Folklorşünaslığa giriş
203
s
əbəbini ruslara qarşı milli-azadlıq mübarizəsində Nəbinin
barışmaz mövqeyilə bağlayan Ə.Cəfəroğlu qeyd etmişdir ki,
xalq özünün ideallarını bu qəhrəmanın timsalında tapdığı
üçün onu
əfsanəviləşdirməkdən çəkinməmişdir: “Dastanın
h
ər parçası rus istilasına qarşı kinlə doludur. Nəbiyə aid
edil
ən əhvalatlar məhz rusları alçaltmaq və bu vəsilə ilə milli
ruhu yüks
əltmək üçündür. Hələ rusu aciz və onun əsgərini,
yaxud da özünü adi “sarı” kəlməsiylə adlandırmaq isteh-
zadan başqa bir şey deyildir. Nəbi dastanda istehza ilə özü-
nün kim t
ərəfindən götürüldüyünü göstərmək üçün: “Gör
m
əni kim aparır bir sarı dığa”, – cümləsiylə rus əsgərinin adi
v
ə qiymətsiz bir “dığa”dan fərqli olmadığını söyləməkdədir.
Rusa nifr
ət etmək, ümumiyyətlə, o dövr qaçaq dastanlarının
ən qüvvətli motivlərindən biridir”
152
.
Göründüyü kimi, qaçaqçılıq dastanları Azərbaycan
xalqının milli-azadlıq mübarizəsinin bədii əksi kimi dəyər-
l
əndirilmişdir.
M
əhəbbət dastanlarının yaranma tarixi ilə bağlı müx-
t
əlif fikirlər mövcuddur. Əksər folklorşünasların qənaətlə-
rin
ə görə, bu dastanlar təxminən XVI-XVII əsrlərdə yaran-
mağa başlayır. Həmin dövr aşıq sənətinin inkişafının səbəb-
l
ərini şərh edərkən, Ə.Cəfəroğlu XVI əsrdə yeni bir siyasi
şəraitin yaranması, Azərbaycanda müxtəlif xanlıqlar şəklin-
d
ə də olsa, müstəqilliyin əldə edilməsinin xalq ədəbiyyatının
aşıq sənəti kimi mühüm bir qolunun da sürətlə inkişafına
g
ətirdiyini qeyd etmişdir: “…Azərbaycan məhəlli xanlıqlar
idar
ə sistemi üzərinə istiqlalına qovuşmuş, əbədiyyən İran-
dan ayrılmışdır. Müvazi olaraq, eyni hakimiyyət kültür sahə-
152
Ahmet Caferoğlu. Azeri Edebiyatında İstiklal Mücadelesi, İstanbul:
Burhaneddin Matbaası, 1932, s.32
Almaz H
əsənqızı
204
sind
ə də təməlləşmişdir. Beləcə qələmlə qılınc bir-birini ta-
mam
lamışdır”
153
.
Bildiyimiz kimi, Ə.Cəfəroğlu hər zaman dil və ədə-
biyyatın inkşafını qarşılıqlı əlaqədə öyrənilməsi tərəfdarı
olmuş, xalqın mənəvi sərvətlərinin tədqiqinə bütün yara-
dıcılığı boyu bu prinsiplə yanaşmışdır. Ana dilimizin və
ədəbiyyatımızın inkişafı tarixini araşdırdığı “Azərbaycan dil
v
ə ədəbiyyatının dönüm nöqtələri” əsərində də, “Azərbaycan
türkl
ərinin ədəbiyyatı” adlı tədqiqatında da məhz Səfə-
vil
ərin, xüsusən hökmdar olmaqla yanaşı, özü də qoşmalar
yazan v
ə saz havası yaradan Şah İsmayıl Xətayinin ha-
kimiyy
əti illərini – on altıncı əsri xalqın kültür həyatında
ön
əmli bir dövr kimi dəyərləndirmişdir.
Bel
əliklə, bu illər ərzində Azərbaycan xalqının milli
s
ərvəti – “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”,
“Əsli və Kərəm”, “Novruz və Qəndab”, “Lətif şah”, “Şah
İsmayıl” və onlarca məhəbbət dastanları yaranmışdır.
M.H.T
əhmasibin “Azərbaycan xalq dastanları” (orta
əsrlər) adlı tədqiqatında məhəbbət dastanları geniş təhlil
edilmişdir.
Dramatik növ.
Yuxarıda xatırladıldığı kimi, xalq oyun
v
ə tamaşaları bu növün tərkibinə daxildir. Uzun illərdir
oyunlarla bağlı müxtəlif baxışlar meydana çıxmışdır. İzah-
lar, t
əhlillər nə qədər çox olsa da, nəticə etibarı ilə əsasən
oyunların mərasimlərlə bağlılığı fikri qəbul edilmişdir.
Oyunlarla bağlı ən maraqlı mülahizələrdən biri hollan-
diyalı alim Yohann Heyzinqa (1872-1945) tərəfindən irəli
sürül
ən “Homo Ludens – Oynayan insan” konsepsiyasıdır.
153
Ahmet Caferoğlu. Azerbaycan dil ve edebiyatının dönüm noktaları,
An
kara: Yeni Cezaevi matbaası, 1953, s.17
Folklorşünaslığa giriş
205
M
əlumat üçün qeyd edək ki, bu konsepsiyaya görə oyun
m
ədəniyyətin yaranmasında əsas rolu olan bir vasitədir.
Daha doğrusu, insanın (həmçinin heyvanların) bütün həyatı
oyunla
birbaşa bağlıdır. Yəni dünya elminin homo sapiens –
ağıllı insan və homo faber – müdrik insan fərziyyələrindən
sonra 1938-ci ild
ə homo ludens – oynayan insan kon-
sepsiyası irəli sürülmüşdür. Başqa sözlə: “Özü ilə bağlı
hadis
ələrə ilahi gücləri qarışdıran insan yer üzündə baş
ver
ənləri mifin köməyilə izah etməyə çalışmışdır. Mifə bü-
rünmüş qeyri-adi obrazların hər biri ciddiyyət və zarafatın
s
ərhədindəki ruhlardır. Kultlara nəzər salaq. Keçmişdə
toplum uğurlarını təmin etmək üçün müqəddəs borcunu –
qurban k
əsmə, misteriya, paklanmanı, sözün həqiqi məna-
sında, sırf oyunla yerinə yetirir... Bununla belə, kult və mif-
d
ə mədəni həyatın böyük bir təkanverici gücü – düzlük və
ədalət, rabitə və sahibkarlıq, sənət və incəsənət, poeziya,
t
ədris, elm doğulur. Və onlar hamısı, beləliklə, öz kökləri ilə
oyun h
ərəkətləri içərisinə daxil olur”
154
.
Professor F.Bayat bu konsepsiyanı geniş şərh edərək
yazır: “Türk milləti üçün oyun həm qutsalın təqlidi, həm
əyləncə, həm də zövq almaq yoludur, keçmişlə bu günü
birl
əşdirən körpüdür, bizi öyrədən, tərbiyə edən aktivlikdir,
duyğu aləmimizi dilə gətirən vasitədir, yardımlaşmağı,
paylaşmağı, sosiallaşmağı saxlayan gücdür. Ona görə də
oyunlar çeşidləndikdə birində estetiklik, birində sənət yönü,
birind
ə qutsallıq, digərində tərbiyə, təlim, bir başqasında
əyləncə, digərində yaşama və ya savaşa hazırlıq ön plana
154
Йохан Хейзинга. Homo Ludens http://royallib.com/read/heyzin-
ga_yohan/Homo_Ludens.html#81920
Dostları ilə paylaş: |