin təzyiq altında tökülməsi müx-
təlif formalı məmulların plastik kütlələrdən və
rezin qatışıqlarından hazırlanması üsuludur.
Proses xüsusi tökmə (→plastik kütlələri püs-
kürtməklə tökmə maşınları) maşınlarında ye-
rinə yetirilir. Emal zamanı süni material tökmə
maşınının qızdırcı silindrində isidilərək yum-
şaldılır və sonra oradan silindrin daxilində
olan sonsuzvint və ya porşenin köməyi ilə ba-
sılaraq qəlibə püskürdülür. Material soyuduq-
dan (termoplastlar), bərkidikdən (reaktop-
lastlar) və ya vulkanizasiyadan (rezin qarışığı)
sonra məmul formasını və ölçülərini saxlayır.
Bu üsul termoplastların 0,1÷30 000 sm
3
həcmində hazırlanması üçün şərait yaradır,
həmçinin xüsusi hazırlanmış reaktoplastlar və
rezin qarışıqları 3000 sm
3
həcmə qədər
tökülməsinə imkan verir. Digər üsullarla
müqayisədə üstün cəhətləri yüksək məhsul-
darlığı və hazırlanan hissələrin yüksək key-
fiyyəti ilə səciyyələnir.
(alm. das Spritzgiessen, ingl. İnjection moulding)
Polimerləşmə monomerlərin birləşməsi ilə ge-
dən zəncirvari reaksiya sayəsində polimer
molekulunun yaranması prosesidir. Prosesdə
katalizatorlar iştirak edir. Monomerin mo-
lekulu zəncirə daxil olaraq monomer bəndi ya-
radır. Belə bəndlərin sayı polimerləşmənin də-
rəcəsini göstərir.
Polimerləşmədə iştirak edən monomerlərin
sayına görə homopolimerləşmə (bir monomer)
və somopolimerləşmə (iki və daha artıq)
fərqlənirlər. Aktiv mərkəzin təbiətindən asılı
olaraq aparıcı zəncir bölünür:
Radikal polimerləşmə, burada sərbəst
radikal aktiv mərkəz rolunu oynayır, artma
isə homopolit gedir,
İon polimerləşmə, burada ion və ya
qütbləşmiş molekulalar aktiv mərkəz kimi
çıxış edir və ikili əlaqələr heteropolit olaraq
baş verir.
Polimerləşmə- kinetik zəncirin böyüməsi –
Polimerləşmə
84
0
;
..
..
)
(
1
1
2
2
1
0
1
≥
+
+
+
+
+
=
=
−
−
=
∑
n
x
b
x
b
x
b
x
b
b
x
b
x
P
n
n
n
n
n
í
i
i
i
makromolekulaların material zəncirlərinin art-
ması ilə müşaiyət olunan zəncirvari prose-
sin xüsusi növüdür. Polimerləşmə də bir neçə
mərhələyə bölünür: həyacanlanma, polimer-
ləşmə, zəncirin böyüməsi, zəncirin sınması,
zəncirin ötürülməsi (şəkil 1). Prosesin baş-
lanması üçün sistem katalizatorlar tərəfindən
həyacanlandırılır. Bunun üçün ionlaşdırıcı
şüalanmadan, işıqdan və ya elektrik cərəya-
nından istifadə edilir.
Zəncirin böyüməsi monomerin (M) aktiv
mərkəzə (М*) nəzərən dəfələrlə təkrar olunan
eyni tipli reaksiyalardan ibarətdir:
М* + М ® М*
2
; М*
2
+ М ® М*
3
... М*
n
+ M
® M*
n+1
Nəticədə ilkin aşağı molekulalı aktiv mərkəz
böyüyərək makromolekulaya çevrilir. Deak-
tivlədirmə, yəni reaksiyanın dayandırılması
kənar maddələrdən (radikal başlanğıc) istifadə
etməklə aparılır.
Şəkil 1. Polimerləşmə prosesinin mərhələləri
Polimerləşmə ilkin materialın aqreqat halın-
dan asılı olaraq müxtəlif üsullarla aparıla bilir.
Ən geniş yayılanı bunlardır:
Həll ediciyə malik olmayan maye mono-
merin polimerləşdirilməsi, və ya həyacan-
landırıcı və kataliztorların iştirakı ilə poli-
merləşdrimə,
Su emulsiyası və suspensiyalarda polimer-
ləşdirmə,
Bərk fazada ionlaşdırcı şüalandırmanın tə-
siri ilə polimerləşdirmə,
Qazşəkilli monomerin ionlaşdırcı şüalan-
dırmanın təsiri ilə polimerləşdirilməsi.
Polimerləşmə kimya sənayesində plastik küt-
lələrin üzvi sintez yolu ilə əldə olunmasında
tətbiq olunan əvvəzsis üsuldur.
(alm. die Polymerisation, ingl. Polymerization)
Polinom riyaziyyatda çoxlu sayda rasional
üstlü dəyişənlərin (x) cəmidir. Elementar
cəbrdə polinom funksiyası və ya sadəcə olaraq
polinom P(x) aşağıdakı kimi ifadə olunur:
burada:
a polinomin hədlərinin əmsalı,
n isə
onun dərəcəsini göstərir.
Polinom bir, iki və ya üç
həddən ibarət olasa ona, uyğun
olaraq bir, iki və ya üçhədli
polinom deyilir. Ən yüksək dərə-
cəyə malik olan hədd polinomun
dərəcəsini müəyyən edir. Po-
linomun əmsalları müəyyən sa-
həyə aid olur, məsələn rasional,
həqiqi və ya kompleks ədədlər.
Polinomların cəmlənməsi, çıxıl-
ması və vurulması sayəsində ye-
nə də polinom alınır.
Polinomun vacib xassələrindən
biri də odur ki, istənilən kəsilməz
funksiyanı minimal xəta ilə
polinomla əvəz etmək olur. Bu,
riyazi analiz yolu ilə sübut olunmuş fakt tex-
nikada öyrənilən parametrlər arasındakı asılı-
lıqların təqribi yolla təsvirinə şərait yaradır (→
ən kiçik kvadratlar üsulu).
Maşınqayırmada stoxastik proseslərin tədqi-
qində proseslərin parametrləri arasındakı ası-
lılıqların yaradılmasında polinomlardan geniş
istifadə olunur. Bunun üçün əvvəlcədən plan-
lanmış
eksperimentin
(→eksperimentlərin