Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə51/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   47   48   49   50   51   52   53   54   ...   211

Profil presləmə 

 

98 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  1.  Aluminiumdan  presləmə  yolu  ilə  alınmış 

profillər 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Profil presləmə matrisaları 

 

Bu üsul əsasən aluminium və onun xəlitələri, 

eləcə  də  mis  və  onun  xəlitələrindən  olan 

hissələrn emalında geniş tətbiq tapır. 



 

(alm. das Strangpressen, ingl. Extrusion

 

Profil  sürtmə  üsulunda  fırlanma  səthlərinə 

malik  hissələrin  emalında  müəyyən  profilə 

malik sürtmə aləti tətbiq olunur. Məsələn, kürə 

profilli  səthlərin  emalı  zamanı  alətin  fırlanma 

hərəkətinə bir hərəkət də əlavə edilir.  

 

 



 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Kürənin sürtmə ilə emalı 

 

Bu şəkil 1-də göstərildiyi kimi ya alətin dön-

məsi,  ya  da  hissənin  fırlanma  hərəkətidir. 

Bunun  nəticəsində  kürə  formalı  hərəkət  alınır. 

Emal  zamanı  təkcə  səthin  kələkötürlüyü  yox, 

həm  də  forma  dəqiqliyi  artır.  Konus  formalı 

səthlərin  emalında  yalnız  bir  fırlanma hərəkəti 

kifayət  edir.  Alət  səthin  formasının  əksinə 

uyğun  hazırlanır.  O,  səthə  sıxılır  və  fırladılır. 

Sürtkü  qarışığı  materialı  çıxardaraq  hər  iki 

tərəfə nəql edir. 

 

(alm. das Profilläppen,  ingl. Profile lapping ) 



 

Profilli  val  birləşməsi  böyük  və  dəyişən  fır-

lanma  momentini  ötürmək  üçün  →işgil  əvə-

zinə val ilə top arasında tətbiq olunan mexaniki 

birləşmə  üsuludur.  Buraya  pazlı,  →evolvent 

profilli  dişli  və →poliqon  profilli  vallar  daxil-

dir.  


 

 

 



 

 

 



 

a)  


b)  

   


 

 

 



 

 

 



 

c) 


 

 

 



 

 

 



 

 

 



 

 

d) 



 

Şəkil1. Proifl birləşməsinin ümumi təsviri 

a) dişli ilişmə,  b)  şlis birləşməsi,  c) poliqon ilişmə, 

d) şlisli val 



Profilli val birləşməsi 

 

99 


 

Şlisli  valların  profili  ötürüləcək  momentin 

qiymətindən  asılı  olaraq  hesablanır.  Pazın 

profili  valın  üzərində  disk  →frezin  tətbiqi  ilə, 

deşiklərdə  isə →dartma ilə  açılır.  Yüksək  fır-

lanma  dəqiqliyi  üçün  daxili  mərkəzləmə,  də-

yişən  zərbə  ilə  işləyən  ötürmədə  isə  profilin 

yan səthi üzrə mərkəzlənməsi daha əlverişlidir. 

Dişli  vallar  asan  söküləbilən  olub,  həm  fır-

lanma  momenti,  həm  də  mərkəzləyici  xassə-

lərə  malikdir.  Onu  iqtisadi  cəhətdən  asan  me-

xaniki  emal  etmək  olur.  Dişlərin  sayı  çox  ol-

duğundan  onun  kiçik  toplarda  tətbiqi  müm-

kündür.  

 

 

 



 

 

 



 

 

Şəkil 2. Şlisli  valın profili 

a) daxili mərkəzləmə,  b) xarici mərkəzləmə  

 

Evolvent profilli dişlərə malik vallarda daxili 



və  xarici  səth  üzrə  mərkəzləmə  mümkündür. 

Dişlərin  diblərinin  əlverişli  formaya  malik 

olması sayəsində burada pazlı val birləşməsinə 

nisbətən  az  gərginlik  konsentrasiya  olunur. 

Asan  söküləbilən,  hərəkətli  və  ya  sərt  birləş-

mələr  üçün  evolvent  dişlərin  mailliyi  30° 

götürülür.  

 

 



 

 

 



 

Şəkil 3. Dişli valla birləşmə 

a)ümumi təsviri,  b) evolvent profilli 

 



Poliqon  birləşmə  də  söküləbilən  bir-



ləşməyə  aid  olub,  dəyişən  fırlanma  moment-

lərinin  ötürülməsində  geniş  istifadə  olunur. 

Əsas tətbiq sahələri maşınqayırma, avtomobil-

qayırma  və  aviasiyadır.  Birləşmə,  deşiyə  əv-

vəlcədən  verilmiş  poliqon  forması  hesabına 

yarandığından  təmas  üç  nöqtə  üzrə  baş  verir 

(şəkil 4).  

İti tillərin olmaması gərginlik konsentrasiya- 

sının  aşağı  olması  ilə  səciyyələnir.  Təmas 

nöqtələrində    yüksək  sıxma  qüvvəsi  təsir  edir 

ki, bu da valda oturdulan hissənin əyilməyə və 

dartılmaya  məruz  qalmasına  səbəb  olur.  Poli-

qon profillər xüsusi dəzgahlarda yüksək dəqiq-

likdə  hazırlanırlar  (deşiyin  müsahidəsi:  İT6). 

Bunun  nəticəsində  birləşmə  zamanı  öz-özünə 

mərkəzləmə  baş  verir.  Poliqonların  dəqiqliyi 

keçid oturtmasına uyğun gəlir, çünki valı topun 

deşiyində oturtmaq üçün  topa xaricdən üç, əv-

vəlcədən  müəyyən  olunmuş  nöqtələrdə  qüvvə 

elə tətbiq olunur ki, o, elastiki deformasiya nə-

ticəsində  öz  formasını  dəyişir  və  valın  otur-

tması  üçün  kifayət  qədər  boşluq  yaradır.  Val 

deşiyə  keçiriləndən  sonra  xarici  qüvvə  gö-

türülür və əvvəlcədən yaradılmış elastiki defor-

masiya  hesabına  top  ilə  valın  təmasda  olduğu 

yerlərdə  sıxma  qüvvəsi  yaranır.  Sıxma  qüv-

vəsinin  qiyməti  topun  materialının  mexaniki 

xassələrindən  və  poliqonun  formasından  asılı 

olaraq  hesablanır.  Bu  qüvvə  fırlanma  momen-

tini yüksək dəqiqliklə ötürməyə imkan verir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

Şəkil 4. Poliqon profilləri 

a), b) poliqon profilləri, c) tətbiqinə aid misal 

 

(alm.  die  Wellenverbindungen,  ingl.  Spline  shaft 



assembly

 

Profil  yayma  üzərində  profillər  olan  fırlanma 

səthlərə  malik  hissələrin  →yayma  üsulu  ilə




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə