Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   2   3   4   5   6   7   8   9   10   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
22 
yat
а  keçdikləri və  türk sülаlələrinin hakimiyəti  аltındа  mə-
d
əni dövlətlər yаrаtdığı yerlərdə də məğlub edilənlərin mə-
d
əniyyətinin təsiri o qədər güclü idi ki, ədəbiyyаtın, xüsusilə 
d
ə nəsrin dili türk dili yox, onlаrın dili olurdu... Türk xаlq-
l
аrının tarixini öyrənmək üçün türkoloq olmаq kifаyət deyil. 
H
аnsı dövrlə mаrаqlаndığındаn аsılı olаrаk, çinşünаs, ərəb-
şünаs və yа irаnşünаs dа olmаq lаzımdır”
21

Doğrudan  da,  bir  çox  hallarda  qədim türklərlə  bağlı 
m
əlumatlar Çin mənbələrinə  əsasən müəyyənləşdirilir.  Mə-
s
ələn, qopuz və  onun dünya mədəniyyətindəki mövqeyilə 
bağlı  apardığı  “Cahan  ədəbiyyatında  türk  qopuzu”  adlı 
t
ədqiqatında   Ə.Cəfəroğlu  yazır:  “Tukiyu türklərinin 
musiqiy
ə  fövqəladə  düşkünlük  göstərdiklərini, böyük bir 
h
əvəslə kişilərin “Hyupi” adlı bir musiqi alətini çaldıqlarını, 
qadınların  isə  ”Çəlik çomaq” oynamağı  sevdiklərini Çin 
m
ənbələrindən öyrənirik”
22

Bir  sıra  hallarda  mərasimlər,  folklor mətnləri,  etnoq-
rafik bilgil
ərlə bağlı bəzi məqamlar qədim lüğətlərə  əsasən 
b
ərpa olunur. Heç  şübhsiz  ki,  Mahmud  Kaşğarlının  “Di-
vanü-
lüğət-it türk” (XI əsr) əsəri bu fikrin doğruluğunun ən 
göz
əl sübutudur. Məhz bu lüğətdə verilən Alp Ər Tonqanın 
ölümü il
ə bağlı ağıya əsasən eyniadlı dastanın mövcudluğu 
haqqında  mülahizələr yürüdülür.  Hesablamalara görə, 
“Divanü-
lüğat-it Türk”də iki dastandan (“Şu xaqan” və “Alp 
Ər Tonqa”) parçalar, 300-dən çox deyim mətni (söz, sav, 
                                                           
21
  Kamil V
əli Nərimanoğlu. Əliheydər Ağakişiyev. 1926-cı il Birinci 
Bakı    Türkoloji    qurultayı  (Stenoqramın  materialları,  biblioqrafiya 
ve foto-s
ənədlər), Bakı: Çinar-çap, 2006, s.31 
22
Ahmet Caferoğlu. Cihan edebiyatında türk kobuzu, “Ülkü”, İstanbul: 
VIII, 45, 1936, s.204 


Folklorşünaslığa giriş   
 
 
23 
hikm
ət,  alqış,  qarğış,  əfsun və  s.),  əfsanə  və  rəvayətlər, 
ağılar (sagu) yazıya alınmıştır”
23
. Bu da M.Kaşğarlının həm 
böyük türk dilçisi, h
əm də əvəzsiz bır folklorşünas olduğu-
nun göst
əricisi olmaqla bərabər, “Divanü-lüğat-it türk” əsə-
rini çox d
əyərli bir mənbə kimi öyrənilməsi məsələsini orta-
ya qoyur.   
Dig
ər bir fakta diqqət yetirək.  XIII-XIV  əsrlərə  aid 
C
əmaləddin İbn Mühənnanın “Hilyətül lisan həlbətül insan” 
adlı lüğətində türklərdə olan yüzə qədər sənət növünün adı 
ç
əkilir. Onların içərisində  “qopuzçu” və  “sığtaçı”  sözlərinə 
t
əsadüf edilir. “Qopuzçu” kəlməsinin tədris məqsədilə tərtib 
edilmiş olan lüğətdə varlığı hələ XIV əsrdə qopuzun aktual 
mövqeyinin göst
əricisidir.  “Sığtаçı”  (ölüyə  аğlаyаn  kimsə) 
k
əlməsi isə tanış bir mərasimi xatırladır. Yas mərasimləri bir 
sıra  bölgələrdə  bu gün də  xüsusi  ağıçı  qadınlar  tərəfindən 
idar
ə  olunur.  Bu  sözün  İbni  Mühənna  lüğətində  olması 
h
əmin mərasimin XIV əsrdə və ondan əvvəl də keçirildiyini 
sübut edir.   
Qeyd etm
ək  lazımdır  ki,  qıpçaq  türklərinin  yadigarı, 
t
əxminən XIII-XIV əsrlərə aid edilən iki dəftərdən ibarət və 
yegan
ə nüsxəsi Venesiyada Müqəddəs Mark (Saint Marcus) 
kitabxanasında  mühafizə  edilən  “Kodeks Kumanikus” 
(“Codex Cumanicus”) 
əsərində də “qopuzçu” kəlməsinə tə-
sadüf edilir
24
.   
Bu da 
qopuzla  bağlı  yuxarıda  söylənən  fikri bir daha 
t
əsdiq etməkdədir. Bundan əlavə,  “Kodeks Kumanikus”un 
(“Codex Cumanicus”) 
latın-qıpçaqca  bölümünə  təxminən 
                                                           
23
Ağaverdi  Xəlil.  Mahmud  Kaşğarlının  elmi  fəaliyyətində  folklor-
şünqslığın yeri, “Dədə Qorqud” dərgisi, Bakı: 2002, sayı 4, s.47 
24
 
Ahmet Caferoğlu. Türk dili tarihi, İstanbul: Enderun kitabevi, 2000, 
II c., s.174 


Almaz H
əsənqızı                                                   
 
 
24 
beş  yüzə  qədər  tapmaca da əlavə  edilmişdir.  Bu  da  həmin 
lüğətin  folklorun dəyərli mənbələrindən biri kimi diqqətdə 
saxlanmasını tələb etməkdədir.   
Q
ədim  zamanların  xalq  yaradıcılığı  ilə  bağlı  bilgiləri 
b
əzən də o dövrün səyahətnamələri əsasında müəyyən etmək 
mümkündür.  M
əsələn,  Ə.Cəfəroğlu  “Azəri ləhcəsində  bəzi 
monqol ünsürl
əri” adlı tədqiqatında əski zamanlara aid, artıq 
yalnız  səyahətnamələrdən öyrənilməsi mümkün olan iki 
m
ərasimin təsvirini  vermiş  və  türk  inanclarından  bəhs et-
mişdir.  “Yustin  səfiri  olan  Zemarxın  türk  xaqanı  Dizabolu 
ziyar
əti əsnasında əlbisələrinin atəş vasitəsilə fəna ruhlardan 
t
əmizlənildiyi və hətta səfirin özünün belə türklər tərəfindən 
at
əş üzərindən keçirildiyi qeydinə təsadüf etməkdəyik”
25
,  –
yazan mü
əllif Bizans tarixçisi Menandra istinad edərək, 
türkl
ərin çox əski  ənənələrilə  bərabər, atəşə  olan müna-
sib
ətini də aydınlaşdırmaq istəmişdir. 
Odun, at
əşin türklər üçün nə qədər müqəddəs olduğunu 
t
əsəvvür etmək  üçün  Ə.Cəfəroğlu  XIII  əsrə  aid  başqa  bir 
s
əyahətnaməni incələmışdir: “... eyni mərasimə dair məlumat 
Plano dö Kaprinid
ə  (XIII) mövcuddur. Belə  ki, səyahətini 
t
əsvir edərkən Kuman türkləri hüduduna varınca  Batonun 
sarayından müəyyən bir məsafədə durdurulduğunu və xanın 
n
əzdinə  girmək istədiyi zaman iki yanan atəş  arasından 
keçirildiyini v
ə  bu mərasimi qəbul etmək istəməyincə, 
m
əhəlli adət üzərinə: “Xana qarşı fəna məqsəd bəsləyənlərin 
v
ə  ya zəhər  daşıyanların  atəş  üzərindən keçərək təmizlən-
m
ələri lazım gəldiyi” kimi şiddətli bir etiraz qarşısında qal-
                                                           
25
Ahmet Caferoğlu. Azeri lehcesinde bazı moğol unsurları, “Azerbaycan 
yurt bilgisi”, İstanbul: 1932, sayı 6-7, s. 216 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə