Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə60/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

Folklorşünaslığa giriş   
 
 
203 
s
əbəbini  ruslara  qarşı  milli-azadlıq  mübarizəsində  Nəbinin 
barışmaz mövqeyilə bağlayan Ə.Cəfəroğlu qeyd etmişdir ki, 
xalq  özünün  ideallarını  bu  qəhrəmanın  timsalında  tapdığı 
üçün onu 
əfsanəviləşdirməkdən çəkinməmişdir:  “Dastanın 
h
ər  parçası  rus  istilasına  qarşı  kinlə  doludur. Nəbiyə  aid 
edil
ən əhvalatlar məhz rusları alçaltmaq və bu vəsilə ilə milli 
ruhu yüks
əltmək üçündür. Hələ rusu aciz və onun əsgərini, 
yaxud  da  özünü  adi  “sarı”  kəlməsiylə  adlandırmaq  isteh-
zadan başqa bir şey deyildir. Nəbi dastanda istehza ilə özü-
nün kim t
ərəfindən götürüldüyünü göstərmək üçün: “Gör 
m
əni kim aparır bir sarı dığa”, – cümləsiylə rus əsgərinin adi 
v
ə qiymətsiz bir “dığa”dan fərqli olmadığını söyləməkdədir. 
Rusa nifr
ət etmək, ümumiyyətlə, o dövr qaçaq dastanlarının 
ən qüvvətli motivlərindən biridir”
152

Göründüyü  kimi,  qaçaqçılıq  dastanları  Azərbaycan 
xalqının  milli-azadlıq  mübarizəsinin bədii  əksi kimi dəyər-
l
əndirilmişdir. 
M
əhəbbət  dastanlarının  yaranma tarixi ilə  bağlı  müx-
t
əlif fikirlər mövcuddur. Əksər  folklorşünasların  qənaətlə-
rin
ə görə, bu dastanlar təxminən XVI-XVII əsrlərdə yaran-
mağa başlayır. Həmin dövr aşıq sənətinin inkişafının səbəb-
l
ərini  şərh edərkən,  Ə.Cəfəroğlu  XVI  əsrdə  yeni bir siyasi 
şəraitin yaranması, Azərbaycanda müxtəlif xanlıqlar şəklin-
d
ə də olsa, müstəqilliyin əldə edilməsinin xalq ədəbiyyatının 
aşıq  sənəti kimi mühüm bir qolunun da sürətlə  inkişafına 
g
ətirdiyini  qeyd  etmişdir:  “…Azərbaycan məhəlli  xanlıqlar 
idar
ə  sistemi üzərinə  istiqlalına  qovuşmuş,  əbədiyyən  İran-
dan ayrılmışdır. Müvazi olaraq, eyni hakimiyyət kültür sahə-
                                                           
152
 
Ahmet Caferoğlu. Azeri Edebiyatında İstiklal Mücadelesi, İstanbul: 
Burhaneddin Matbaası, 1932, s.32 


Almaz H
əsənqızı                                                   
 
 
204 
sind
ə də təməlləşmişdir. Beləcə qələmlə qılınc bir-birini ta-
mam
lamışdır”
153

Bildiyimiz  kimi,  Ə.Cəfəroğlu  hər zaman dil və  ədə-
biyyatın  inkşafını  qarşılıqlı  əlaqədə  öyrənilməsi tərəfdarı 
olmuş,  xalqın  mənəvi sərvətlərinin tədqiqinə  bütün yara-
dıcılığı  boyu  bu  prinsiplə  yanaşmışdır.  Ana  dilimizin  və 
ədəbiyyatımızın inkişafı tarixini araşdırdığı “Azərbaycan dil 
v
ə ədəbiyyatının dönüm nöqtələri” əsərində də, “Azərbaycan 
türkl
ərinin  ədəbiyyatı”  adlı  tədqiqatında  da  məhz Səfə-
vil
ərin, xüsusən  hökmdar  olmaqla  yanaşı,  özü  də  qoşmalar 
yazan v
ə  saz  havası  yaradan  Şah  İsmayıl  Xətayinin ha-
kimiyy
əti illərini  –  on  altıncı  əsri  xalqın  kültür  həyatında 
ön
əmli bir dövr kimi dəyərləndirmişdir. 
Bel
əliklə, bu illər  ərzində  Azərbaycan  xalqının  milli 
s
ərvəti  –  “Qurbani”, “Abbas və  Gülgəz”,  “Aşıq  Qərib”, 
“Əsli  və  Kərəm”, “Novruz və  Qəndab”, “Lətif  şah”,  “Şah 
İsmayıl” və onlarca məhəbbət dastanları yaranmışdır.   
M.H.T
əhmasibin “Azərbaycan  xalq  dastanları”  (orta 
əsrlər)  adlı  tədqiqatında  məhəbbət  dastanları  geniş  təhlil 
edilmişdir. 
Dramatik növ. 
Yuxarıda xatırladıldığı kimi, xalq oyun 
v
ə  tamaşaları  bu  növün  tərkibinə  daxildir.  Uzun illərdir 
oyunlarla  bağlı  müxtəlif  baxışlar  meydana  çıxmışdır.  İzah-
lar, t
əhlillər nə  qədər çox olsa da, nəticə  etibarı  ilə  əsasən 
oyunların mərasimlərlə bağlılığı fikri qəbul edilmişdir.     
Oyunlarla bağlı ən maraqlı mülahizələrdən biri hollan-
diyalı  alim  Yohann  Heyzinqa  (1872-1945)  tərəfindən irəli 
sürül
ən  “Homo Ludens –  Oynayan  insan”  konsepsiyasıdır. 
                                                           
153
 
Ahmet Caferoğlu. Azerbaycan dil ve edebiyatının dönüm noktaları, 
An
kara: Yeni Cezaevi matbaası, 1953, s.17 


Folklorşünaslığa giriş   
 
 
205 
M
əlumat üçün qeyd edək ki, bu konsepsiyaya görə  oyun 
m
ədəniyyətin  yaranmasında  əsas rolu olan bir vasitədir. 
Daha doğrusu, insanın (həmçinin heyvanların) bütün həyatı 
oyunla 
birbaşa bağlıdır. Yəni dünya elminin homo sapiens – 
ağıllı insan və homo faber – müdrik insan fərziyyələrindən 
sonra 1938-ci ild
ə  homo ludens –  oynayan insan kon-
sepsiyası  irəli  sürülmüşdür.  Başqa  sözlə: “Özü ilə  bağlı 
hadis
ələrə  ilahi gücləri  qarışdıran  insan  yer  üzündə  baş 
ver
ənləri mifin köməyilə izah etməyə çalışmışdır. Mifə bü-
rünmüş  qeyri-adi  obrazların  hər biri  ciddiyyət və  zarafatın 
s
ərhədindəki  ruhlardır.  Kultlara  nəzər salaq. Keçmişdə 
toplum  uğurlarını  təmin etmək üçün müqəddəs  borcunu  – 
qurban k
əsmə,  misteriya,  paklanmanı,  sözün həqiqi məna-
sında, sırf oyunla yerinə yetirir... Bununla belə, kult və mif-
d
ə mədəni həyatın böyük bir təkanverici gücü  –  düzlük və 
ədalət,  rabitə  və  sahibkarlıq,  sənət və  incəsənət, poeziya, 
t
ədris, elm doğulur. Və onlar hamısı, beləliklə, öz kökləri ilə 
oyun h
ərəkətləri içərisinə daxil olur”
154
.   
Professor  F.Bayat  bu  konsepsiyanı  geniş  şərh edərək 
yazır:  “Türk  milləti üçün oyun həm  qutsalın  təqlidi, həm 
əyləncə, həm də  zövq  almaq  yoludur,  keçmişlə  bu günü 
birl
əşdirən körpüdür, bizi öyrədən, tərbiyə edən aktivlikdir
duyğu  aləmimizi dilə  gətirən vasitədir,  yardımlaşmağı, 
paylaşmağı,  sosiallaşmağı  saxlayan  gücdür.  Ona  görə  də 
oyunlar çeşidləndikdə birində estetiklik, birində sənət yönü, 
birind
ə  qutsallıq,  digərində  tərbiyə, təlim,  bir  başqasında 
əyləncə, digərində  yaşama  və  ya  savaşa  hazırlıq  ön  plana 
                                                           
154
Йохан  Хейзинга.  Homo Ludens  http://royallib.com/read/heyzin-
ga_yohan/Homo_Ludens.html#81920   


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə