Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə48/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   44   45   46   47   48   49   50   51   ...   211

Presessiya 

 

92 


 

tədə  bərkidilmiş  və  ağırlıq  qüvvəsinin  təsiri 

altında  olan  simmetrik  cism  istənilən  ilkin 

şərtlər  daxilində  şaquli  ox  ətrafında  nutasiya 

halı  ilə  müşaiyət  olunan  pressesiya  hərəkəti 

icra  edir.  Cismin  özünün  bucaq  sürəti  v  art-

dıqca onun hərəkətinin amplitudası və periodu 

kiçilir,  tezliyi  isə  böyüyüyür. 

 >> 


ω

  şərtində 

hiroskopun  hərəkəti  requlyar  presessiyadan  az 

fərqlənir.  Ağır  hiroskopun  presessiyası  aşa-

ğıdakı  düsturla  tapılır:

 

ω



=  Pa/I

Ω 

,  burada  P-



hiroskopun  çəkisi,  a-  ağırlıq  mərkəzinin  tər-

pənməz nöqtədən olan məsafəsi, İ- hiroskopun 

simmetriya oxuna nəzərən ətalət momentidir. 

 

  



  

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Presessiya hərəkətində olan cism 

 

Maşınqayırmada presessiya hərəkətətinə daxili 



pardaqlamada, 

fırlanma 

zamanı 

kəsmə 


qüvvəsinin  təsirindən  şpindelin  öz  oxundan 

meyillənməsini misal göstərmək olar. 

 

(alm. die Präzession, ingl. Precession



 

Presision  dəzgah  yüksək  dəqiqlikli  →metal-

kəsən  dəzgahdır.  Presision  dəzgahlar  torna, 

pardaqlama,  dişemaledən  və  frezləmə qrupuna 

aid  olunaraq,  yüksəldilmiş  dəqiqlikli  (Y), 

yüksək  dəqiqlikli  (YY),  xüsusi  yüksək  dəqiq-

likli  (A)  və  xüsusi  dəqiqlikli  (C)  siniflərə 

bölünürlər. Presison  dəzgahda  emal   pəstahın 

səthlərinin  düzgün  həndəsi  formasını  və  oxla- 

rın  fəzada  dəqiq  vəziyyətlərini  təmin  etməyə, 

həmçinin   6-cı  dəqiqlik  kvaliteti    təmin  olun-

maqla  Ra

0,32  mkm  qədər    kələkötrlük  əldə 



etməyə  imkan  verir.  Yüksək  dəqiqliyin  təmin 

edilməsi  üçün  daha  dəqiq  hissə  və  düyümlər, 

presision  yastıqlar,  eləcədə  hidrodinamik  və 

hidro-aerostatik  yastıqların  tətbiqi;  istilik 

deformasiyaları 

və 


titrəmələrin 

təsirinin 

azaldılması;  düyümlərin  sərtliyinin  artırılması; 

dəzgahın  yonqar  nəqledənlə  və  soyuducu-

yağlayıcı mayenin süzülməsi üçün filtrlə təchiz 

olunması;  dəzgahın  idarə  olunmasının  yüksək 

dərəcədə  avtomatlaşdırılması;  pəstahın  yük-

lənməsi  və  boşaldılması  üçün  mexanizmin 

tətbiqi   əsas  şərtlərdən  sayılır.  Emal  zamanı 

dəzgahın hərəkət edən hissələrinin dəqiqliyi də 

böyük əhəmiyyət daşıyır.  

Pəstahın,  dəzgah  gövdəsinin,  tərtibatların  və 

digər  hissələrin  istilik  deformasiyaları  (sür-

tünmə  nətcəsində  ayrılan  istiliyin  təsirindən, 

elektrik qurğuların işləməsindən ayrılan istilik, 

həmçinin  soyuducu-yağlayıcı  mayenin  kəsmə 

zonasından  nəql  etdiyi  istilik  nəticəsində 

yaranan  deformasiyalar)  dəzgahda  istilik mən-

bələrinin  uzaqlaşdırılması,  temperaturu  stabil-

ləşdirilən  mayelərdən  istifadə,  soyuducu  qur-

ğuların  tətbiqi  və  s.  yollarla  azaldıla  bilir. 

Dəqiq  hissələrin  emalında  presision  dəzgah 

sabit  temperatura  malik  olan  yerdə  yerləş-

dirilir. Titrəmələri azaltmaq üçün (əsasən yük-

sək  dövrlərdə  emal  zamanı)  dəzgahın  fırlanan 

hissələri  tarazlaşdırılır.  Elektrik  mühərrikləri 

və  nasoslar  dəzgahdan  kənarda  quraşdırılır. 

Presision dəzgahların bünövrələri izolə edilmiş 

olur.    

Müasir  presision  dəzgahlarda  →NC  idarə-

etmə  sisteminin  mexaniki  xassələri  bir  başa 

dəzgahın  dəqiqliyini  müəyyən  edir.  İdarəemə 

sisteminin  →interpolyasiya  dəqiqliyi,  →veriş 

mexanizminin  inkremental  yerdəyişmə  dəqiq-

liyi  və  veriş  mexanizminin  hərəkətli  hissələ-

rinin  təcillənmə  xassələri  NC  sistemləri  ilə 

bağlı olan təsir parametrlərindəndirlər. Bundan 

əlavə  hazırlanan  idarə  proqramlarının  key-

fiyyətləri  də  prosesin  gedişini  müəyyən  edir. 

Alətin  pəstah  üzərində  buraxdığı  iz  onun 

kompyüterdə  hazırlanmış  trayektoriyasının 

dəqiqliyindən asılıdır. 



 

(alm.  die Präzisionsmaschine,  ingl. Precision 



machine

 

Presləmə metalların,  hazırlanan hissənin ölçü 

və formasına uyğun olan qapalı boşluğa malik 

matrisanın  deşiklərindən    pres  aləti  vasitəsilə 

basılaraq  çıxarmaqla  emal  üsuludur.  Presləmə 

zamanı metal olan  kamerada yüksək hidrosta- 




Presləmə 

 

93 


 

tik  qüvvə  yaranır.  Bu  metalın  plastikliyini  ar-

tırır.  Presləmə  üsulu  ilə  digər  üsullarla 

(→döymə,  →ştamplama,  →yayma,  →çəkmə) 

təzyiq  altında  emal  oluna  bilməyən  kövrək 

materialları  emal  etmək  mümkündür.  Ümu-

miyyətlə presləmədə axıcılıq xassələrinə malik 

olan  materialların  emalı  aparılır.  Presləmənin 

material  axının  istiqamətindən  asılı  olaraq  dü-

zünə və əksinə aparılam  növləri vardır (şəkil 1 

və 2).  

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Düz istiqamətdə presləmə prosesinin sxemi 

a-preslənmiş  çubuq,  b-matrisa,  c-  presləyici  şayba, 

d- dayaqlar, e-pəstah,  f- konteyner, g-ştamp 

 

Düzünə  presləmədə  işçi  hissəsi  bütöv  olan 



pres  ştamplarından  istifadə  olunur.  Pres  şayba 

vasitəsilə  konteynerdəki  materialı  matrisanın 

gözlüklərindən xaricə  basır və verilmiş profili 

yaradır  (şəkil  1).  Materialın  profildən  keçmə 

sürəti  presin  hərəkət  sürətindən  dəfələrlə  yük-

sək  olur.    Bu  fərq  presin  işçi  sahəsi  ilə  mat-

risanın  deşiyinin  sahəsi  arasındakı  nisbətlə 

müəyyən  olunur  və    dartma  əmsalı  ilə  səciy-

yələndirilir.  

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  2.  Əksinə  istiqamətdə  presləmə  prosesinin 

sxemi 

a-çubuq,  b-matrisa,  c-içiboş  presləyişi  ştamp,  d-

konteyner, e-pəstah 

 

Bütöv  boruların  istehsalında  matrisanın 



deşiyi və onun ortasında yerləşmiş iynə vasi 

təsilə  üzük  formalı  boşluq  yaradılır.  Metal  bu 

boşluqdan  keçdikdə  boru  şəklini  alır.  Əksinə  

presləmədə  material  axını  maşının  hərəkət 

istiqamətinin  əksinə  yönəlir  (şəkil  2).  Tətbiq 

olunan  presin  içi  boş  və  başlığı  formaverici  

olur. O, materialı sıxdıqca plastik şəklində olan 

material  onun  içi  ilə  axaraq  xaric  olunur. 

Alınan  hissənin  profili  presin  uc  hissəindəki 

deşiyin ölçüsü və formasına uyğun gəlir.   

Düzünə  presləmədə  konteynerin  səthi  ilə 

təmasda  olan  materialın  xarici  təbəqəsi  mər-

kəzi  hissəyə  nisbətən  daha  çox  qızır,  defor-

masiya  olunur.  Materialda  baş  verən  qeyri-

bərabər  deformasiya  onun  strukturunda  özünü 

göstərir.  Əsasən  preslənən  böyük  diametrli 

çubuqlarda  materialın  mexaniki  xassələri 

daxildən  xaricə  getdikcə  dəyişir.  Əks  isti-

qamətdə  presləmədə  bu  hal  baş  vermir,  çünki 

material konteynerin divarına sürtünmür. Nəti-

cədə  materialın  strukturu  nisbətən  homogen 

alınır.  Əksinə  presləmədə  materialın  defor-

masiyasına  daha  az  enerji  tələb  olunduğundan  

metalın qızdırılma temperaturunu da aşağı sal-

maq və prosesin sürətini artırmaq mümkündür.   

Düzünə  presləmənin  variantı  kimi  eninə 

presləmə də mövcuddur (şəkil 3).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 3. Eninə presləmə 

a-çubuq,  b-matrisa,  c-presləyici  şayba,  d-dayaq 

divarları, e-pəstah, f-konteyner, g-pres ştampı, h-alət 

tutqacı, i-içlik (kabelin özəyi) 

 

Bu  halda  basılan  material  presin  hərəkət  isti-



qamətində  yox,  ona  perpendikulyar  istiqamət-

də  xaric  olunur.  Bu  üsulda  materialın  hərə-




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə