Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə45/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   41   42   43   44   45   46   47   48   ...   211

Polispast 

 

86 


 

Adətən  polispastlar  yükqaldırıcı  maşınların,  o 

cümlədən  kranların  tərkib  hissəsi  kimi  geniş 

istifadə  edilir.  Polispast  kran  qolunun  qal-

dırılması,  uzadılması  üçün  istifadə  olunur. 

Fərdi  istifadə  olunan  polispastlar  kiçik  çəkili 

yüklərin  qaldırılmasında  tətbiq  tapır.  Polis-

pastlarda  yük  hərəkətli  gövdədən asılır,  dartıcı 

qüvvə isə ipə təsir edir. İpi dartan qüvvə yükün 

sarğıların  sayına  nisbəti  kimi  təyin  edilir. 

Polispastlardan  həm  də  sürəti  artırmaq  üçün 

istifadə  olunur.  Bu  halda  yükün  və  qüvvənin 

tətbiq  nöqtələrinin  yeri  dəyişilir.  Sürətdə 

qazanc yükün qaldırma məsafəsini dəyişməklə 

əldə olunur. 

 

(alm. der Flaschenzug, ingl. Pulley



 

Polistirol  benzol  və  etilenin  birləşməsindən 

əmələ  gələn  stirolun  xətti  polimeri  [—CH

2



CH  (C



6

H

5



)—]

n

  olub,  şüşəyəbənzər  maddədir. 



Emal zamanı etilen aluminiumxloridin köməyi 

ilə katalizatir kimi benzola daxil etdirilir.  

Polistirol  ucuz  böyük  həcmli  termoplastdır, 

yüksək  bərkliyi,  yaxşı  dielektrik  xassələri, 

nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rəng-

lənir  və  deformasiya  olunur,  ətraf  mühit  üçün 

təhlükəli  deyil.  Onun  istiyə  davamsızlığı  və 

nisbi  kövrəkliyi  çatışmayan  cəhətlərindəndir. 

Sənayedə  polistirollar  kütlədə  və  ya  su  emul-

siyasında  polimerləşmə  ilə  alınaraq  basma, 

ştamplama üsullarının tətbiqi ilə lazımı forma-

ya salınır.  

Polistirol  kütlə  və  ya  köpüklü  plastik    kimi 

istifadə olunur. Ondan tökmə sənayesində mo-

dellər  hazırlanır,  üyüdülmüş  halda  içlik  ma-

teriallarına da daxil edilir.  Bundan əlavə polis-

tiroldan avtomobil, radiotexnika, məişət  texni-

kasının  hazırlanmasında  geniş  istifadə  olunur. 

Həmçinin  kauçuk  və  digər  plastik  kütlələrlə 

qarışıq şəklində də tətbiq olunur. 

 

(alm. das Polystyrol,  ingl. Polystyrene



 

Porşen  porşenli  maşınların  hərəkətli  hissəsi 

olub,  işçi  silindrin  oxu  boyunca  irəli-geri 

hərəkət  edir.  Mühərriklərdə,  preslərdə  porşen 

işçi  maddənin  (qaz,  buxar,  maye)  təzyiqini 

hərəkət  edən  hissələrə  ötürür.  Bir  çox  mühər-

riklərdə  (məsələn, 

ikitaktlı  daxili  yanma 



mühərriklərində)  porşen  həm  də  paylayıcı 

rolunu  öz  üzərinə  götürür.  İrəli-geri  hərəkəti 

icra edən nasos və kompressorlarda porşen sor-

ma, sıxma və mayenin və ya qazın verilməsini 

yerinə yetirir. 

Şəkil  1-də  Otto  mühərriki  üçün  porşen  gös-

tərilmişdir.  

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Otto mühərriki üçün tökülmüş porşen 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Dizel mühərriki üçün soyuducu kanallı por-

şen 

 

Porşenin  üst  hissəsi  yastıdır.  Sürüngəci 

bərkitmək üçün nəzərdə tutulan deşik qalın di-

varlarla işçi səthlərlə əlaqələndirilir ki, bununla 

da qüvvə ötürməsi üçün əlverişli şərait yaranır. 

Yan  səthin  yuxarı  hissəsindəki    novlara  kip-

ləşdirici  üzüklər  keçirilir.  Altdakı  novda  isə 



Porşen 

 

87 


 

yağ  üzüyü  oturdulur.  Porşen  aluminium-si-

lisum  legirindən  hazırlanır.  Yüngül  materialın 

seçilməsi  onun  böyük  sürətlərdə  işləməsini 

asanlaşdırır.     

Aluminium legirlərinin yüksək istilikkeçirmə 

əmsalı  bu  materialdan  olan porşenlərin tətbiqi 

zamanı  problem  yaradır.  Bu  amil  silindr  və 

porşen  arasındakı  boşluğun  təyini  zamanı  nə-

zərə  alınmalıdır.  Porşenin  bütün  proses  boyu 

silindrik formaya malik olması üçün konstruk-

siyaetmədə  istiliyin  onun  təsirindən  genişlən-

məsi  nəzərə  alınır  və  o  nisbətən  çəlləkformalı 

hazırlanır. Digər tərəfdən soyuq mühərriklərdə 

mövcud  olan iri araboşluğu  sayəsində  yaranan 

səs-küyü  və  yeyilməni aradan  qaldırmaq məq-

sədilə  müxtəlif  konstruktiv  tədbirlərdən  isti-

fadə  edilir.  Bunun  üçün  bəzi  hallarda  porşen 

oval şəklində layhələndirilir.  

Daxili  yanma  mühərriklərində  tətbiq  olunan 

porşenlər  həm  termiki,  həm  də  mexaniki  cə-

hətdən  böyük  yükləmələrə  işləyən  hissədir. 

Termiki  təsiri  azaltmaq  üçün  işçi  səthlər  

həmişə yağlanır. Şəkil 2-də üst hissəsi yanacaq  

çuxuruna  malik  dizel  motoru  üçün  porşen 

təsvir  olunmuşdur.  Bu  porşenlərdə  yuxarıdakı 

kompressor  üzüyünün  yuvası  tökmə  zamanı 

çuqundan  hazırlanaraq  aluminium  gövdə  ilə 

kombinə  edilir.  Bununla  yuvanın  yeyilməsi 

azaldılır.  Böyük  dizel  mühərriklərində  poladla 

kombinə edilmiş porşenlərdən istifadə edilir.  

Müasir  simulyasiya  texnologiyasının  tətbiqi 

temperatur  sahəsi,  material  gərginliyi  və  de-

formasiyaların  qiymətləndirilməsi  və  bu  mey-

yarlar  əsasında  yeni  mühərriklərin  işlənmə-

sində  porşenin  konstruksiyasının  optimal-

laşdırılmasına yol açır. 

 

(alm. der Kolben, ingl. Piston)    



 

Porşenli kompressor qazı sıxaraq, onun aşağı 

təzyiqdəki  halını  yüksək  təzyiq  halına  qədər 

dəyişəbilən porşenli maşındır.  Porşenli komp-

ressor  işçi  silindr,  porşen,  sorucu  və  buraxıcı 

klapandan  ibarətdir  (şəkil  1).  Porşeni  hərəkət 

etdirmək  üçün 

çarxqolu-sürüngəc  mexaniz-



mindən istifadə edilir. Bu kompressorlar bir və 

bir neçə silindrli olaraq hazırlanırlar. Silindrlər 

düzxətli,  V  və  ya    W  formalı  quruluşda  düzü-

lürlər.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Porşenli hava kompressorunun sxematik    

             təsviri 

1-poşenqolu  üçün  yataq, 2-dirsəkli  val,  3-porşen,  4-

sorucu  lövhə,  5-giriş,  6-oturma  lövhəsi.  7-təzyiq 

lövhəsi, 8-çıxış, 9-yağ borusu, 10-bünövrə yastığı  

 

Kompresorların  layihələndirilməsi  zamanı 



əsas  parametr  kimi  sorma  təzyiqi,  itələmə 

təzyiqi, nəql olunan qazın miqdarı, xassələri və 

dövrlər sayı əsas götürülür. Son təzyiqin sorma 

təzyiqinə nisbəti kompressorun bir pilləli və ya 

çox  pilləli  layihələndirməli  olduğunu  göstərir 

(şəkil 2). Nəql olunan qazın həcmi, silindrdəki 

gedişin  həcmi  ilə  dövrlər  sayının  həcmi  kimi 

hesablanır  və  m

3

/saat  vahidi  ilə  ölçülür.  Nəql 



olunan mediumun xassələri də kompressorların 

konstruksiyasına  böyük  təsir  göstərir.  Zəhərli 

və  partlayabilən  qazların  kompressoru  elə 

quraşdırılır  ki,  sızan  qaz  yenidən  tutulub  kə-

narlaşdırıla  bilsin.  Soyuq  halda  sıxma  zamanı 

silindrin  işçi  səthlərinin  soyducu  maddə 

tərəfindən  zədələnməməsinə  çalışmaq  lazım-

dır.  Oksigenin  sıxılmasında  onun  yağla  qarşı-

laşması buraxılabilən deyil. 

Böyük  həcmli  kompressorlar  stasionar  və  ya 

səyyar  avadanlıqlarda  tətbiq  olunurlar.  Səyyar  

kompressorlarda ötürmə →dizel mühərriki va-

sitəsilə  hərəkətə  gətirilir.  Stasionar  kompres- 

sorlarda 

isə 

→elektrik  mühərriklərindən 



istifadə olunur.  Porşenli kompressorlar maşın-


Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə