Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

Folklorşünaslığa giriş   
 
 
197 
aparılmışdır.  Bu  əlyazmada epos bir müqəddimə  və  on iki 
boydan ibar
ətdir və  “Kitabi-Dədə  Qorqud  əla lisani taifeyi 
oğuzan” adlanır. 
1952-ci ild
ə  Ettere Rossi Vatikandan həmin eposun 
müq
əddimə və altı boydan ibarət digər bir əlyazmasını tap-
mışdır.  Həmin  əlyazma “Hekayəti-Oğuznameyi  Qazan  bəg 
v
ə qeyri” adlanır.   
Az
ərbaycanda “Kitabi-Dədə  Qorqud”  haqqında  ilk 
t
ədqiqlər keçən əsrin 20-ci illərinə təsadüf edir. 1927-28-ci 
ill
ərdən başlayaraq Əmin Abid, Atababa Musaxanlı, İsmayıl 
Hikm
ət  epos  haqqında  məqalələr  yazmış,  dastan  mətni isə 
H
əmid Araslı tərəfindən 1939-cu ildə nəşr edilərəк elmi ic-
timaiyy
ətin mühakiməsinə  verilmişdir.  Ə.Dəmirçizadə, 
M.Rzaquluzad
ə,  Ə.Sultanlı,  M.H.Təhmasib,  H.Araslı  və 
bаşqаlаrı  eposla  bağlı  tədqiqatlar  aparmış,  hətta  Ə.Dəmir-
çizad
ə  əsərin motivləri  əsasında  “Qaraca  çoban”  adlı  bir 
pyes d
ə  yazmışdır.  Lakin  1951-ci ildə  Azərbaycan KP-nin 
XVIII  qurultayında  M.C.Bağırov  “Azərbaycana qatil və 
soyğunçu  kimi  gəlmiş  oğuz  köçəri  tayfalarını  idarə  edən 
yuxarı  təbəqələrin tərifinə  həsr edilən”,  “qardaş  gürcü  və 
erm
əni  xalqına  qarşı  yönəldilən”  bu  kitabın  nəşrini  Azər-
baycan Elml
ər Akademiyasının “kobud səhvi”    adlandırmış 
v
ə epos özünün yasaq dövrünə qədəm qoymuşdur
149
.
 
Mühacir
ət  ədəbiyyatşünaslığında  da  “Kitabi-Dədə 
Qorqud”un t
ədqiqi tarixi keçən  əsrin 20-ci illərinə  təsadüf 
edir. 1928-ci ild
ə  M.B.Məmmədzadə  Azəri Türk Gəncləri 
Birliyind
ə “Millətlərin oyanmasında dastanlar” mövzusunda 
çıxış edərkən, “Kitabi-Dədə Qorqud” haqqında da danışmış, 
                                                           
149
  C
əlal  Qasımov.  Azərbaycan  folklorşünaslığı  və  sovet totalitarizmi, 
Bakı: 2011, s.127 


Almaz H
əsənqızı                                                   
 
 
198 
M.Ə.Rəsulzadə  həmin ildə  yazdığı  “Qafqazya  türkləri” 
əsərində eposun təhlilini vermişdir. Qeyd olunmalıdır ki, 30-
cu ill
ərdə “Azərbaycan yurd bilgisi”ndə və digər mühacirət 
m
ətbuatında eposa dəfələrlə müraciət edilsə də, əsərin yasaq 
edildiyi 50-ci ill
ərdə  “Kitabi-Dədə  Qorqud”a daha çox 
diqq
ət  yetirilmiş,  dastan bəşəri dəyərlər  baxımından  ən 
yüks
ək sənət abidəsi kimi qiymətləndirilmişdir.  Yasaqlar 
ucbatından  xeyli  müddət tədqiqatdan kənarda qalan,  hər 
hansı  aspektdə  ona müraciət edilməsinə, öyrənilməsinə  və 
yayılmasına  ciddi  qadağa  qoyulan epos mühacirət folklor-
şünaslığı  tərəfindən dəfələrlə  təhlilə  cəlb edilməsinə  bax-
mayaraq,  onun  araşdırılması  prosesində  hər  hansı  ideoloji 
müdaxil
ədən söhbət gedə bilməz. 
Qeyd etm
ək  lazımdır  ki,  əslən Güney Azərbaycandan 
olan şair Səhənd “Dədə Qorqud” dastanlarını nəzmə çəkərək 
“Sazımın sözü” adı ilə nəşr etdirmişdir. 
Az
ərbaycanda xalq arasında ən çox ifa edilən  dastan 
“Koroğlu”dur  desək,  yanılmarıq.  Hər  şeydən  əvvəl,  xalqın 
mübarizlik, c
əngavərlik  ovqatının  ifadəsi kimi bu dastan 
dill
ərdə  əzbər  olmuş,  bu  gün  də  özünün parlaq həyatını 
sürm
əkdə davam edir. 
“Koroğlu”  dastanından  bir  neçə  şeir  Elias  Muşeqin 
“N
əğmələr”  (1721)  kitabına  daxil  edilmişdir.  İ.Şopen bir 
erm
əni aşığın dilindən dastan mətnini yazıya almış və 1840-
cı ildə nəşr etdirmişdir. 
“Koroğlu”  haqqında  ilk  ciddi  araşdırmanın  müəllifi 
1830-1832-ci ill
ərdə İranda missioner təşkilatında tərcümə-
çi, 1832-1834-ci ill
ərdə isə İrandakı rus konsulluğunda baş 
katib  işləyən  polyak  alimi  A.Xodzko  olmuşdur.  O,  İranda 
yaşadığı  illərdə  Hacı  Mirzə  İskəndərin təşəbbüsü, Mirzə 
Əbdülvahabın  mirzəliyi ilə  Aşıq  Sadığın  dilindən  yazıya 


Folklorşünaslığa giriş   
 
 
199 
alınmış  “Koroğlu”  dastanının  nüsxəsini Paris milli kitab-
xanasına  təqdim  etmişdir. Onu da qeyd edək ki, A.Xodz-
konun  “Koroğlu”  nüsxəsi 1842-ci ildə  Londonda ingiliscə 
n
əşr  edildikdən sonra dastan Qərb aləmində  geniş  şöhrət 
tapmışdır. 
1853-cü ild
ə Jorj Sand dastanı fransız dilinə çevirərək 
Parisd
ə nəşr etdirmişdir.   
Sonralar S.S.Penn  m
əhz A.Xodzkonun Qərb aləminə 
tanıtdığı  “Koroğlu”nu  ruscaya  çevirərək, 1856-cı  ildə 
“Koroğlu, vostoçnıy poet-nayezdnik” adı altında Tiflisdə ki-
tab kimi n
əşr etdirmişdir.   
Dastan Az
ərbaycanda dəfələrlə  –  V.Xuluflu,  H.Əli-
zad
ə, M.Təhmasib, A.Nəbiyev və  başqaları  tərəfindən nəşr 
edilmişdir. Keçən əsrin 90-cı illərində “Koroğlu” dastanının 
Paris nüsx
əsinin surəti Bakıya gətirilmiş, 1997-ci ildə İ.Ab-
basl
ının tərtibatında nəşr edilmişdir. 
“Koroğlu” həm bir çox türk, həm də digər – Anadolu 
türkl
əri, Azərbaycan, türkmən,  İraq-türkmən, tacik, bolqar, 
h
ətta erməni  xalqları  arasında  geniş  yayılmışdır.  Dastanın 
Az
ərbaycan  versiyasının  iki  əsas nüsxəsi məlumdur: Tiflis 
nüsx
əsi – 28, Paris nüsxəsi 13 məclisdən ibarətdir.   
Qeyd etm
əliyik ki, “Kitabi-Dədə  Qorqud”u yasaq-
lamağa müvəffəq olan sovet ideoloji sisteminin “Koroğlu”ya 
qarşı münasibəti bir qədər fərqli mahiyyət daşımışdır. Xalq 

ərisində geniş yayılması, ağızdan ağıza dolaşaraq, dillərdə 
əzbər  olması  bu  dastanın  yasaqlanmasına,  təbii ki, imkan 
verm
əzdi.   
Az
ərbaycan  folklorşünaslığında  “Koroğlu”ya  münasi-
b
ətdə əsasən iki istiqamət özünü göstərməkdədir.   
Az
ərbaycanda sovet hakimiyyəti illərində  “Koroğlu” 
il
ə  bağlı  tədqiqat aparan M.Təhmasib,  P.Əfəndiyev, A.Nə-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə