Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   2   3   4   5   6   7   8   9   ...   74

Folklorşünaslığa giriş   
 
 

dünya d
əyişdi,  hadisələr özgə  məcraya  düşdü.  Dərslikdə 
(1981-ci ild
ə  nəşr  olunan “Azərbaycan  şifahi  xalq  ədəbiy-
yatı” kitabı nəzərdə tutulur – A.H.) çoxlu məsələlər indi artıq 
yeni t
ələblərə cavab vermirdi. Sovet ideologiyası öz təsirini 
itirirdi.  Qarşıya  çıxan  yeni  tələblərə  uyğun  olaraq  dərslik 
yenil
əşməli idi”
1

Doğrudan  da,  Azərbaycan müstəqilliyini bərpa etdik-
d
ən sonra xalqın milli mənafeyinə xidmət edən, tam obyek-
tiv  araşdırmalara  böyük  ehtiyac  yaranır.  Beləliklə,  Paşa 
Əfəndiyevin “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  (1992, 
2013), Azad N
əbiyevin “Azərbaycan xalq ədəbiyyatı” (2002, 
2009),  Füzuli  Bayatın  “Folklor  haqqında  yazılar”  (2010), 
“Folklor d
ərsləri” (2012) əsərləri nəşr  edilir.  Bu  kitabların 
Az
ərbaycan  folklorşünaslığının  tədqiqi  baxımından  mühüm 
əhəmiyyət daşıdıqları şübhəsizdir.   
Bununla bel
ə, indiyə  qədər  yazılan  tədiqatlarda 
Az
ərbaycanın  Quzeyində  aparılan  araşdırmalara  daha  çox 
üstünlük  verilmişdir.  Güney  Azərbaycanda və  mühacirətdə 
folk
lorşünaslıqla  bağlı  yaranan  tədqiqatlar, demək olar ki
diqq
ətdən kənarda  qalmışdır.  Halbuki  görkəmli folk-
lorşünas-alim  İsrafil  Abbaslının  sözləri ilə  desək: “Azər-
baycan xalqının mənəvi mədəniyyətinin mühüm bir qolunu 
t
əşkil  edən poetik söz sənəti onun tarixən  formalaşdığı 
coğrafi məkanla məhdudlaşmamışdır. Folklor daha çox yara-
dıcısı olan xalqın mədəniyyət çevrəsilə ölçülür. Bu gün dün-
yanın hansı bir ölkəsindən Azərbaycan türkünün səsi gəlirsə, 
                                                           
1
 
Paşa  Əfəndiyev. Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  Bakı:  Elm  və 
t
əhsil, 2013, s.10 


Almaz H
əsənqızı                                                   
 
 

dem
ək, orada Azərbaycan folkloru mövcuddur və  o  yaşa-
yır”
2

Çox t
əəssüf olsun ki, Güney Azərbaycan bu gün də öz 
milli d
əyərlərini – mədəniyyətini, ədəbiyyatını itirmək təhlü-
k
əsindən xilas ola bilməmişdir.  Bu  təhlükəni  daha  aydın 
görm
ək üçün vətəninin  azadlığı,  hürriyyəti yolunda müca-
dil
əyə qalxan, bu yolda dəfələrlə ağır zindan həyatı sürən və 
ən  ağır  cəzaya  –  edama məhkum edilən, çətinliklə  xilas 
olaraq Almaniya
nın Köln şəhərinə köçmək məcburiyyətində 
qalan mühacirl
ərdən Behruz Həqqinin “Ata sözlərinin 
kökl
əri və Azərbaycan şifahi xalq ədəbiyyatından örnəklər” 
kitabında  verilən bir məqama diqqət yetirmək, fikrimizcə, 
kifay
ətdir: “Milli və insani görüşlərini qeyb edənlər: “Azər-
baycanlılar  qorxusuz  igidlərdir və  Azərbaycan  torpaqları 
İranın başı qədər dəyərlidir”, – deyə bağırıb-çağırmağa baş-
lar
lar.  Əgər: “Yaxşı,  bəs  bu  başın  dili  nədir?–  deyə  sorul-
duğunda  isə  cavabdan qaçaraq kəkələməyə  başlarlar.  Haq-
lıdırlar, çünki illər boyu İranda hegemonluq, cəhalət, ədalət-
sizlik v
ə  basqı  bu  başın  dilini  fars  şovinizminin  kəskin  qı-
lıncıyla  kəsib onu ruhsuz və  cansız  bir  cismə  döndərməyə 
ça
lışmışdır. Ancaq Azərbaycan xalqı bağrında yaşayan folk-
loru v
ə ana dilini qoruyaraq düşmənlərin bu arzularını qur-
saqla
rında  buraxmışdır.  Dilləri və  folkloruyla onlara qalib 
g
əlmişdirlər”
3

Bu sözl
ər də folklorun bu ərazi üçün nə dərəcədə  də-
y
ərli olduğunu ifadə etməkdədir. Əgər İran adlanan ərazidə 
                                                           
2
 
İsrafil Abbaslı. “Koroğlu”: nə var, nə yox? Bakı: Elm və təhsil, 2013, 
s.224 
3
 
Behruz Hakki (Çöl gülü). Ata sözleri (Ata sözlerinin kökleri ve şifahi 
halk edebiyatından örnekler), Köln: Azerbaycan yayın evi, 1998, s.13 


Folklorşünaslığa giriş   
 
 

otuz  beş  milyona  qədər Azərbaycan  türkü  yaşayırsa, bu da 
oradakı folklor mətnlərinin nə qədər zəngin və sayının həd-
siz d
ərəcədə  çox  olduğunu  göstərməyə  kifayətdir. Təəssüf 
ki, h
ələ  də  bu zəngin  irsin  toplanması,  nəşri,  məlum sə-
b
əblərə görə, böyük çətinliklərlə başa gəlir.   
T
əbii ki, Azərbaycanın  Güneyində  folklor materialla-
rının toplanması işinə nə qədər maneələr törədilsə də, bu is-
tiqam
ətdə müəyyən qədər işlər görülmüşdür. Belə ki, AMEA 
Folklor İnstitutu “Güney Azərbaycan folkloru” silsiləsindən 
beş kitabı nəşr etdimişdir. Lakin bir fakta nəzər salmaqla bu 
sah
ədəki vəziyyəti aydın  təsəvvür etmək mümkündür. Belə 
ki, t
əkcə vətənimizin bir bölgəsi – Qarabağ folkloru toplana-
raq, indiy
ədək doqquz cildlik kitab nəşr edilirsə, onda Güney 
Az
ərbaycanla bağlı mənzərə göz önündə canlanır.   
Bununla bel
ə,  Güneydə  folklorla  bağlı  az  da  olsa, 
t
ədqiqatlar aparılmışdır. Azərbaycan folklorşünaslığına həsr 
edil
ən  kitablarda  bu  araşdırmaların  nəzərə  alınması,  təhlilə 
c
əlb edilməsi də  folklorşünalarımız  qarşısında  duran  vacib 
m
əsələlərdir. 
Xatırlatmaq lazımdır ki, Azərbaycanın Güneyində mə-
lum s
əbəblərə  görə  folklor  materiallarının  toplanması  çox 
ç
ətinlik törətsə də, bu istiqamətdə son illərdə müəyyən qədər 
işlər görülmüşdür. 
Dig
ər bir məsələ də diqqəti cəlb edir. İ.Abbaslının söz-
l
ərilə desək: “Vətənindən, ulusundan iraq düşüb qürbətə pə-
nah g
ətirən  soydaşlarımız  özlərilə  poetik söz sənətlərini də 
aparmış, onu qoruyub yaşatmış, bu mənəvi irsin daşıyıcıla-
rına çevrilmişlər. Təbiidir ki, bu ictimai-siyasi və tarixi pro-
ses qürb
ət folklorunu formalaşdırmış, Azərbaycan mühacirət 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə