Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

Folklorşünaslığa giriş   
 
 
55 
keçir
ərək  çox  maraqlı  nəticəyə  gəlmişdir:  “Öz  milli  şəx-
siyy
ətlərinə  təmas etdikləri zaman almanlar məfkurələrini
əfsanəvi  dastanların  ehtiva  etdiyi  milli  məhsullar  ətrafında 
qurdular. O zaman Almaniyada iki c
ərəyan  müşahidə  olu-
nurdu: biri, eyn
ən  Azərbaycanın  rus  müstəmləkəçiliyindən 
v
ə rus mədəniyyətindən ruhlanmaq istəyənləri kimi, Fransa 
inqilabının  təsirinə  düşmüş,  doğrudan  doğruya  Qərbdən, 
Fransadan v
ə  fransız  mədəniyyətindən məlhəm arayırdı. 
Dig
əri isə tarixin ən uzaq və qaranlıq dövrlərindəki ictimai 
yaşayışı  və  milli müəssisələri aramaqla məşğul  idi.    Belə-
likl
ə, alman millətinin birləşdirici    müştərək ruhunu  –  al-
man mill
ətini  oyandırıcı  və  yüksəldici daxili atəşini  bu  in-
sanlar 
tapdılar. On doqquzuncu yüzilin millətpərvərləri 
h
əmişə bu tərzdə düşündülər. Hər yerdə milliyyət fikri, tarixi 
m
ənşələri, həyatı və ictimai müəssisələri tədqiq etmək vasi-
t
əsiylə inkişaf etmiş oldu”
54

Bel
əliklə,  bütün  açıqfikirli  ziyalılar  kimi,  M.B.Məm-
m
ədzadə  də  xalq yaradıcılığının  milli  şüurun  oyanışı,  mil-
l
ətlərin azadlığı, birliyi üçün əvəzsiz rolu olduğunu düşünür 
v
ə rus köləliyində yaşayan Azərbaycanın da  əsarətdən qur-
tarma  yolunda  folklora  vacib  şərtlərdən  biri  kimi  baxırdı. 
Bunu t
əkcə M.B.Məmmədzadənin məqaləsinin adına (“Mil-
l
ətlərin oyanmasında dastanlar”) diqqət yetirməklə də müəy-
y
ənləşdirmək mümkündür.   
Az
ərbaycanın  rus-sovet  əsarətindən  qurtarma  yollarını 
arayark
ən məhz müstəmləkəçi  “ağa”nın  tarixini  nəzərdən 
keçir
ən M.B.Məmmədzadə Avropa xalqlarının mədəni irsini 
                                                           
54
Mirza Bala Mehmetzade. Milletlerin uyanmasında destanlar, “Azer-
baycan”, Ankara: 1
970, yıl 18, sayı 191-196, s.11 


Almaz H
əsənqızı                                                   
 
 
56 
müqayis
ə edərək müəyyən elmi nəticələr çıxarmanın vacib-
liyini bildirm
ək istəmişdir. 
Dünyanın ən məşhur folklor mətnləri ilə türk, o cüm-
l
ədən, Azərbaycan xalq ədəbiyyatı  örnəklərinin müqayisəsi 
bir çox hallarda q
ənaətbəxş səviyyədə deyildir. Məsələn, əs-
lind
ə islandlara məxsus olsa da, yalnız onların və  ya skan-
dinavların, hətta ümumgermanların deyil, bütövlükdə Hind-
Avropa  xalqlarının  ən böyük abidələrindən olan “Kiçik 
Edda” 
əsərini  yazıya  alan  Snorri  Sturluson  türklərlə  bağlı 
çox maraq
lı  faktlar  irəli  sürmüşdür.  Snorri skandinavların 
allahlarının  nəsli hesab edilən  asların  və  baş  allah  Odinin 
Troyadan  çıxdıqlarını  və  sonradan  şimala  getmələrindən 
b
əhs edir. Sturluson  yazır  ki,  “Onlar  –  aslar,  hətta  Odin 
Troyadan  çıxmışlar,  indi  orada  türklər  yaşayır”.  Bu fakta 
müxt
əlif tədqiqatçılar  diqqət  yetirmişlər və  Avropadan 
olanların əksəriyyəti onu inkar etməyə çəhd etmişlər. Hətta 
M.İ.Steblin-Kamenski  deyir  ki,  Snorri  Troyanın  türklərin 
yaşadığı ölkə kimi göstərib, çünki türklər də Kiçik Asiyada 
yaşayırdılar. Burada söhbət Asiyadan gedir
55

Bundan  əlavə,  skandinav  dastanlarında,  xüsusən 
ümum
german dastan qəhrəmanı Siqurdla bağlı yerlərdə hun-
lardan, 
onların  igid  başçısı  Atilladan  bəhs  olunur.  Bir  sıra 
hallarda  mənfi  istiqamətdə  verilsə  də,  onun  hamıya  qələbə 
çalması,  məğlubedilməzliyi  etiraf  olunur.  Həmçinin  bu 
mətnlərdə bir sıra məqamlar, Atillanın ölümü (dastanda Atli) 
tarixi  hadisələrlə  uyğun  təsvirini  tapır. Bütün bu  sadala-
nanlar 
Azərbaycan  və  bütövlükdə  türk  xalqları  üçün  də 
“Kiçik Edda” 
və “Böyük Edda”nın müqayisəli tədqiqini zə-
ruri edir.   
                                                           
55
 
Младшая Едда. http://www.biblio.nhat-nam.ru/ pdf 


Folklorşünaslığa giriş   
 
 
57 
Baxmaya
raq ki, Azərbaycan və Skandinaviya həm əra-
zi, həm iqlim şərtlərinə, həm dininə görə çox fərqlənirlər, la-
kin  hər  iki  xalqın  mifoloji  düşüncə  sistemində  xeyli  uy-
ğunluqlar  vardır.  Lakin  təəssüf  ki,  haqqında  bəhs  olunan 
prob
lemlə bağlı lazımi səviyyədə tədqiqatlar yazılmamışdır. 
Bu  və  bu  kimi  faktlar  qohum,  qonşu  xalqlarla  yanaşı,  tam 
fərqli mədəniyyətlərin müqayisəsinin vacib olduğunu göstə-
rir.   
Qeyd etm
ək  lazımdır  ki,  folklorun  ayrı-ayrı  janrları 
arasında müqayisə apararaq, bir sıra məsələlərə də aydınlıq 
g
ətirmək olar. Alan Dandesin (Alan Dundes) “Oyunların 
morfologiyası:  qeyri-verbal folklorun strukturunun tədqiqi” 
(“
О  морфологии  игры:  исследование  структуры  невер-
бального фольклора”) məqaləsində uşaq oyunları ilə sehrli 
nağıllar arasında çox maraqlı paralellər aparılmışdır. Müəllif 
Vladimir Proppun “Sehrli  n
ağılların morfologiyası” (“Мор-
фология "волшебной" сказки”) əsərinə istinad edərək bəzi 
uşaq oyunlarının sehrli nağıllara oxşar struktura malik oldu-
ğunu,  hətta onlarda ənənəvi formullardan (Məsələn,  “Dov-
şan və ov köpəkləri” oyununda işlədilən “Kim gizlənmədisə, 
m
ənim suçum deyil”) istifadə edildiyi qənaətini irəli sürmək-
d
ədir. Tədqiqatçı sonda  öz  təhlillərini  yekunu  olaraq  yazır: 
“Oyun v
ə nağılların arasındakı morfoloji yaxınlığın kökündə 
folklorun dig
ər formalarına tətbiq edilə bilən ən vacib prin-
sip 
dayanır.  Bu fərqli formalar  əsasən sözlər  və  hərəkətlər 
arasında,  daha  doğrusu,  verbal  və  qeyri-verbal folklor ara-
sında  olan müxtəlifliklərdən  qaynaqlanır. Fərqlər  çox vaxt 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə