Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə54/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   50   51   52   53   54   55   56   57   ...   211

Prosesə nəzarət 

 

104 


 

 

Idarə pultu. 



Tətbiq  olunan  senzorlar  imkan  daxilində  pa-

rametrləri  ölçülən  maşın  hissələrinin  yaxınlı-

ğında  bərkidilirlər.  Senzorların  ötürdüyü  siq-

nallar nəzarət modulunda emal olunur. Nəzarət 

modulu  NC  tipli  maşınların  idarəetmə  sis-

temlərinə  inteqrasiya  edilir  və  →YPİ  üzrə  qə-

bul  olunur.  Müasir  kompyüterlə  idarə  olunan 

maşın  komplekslərində  nəzarət  sistemi  idarə-

etmə sisteminin tərkib hissəsidir. 

 

(alm. die Prozessüberwachung, ingl. Process moni-



toring

 

Prosessor  əmrlər  əsasında  digər  maşınları  və 

ya elektrik çevricilərini idarə edən maşındır. O, 

proqramdan  verilən  əmrləri  icra  edən  mərkəzi 

hesablama  vahidi  kimi  kompyüterlərdə  geniş 

yayılmışdır.  Prosesorların  əsas  hissəi  register, 

hesablama  qurğusu  (riyazi-məntiqi  vahid), 

idarə  vahidi  və  yaddaş  menecerindən  ibarətdir 

(ingl.  Memory  mangement  unit).  Prosessorun  

məqsədini  əsasən  riyazi  və  məntiqi  əməliy-

yatların,  verilənlərin  yaddaşdan  oxunması  və 

yazılması,  proqramlarda  şərtsiz  keçidlərin  tə-

mini,  həmçinin  periferiya  qurğularının  idarəsi 

təşkil edir.  

Prosessorlar  adətən  idarə  edəcəyi  maşınların 

daxilində  quraşdırılırlar,  yəni  sərbəst  fəaliyyət 

göstərmirlər.  PC-lərdə  bir  neçə  prosessor  qu-

raşdırılsa  da  onların  hamısı  baş  prosessordan 

idarə  olunur.  Kompyüterlərdə  tətbiq  olunan 

mərkəzi  prosessor  kiçik  çiplərə  inteqrasiya 

olunur.  Prosessorların  müasir  forması,  bir 

prosessorun  elementlərini  çipdə  birləşdirən 

mikroçiplərdir.  Müasir  PC-prosessorları  iki  və 

daha  çox  nüvəyə  malik  multinüvəli  proses-

sorlar  şəklində  hazırlanırlar.  Bundan  əlavə 

böyük  kompyüterlərdə  propriter  prosessor-



lardan istifadə  olunur.  Qurğu  daxilində  quraş-

dırılan  prosessorlar  ümumi  prosessorların 

95%-ni  təşkil  edir.  Onların  90%-i  mikrokon-

troller  kimi  tətbiq  olunur,  yalnız  5%-i  komp-

yüterlərdə tətbiq tapırlar.   

 

(alm. der Prozessor, ingl. Processor



 

Püskürtmə  nasosu  dizel  mühərriklərində  hər 

bir işçi silindrə püskürdücü sistem vasitəsilə  

lazım  olan  miqdarda  yanacaq  verilməsini 

təmin  edir.  Kiçik  fasilələrlə  yanacaq  vuran 

nasosun işi elə tənzimlənməlidir ki, o yanacağı 

lazım olan anda silindrə vura bilsin. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Püskürtmə nasosu 

a-  giriş,  b-çubuq  süzgəc,  c-yağ  nəqlinin  birləşdiril-

diyi yer, d- axın borusu, e-tənzimləyici şayba, f-yay, 

g-  təzyiq  boltu,  h-ucluğun  gövdəsi,  i-təzyiq  ka-

merası, j-ucluq iynəsi  

 

Dizel mühərrikləri üçün  püskürtmə nasosları 



yüksək  dəqiqlikdə  hazırlanmış  qurğudur. 

Onlara 


olan 

başlıca 


tələblər 

bunlardır:




Püskürtmə nasosu 

 

105 


 

 

O  dəqiq  müəyyən  olunmuş  vaxtda  müəy-



yən  həcmdə  yanacağı  silindrə  dəqiq  vura 

bilməlidir. Təzyiq 1000 bar-a qədər olur. 

 

Yanacaq  həcmi  sıfırla  maksimal  tələb  olu-



nan həcm arasında tənzimlənə bilməlidir. 

 

Yanacaq nəqli silindrlərdə olan alışqanların 



işə düşmə ardıcllığında baş verməlidr.  

 

Maksimal  yanacaq həcmi  dövrlər  sayından 



asılı olaraq məhdud olmalıdır. 

 

Mühərrikin  startı  üçün  maksimal  yük-



lənmədən çox yanacaq verilə bilməlidir. 

 

Püskürtmə  nasosu  kiçik  porşenli  nasosdur. 



Püskürtmə  həcmi  porşenin  gedişinin  tənzim-

lənməsi  ilə  dəyişdirilə  bilir.  Çox  silindrli  mü-

hərriklər  üçün  aşağıdakı  konstruksiyalar  var-

dır: 


 

Ayrılıqda  tətbiq  olunan  nasos,  bu  nasoslar 

böyük  dizel  mühərriklərində  tətbiq  olunur-

lar ki, nasos püskürtmə ucluğundan uzaqda 

olmasin.  Bu  halda  hər  silindrdə  bir  nasos 

quraşdırılır və paylayıcı valla idarə olunur. 

 

Cərgəli  nasoslar  mühərrrikin  silindrlərinə 

lazım olan nasoslar ayrıca bir blokda yığılır 

və  öz  dirəskli  valı  ilə  işləyir.  Bütün 

püskürtmə  borularının  uzunluqları  bərabər 

olmalıdır. 

 

Paylayıcı  nasos  yalnız  təkbaşına  mühər-

rikin  bütün  silindrlərini  yanacaqla  təmin 

edir.  Onun  işləmə  taktı  mühərrikin  işləmə 

taktı  ilə  üst-üstə  düşür.  Nasosdan  gələn 

yüksək  təzyiq  altında  yanacaq  şiberin 

köməyi ilə silindrlər arasında paylanır. 

 

(alm. die Einspritzpumpe,  ingl. Injection pump)    



 

Püskürtmə ucluğu dizel yanacağını mühərrik-

lərdə    yanacaq  kamerasına  püskürtməyə  xim-

dət  edir.  O,  ucluq  gövdəsindən  və  yüksək  də-

qiqliklə  hazırlanmış  iynədən  ibarətdir.  Yana-

caq  →püskürtmə nasos  tərəfindən  yüksək  təz-

yiq altında iynənin alt tərəfinə vurulduqda onu 

yuxarıya  itələyir.  İynə  yuxarıya  qalxaraq  yaya 

dirənir  və  yanacaq  üçün  yol  açır.  Yanacaq  bir 

və  ya  bir  neçə  deşikdən  təzyiq  altında  kame-

raya  daxil  olur.  Yüksək  püskürtmə  təzyiqinin 

altında yanacaq kiçik damcılara parçalanırlar. 

Püskürücü ucluq içərisində yay olan gövdədə 

oturdulur.  Gövdə  isə  öz  növbəsində  dizel 

mühərrrikinin silindr başlığında yerləşdirilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  

 



 

 

 



 

 

 



Şəkil 1. Püskürtmə ucluğu 

1-giriş deşiyi, 2- ucluğun gövdəsi, 3- ucluq iynəsi, 

a-bütöv ucluq, b- iynə 

 

(alm. die Einspritzdüse,  ingl. Spray nozzle) 



 

Püskürtməklə  tökmə  maşınları  (plastik 

kütlələri) qranulat və ya ip şəklində olan plas-

tik  materiallardan  lazım  olan  məmulun  hazır-

lanmasına  imkan  verən  maşındır.  Bunun  üçün 

püskürtmə  düyümü  uyğun  material  kütləsini 

qızdıraraq  hazırlayır  və  yarımmaye  plastik 

materialı  alınacaq  hissənin  həndəsi  formasının 

əksinə  malik metal  formanın  içərisindıki  boş-

luğa püskürdür. Tətbiq olunan üsuldan (termo-

plastın,  duroplastın  və  ya  elastomerin  tö-

külməsi) asılı olaraq maşının müxtəlif hissələri 

qızdırılır. 

1956-cı  ildə  yaradılmış  yalnız  qızdırma 

silindrinə  və  porşenə  malik  olmuş  ilk  tökmə 

maşını  artıq  müasir  maşınlarla  bazardan 

sıxışdırılıb  çıxarılmışdır.  Bu  maşınlardan  hal-

hazırda  diametri  16  mm-dən  kiçik  olan 

silindrlərdən  istifadə  olunur,  çünki  sonsuzvint 

bu  ölçüdə  yarımmaye  plastik  kütlənin  nəqlinə 

imkan vermir. Şəkil 1-də sənayedə geniş tətbiq 

olunan sonsuzvintli püskürtməklə tökmə maşı-

nın  sxemi  göstərilmişdir.  Bu  maşın  əsas  işçi 

komponentlərlə   bərabər,  həmçinin  rəqəmli




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə