Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   2   3   4   5   6   7   8   9   ...   74

Almaz H
əsənqızı                                                   
 
 

folklor
şünaslığının  yaranması  üçün  zəmin rolunu oyna-
mışdır”
4

V
ətənilmizin öz müstəqilliyini yenidən bərpa etməsin-
d
ən iyirmi ildən artıq keçməsinə baxmayaraq, hələ də Azər-
baycan mühacirl
ərinin  əksəriyyətinin  yaradıcılıq  irsi  tam 
şəkildə öyrənilməmişdir. Bəzən isə elə müstəqillik illərində 
n
əşr olunan tədqiqatlarda mühacirətdə yaranan araşdırmalara 
münasib
ətin heç də sovet ideoloji sisteminin mövcud olduğu 
ill
ərdəkindən fərqlənməməsinin, yəni  düşüncənin dəyişmə-
m
əsinin şahidi olmaqdayıq. Belə ki, 2004-cü ildə nəşr olun-
muş “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində sovet 
v
ə  mühacirət  ədəbiyyatı  arasındakı  münasibətlə  bağlı  oxu-
yuruq:  “...Sovet  İttifaqında  ərsəyə  gəlmiş  ədəbiyyat tarix-
l
ərimizdə  kommunist  ideologiyası,  yaxın  xaricdəki (Tür-
kiy
ədəki) mühacirət  ədəbiyyat tarixlərimizdə  isə  əks-ideo-
logiya hökm sürürdü. Halbuki m
əqsəd ədəbiyyatşünaslığı və 
ədəbiyyat tarixçiliyini hər  hansı  konyuktur  ideologiyadan 
qo
pararaq, xalqın mədəni-mənəvi inkişafı xidmətinə yönəlt-
m
ək idi”
5
.   
Burada mühacir
ətlə bağlı yazılanlarla razılaşmaq çətin-
dir. B
əli, doğrudan da, mühacirətdəki ziyalıların böyük ək-
s
əriyyəti siyasi şəxsiyyətlər idi və onların mübarizəsində mü-
əyyən məqsədlər daha qabarıq şəkildə görünməkdədir. Lakin 
bu heç d
ə “xalqın mədəni-mənəvi inkişafı xidməti”nin əley-
hin
ə olan bir ideologiya deyildi, ola da bilməzdi. Hətta, fik-
rimizc
ə, elə yaxşı ki, onların tədqiqatlarında siyasi məqsəd-
l
ər ön planda verilmişdir, çünki sovet sisteminin əsarət, müs-
                                                           
4
 
İsrafil Abbaslı. “Koroğlu”: nə var, nə yox? Bakı: Elm və təhsil, 2013,   
s.224 
5
Az
ərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, s.26 


Folklorşünaslığa giriş   
 
 

t
əmləkəçilik  ideologiyasından fərqli olaraq, mühacirətdəki 
ziyalıların əsas problemi vətənin istiqlaliyyəti, azadlığı mə-
s
ələsi idi, onların fəaliyyəti yalnız və yalnız Azərbaycan xal-
qının milli mənafeyinə xidmət edirdi.   
Bel
əliklə, hər  cür  senzura  basqısından  uzaq  və  yalnız 
xalq
ın  mənafeyi  düşünülərək  aparıldığı  üçün  mühacirətdə 
yaranan araşdırmalar daha çox obyektivliyini, eyni zamanda, 
aktuallığını  qorumaqdadır.  Həmin tədqiqatlar o dövrün – 
senzura üzünd
ən  yanlış  tanıtdırılan  sovet  hakimiyyəti illə-
rinin h
əqiqi mənzərəsini bu gün təsəvvür etmək baxımından 
əvəzsiz mənbə olaraq qalmaqdadırlar.   
Yeri g
əlmişkən,  altı  cild  şəklində  nəzərdə  tutulan 
“Az
ərbaycan ədədbiyyatı tarixi”nin folklora həsr olunmuş və 
2004-cü ild
ə  artıq  nəşr  edilmiş  birinci  cildinin  qaynaqları 

ərisində  mühacirətdə  bu istiqamətdə  aparılan  tədqiqat-
çılardan  yalnız  Əhməd Cəfəroğlunun  adına  təsadüf edilir. 
Bu görk
əmli  mühacir  folklorşünasın  beş  yüzdən çox elmi 
t
ədqiqatından  təxminən yüzdən çoxu folklorla  bağlıdır. 
Haqqında  bəhs edilən  kitabda  Ə.Cəfəroğlunun  cəmi iki 
t
ədqiqatının adı (“Türk dili tarixi” və “Folklorumuzda milli 
h
əyat və dil bakiyələri”) verilmişdir ki, onlardan biri də səhv 
olaraq “Folklorumuzda milli h
əyat bakiyələri”  şəklində  
göst
ərilmişdir.  Onun  mühacir  yoldaşı  Hüseyn  Baykaranın 
(Qara Hüseynov 1927-ci ild
ə  siyasi təqiblər üzündən  əvvəl 
İrana,  sonra  Türkiyəyə  getməyə  məcbur  olmuş,  İstanbul 
Universitetinin hüquq fakült
əsini bitirərək, Elazığda hakim, 
İstanbulda  prokuror  vəzifələrində  çalışmışdır)  “Azərbaycan 
istiqlal mücadil
əsi  tarixi”  kitabında böyük uzaqgörənliklə 
söyl
ədiyi  aşağıdakı  fikirlərin isə, bizcə,  şərhə  ehtiyacı 
yoxdur:  “Bütün  nöqsanları  ilə  birlikdə  “Azərbaycan mədə-
niyy
ət tarixi” ilə   “Azərbaycan istiqlal mücadiləsi tarixi” 


Almaz H
əsənqızı                                                   
 
 
10 
adlı  kitablarım  Azərbaycan  azadlıq  mübarizəsinin  əlifba-
sıdır.  Gələcəkdə  Azərbaycanda bu mövzuda daha sanballı 
əsərlər  yazılacaqdır.  Azərbaycan  xalqının  keçmişini, onun 
azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdirəcəkdir. 
O zaman g
ələcək nəsil bu mübarizəni necə  və  haradan 
öyr
ənəcəkdir? Beləliklə, bu kitabları mənə yazdıran səbəblər 
bunlardır”
6

Mühacir
ətdə aparılan tədqiqatların vətəndə  təhlilə  cəlb 
edilm
əsi, təbliği  ilə  bağlı  müəyyən qədər  işlər görülsə  də, 
h
ələ bu çox azdır.   
Maraqlıdır ki, sovet siyasi rejiminin hökmü ilə günahsız 
yer
ə  ölümə  məhkum edilən, uzaq Sibirdə  əsirlikdən möcü-
z
ələrlə  qurtararaq, vətənindən didərgin  düşməyə  məhkum 
olan v
ə  çox böyük əzablardan keçərək  İrandan  Türkiyəyə 
velosipedl
ə gedərək mübarizəsindən geri dönməyən Azərbay-
canın  mücahid  oğlu  Əziz  Alpoudun  (Mir  Əbdüləziz Seyid) 
“H
əyatımın  hekayətləri”  memuarına  “Taleyin xəritəsi”  adlı 
“Ön söz 
əvəzi” yazan Zakir Sadatlı mühacirət irsinin araşdı-
rılması  ilə  bağlı  çox  emosional  və  düşündürücü  bir  qənaətə 
g
əlmişdir:  “Baxmayaraq  ki,  uçurulmuş  “Berlin  divarı”nın 
daşları  indi  kolleksiyalarda  saxlanır.  Lakin  Azərbaycan 
mühacir
ətinin hələ  də  uçulmayan  divarı  arxasında  müəm-
malar gizl
ənir. Və  hərdən mənə  elə  gəlir ki, bizim milli 
ideyamızı,  taleyimizi,  ruhumuzu  və  bütövlükdə, bütövlüyü-
müzü h
əndəsi bucaqlara bölən bu lənətlənmiş “divarı” uçur-
maq 
əvəzinə, özümüzdən asılı olan və olmayan səbəblər uc-
batından onun “bərpa və təmir” işləri ilə məşğuluq”
7
.   
                                                           
6
 
Hüseyin  Baykara.  Azerbaycan  İstiklal  Mücadelesi  Tarihi,  İstanbul: 
1975, s.11 
7
 
Əziz Alpoud. Həyatımın hekayətləri. Bakı: Qanun, 2011, s.11 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə