Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə53/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   49   50   51   52   53   54   55   56   ...   211

Profil yayma 

 

102 


 

yatın bir  emal mərkəzində təmərküzləşməsinə 

imkan  erən  çevik  istehsal  qəfəsləri  qoyulmuş 

texnoloji  tapşırığı  qısa  zamanda  həll  etməyə, 

texnoloji prosesləri optimallaşdırmağa, istehsa-

lın  bütün  sahələrinin  avtomatlaşdırılmasına   

imkan verir. 

Texnoloji  proseslərdə  hissələrin  dəqiqliyinin 

və keyfiyyətinin aşağı maya dəyərində və qısa 

zamanda  təmin  edilməsi  üçün  yuxarıda  qeyd 

olunan  perspektiv  inkişafın  təmayüllərini 

özündə əks etdirən yeni texnoloji emal üsulları 

işlənib  praktikada  tətbiq  olunmuşdur.  Alətin 

yüksək  dövrlər  sayında  fırlanması  və  bununla 

verişi  dəfələrlə  artımaqla  →yüksək  sürətli 

emalda daha təmiz səth əldə etmək və ya emal 

vaxtına  dəfələrlə  qənaət  etmək  şəraiti  yaran-

mışdır.  Yüksək  kəsmə  dərinliyində  aparılan 

yüksək  məhsuldarlıqlı  emal  üsullarının  məq-

sədi  sərtliyi  yüksək  olan  dəzgahda,  yüksək 

bərklikli  kəsici  alətlə  verilmiş  hissənin  vahid 

zamanda  böyük  matetial  qatı ilə  emalına əsas-

lanır.  Simulyasiya  texnologiyasının  tətbiqi 

emalda  yüksək  göstəricılər əldə  etməyə  imkan 

verən  kəsici  alətlərin  kompyüterdə  qısa  müd-

dətdə  layihələndirilməsi  və  virtual  sınaqdan 

keçirilməsi  ilə  onların  tətbiqini  gücləndir-

mişdir.  Maşın  hissələrinin  mexaniki  emalında 

yüksək  dəqiqlik  və  təmiz  səth  almaq  üçün 

müasir  →örtükçəkmə  texnologiyasının  rolunu 

da  nəzərdən  atmaq  olmaz.  Yüksək  bərklikli 

örtüklər  maşın  hissələrinin  mexaniki  emalında 

alətlə  pəstah  arasında  sürtünməni  və  kəsmə 

qüvvəsini azaldır və bununla prosesin daha  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Xətaların 

paylanması xəritəsi   

 

 



sürətlə və məhsuldar aparılmasına yol açır. 

 

(alm. die progressive Technologie, ingl.



 

Progressive 

technology

 

Prosesin  statistik  üsulla  idarə  olunması  is-

tehsal prosesinin daimi nəzarət olunması və la-

zımi  korreksiyalar  vasitəsilə  statistik  üsullar 

əsasında  optimallaşdırılmasına  xidmət  edir. 

Prosesin  qapalı  dövriyyədə  araşdırılması  bu 

üsulun tərkib hissəsidir (şəkil 1). 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. İstehsal prosesinin keyfiyyətinin idarəsi 

 

 Bütün  proses  boyu  onun  keyfiyyətinin  faktiki 



durumu  nəzarət  əsasında  qiymətləndirilir  və 

verilmiş  qiymətlərlə  müqayisə  edilir.  Bu 

zaman  meyillənmələrin  yaranma  səbəblərinin 

üzə  çıxarılması,  xətaların  aradan  qaldırılması 

və bununla prosesin keyfiyyətinin artırılmasına 

çalışılır.  Prosesin  yaxşılaşdırılmasına  yönəl-

dilmiş  tədbirlər  gələcək  tədbirlərə  aid  olur, 

yəni onlar sonradan reallaşdırılır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Prosesin statistik üsulla idarə olunması 

 

103 


 

Məhsula  aid  olan  tədbirlər  isə    hazırlanmış 

hissədə  yaranmış  xətalarla  məhdudlaşdığından 

keçmişə  aid  olur.    Prosesə  nəzarət  üçün  əv-

vəlcədən  hazırlanmış  plana  əsasən  müəyyən 

intervallarla  nümunələr  götürülür.  Nümu-

nələrin  keyfiyyət  göstəriciləri  dəyərləndiril-

dikdən  sonra  əldə  olunan  verilənlər  əsasında 

keyfiyyətə  nəzarət  kartları  tərtib  olunur  (şəkil 

2).  Bu  kartlarda  nəzarət  olunan  parametrin 

meyillənməsinin  →dispersiyası  orta  qiymət 

ətrafında təsvir olunur. Təsadüfi meyillənmələr 

normal  paylanma  qanununa  əsasən  qiymət-

ləndilir.  Nəticədə  prosesə  təsir  edən  amilin 

xarakteri  və  idarəolunabilmə  qabilliyyəti  araş-

dırılır.  Beləliklə  xətaların  sistematik  və  ya 

təsadüfi  olması müəyyən  olunur.  Onu  da  qeyd 

etmək  lazımdır  ki,  prosesin  statistik  idarə-

olunması  heçdə  həmişə  bir  başa  prosesin  yax-

şılaşdırılması üsulu kimi başa düşülməməlidir, 

o  çox  hallarda  yalnız  kiçik  meyillənmələri 

idarə  etmək  və  yaxşılaşdırma  üçün  imkanları 

göstərməyə xidmət edir. 

 

 

(alm.  statistische  Prozesssteuerung,  ingl.  statistical 



process controlSPC

 

Prosesə  nəzarət  texnoloji  prosesin  ayrı-atrı 

təşkiledicilərinin halını proses vaxtı ölçmə va- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



sitələrinin  köməyi  ilə  dəyərləndirərək  onların 

xətasız işləməsinə xidmət edir.   

Texnoloji  proseslərə  nəzarət  zamanı  həm 

proses  parametrləri,  həm  də  ayrı-ayrı  maşın 

hissələri  nəzarət  obyekti  rolunu  oynaya  bilir.  

Nəzarətin əsas məqsədi prosesin etibarlığını və 

məhsuldarlığını  artırmaqdan  ibarətdir.  Bunu 

təmin  etmək  üçün  təşkilati  tədbirlərlə  bərabər 

avtomatlaşdırılmış  nəzarət  və  diaqnoz  sistem-

lərindən istifadə olunur. Prosesinn göstəriciləri 

verilmiş  qiymətdən  meyilləndiyi  halda  proses 

ya idarə olunur (→avtomatik idarə sistemləri), 

ya  da  yaranmış  xəta  diaqnoz  olunaraq  prosesə 

təsir  etmək  üçün  istifadəçiyə  imkanlar  verilir 

(şəkil 1). 

Verilmiş  texnoloji  proses  üçün  avtomat-

laşdırma  dərəcəsindən,  ölçmə  texnikasının 

etibarlığından,  həmçinin  nəzarət  edilən  göstə-

ricilərdən  asılı  olaraq  əlverişli  nəzarət  stra-

tegiyası seçilir.  

Texnoloji  proseslər  müəyyən  struktur  ele-

mentlərdən  təşkil  olunur.  Bu  elementlər  aşa-

ğıdakı modullarda birləşirlər: 

 

Sensor modulu, 



 

Nəzarət modulu, 

 

Reaksiya modulu və 



Şəkil 1. Prosesin idarə olunması keyfiyyətin təmin olunması dövriyyəsində 

 



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə