Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
58 
mif v
ə  ritualın  qarşılıqlı  münasibəti  hesabına  meydana 
g
əlir”
56
. 

əllif həmin tədqiqatında digər folklor janrları (atalar 
sözl
əri, tapmacalar, inanclar) arasında da oxşar və fərqlilik-
l
ərin  elmi  müqayisələr  vasitəsilə  ortaya  çıxarılması  məsə-
l
əsini qaldırmışdır.   
Ümumiyy
ətlə,  bəzən  müqayisələrin hər zaman sub-
yektiv  xarakter  daşıması  ilə  bağlı  fikirlər  söylənməkdədir. 
Lakin  bir  çox  hallarda  ayrı-ayrı  elmi  mübahisələrin həlli 
zamanı  ən  doğru  qənaətlər  yalnız  müqayisələr  əsasında 
meydana çıxır. Beləliklə, müqayisəli folklorşünaslıqla bağlı 
t
ədqiqatların  sistemli  şəkildə  aparılması  məsələsi də  aktu-
allaşır. Xüsusən nəzərə alsaq ki, son illərdə müqayisəli ədə-
biyyat – kompa
rativistika dünyanın bir sıra ölkələrində uni-
versitetl
ərdə  ayrıca  fənn kimi tədris  olunmaqdadır,  folklor-
şünaslıq üçün də bu sahədə müəyyən addımların atılmasının 
vacibliyi t
əsəvvür edilə bilər.   
                                                           
56
 
Алан  Дандес.  Фольклор:  семиотика  и/или  психоанализ  (Сбор-
ник статьей), Москва: Восточная литература РАН, 2003, с.37 


Folklorşünaslığa giriş   
 
 
59 
 
 
 
FOLKLOR VƏ MİFOLOGİYA 
 
 
H
ər bir fərd üçün onun əcdadının düşüncə tərzi, həyatı 
il
ə  bağlı  təsəvvürlər böyük bir maraq kəsb edir. İbtidai  in-
sanın dünyagörüşünü anlamaq üçün ilk növbədə mifologiya 
d
ərindən öyrənilməlidir. Əslində bütün elmlər öz başlanğıcı   
etibarı ilə xalqın ilkin dünyagörüşü olan mifologiyadan qay-
naqlanmaqdadır. Başqa sözlə desək, ibtidai dövrün insanının 
dünya
görüşü, təfəkkürü, həyata baxışı, bədii düşüncəsi mif-
l
ərdə öz təsvirini tapmaqdadır . 
“Mifologiya” sözü iki 
şəkildə    – miflərin cəmi və on-
ları tədqiq edən elm mənasında işlədilməkdədir. 
Sovet dövründ
ə  mifoloji  baxışların  öyrənilmısi  aktual 
olmadığından,  Azərbaycanda bu sahədə  yalnız  keçən  əsrin 
sonlarından başlayaraq, tədqiqatlar aparılmağa başlanmışdır. 
Dünya  xalqlarının  çoxunun  özünəməxsus mifoloji sistemi, 
obraz v
ə motivləri vardır. Geniş öyrənilməsə də, Azərbaycan 
insan
ının  ilkin  dünyabaxışı,  mədəniyyəti,  psixologiyasının 
türk mifoloji sistemi iç
ərisində əksini tapması şübhə doğur-
mur.   
“Mif ” sözü bir çox m
ənalarda – əhvalat, rəvayət, nəql 
v
ə s işlənsə də, onlar ən qədim dövrün dünyanı, ətraf aləmi, 
t
əbiəti anlama vasitəsi kimi meydana gəlmişdir. Daha doğ-
rusu, mifl
ər vasitəsilə ilkin insanın dünyanı nə şəkildə dərk 
etdiyini öyr
ənmək mümkündür, eyni zamanda, əsatirlər  bu 
gün canlı olaraq şüurda (şüuraltında) yaşamaqdadır.   


Almaz H
əsənqızı                                                   
 
 
60 
Qeyd etm
ək  lazımdır  ki,  ibtidai  insanlar  ətraf  aləmi 
nec
ə görürsə, miflərdə həmin şəkildə ifadə  edir.  Başqa  cür 
des
ək, həmin cəmiyyət üçün mif həqiqəti  –  reallığı  əks 
etdirirdi. Olqa Freydenberq (1890-1955) “Q
ədim dövrdə mif 
v
ə  ədəbiyyat”  adlı  tədqiqatında  metafora  haqqında  yazırdı: 
“Arxaik mifologiyalarda metaforalar müasir metaforalardan 
f
ərqlənir. Mifoloji metafora  obrazın  sinonimi  rolunu 
oynayır”
57

Dünya mifl
əri 3 qrupa ayrılır: 
1. Kosmoqonik; 
2. Etnoqonik
3. T
əqvim. 
Kosmoqonik mifl
ər  dünyanın  yaranması  və  sonu ilə 
bağlı düşüncələri ifadə edir. Dünyanın sonu ilə bağlı olanlar 
esxatoloji mifl
ər də  adlanır.  Bu  miflərdə  əsas məsələ  xaos 
(qarışıq,  qaranlıq,  nizamsız) və  kosmos (müəyyənləşmiş, 
nizamlı)  arasındakı  münasibətlərin  əksidir. Xaosdan kos-
mosa  keçid,  ilk  insanın  yaranması,  yerlə  göyün  ayrılması, 
dağların, heyvan, bitki  və  s.  meydan  çıxması  bu  miflərin 
ümumi m
əzmununu əhatə edir.   
Ümumiyy
ətlə, miflərdə dünya kosmik modeli aşağıdakı 
kimi t
əsəvvür edilirdi: dünya üç qatdan ibarətdir.Yuxarı 
dünya– göyd
ə Tanrı və ona yaxın olanlar, orta dünya – yerdə 
insanlar,  aşağı  dünya  –  yeraltında  isə  bəd ruhlar, xtonik 
varlıqlar yerləşirlər. 
Etnoqonik  mifl
ər (onlar həm də  geneoloji  adlanırlar) 
in
sanların yaranması,  cəmiyyət münasibətlərinin – ailə, qo-
humluq, mü
əyyən  qaydaların  meydana  çıxması  prosesi  əks 
                                                           
57
 
Ольга  Фрейденберг.  Миф  и  литература  древности,  Москва: 
Наука, 1998, стр.78 


Folklorşünaslığa giriş   
 
 
61 
olunur.  Bu mifl
ərin məzmunundan  mədəni qəhrəman  – 
demiurq  haqqında  düşüncələr  əks olunur.  Kosmoqonik və 
etnoqonik mifl
ər bir-birilə sıx bağlıdır və bir-birinin davamı 
kimi meydana çıxır.   
T
əqvim miflərində, adından da göründüyü kimi, insan 
h
əyatının əsas atributlarından olan zamana münasibət ifadə 
olunur.   
Mifoloji  baxışların  əsasında  dünyanın  yaranması  və 
sonu il
ə bağlı təsəvvürlər dayanır. Başqa sözlə desək, xaos-
kosmos münasib
ətləri  mifoloji təsəvvürlərin  əsasını  təşkil 
edir. 
Mifoloji düşüncədə bu ikili – xaos və kosmos daim mü-
nasib
ətdə  –  qarşılıqlı  əlaqədə,  bir  bütöv  halında    təsəvvür 
olunur. Kosmos, y
əni nizamlı dünya xaosdan yaranır. Lakin 
h
ər  şey  bununla  tamamlanmır.  Xaos  hər zaman kosmosun 
ətrafındadır. Əslində kosmos da, xaos da bütün zamanlarda 
yanaşıdırlar.  Xaos  boşluğu,  qaranlığı,  “o biri”  dünyanı, 
soyuğu, aclığı və sairəni, kosmos onun tam əksini – nizamı, 
işığı, harmoniyanı, bolluğu ifadə edir.   
Qeyd etm
ək lazımdır ki, digər elm sahələri kimi, folk-
lor da mifl
ərdən  qaynaqlanır  və  türk mədəniyyətini tədqiqi 
üçün 
əvəzsiz mənbədir. Hər hansı bir folklor mətninin üzdə 
olmayan, altqatındakı düşüncəni  mifologizmləri  dərk etmə-
d
ən  anlamaq,  şərhini vermək  çətindir və  ya  qeyri-müm-
kündür.   
  Alan Dandes  “
Oyunların  morfologiyası:  qeyri-verbal 
folklorun strukturunun t
ədqiqi” (“О  морфологии  игры: 
исследование  структуры  невербального  фольклора”) 
m
əqaləsində  yazır:  “Mif verbal folkordur və  ya  ...  verbal 
“m
ədəniyyət”dir. Bunun əks tərəfində  ritual  –  qeyri-verbal 
folklor v
ə  ya qeyri-verbal mədəniyyət dayanır.  Həm mif, 
h
əm də  ritual  sakrallaşıb;  nağıl  da,  oyun  da  profandır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə