Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

Folklorşünaslığa giriş   
 
 
31 
folkloru da h
əm  şifahi,  həm  yazılı  fars  ədəbiyyatına  ciddi 
şəkildə  təsir  göstərdi.  Belə  ki,  İran  ədəbi dilinin məşhur 
abid
əsi  Əbilqasım  Firdovsinin  “Şahnamə”sində  türk folk-
lorunun t
əsiri  açıq  görünməkdədir.  “İran-Turan mücadilə-
l
ərinə  aid hekayətlərdəki  turanlı  qəhrəmanlar da tamamilə 
türk q
əhrəmanlarından  sayılmışdırlar.  Hələ  Qaraxanlı  türk 
dövl
ətinin kültür həyatı  və  bilxassə  dastan  ədəbiyyatı  növü 
üz
ərində  ağır  basan  İran  təsiri istər-istəməz bu dövlətə  aid 
olmayan İran mənşəli bir çox rəvayət və tarixi gələnəklərin 
türk Qaraxan
lılar  hesabına  keçirilməsinə  asanlıqla  yol  aç-
mışdır”
35

Daha bir m
əsələyə ayrıca diqqət yetirilməlidir. Bu gün 
h
ələ də öz doğma dilində məktəbi, kütləvi nəşrləri, tədqiqat 
institutları  olmayan  Güney  Azərbaycanda ana dilinin fars-
canın  təzyiqinə  davam gətirməsi  və  öz  əvvəlki təravətini 
itirm
əməsi də, bir çox hallarda, folklorun güçü ilə  başa 
g
əlməkdədir. Hələ müasir dövrümüzdə  belə Güneydə  yara-
nan  yazılı  ədəbiyyat fars tərkibləri ilə  dolub  daşarkən,  əsr-
l
ərin sınağından  çıxmış  xalq  ədədbiyyatı  örnəkləri öz əv-
v
əlki məsumluğunu qorumaqdadır, Kiçik bir örnək: 
 
T
əbrizin küçələri dolanbadolan, Qaragilə,   
dolanbadolan, 
Əgər məni sevirsən, get ayrı dolan, Qaragilə, 
get ayrı dolan, 
N
ə mənə qız qəhətdir, nə sənə oğlan, Qaragilə, 
n
ə sənə oğlan. 
 
                                                           
35
Ahmet  Caferoğlu.  İranla  Turanın  paylaşılamayan  Şirini,  “Şarkiyat 
Mecmuası”, İstanbul: 1972, VII, s.59-60 


Almaz H
əsənqızı                                                   
 
 
32 
Qızılgül əsdi, səbrimi kəsdi. 
Sil gözün yaşın, Qaragilə, ağlama, bəsdi. 
 
Əslində  fars təsirindən bəhs etməyimizin  əsas səbəbi 
Güney Az
ərbaycanın  böyük  bir  basqı  altında  olmasının  bir 
daha xatırladılması niyyətindən irəli gəlir. 
Az
ərbaycan türkcəsinin tarixi mənzərəsini təsəvvür 
etm
ək  baxımından  folklor  əvəzsiz bir mövqeyə  malikdir. 
Bel
ə  ki, bir çox hallarda dildəki sözlərin  etimologiyasını 
d
əqiqləşdirmək və  ya  ayrı-ayrı  problemləri  aydınlaşdırmaq 
üçün folklor örn
əkləri  mühüm  rol  oynamaqdadır.  Fikrimizi 
əyaniləşdirmək üçün bir neçə fakta nəzər salaq. Aşıq Abbas 
Tufarqanlının ustadnamələrindən birində bu gün heyrətlənə 
bil
əcəyimiz bir məqam var: 
 
Qoçaqdan olmusan, qoçaq olginan, 
Qadadan, baladan uzaq olginan. 
S
ən igid ol, mərd ol, alçaq olginan, 
Dem
ə pulum çoxdu, varım yaxşıdı. 
 
Müasir  lüğət tərkibində  “alçaq” kəlməsinin məna 
tutumu b
əllidir,  lakin  bu  şeir  həmin sözün tarixi  etimo-
logiyasını    dəqiqləşdirir. Belə ki, mətndəki “alçaq” kəlməsi 
əslində “sadə olmaq” mənasında işlənmişdir. Bu söz həmin 
m
ənanı  müasir dövrümüzdə  də  bəzi, xüsusən cənub qrupu 
dialektl
ərində işlənən “alçaqkönül” birləşməsində mühafizə 
etmişdir. 
“Ya
xşılığa  yaxşılıq  hər  kişinin  işidir,  yamanlığa  yax-
şılıq  ər  kişinin  işidir”  atalar  sözü  folklorşünaslar  üçün 
olduğu  qədər dilçilər üçün çox əhəmiyyətlidir. Burada 
işlənən iki söz bu gün əvvəlki mənasından  uzaqlaşsa  da, 


Folklorşünaslığa giriş   
 
 
33 
atalar sözü onların tarixi məzmununu (kişi – adam, ər –igid) 
qoruyub saxlamaqdadır.   
Folklor  araşdırmaları  üçün  də  dil  çox  əhəmiyyətlidir. 
B
əzən hər hansı bir xalqa aid olan ənənələr, mərasimlər ta-
rixin  amansız  keşməkeşlərinə  davam gətirərək  mənşəyini 
qoruya bilm
əmiş,  unudulmuş  və  ya unutdurulmuşdur.  “Bu 
t
əqdirdə  folklor  araştırmalarının  əsas  açarını  dil  təşkil  et-
m
əkdədir. Dil folklor və  xalqiyyatımızın  mənşəyini ara-
maqda iki başlıca yolla bizə yardımçıdır. Birincisi, müxtəlif 
ad
ət və  baxışları  təsvir edən istilahlar və  ifadələr yolu ilə
ikincisi, türk xalq 
ədəbiyyatının qafiyəsini təşkil etməsilə”
36

M
əşhur  Azərbaycan  şairi  Məmmədhüseyn  Şəhriyarın 
(1906-1988)  “Heyd
ərbabaya  salam”  poemasında  bir məqa-
ma diqq
ət yetirək:   
 
Bayram idi, gec
əquşu oxurdu, 
Adaxlı qız bəy corabı toxurdu. 
H
ər kəs şalın bir bacadan soxurdu, 
      Ay n
ə gözəl qaydadı şal sallamaq, 
      B
əy şalına bayramlığın bağlamaq. 
 
H
ələ  keçən  əsrdə, yəni çox da uzaq olmayan tarixdə 
yazılan  bu  məşhur  ədəbi dil nümunəsində  bir neçə  xalq 
ənənəsi  əbədi  yaşamaq  hüququ  qazanıb.  Novruz  bayramı 
günl
ərində evlərin bacalarından şal sallamaq, ona hədiyyələr 
bağlamaq,  adaxlı  qızların  nişanlıları  üçün  corab  toxuma 
(oxu: öz 
əllərilə hədiyyə hazırlamaq) adəti, bəy şalına xüsusi 
b
əxşişlərin  qoyulması  və  s. müasir dövrümüzdə  artıq  unu-
                                                           
36
  Mühacir
ətdə  folklor  araşdırmaları. I kitab, tərtib edən: Almaz 
H
əsənqızı, Bakı: Elm və təhsil, 2015, s.83 


Almaz H
əsənqızı                                                   
 
 
34 
dulmaq üzr
ədir.  Bəzi bölgələrdə  çərşənbələrdə  qapılara 
papaq atılması bu şeirdəki adətin təhrif olunması nəticəsində 
meydana  çıxmışdır.  Çünki  papaq  türklərin  ən çox dəyər 
verdikl
əri, mənəvi çəkisi yüksək olan geyimdir və  onun 
yerl
ərə atılması türk əxlaqına yaddır. 
Ba
şqa məqamlara da diqqət yetirək. 
Aşıq  şeirinin  bəzi  şəkilləri, xüsusən təcnis  (dodaq-
d
əyməz, diltərpənməz)  və  ya  yanıltmaclar  birbaşa  dildən 
yaradıcı  şəkildə  istifadə  nəticəsində  meydana  çıxır.  Doğru-
dan da, h
ələ  kiçik  yaşlarından  başlayaraq,  bir çox hallarda 
uşaqların  dil  qüsurlarını  aradan  qaldırmaq  üçün  istifadə 
olunan üsullardan biri d
ə  yanıltmacların  öyrədilməsi  hesab 
edilir.   
Folklor örn
əklərinin söyləyicinin dilindən olduğu kimi 
yazıya  köçürülməsi  onları  dilçiliyin  dialektologiya  şöbəsi 
üçün d
əyərli bir mənbəyə çevirir.   
Eyni zamanda, bayatı, ata sözləri, məsəllər, nağıl, das-
tan v
ə sairədə işlənən xüsusi adlar hələ çox gənc olan ono-
malogiyanın  tədqiqatları  üçün  çox  gərəklidir.  Qeyd etmək 
lazımdır  ki,  Ə.Cəfəroğlunun  hələ  keçən  əsrin ortalarında 
n
əşr etdirdiyi “Dədəм  Qorqud”  hekayələrinin antroponim 
yapısı”, “Azərbaycan antroponimlərinə dair notlar” adlı təd-
qi
qatları  onomastik  vahidlərin folklorşünaslıq  baxımıından 
t
əhlili istiqamətində hələ də aktuallığını qoruyur. Fikrimizcə, 
ayrı-ayrı  janrlarda  –  bayatı,  atalar  sözləri, nağıllar,  das-
tanlarda v
ə s. olan onomastik vahidlərin tədqiqi məsələsi də 
vacib 
olaraq qalır. Əfsanə və rəvayətlərin həsr olunduğu xü-
susi  adlar
ın  ayrıca  tədqiq  obyekti kimi təhlili  öz tədqi-
qatçılarını  gözləməkdədir.  Bu istiqamətdə  aparılan  araşdır-
malar b
əzi  xüsusi  adların  etimologiyasını  müəyyənləşdi-
rilm
əsində Azərbaycan dilçiliyi üçün çox faydalı olacaqdır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə