Plotter
73
Son zamanlar →lazerlə işləyən plotterlər ge-
niş yayılmışdır. Onların işləmə prinsii adi çap
qurğularına bənzəyir (şəkil 2 və 3).
Şəkil 2. Lazerlə çapetmə
Şəkil 3. Lazer plotteri (Xerox firması)
Çap başlığının əsasını fotokeçirici ilə
örtülmüş baraban təşkil edir. Öncə çap
barabanı elektrostatik mənfi yüklənir. Sonra o,
işıqlanma (1) ilə lazım olan yerlərdə elə yük-
lənir ki, bunun köməyi ilə rəng barabanın
üzərinə çəkilə bilsin. İşıqlanmış yerlərdə
baraban keçirici kimi öz yükünü itirir. İşıq-
landırma üçün lazer şüası fırlanan güzgülər
vasitəsilə sətirbəstir barbanın üzərinə salınır
(3). Alınan şəkildə rəngin müxtəlif səviy-
yələrini əldə etmək üçün barabandakı yüklər
tədricən (256 pillədə) azaldılır. Rəngi kağıza
köçürmək üçün mənfi yüklənmiş rəng (2),
lazerlə raster şəklində yüklənmiş çap bara-
banına yaxınlaşdırlır. Bu zaman çap barabanı
yalnız lazerlə işıqlandırıldığı yerdə rəngi özünə
götürür, onu ya bir başa kağıza, və ya aralıq
diyircəyinə (4) köçürür.
(alm. der Plotter, ingl. Plotter )
Plunjer hamar səthli, uzunluğu diametrindən
çox böyük olan porşendir. Porşendən fərqi
ondan ibarətdir ki, burada kipləşdirici sırğalar
silindrin daxilində yerləşirlər və plunjerin irəli
geri hərəkəti zamanı onun səthi üzrə sü-
rüşürlər. Əsasən hidravlik maşınlarda geniş
istifadə olunurlar. Onların tətbiqinə həmçinin
nasoslarda, hidravlik preslərdə, qaldırıcı ma-
şınların hissələrində, hidravlik ötürmə siste-
mində və çoxpilləli qaz kompressorlarında
(ventil) rast gəlinir. Dizel mühərriklərində
yanacağın verilməsi üçün tətbiq olunan yüksək
təzyiqli yanacaq nasosunda da plunjer cütləri
artıq çoxdandır istifadə olunur.
Şəkil 1. Plunjer cütü
(alm. der Plunger, ingl. Plunger)
Plunjer nasosu porşenli nasoslarla oxşar
olub, əsas fərqi plunjerlərin tətbiqindən iba-
rətdir. Plunjer nasosları sadə və çox təsirli,
həmçinin iki pilləli plunjerlərlə işləyən di-
ferensial nasoslara bölünürlər.
Plunjer yuxarıya hərəkət etdikdə sorma
nəticəsində sorma ventili açılır və su nasosun
içərisinə daxil olur. Aşağıya hərəkət zamanı
sorma ventili öz ağırlığının təsiri altında bağ-
lanır və təzyiq ventili açılır. Bu zaman su
təzyiq borusuna vurulur. Zərbəşəkilli sovurma
bu
nasoslar
üçün
səciyyəvidir.
Təzyiq
Plunjer nasosu
74
qazanının köməyi
ilə vurulan su sa-
bit cərəyana çev-
rilir. Çəndə bağ-
lanmış hava rəqs-
söndürcü rolunu
oynayır.
Sorma
qazanı da həmçi-
nin səlis su axı-
nına xidmət edir.
Çox su vurulması
lazım gəldikdə və
ya su axınının sa-
bit olması lazım
gəldikdə çox tə-
sirli plunjer na-
soslarından istifa-
də olunur. Prak-
tikada bu nasos-
ların yalnız iki tə-
sirli olanı geniş
yayılmışdır.
Plunjer nasosla-
rı porşenli nasos-
lara nisbətən yüksək təzyiqlərdə işləmək
qabiliyyətinə malikdirlər. Bunun əsası ondadır
ki, plunjerin səthlərində əldə ediləbilən yüksək
təmizlik porşenli nasoslarda çətin emalolu-
nabilən silindrlərdə təmin olunmalıdır. Müasir
plunjer və rotor-plunjerli hidromaşınların his-
sələrinin emal dəqiqliyi elə yüksəkdir ki,
plunjer cütlərində daxili və xarici silindrik
səthlər arasındakı boşluq 2÷3 mkm həddindən
kənara çıxmır. Buna görə də, plunjer cütlərinin
tab gətirə biləcəyi təzyiq çox yüksəkdir. Məsə-
lən dizel mühərriklərində yanacağın verilməsi
üçün yaradılan təyziq 200 mPa-a qədər ola
bilir.
(alm. die Plungerpumpe, ingl. Plunger pump)
Pnevmatik idarəetmə sistemi maşınların
ötürmə sistemlərində hərəkəti, sıxılmış hava ilə
işləyən hissələrlə idarə edir. Şəkil 1-də bu
idarəetməyə misal kimi metalkəsən dəzgahının
veriş ötürmə sisteminin pnevmatik idarəsi
verilmişdir. Sistemdə hava təzyiqi 10 bar-a
qədər məhdudlaşdığından, o, məhdud veriş
qüvvələrini götürə bilir. Təzyiqin böyüdülməsi
yalnız silindrin diametrinin böyüdülməsi ilə
Şəkil 1. Dəzgahın veriş ötürməsinin pnevmatik ida-
rəsi
əldə edilə bilər. Amma bu, dəzgahlarda və
digər maşınlarda yer problemi yaradır. Şəkildə
göstərildiyi kimi, veriş xizəyi (b) pnevmatik
silindr (a) tərəfindən hərəkət etdirilir. Əksəlaqə
drosselinin (c) tənzimlənməsi ilə (d) silin-
drində yağın axınına təsir edilir və bununla
veriş sürəti dəyişilir. Filtr, təzyiq ventili və yağ
çənindən ibarət olan təminedici düyümün (e)
vəzifəsi sıxılmış hava impulsunu pnevmatik
ventilə (f) ötürməkdir. Ventil (f) veriş xizəyinin
irəli və geri hərəkətinə uyğun olan iki vəziyyəti
alır. Xizək qabağa çatdıqda oradakı dəstəklə
əlaqədə olan ventili (i) sıxır və bununla geriyə
hərəkəti icra edir.
Gecikmə ventili (g), təzyiq ventilindən (h)
gələn daimi siqnalın verilmiş həddə çatdıqda
kəsilməsinə xidmət edir. Təminedici düyüm
(e) vasitəsilə qurğunun sağ tərəfində sadə
işləmə sxeminə malik silindrdən (k) maye axır.
Dəstəkli ventil (m) dönən diyircəkli ventilin (l)
köməyi ilə sxılmış hava silindrinin (j)
işləməsini idarə edir.