Ressorlar
118
Metal lövhələr müxtəlif uzunluqda və
gərilmiş şəkildə dəst şəklində yığılaraq bolt və
bilərziklə bərkidilirlər. Bilərziklər lövhələrin
yana sürüşməsinin qarşısını alır. Lövhənin
sərbəst uclarındakı üzüklər oynaqlı olaraq
maşınların gövdələrində oturdulurlar. Lövhəli
yaylar sərt çubuq kimi əyilməyə işləyir. İşləmə
gərginliyini azaltmaq üçün onlara əvvəlcədən
gərilmiş (əyilmiş) forma verilir. Ressorların
yağlanması
lövhələr
arasında
yeyilməni
azaldır. Lövhəli yaylar böyük amplitudalı kiçik
tezlikli titrəmələrin söndürülməsində yaxşı
işləsələrdə,
onlar
tezliyi
yüksək
olan
titrəmələrdə tez korlanırlar.
Şəkil 1. Çoxqatlı ressor
Ressorlar nəzəri olaraq üçbucaq yaylar kimi
təsvir edilə bilər, amma lövhələr arasında
sürtünmə olduğundan əlavə olaraq histerezə
effekti yaranır ki, bu da söndürücü xarakter
daşıyır.
Ressorlar üçün adətən yüksək keyfiyyətli
paslanmayan poladlardan istifadə olunur.
(alm. der Blattfeder, ingl. Leaf spring)
Reversiv qarışdırıcı işçi valı üfüqi vəziyyətdə
yerləşən qarışdırıcı növüdür. Qarışdırıcı qarşı-
qarşıya
yerləşmiş
iki
deşiyə
malikdir:
doldurmaq və boşaltmaq üçün deşiklər (şəkil
1). Hərəkətin revers edilməsi xüsusi formaya
malik kürəklərin köməyi ilə məhsulun bo-
şalmasına şərait yaradır. Çoxlu qarışdırıcı
kürəklər elə layihələndirilir ki, onlar əks
istiqamətdə fırlanma hərəkəti zamanı qarışığı
qısa zamanda çıxışa itələyir. Konus formalı
barabanda sonsuzvint şəkilində yerləşdirilmiş
tənəkə məhsul qarışığını tutub onu xaric
etdirir. Bu quruluşa malik qarışdırıcının işçi
həcmi 100 litrdir. Reversiv qarışdırıcının
xüsusi forması kimi maili yerləşən, giriş və
çıxış deşikləri olan beton nəqledən qarışdırıcını
(
→
betonqarışdırıcı avtomobil) göstərmək olar.
Bu qarışdırıcılar 4000÷10000 litr həcmində
hazırlanır.
Şəkil 1. Barbanı revers edən qarışdırıcı
(alm. der Umkehrmischer, ingl. Reversal mixer)
Revolver torna dəzgahı torna dəzgahlar qru-
puna aid olub, daxili və xarici səthlərin yonma,
deşmə, frezləmə, zenkerləmə, rayberləmə, di-
yirləmə və oxşar üsullarla mexaniki emalına
imkan verən çoxalətli dönəbilən revolver
başlıqla təchiz olunmuş dəzgahdır (şəkil 1).
Revolver başlıqda pəstahın formasından asılı
olaraq sazlanmış alətlər bərkidilir (şəkil 2). Bu
dəzgahlar revolver başlığının formasından asılı
olaraq fərqlənirlər: baraban, ulduz, yastı və
blok formalı. Revolverlərin oxu şaquli və üfüqi
yerləşir. Revolverlərin əsas işi emalda uyğun
aləti lazımi mövqeyə gətirməkdən ibarətdir.
Çox vaxt torna dəzgahlarında xarici səthləri
emal etmək üçün əlavə olaraq eninə support da
quraşdırılır. Revolver başlıqlar silindrik və
prizmatik formaya malik olurlar.
Şəkil 1. Revolver başlıqlı torna dəzgahı
Revolver torna dəzgahı
119
Revolver dəzgahında mürəkkəb formalı
hissələr çubuq və fərdi pəstahlardan hazırlanır.
Çubuqların emalında istifadə olunan dəzgah-
larda çubuğun tutulması və verilməsi üçün
xüsusi mexanizm mövcuddur. Fərdi pəstah-
ların emalında patrondan istifadə edlir. Revol-
ver başlığının vəziyyətinə görə dəzgahlar şa-
quli, üfüqi və maili olaraq fərqlənirlər. Çubuq
pəstahının verilməsi əl və ya mexanikləş-
dirilmiş şəklildə aparıla bilir. Əl ilə pəstahı
bərkitmədə, support başlanğıc vəziyyətinə çat-
dıqdan sonra revolver avtomatik olaraq dönür.
Mexanikləşdirilmiş bərkitmədə isə mexaniki
tutqac, çubuğun verilməsi və supportun hə-
rəkəti mexanizmlərindən istifadə olunur. NC
revolver dəzgahlarında emal tsiklinin yerinə
yetirilməsi elektromaqnit muftalar, elektrik
mühərrikləri və hidrosilindrlərin köməyi ilə
aparılır. İdarə orqanları CNC sistemindən rə-
qəmli olaraq idarə olunur.
Texnologiyanın
məhsuldarlığını
artıqmaq
məqsədi ilə alətin sazlanması dəzgahdan kə-
narda yerinə yetirilir. Bundan əlavə emal za-
manı çox miqdarda alətlərin eyni zamanda
kəsmədə iştirakına çalışmaq lazımdır. Revol-
ver dəzgahlar kiçik və seriyalı istehsalda tətbiq
olunurlar. Revolver dəzgahların sonrakı inki-
şafı nəticəsində revolver yarımavtomatlar
yaranmışdır. Burada pəstahlar patronda tutulur,
dəzgah CNC ilə idarə edilir. Revolver yarım-
avtomatlar seriyalı və iri seriyalı istehsalda
daha səmərəli tətbiq oluna bilir.
Şəkil 2. Revolver başlığı
(alm. die Revolverdrehmaschine, ingl. Turret lathe)
Reynolds
ədədi (ingilis fiziki Osborn
Reynoldsun adını daşıyır) maye və hava
axınında ətalət və sürtünmə qüvvəsi (özlülük)
arasındakı nisbəti göstərir. Başqa sözlə axının
kinetik enerjisinin əyləclənən hissəciklər va-
sitəsilə sürtünmə itkisinə nisbətini izah etməyə
imkan verir. Reynolds ədədi 1 və 10
12
arasında
dəyişə bilir və vahidsizdir. Kiçik qiymət la-
minar axına, böyük ədəd isə turbulent axına
dəlalət edir.
Reynolds ədədi (R
e
) aşağıdakı düsturla təyin
edilir:
v-cərəyanın
sürəti,
l-səciyyəvi
uzunluq
(boruda diametr, lövhədə isə uzunluqdur),
υ
-
kinematik özlülükdür. Maye və hava axınında
Reynolds ədədi böyük əhəmiyyət kəsb edir,
çünki onun vasitəsilə mühitin dəyişməsini izah
etmək olur. Hamar boru daxilində Reynolds
ədədi Re
<
2300 olmaqla laminar axını göstərir.
Re
>
2300 isə axının həmişə turbulent olması
deməkdir.
Aerodinamikada da Reynolds ədədinin rolu
böyükdür. Onun vasitəsilə →aerodinamik ka-
nalda yerləşmiş modeldə aparılan sınağın nəti-
cələrinin oriqinal hissə ilə müqayisə oluna-
bilmə qabiliyyətini qiymətləndirmək müm-
kündür. Ölçüləri arasında olan nisbət saxlan-
dıqda modelin köməyi ilə burulğanların yaran-
masını təyin etmək olur.
(alm. die Reynolds-Zahl, ingl. Reynolds number)
Rezin →elastomerlər üçün işlədilən ümumi
anlayışdır. Bunlar təbii və ya süni yolla əldə
olunan, uzanmada öz ölçüsündən dəfələrlə bö-
yük olmağa imkan verən, aşağı elastiklik mo-
duluna və dəfetmə qabiliyyətinə malik mate-
rialdırlar.
Rezin analıyışı yanlış olaraq kauçukdan alı-
nan materiala verilmişdir. Təbii kauçukun tər-
kibin saf karbohidrat birləşməsi olması və
onun qətrana aid edilməsi yanlış fikrə gətir-
mişdir ki, o bitki rezinidir, məsələn arabikum
kimi.
(alm. der Gummi, ingl. Rubber)
υ
l
v
R
e
⋅
=